İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə105/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   101   102   103   104   105   106   107   108   ...   115

 362 

 

115.  II  Albert  (d.1958)  –  Monako  şahzadəsi,  2005-ci  ildə 

knyaz  III  Renye  xəstələndikdən  sonra  (mart)  atasının  bütün  səla-

hiyyətlərini  icra  etmiş,  vəfatından  sonra  isə  Monakonun  hakim 

knyazı olmuşdur. – 146.      

 

116.  Sergey  Sidorski  (d.1954)  –  Belarus  dövlət  xadimi. 

2003–2010-cu illərdə Belarusda Baş nazir olmuşdur. – 152. 

 

117. Aleksandr Lukaşenko (d.1954) – Belarus dövlət xadi-

mi. 1994-cü ildən Belarus Respublikasının prezidentidir. – 152. 

 

118.  Sergey  Mironov  (d.1953)  –  Rusiya  dövlət  xadimi, 

mühəndis-geofizik.  1994–2001-ci  illərdə  Sankt-Peterburq  Qa-

nunverici  məclisinin  üzvü,  2001-ci  ildə  Rusiya  Federasiyası 

Federal Şurasının üzvü, 2001–2011-ci illərdə Federal Şurasının 

sədri olmuşdur. – 153. 

 

119. Culi Finli (d.1938) – Amerika diplomatı, 2005–2008-ci 

illərdə ATƏT-də ABŞ-ın səfiri olmuşdur. – 155. 

 

120. Qırğızıstan, Q ı r ğ ı z ı s t a n   R e s p u b l i k a s ı –  

Orta  Asiyanın  şimal-şərqində  dövlət.  Sahəsi  198,5  min  km

2



əhalisi 4,5 milyon nəfərdir. İnzibati ərazisi 6 vilayətə, 40 rayona 



bölünür.  Dövlət  başçısı  prezident,    qanunverici  orqanı 

parlamentdir. Paytaxtı Bişkekdir. – 156. 

 

121.  Kurmanbek  Bakiyev  (d.1949)  –  Qırğızıstan  siyasi  və 

dövlət  xadimi,  «Qırğızıstan  xalq  hərəkatı»  blokunun  lideri, 

2005–2010-cu  illərdə  Qırğızıstan  Respublikasının  prezidenti 

olmuşdur. Hazırda Belarusda siyasi mühacirdir. – 156. 

 

122.  «Bechtel  Corporation»  –  ABŞ-da  çox  böyük  tikinti 

şirkəti.  Bu  şirkət  9  böyük  özəl  şirkətlərdən  biridir.  Mənzil- 

qərargahı San-Fransiskodadır. Əsası 1898-ci ildə qoyulmuşdur. 



 

363 


 Kompaniya  keçən  əsrin  30-cu  illərindən  başlayaraq  Ko-

lorado  çayı  üzərində dünyada  ən  uzun  Quver  səddinin,    Avro-

pada nəhəng tunellərin, elektrik enerjisi sahəsindəki tikintilərin, 

neftayırma  zavodlarının  və  atom  elektrik  stansiyalarının,  San-

Fransisko  şəhərətrafı  metropolitenin    Səudiyyə  Ərəbistanında 

sənaye  şəhəri  əl-Cubaylın  və  Kral  mərkəzinin,  Honkonqda 

beynəlxalq  aeroportun    tikintisində,  İraqda  müharibədən  sonra 

vətəndaş 

infrastrukturun 

bərpasında 

iştirak 

etmişdir. 

«Bechtel»in  50  ölkədə  olan  obyektlərində  40000  adam  işləyir. 

2006-cı ildə gəliri 20 milyard dollar olmuşdur. –157. 

 

123.  Çarlz  Redman  (d.1943)  –  sabiq  Amerika  diplomatı. 

1996-cı  ildən  «Bechtel»  korporasiyasının  baş  vitse-prezidenti, 

Avropa, Afrika, Yaxın Şərq, Cənub-Qərbi Asiya regionları üzrə 

prezidentidir. – 157. 

 

124. 31 mart azərbaycanlıların soyqırımı, 1905–18-ci  i l  

-l ə r   s o y q ı r ı m ı – çarizmin fəal köməyi ilə erməni-daşnak 

silahlı  birləşmələrinin  Azərbaycanın  türk-müsəlman  əhalisinə 

qarşı  törətdiyi genişmiqyaslı qanlı aksiyalar. Ermənilərin 1905-

ci  ilin  fevralında  Bakıdan  başlanan  vəhşilikləri  bütün  

Azərbaycanı  və  indi  Ermənistan  adlanan  Qərbi  Azərbaycan 

ərazisindəki  yaşayış  məntəqələrini  əhatə  etdi.  Yüzlərlə 

Azərbaycan  kəndi  dağıdıldı,  yüz  minlərlə  azərbaycanlı 

vəhşicəsinə  qətlə  yetirildi,  xalqımıza  məxsus  çoxlu  milli 

mədəniyyət  abidələri  məhv  və  talan  olundu.  Bütün  bu  vəhşi-

liklər  ermənilərin  vaxtilə  yerləşdirildikləri,  lakin  əhalinin  milli 

tərkibində  azlıq  təşkil  etdikləri  Azərbaycan  torpaqlarını  zorla 

erməniləşdirmək, bədnam «azərbaycanlılarsız Ermənistan» kimi 

qeyri-insani  planlarını  azərbaycanlıların  soyqırımı  hesabına 

həyata keçirmək niyyətindən xəbər verir. –158–160. 

 

125.  Osmanlı  imperiyası,   O s m a n l ı   i m p e r a t o r l u ğ 

u    –  Sultan  Türkiyəsinin  rəsmi    adı    (Osmanlı  sülaləsinin  əsasını 

qoymuş  I Osmanın adındandır). XV əsrin 2-ci yarısından Osmanlı 




 364 

dövləti  imperiyaya  çevrilməyə  başlamış,  XV–XVI  əsrlərdə  bəzi 

Asiya, Avropa və Afrika ölkələrini fəth edib  dünyanın ən böyük 

dövlətlərindən  biri  olmuşdur.  1918-ci  ildə  Birinci  dünya 

müharibəsindəki məğlubiyyətdən sonra tamamilə dağıldı, 1922-ci 

ildə Türkiyə sultanlığına da son qoyuldu. – 158. 

 

126. İran, İ r a n   İ s l a m   R e s p u b l i k a s ı – Cənub-

Qərbi  Asiyada  dövlət.  Sahəsi  1,65  milyon  km

2

,  əhalisi  62,2 



milyon nəfərdir. Paytaxtı Tehran şəhəridir. İnzibati cəhətdən 24 

ostana  bölünür.    Ali  qanunverici  hakimiyyət  orqanı  4  il  müd-

dətinə seçilən Xalq Şurası Məclisidir. Hökuməti Baş nazir təşkil, 

prezident isə təsdiq edir. – 158. 

 

127. Polşa, P o l ş a   R e s p u b l i k a s ı – Mərkəzi Avropada 

dövlət. Sahəsi 312,7 min km

2

, əhalisi 38,7 milyon nəfərdir. İnzibati 



cəhətdən  49  voyevodalığa  bölünür.  Ali  və  yeganə  qanunverici 

orqanı  ikipalatalı  Seymdir.  Paytaxtı  Varşava  şəhəridir.  –  161–

179,202. 

 

128.  Lex  Kaçinski  (1949–2010)  –  2002–2005-ci  illərdə 

Varşavanın  meri,  2005–2010-cu  illərdə  Polşa  Respublikasının 

prezidenti.  2010-cu  il  aprelin  10-da  Smolensk  yaxınlığında  təy-

yarə  qəzasında  həlak  olmuşdur.  Haqq  və  Ədalət  Partiyasının 

liderlərindən biri idi.  – 161–179. 

 

129. Xələf Xələfov, X ə l ə f   A l ı  o ğ l u (d.1959) – diplo-

mat,  Fövqəladə  və  Səlahiyyətli  səfir.  Moskvada  ikiillik  Ali 

Diplomatiya  Akademiyasını  bitirmişdir.  1997-ci  ildən  Azər-

baycan Respublikası Xarici İşlər nazirinin müavinidir. – 162.  

 

130.  Şəhidlər  xiyabanı  –  Azərbaycanın  azadlığı,  müstəqil-

liyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş mərd oğul və qızların 

uyuduğu müqəddəs ziyarətgah. 1990-cı il yanvarın 20-də sovet 

ordusunun hücumu zamanı həlak olmuş onlarla adam «Dağüstü 

park»ın  qərb  hissəsində  dəfn  edilmişdir.  Bura  o  vaxtdan 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə