İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə104/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   100   101   102   103   104   105   106   107   ...   115

 

359 


 

102.  «Space»  –  Azərbaycanda  müstəqil  teleşirkət.  1997-ci 

ildə  yaradılmışdır.  Dünyanın  bir  sıra  –  MSM,  Fashion  TV, 

CNN,  NTV  telekanalları,  İhlas  agentliyi  ilə  əməkdaşlıq  edir.  – 

113. 


 

103. ANS  televiziyası – Azərbaycanda 1991-ci ildən fəaliyyət 

göstərən müstəqil televiziya  kanallarından  biri. – 115. 

 

104. Qazaxıstan, Q a z a x ı s t a n   R e s p u b l i k a s ı – 

Avrasiyanın mərkəzi hissəsində dövlət. Sahəsi 2.724,9 km

2

, əhalisi 



16,7  milyon  nəfərdir.  Paytaxtı  Astana  şəhəridir.  Dövlət  başçısı  

prezident,  qanunverici  orqanı  birpalatalı  Ali  Sovetdir.  – 

118,190,192,193,256,275. 

 

105. Novruz bayramı  – qədim xalq bayramı. Şimal yarım-

kürəsində astronomik yazın başlandığı gecə-gündüz bərabərliyi 

günündə  (martın  21–22-də  )  keçirilir.  Qədim  zamanlardan 

başlayaraq 

İran, 

Azərbaycan, 



Əfqanıstan, 

Tacikistan, 

Özbəkistan  və  bəzi  Şərq  ölkələri  baharın  –  yeni    ilin  gəlişini 

şənliklərlə qarşılayırlar. Respublikamız müstəqillik qazanandan 

sonra  Novruz  bayramı  rəsmi  ümumxalq  bayramı  və  istirahət 

günü elan edilmişdir. – 125–126,135–143. 

 

106. Ramil Usubov, R a m i l  İ d r i s   o ğ l u (d.1948) – 

general-polkovnik.  1994-cü  ildən  Azərbaycan  Respublikasının 

Daxili İşlər naziridir. – 132–133. 

 

107. Putin Vladimir  (d.1952) – 2000–2008-ci illərdə Rusiya 

Federasiyasının  Prezidenti.  1975–97-ci  illərdə  bir  sıra  məsul 

vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası Prezidenti 

Administrasiyasının 

rəhbəri,  1998–99-cu  illərdə  FTX-nın 

direktoru,  1999-cu  ilin  avqustundan  Rusiya  hökumətinin  başçısı, 

2008-ci  ilin  mayında  Rusiya  Federasiyasının  Baş  naziri  təyin 




 360 

edilmişdir.  2012-ci  ilin  mart  ayında  yenidən  Rusiya  Federa-

siyasının prezidenti seçilmişdir. – 134,146–151,326. 

 

108.  Krasnodar  diyarı  –  Rusiya  Federasiyasında  subyekt. 

Sahəsi 83,6 min km

2

, əhalisi 5,1 milyon nəfərdir. – 134. 



 

109.  İçərişəhər  –    Bakının  qala divarları ilə    əhatə olunan 

qədim  hissəsi.  Sahəsi  22  hektardır.  Arxeoloji  qazıntılar  nəti-

cəsində  İçərişəhər  ərazisində  iki  mədəni  təbəqə    müəyyən-

ləşdirilmişdir.  XIV–XVII    əsrləri  əhatə  edən  üst  təbəqədən 

düzbucaqlı və dördkünc yaşayış evlərinin qalıqları, VIII–XIII 

əsrlərə  aid  alt  təbəqədən  düzbucaqlı  formalı  kiçik  otaqların 

qalıqları,  quyular  və  s.  maddi  mədəniyyət  nümunələri  aşkar 

edilmişdir. 

İçərişəhər  orta  əsrlərdə  Bakının  əsas  mərkəzinə  çevrilmiş, 

XII əsrdə burada ilk qala divarları çəkilmişdir. Bu divarlar 25–

30 m dənizin içərisinə uzanaraq İçərişəhərin qarşısında qapalı 

liman əmələ gətirmişdi. İçərişəhərin üç əsas – Şamaxı, Salyan 

və  dəniz  sahilinə  açılan  darvazası  olmuşdur.  İçərişəhərdəki 

Sınıqqala  (1078),  Qız  qalası  və  s.  abidələr  İçərişəhərin 

əvvəllər  dənizə  yaxın  sahədə  inkişaf  etdiyini  göstərir.  XV 

əsrdə  Şirvanşahlar  sarayı  tikilmişdir. XVII  əsrdə  İçərişəhərdə 

çoxlu karvansara və ticarət binası inşa edilmiş, XVIII əsrdə isə 

Xan  sarayı  tikilmiş,  yeni  su  kəmərləri  çəkilmişdi.  XIX  əsrdə 

və  XX  əsrin  əvvəllərində  İçərişəhərin  plan  quruluşu 

dəyişdirilmədən  köhnə  binaların  yerində  əsaslı  daş  binalar 

tikilmişdir. Bu zaman qala divarlarının ikinci sırası sökülmüş 

və yalnız Şamaxı darvazasının yanında 2-ci darvaza tikilmişdir 

(1888).  Beləliklə,  qoşa  darvaza  əmələ  gəlmişdir.  1977-ci  ildə 

İçərişəhər Azərbaycan memarlığı tarixi qoruğuna çevrilmişdir. 

– 135,142. 

 

110. Oqtay Əsədov, O q t a y   S a b i r   o ğ l u (d.1955) – 

ictimai  xadim,  mühəndis.  1996–2004-cü  illərdə  Abşeron  Re-




 

361 


gional  Səhmdar  Su  Cəmiyyətinin,  2004–2005-ci  illərdə  «Azər-

su» Səhmdar Cəmiyyətinin prezidenti olmuşdur.  

Azərbaycan  Respublikası  Milli  Məclisinin  üzvü,  2005-ci 

ildən  Azərbaycan  Respublikası  Milli  Məclisinin  sədridir.  Yeni 

Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. – 143. 

 

111. Rostropoviç Mstislav (1927–2007) – Bakıda doğulmuş 

görkəmli musiqiçi, violonçelist, dirijor. Lenin mükafatı laureatı, 

SSRİ  Xalq  artisti.  Bakı  Musiqi  Akademiyasının  Fəxri 

professoru. Azərbaycan Respublikasının  «İstiqlal» və «Heydər 

Əliyev» ordenləri ilə təltif olunmuşdur. –144–145, 146–151. 

 

112.  Berlin  divarı  –  Şərqi  Berlindən  Qərbi  Berlinə  külli 

miqdarda  gedən  əhalinin  qarşısını  almaq  üçün  1961-ci  ildə 

Almaniya  Demokratik  Respublikası  Hökuməti  və  Almaniya 

Vahid Sosialist Partiyasının rəhbərliyi ilə Qərbi Berlin ətrafında 

betondan  və  tikanlı  məftillər  və  gözətçi  postları  ilə  tikilmiş 

divar.  1990-cı  ildə  divar  söküldü  və  Berlin  Almaniyanın 

paytaxtı elan edildi. – 144. 

 

113. Dmitri Şostakoviç (1906–1975) – böyük rus bəstəkarı, 

sənətşünaslıq elmləri doktoru – XX əsr dünya müsiqi sənətinin 

klassiki.  Şostakoviçin  yaradıcılığında  simfonik  musiqi  başlıca 

yer  tutur.  Ən  kamil  əsərlərindən  sayılan  7,11,12,  14,15-ci 

simfoniyalarında həyat və ölüm mövzusu böyük emosionallıqla 

ifadə  olunmuşdur.  Bir  çox  dünya  ölkələrinin  milli,  elm, 

incəsənət akademiyalarının Fəxri üzvü olmuşdur. – 145. 

 

114. Monako, M o n a k o   K n y a z l ı ğ ı – Cənubi Avro-

pada,  Aralıq  dənizi  sahilində  dövlət.  Sahəsi  1,95  km

2

,  əhalisi 



32,1  min  nəfərdir.  İnzibati  cəhətdən  3  mahal  –  şəhərdən 

ibarətdir.  Monako  Knyazlığı  konstitusiyalı    irsi  monarxiyadır. 

Dövlət  başçısı  knyazdır.  Qanunverici  hakimiyyət  knyaza  və 

Milli  Şuraya  (parlamentə)  məxsusdur.  Paytaxtı  Monako  şə-

həridir. – 146. 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə