İnqilab Əhmədov



Yüklə 405,02 Kb.
səhifə3/6
tarix15.03.2018
ölçüsü405,02 Kb.
#32310
1   2   3   4   5   6

2.3. Ticarət siyasəti
Yeni Gürcüstan höküməti dörd müxtəlif ticarət islahatı apardı: (a) gömrük nəzarəti institutlarının yenidən təşkili və miqyasının kiçildilməsi; (b) gömrük ödənişlərinin həyata keçirilməsi üçün tələb edilən inzibati şərtlərin sadələşdirilməsi; (c) birətərəfli şəkildə idxal rüsumlarının azaldılması; (ç) ölkənin beynəlxalq ticarət rejimlərinə cəlbinin genişləndirilməsi.

Gömrük sisteminin islahatları ilkin olaraq 2004-cü ilin avqustundan qüvvəyə minən Gömrük Sisteminin İnkişafı Strategiyası ilə formalaşıb. Bu sistem gömrük işçilərinin sayının demək olar ki, yarısını azaltdı. 2007-ci ilin aprelində isə vergi və gömrük təşkilatları yenidən islahata məruz qaldılar və bu dəfə vergi departamenti, gömrük departamenti və maliyyə polisi Maliyyə Nazirliyi yanında (yeni) Dövlət Gəlir Xidmətində birləşdirildilər. Əgər bu reformların birinci hissəsində əsas hədəf korrupsiyanı azaltmaq idisə, ikinci komponent inzibati baxımdan və informasiya paylaşımı baxımından daha effektiv olan yeni təşkilatın formalaşdırılması idi. Əmtəələrin idxalı prosedurları 2003-cü ilə nisbətən əhəmiyyətli dərəcədə sadələşdirilib və bu proses davam edir. Hətta 2007-ci ildə Avropa Komissiyası da, Yeni Qonşuluq Siyasətini qiymətləndirərkən ölkədəki gömrük bəyannaməsi sistemində və texniki tənzimləmənin koordinasiyasında ciddi irəliləyişləri qeyd edir. Bunlarla yanaşı, ÜTT tələblərini üstələyən tarifflərin birtərəfli ixtisarı prosesi də davam edib. 2006-cı ildə gömrük sisteminə edilən düzəlişlərə əsasən, Gürcüstanda idxal tarifləri elə dramatik azaldıldı ki, bu hal-hazırda dünyada ən aşağı gömrük tariflərindən biridir. Belə ki, malların 90%-ə qədəri 0%-lə, yerdə qalanı isə 5-12%-lə gömrük rüsumuna cəlb edilir. Həmçinin kiçik idxalçıların vergidən azad olunan idxal limiti də artırılmışdır.

Və nəhayət, Gürcüstan özünün beynəlxalq ticarət rejimlərinə qoşulmasını genişləndirmək və intensivləşdirmək üçün də səy göstərib. Gürcüstan ÜTT, Avropa Şurası və AB Yeni Qonşuluq Siyasətinin (2004) üzvüdür. Bu təşkilatlar xüsusən fitosanitar nəzarət və gömrük prosedurları üzrə standartların normallaşdırılması üçün Gürcüstan hökümətinə yardım göstərmişlər. Həmçinin Yeni Qonşuluq Siyasəti gürcü mallarının Avropa bazarına çıxışını da təmin etdi. ÜTT çərçivəsində inkişaf etmiş ölkələr zəif inkişaf etmiş ölkələrə Ümumiləşmiş Güzəştlər Sisitemi (GSP) təklif edirlər ki, bu da əmtəələrin inkişaf etmiş ölkələrin bazarına güzəştli daxil olmasını nəzərdə tutur. Gürcüstan artıq ABŞ, Yaponiya, Kanada, Norveç və İsveçrə ilə GSP anlaşmasına, AB ilə isə daha geniş əmtəə çeşidini nəzərdə tutan GSP+ statuslu anlaşmaya malikdir. Gürcüstan Türkiyə ilə də GSP+ statusuna malikdir. Hətta bu təşəbbüsləri genişləndirmək səyləri də var. Gürcüstan Türkiyə ilə 2007-ci ildə azad ticarət sazişi imzalamış və AB ilə belə sazişin imzalanması üçün səylər göstərmişdir. Ən əsası isə ölkə tranzit və ixrac yönümlü iqtisadiyyatı tam bərqərar etməyə çalışır.

2008-ci ilin aprel ayında Birləşmiş Ərəb Əmirliklərinin Ras Al-Khaimah (RAK) investisiya fondu hökümətin elan etdiyi tenderdə qalib gələrək Poti limanının 51%-i və ona bitişik 400 hektarlıq ərazini Azad İqtisadi Zona kimi satın almışdır. Poti limanının yük tutumunun cari 8.5 milyon ton səviyyəsindən 35-40 milyon tona çatdırılması planlaşdırılır. Gürcüstan höküməti inanır ki, bütün bunlar üçün önümüzdəki limana 3 ildə 200 milyon dollar investisiya qoyulacaq və 20.000 yeni iş yeri açılacaq.


Gürcüstan – əsas maliyyə indikatorlarının son vəziyyəti
- Ölkənin xarici borcları son illər durmadan artmaqla 2008-ci ilin sonuna 7.3 milyard $-a çatıb.



- Ölkənin ümumi beynəlxalq maliyyə rezervləri 2008-ci ilin sentyabrına 1.37 milyard dollara çatmışdır. Ötən ilin oktyabrında isə bu rezervlər 1.27 milyard dollara endi. Bu rezervlərdən əvvəlcə hökümətin hesabına 50 milyon dollar, sonradan isə 150 milyon dollar əlavə transferlər edildi.

- Xarici valyuta bazarına Gürcüstan Milli Bankının avqust-noyabr aylarında valyuta məzənnəsinin stabilliyini saxlamaq üçün ümumi rezervlərin üçdə biri qədər müdaxilə olub. əvvəlcə larinin bahalaşmasını dayandırmaq üçün xarici valyuta alındı, daha sonra isə əks proses baş verdi.

- Ölkədə müharibə şəraitinin yarandığı 2008-ci ilin avqust ayında bank depozitləri 13% azalaraq banklarən likvidliyinə müəyyən neqativ təsir göstərdi. Sentyabrda baş verən müəyyən 5%-lik artımdan sonra oktyabr və noyabrda yenidən azalma baş vermişdir.

- Gürcüstanın suveren bondlarının ABŞ xəzinədarlığının istiqrqzlarına müqayisəli dəyəri 550 səviyyəsindən konflikt dövründə 800-ə çatmış, atəşkəs dövründə 700-ə enmiş, qlobal maliyyə böhranının təsiri ilə isə yenidən 1100 baza nöqtəsinə (basis points) yüksəlmişdir.

Ekspert rəyi
«Gürcüstandakı vəziyyət barədə Azərbaycanda çox yüksək fikirdədirlər. Amma Gürcüstanda da korrupsiya var, özü də yüksək həddədir. Belə olmasaydı, heç bir biznesi olmayan, vəzifəyə gələn adi adamlar sonradan ölkənin ən varlı şəxslərinə çevrilməzdilər». Bu fikirləri «Azadlıq» Radiosunun «İşdən sonra» proqramında «Georgian Times» qəzetinin təsisçisi, «Azri» Strateji Araşdırmalar Mərkəzinin prezidenti Malxaz Qulaşvili deyib. Malxaz Quluaşvili bildirir ki, müxalifətin Rusiyapərəst olduğunu iddia edənlər yanılırlar: «Rusiyapərəst o adamlardır ki, Gürcüstanın əsas varını Rusiya şirkətlərinə satıblar. O adamlardır ki, onların hesabına indi Rusiya Gürcüstan ərazisinin 26 faizinə sahibdir». Qulaşvili Gürcüstan iqtidarını Rusiyanın əlinə oynamaqda ittiham edir. «Bir tərəfdən, Rusiya ilə müharibə etmək, digər tərəfdən, zavod-fabrikləri Rusiyaya satmaq anlaşılan deyil». Bununla belə o deyir ki, Rusiya ilə danışmaq lazımdır və regiondakı problemlərin həlli buradakı ölkələrin əməkdaşlığından keçir.
http://www.azadliq.org/content/article/1562527.html




Gürcüstanda ən önəmli dəyişikliklərdən biri də, xüsusilə idxal prosedurunun sadələşdirilməsi və ucuzlaşdırılması olub. Dünya Bankının “Doing Business” hesabatına əsasən 2007-ci il üçün ölkəyə yüklərin idxalı regional orta səviyyədən 30% ucuz, ölkədən ixracı isə 20% ucuzdur. Bu fərqin əsas səbəbi inzibati islahatlar olmuşdur. Bu səbəblər əslində bir müddət Gürcüstanın biznes cazibədarlığını da artırmışdı. Hətta Amerika Ticarət Palatası 2004-2007-ci illərdə gömrük sistemini təkmilləşdirməsi hesabına Gürcüstana mal idxalının Azərbaycan və Gürcüstanla müqayisədə daha rahat olduğunu ifadə etmişdir. Məhdudiyyətləri aradan qaldırılması ixraca daha gec təsir edir və ilk öncə idxalı artırır. Gürcüstanın əmtəə və xidmətlər üzrə ticarət balansının kəsiri 2003-2006-cı illərdə 578 milyon dollardan 1.8 milyard dollara qədər artmışdır. 2007-ci ildə isə bu hədd hətta 2.2 milyard dollara yaxınlaşmışdır. Bu kəsir indiyə qədər daha çox birbaşa xarici investisiya və xaricdən pul köçürmələri hesabına maliyyələşsə də, son qlobal böhranın buna neqativ təsiri qaçılmazdır və davamlı inkişaf üçün təhlükəlidir. İdxalın genişlənməsinin pozitiv təsirləri isə daxili bazarda ucuzlaşma və mal çeşidinin artmasıdır. Ancaq ümumilikdə əsas idxal kateqoriyalarına nəzər salsaq cari strukturun geniş istehlak mallarının ciddi ucuzlaşmasına təsiri bir qədər skeptikdir. Mütləq mənada idxalın ən çox artdığı sahə neft-qaz və əlaqəli məhsullardır. Bunlarda 2003-2006-cı illər intervalında artım 148 milyon dollardan 656 milyon dollara çatmışdır ki, burada qiymət artımının da rolu var. Ikinci ən böyük artım, xüsusilə ABŞ və Almaniya istehsalı olan minik avtomobillərində olmuşdur (2003-cü ildə 47 milyon dollar, 2006-cı ildə isə 295 milyon dollar). Kənd təsərrüfatı məhsularında isə hələlik ciddi bir ucuzlaşma yoxdur. Gürcüstanın Türkiyə ilə azad ticarət sazişi ölkə bazarlarını Türkiyənin kənd təsərrüfatı mallarının idxalı üçün önəmli ölçüdə açmış, habelə Gürcü şərabının da Türkiyəyə rüsumsuz ixracına imkan vermişdir. Bütün bunların fermerlər arasında rəqabəti artıracağı və qiymətləri azaldacağı ancaq nəzəri olaraq mümkündür. Ancaq bu həqiqətdir ki, rəqabətin onun zəif olduğu kənd təsərrüfatında əmək məhsuldarlığını artırmağa ehtiyac var. AB halında isə ticarət rejimlərinin Gürcüstanın kənd təsərrüfatına təsirinin 3 aspekti müəyyən qədər öyrənilməlidir. Birincisi, ticarət rejimləri ölkənin ənənəvi olaraq qorunan kənd təsərrüfatı bazarını, xüsusilə şərabçılığı əhatə edə biləcəkmi? İkincisi, Gürcüstan malları açıq bazarlara daxil olmaq üçün lazımi səviyyədədirmi? Xarici ixracatçıların qarşılıqı şəkildə bazara daxil olması yerli istehsalçılar üçün nə ifadə edir? UNDP-nin son ticarət hesabatına əsasən AB ilə azad ticarət rejimi sazişinin iqtisadi faydası kənd təsərrüfatı məhsulunun 0.1% əlavə artımı, sənaye məhsulunun 0.13% əlavə artımı və xidmət sektorunda 0.05% əlavə artımı ilə nəticələnəcək. Çünki, azad ticarət sazişinin mallarının çoxu GSP+ statusu ilə artıq əhatə olunur. Gürcüstanın AB və Türkiyə ilə olan azad ticarət sazişi onun qərbə inteqrasiyasını, uzunmüddətli iqtisadi və təhlükəsizlik problemini də əhatə edir. Lakin bu zaman fayda-itgi analizi önəmlidir. Məsələn, Türkiyə ilə olan saziş şərab ixracatçılarını və daxili bazarda ucuzlaşmadan faydalanan istehlakçıları qane edə bilər. Lakin bunun yerli fermerlərə təsiri də nəzərdən qaçırılmamalıdır. İstənilən ticarət sazişi və rejiminin faydası yerli biznesin onu anlaması və istifadəsi səviyyəsindən asılıdır. Gürcüstanın kənd təsərrüfatında bəzi mallar artıq kifayət qədər ixrac potensialına malikdir. Rusiya bazarına qoyulan embarqoya baxmayaraq, Gürcüstan 2007-ci il ərzində 36.7 milyon dollarlıq meyvə, 10.2 milyon dollarlıq şərab və 19.2 milyon dollarlıq spirt ixrac etmişdir. Xüsusən meyvə ixracına Rusiya embarqosunun neqativ təsiri olmuşdur. 2005-ci ilin 4-cü rübündə 44 milyon dollar olan meyvə ixracı 2007-ci ilin analoji dövründə 36.7 milyon dollara düşmüşdür (əvvəlki səviyyənin 83%-i). Meyvə ixracının yarısı Avropa ölkələrinə ünvanlanıb. Şərabın isə GSP+ çərçivəsində Avropaya çıxışı olmadığından 2007-ci ilin 4-cü rübündə 2005-ci ilə nisbətən ixrac 40% azalaraq 10.2 milyona düşmüşdür. Ümumiyyətlə, Gürcüstanın yeni ticarət rejimindən faydalanacağı nəticəsinə gəlmək üçün potensial dəyərinin qiymətləndirilməsi çətindir.

Azərbaycanla Gürcüstanın qarşılıqlı ticarət əlaqələri də genişlənir. Azərbaycan ötən il (2008) Gürcüstanın ikinci ən böyük ticarət tərəfdaşı olub. Gürcüstanın statistika departamentinin məlumatına əsasən 2008-ci ildə Gürcüstanın  ticarət balansı 4,56 milyard dollara yüksəlib. 2007-ci ildə bu rəqəmin 3,98 milyard dollar olduğu bildirilib. Gürcüstanın xarici ticarətinin ümumi həcmi 2008-ci ildə 17,2 faiz artaraq 7,55 milyard dollar təşkil edib. İxrac əməliyyatları 1,49 milyard dollar həcmində həyata keçirilib ki, bu da 2007-ci illə müqayisədə 21,5 faiz çoxdur. İdxal isə 6,05 milyard dollar olub (16,2 faiz). Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Bu ölkə ilə ticarətin həcmi 1,2 milyard dollar təşkil edib. Bu 2007-ci illə müqayisədə 33,7 faiz çoxdur. Türkiyə ilə ticarətin həcmi ümumi xarici ticarətin həcminin 15,9 faizini təşkil edib. Gürcüstanla xarici ticarət əməliyyatları üzrə ikinci pilləni 813,2 milyon dollarlıq həcmlə Azərbaycan tutur. Bu da 2007-ci illə müqayisədə 56,4 faiz çoxdur. Öz növbəsində bu rəqəm Gürcüstanın ümumi xarici ticarətinin 10,8 faizini təşkil edir. Üçüncü yerdə 791,8 milyon dollarlıq həcmlə Ukrayna qərarlaşıb. Növbəti yerlər Almaniya – 467 milyon; Rusiya– 454 milyon (2007-ci ildə RF Gürcüstanın üçüncü, 2006-cı ildə ikinci ən böyük ticarət tərəfdaşı olub); ABŞ – 343,5 milyon; Çin – 307 milyon; BƏƏ – 283,8 milyon; Bolqarıstan – 231 milyon və İtaliya – 198,7 milyon dollar və b. ölkələrə məxsusdur. 2008-ci ildə Gürcüstanın əsas ixrac məhsulu ferroərintilər olub ki, onlar 267 milyon dollar həcmində ixrac olunub. Bu ümumi ixracın 17,8 faizi deməkdir. Bunu arxasınca qara metal qırıntıları - 128,5 milyon dollar (8,6 faiz) və mis - 118 milyon dollar (7,9 faiz) gəlir. İdxala gəlincə, Gürcüstana əsasən neft məhsulları gətirilir. Ötən il onların dəyəri 967 milyon dollar olub ki, bu da öz növbəsində ümumi idxalın 16 faizi deməkdir.



Azərbaycan Respublikasının Gürcüstan ilə ticarət əlaqələri. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2007-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 11766,9 milyon, idxalın həcmi 5708,6 milyon, ixracın həcmi isə 6058,3 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası 137 xarici ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmiş və ticarət saldosu müsbət 349,7 milyon ABŞ dolları olmuşdur.

Gürcüstan ilə ticarət əlaqələri və Azərbaycanın xarici ticarət dövriyyəsində Gürcüstanın payı. 2007-ci ilin yanvar-dekabr ayları ərzində Gürcüstanın Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 3,5 , idxalda 1,1 , ixracda isə 5,7 faiz təşkil etmişdir.


Xarici ticarət dövriyyəsində ölkələrin xüsusi çəkisi

(milyon ABŞ dolları)

Ölkələr

Dövriyyə

%-lə çəkisi

Türkiyə

1680,8

14,3

Rusiya

1529,8

13,0

İtaliya

1081,8

9,2

İran

540,0

4,6

Birləşmiş Ştatlar

496,6

4,2

Ukrayna

494,7

4,2

Almaniya

490,7

4,2

Birləşmiş Krallıq

414,0

3,5

Gürcüstan

406,7

3,5

İsrail

400,7

3,4

İndoneziya

396,3

3,4

Fransa

362,6

3,1

Qazaxıstan

349,9

3,0

Yaponiya

295,0

2,5

Çin

288,9

2,5

Digər

2538,4

21,6

Cəmi:__62930,8___Mənbə'>Cəmi:__11766,9__100,0___Mənbə'>Cəmi:

11766,9

100,0

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

Gürcüstanın əvvəlki illər üzrə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı isə, 2001-də 2,89 , 2002-də 2,44 , 2003-də 2,31 , 2004-də 2,85 , 2005-də 2,97 , 2006-cı ildə isə 2,9 faiz təşkil etmişdir. 2007-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının Gürcüstan ilə ümumi ticarət dövriyyəsinin həcmi 406,7 milyon, idxalın həcmi 62,9 milyon, ixracın həcmi isə 343,8 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində xarici ticarət saldosu müsbət 280,9 milyon ABŞ dolları olmuşdur. 2006-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə Gürcüstan ilə ümumi ticarət dövriyyəsi 21,6 , idxal 27,9 , ixrac isə 20,5 faiz artmışdır.




Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi


Gürcüstandan idxalın tərkibi. 2007-ci ilin yanvar-dekabr ayları ərzində idxalın 60,9 faizini sement; 12,4 faizini kimya sənayesi məhsulları; 10,7 faizini dəmiryol nəqliyyat vasitələri; 4,2 faizini elektrik enerjisi; 11,7 faizini isə digər məhsullar təşkil etmişdir.


İdxal (2007)

Malların adları

min ABŞ dolları

Sement

38344,5

Kimya sənayesi məhsulları

7827,9

Dəmiryol nəqliyyat vasitələri

6714,5

Elektrik enerjisi

2651,9

Digər

7392,0

Cəmi:

62930,8

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi


Gürcüstana ixracın tərkibi. 2007-ci ilin yanvar-dekabr ayları ərzində ixracın 75,3 faizini xam neft və neft məhsulları; 5,8 faizini təbii və maye qaz; 4,4 faizini şəkər və ondan hazırlanan məmulatlar; 2,1 faizini yeyinti sənayesinin qalıqları və tullantıları; 1,1 faizini plastik kütlələr, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar; 0,6 faizini elektrik enerjisi; 10,7 faizini isə digər məhsullar təşkil etmişdir.


İxrac (2007)

Malların adları

min ABŞ dolları

Xam neft və neft məhsulları

258777,6

Təbii və maye qaz

19875,5

Şəkər və ondan hazırlanan məmulatlar

15064,7

Yeyinti sənayesinin qalıqları və tullantıları

7283,9

Plastik kütlələr, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar

3839,2

Elektrik enerjisi

2212,9

Digər

36726,6

Cəmi:

343780,5

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

2.4. Maliyyə sektoru
Gürcüstanın kommersiya banklarının aktivləri 2008-ci ildə 23% artıb. Gürcüstan Milli Bankının məlumatları- na görə, 2008-ci ildə ölkənin kommersiya banklarının aktivləri 1657,5 milyon lari, yəni 23 faiz artaraq 8865,6 milyon lari təşkil edib. Ötən ilin əvvəlindən bankların şəxsi vəsaitləri 46,2 milyon laridən 1517,3 milyon lariyədək artıb ki, bu da kommersiya banklarının bütün xalis aktivlərinin 17,1 faizini təşkil edir. Nizamnamə kapitalının artımı 26,5 faiz  - pul ekvivalentində 120,3 milyon lari təşkil edib. Ən böyük beş kommersiya bankının Gürcüstanın bank sektoru aktivlərinin məcmu həcmində payı ilin əvvəlindən 80,4 faizdən 79,3 faizədək azalıb.  Dekabrın 31-nə olan vəziyyətə görə, Gürcüstanın bank sektorunda 20 kommersiya bankı təmsil olunub. Onların 15-ində xarici Nizamnamə kapitalı iştirak edir. Bundan başqa, ölkədə xarici bankların filialı olan iki bank var.

Gürcüstanın bank aktivləri 2008-ci il ərzində dəyişkən trend göstərmişdir. Belə ki, avqusta qədər artım, avqust-sentyabr aylarında azalma, sentyabr-dekbrda yenidən artım və 2009-cu ilin əvvəlində yenidən azalma müşahidə etmək olar. Bu əslində, ölkədə baş verən hadisələrə paralel senarilər üzrə baş verir.



2.5. İnvestisiya siyasəti
Gürcüstan höküməti ölkəyə birbaşa xarici investisiyanın (FDI) cəlbi ilə bağlı ikili yanaşma tətbiq etdi. Bu bir tərəfdən iqtisadi liberallaşma çərçivəsində biznesin inzibati tənzimi sisteminin daha da sadələşdirilməsi, vergi dərəcələrinin azaldılması, idxal-ixrac rejimlərinin təkmilləşdirilməsini, digər bir tərəfdən də konkret sənayə sahələrinə diqqətin artırılması və özəlləşdirilməsini sürətləndirdi. 2003-cü ildə 331 milyon dollar olan (ÜDM-in 8%-i) xalis FDI, 2007-ci ildə 2 milyard dollara (ÜDM-in 15%-i) çatmışdır. 2008-ci ildə isə 1.3 milyard dollara yaxın bir həddə olmuşdur. Göründüyü kimi, əslində 2008-ci ildə 2007-ci ilə nisbətən FDİ 35%-dən çox azalmışdır. Buraya həm müharibə, həm də qlobal maliyyə böhranının təsiri var. Ancaq investorlar qarşısında duran bəzi maneələrin də rolunu 0-la qiymətləndirmək olmaz. Baxmayaraq ki, 2003-cü ilin investiya axınında mühüm yer tutan BP və BTC mənşəli investisiyalar sonradan tədricən azalmışdır, lakin buna paralel olaraq ümumi investisiyalar artmışdır. Eyni zamanda, investisiyaların mənşə ölkələri də, diversifikasiya edilmişdir. Əgər 2002-2006-cı illərdə əsas xarici investisiyalar Böyük Britaniya (BP xətti ilə), ABŞ, Türkiyə, Rusiya, Qazaxıstandan gəlirdisə, 2006-cı ildə bu sıraya Çexiya, Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri də qoşulmuşdur. Azərbaycan isə 2008-ci ilə qədər gürcüstana ən çox investisiya qoyan ilk üç ölkə sırasında olmuşdur.
Gürcüstan iqtisadiyyatına 2007-ci ildə yönələn

xarici birbaşa investisiyanın sektoral bölgüsü (yekun, 2 milyard $-dan artıq)


Mənbə: Gürcüstan Statistika Departamenti

Gürcüstanın özəl sektorda ən böyük vergi ödəyicisi kimdir?
Azərbaycanın SOCAR Georgia şirkəti neft məhsullarının satışı sahəsində çalışan təşkilat və şirkətlər arasında iki ən nüfuzlu nominasiyanın sahibi olub. Neft məhsullarının idxalçıları, istehsalçıları və istehlakçıları birliyinin araşdırmaları nəticəsində, SOCAR Georgia ən böyük vergi ödəyicisi və ən böyük sərmayədar olub. 2008 - ci ilin yekunları üzrə mükafatlandırma “Triumf” klubunda keçirilib. SOCAR Georgia Gürcüstanın dövlət büdcəsinə 172 217 882 lari (1 dollar – 1,6880 lari) ödəyib.  Bu nominasiyada ikinci yerə 76 823 158 lari ilə “Vissol petroleum Corciya”, üçüncü yerə 56 743 937 lari ödənişlə “Lukoyl Corciya” çıxıb. SOCAR Georgia Gürcüstana 28 500 000 lari yatıraraq, ən böyük sərmayədar olub.  Fəxri fərmanlarla aşağıdakı nominasiyalarda qaliblər mükafatlandırılıb: ən geniş benzindoldurma məntəqələri şəbəkəsinə malik şirkət – “Vissol petroleum Corciya”; ən çox sayda əməkdaşın çalışdığı şirkət – “Vissol petroleum Corciya”. Ən böyük avtomobil yağları tədarükçüsü GT - qrup şirkəti olub.  Gürcüstanda bu tədbir ənənəvi xarakter daşıyır. Nominantlar aşağıdakılardır: 2004 - cü il – “Lukoyl Corciya” və “Kanarqo standart oyl”, 2005 - ci il – “Lukoyl Corciya”, 2006 - cı il – “Vissol petroleum Corciya”, 2007 - ci il – “SOCAR Georgia”.




Yüklə 405,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə