İnqilab Əhmədov


Azərbaycan üçün tövsiyyələr



Yüklə 405,02 Kb.
səhifə6/6
tarix15.03.2018
ölçüsü405,02 Kb.
#32310
1   2   3   4   5   6

Azərbaycan üçün tövsiyyələr
Azərbaycan üçün qonşu Gürcüstanın tarixi əhəmiyyət daşıyan islahatarı müstəsna əhəmiyyət kəsb edir. Unikal imkan ondan ibarətdir ki, sosial eksperimentleri laboratoriya şəraitində sınaqdan keçirmək mümkünsüz olduğundan, hakimiyyət, adətən köklü xarakter daşıyan bu cür islahatları yalnız real şəraitdə həyata keçirir və beləliklə qarşıya çıxan problemlərlə üz-üzə gələrək, qərarların hansı birinin səhv olduğunu, yalnız onda qiymətləndirir. Bu isə cəmiyyətə çox baha başa gəlir. Hadisələr, hətta, ən arzuolunmaz məcrada inkişaf edə bilər, ölkə həyatının iflic olmasına və uzun müddət vətəndaş qarşıdurmasına gətirib çıxara bilir. Bu baxımdan, mental cəhətdən çox yaxın və eyni zamanda oxşar şəraitə malik olan yaxın qonşumuzun islahatlar eksperimenti, yaxın gələcəkdə inkişafimiz üçün maraqlı və faydalı bir praktik örnək (“reality role-play”) sayıla bilər. Bununla bağlı tapıntılar və müvafiq tövsiyyələr aşağıdakılardır:

  1. Gürcüstanda sosial korrupsiyaya qarşı yönələn köklü inzibati islahatlatlar, sovetdən miras qalan icazə sisteminin minimuma endirilməsi göstərdi ki, Azərbaycanda da bunu etmək mümkündür. Eyni zamanda qonşu Gürcüstandan fərqli olaraq, Azərbaycanda dövlət maliyyə vəsaitinin (dövlət büdcəsi, Neft Fondu) müqayisə edilməz dərəcədə çox olması bu ölkədə müvafiq islahatların həyata keçirilməsini daha real edir. Sosial korrupsiyanın əsas qurbanları - heç bir əlahiddə imtiyazı olmayan sadə vətəndaşlar Gürcüstanda olduğu kimi hakimiyyətin bu addımını çox yüksək qiymətləndirər, və bu hətta ölkə iqtisadiyyatının təsirli dərəcədə artımına gətirə çıxara bilər. Gürcüstanda kompakt şəkildə məskunlaşan azərbaycanlı vətəndaşların aparılan islahatlara birmənalı olaraq müsbət münasıbəti, onların sosial həyatının məhz aparılan islahatlar nəticəsində xeyli yaxşılaşması həm də onu göstərir ki, azərbaycanlıların bu növ islahatlara hazır olmaması həqiqətə uyğun deyil. Ancaq Gürcüstan təcrübəsi göstərir ki, islahatların yaratdığı müqavimət dalğasına hazır olmaq və onu Gürcüstandakı kimi qeyri-adekvat deyil, daha sivil yollarla neytrallaşdırmağı bacarmaq lazımdır.

  2. Gürcüstanda idarəetmə sistemində aparılan islahatlar ağrılı getsə də onu nümayiş etdirdi ki, hakim komandaya professionalları cəlb edib, əsasən texnokratlardan ibarət komanda yaratmaq mümkündür. Belə olan halda hakimiyyətə loyal olan çoxsaylı qərb təhsilli mütəxəssisləri cəlb etməklə hakimiyyət daha keyfiyyətli iş qabiliyyətinə malik olur, hazırlanan qərarlar daha çevik olur və əsas odur ki, dünya təcrübəsini əxz etmək baxımından mümkün maneələr çox tez aradan qalxır. Gürcüstanda islahatlar həm də onu göstərdi ki, qarşıya qoyulan yeni vəzifələri yerinə yetirməyə qadir olmayan köhnə kadrları dövlət proqramı çərçivəsində müvafiq işlə təmin etmək, və ya onlar üçün alternativ minimum sosial şərait yaratmaq mümkündür. Bu çox vacib təcrübə bir daha nümayiş etdirdi ki, bazar qurumlarında olduğu kimi, dövlət sektorunda da rəqabətə davamlı kadr potensialı formalaşmalıdır. Əks halda dövlət idarəetmə sistemi proseslərdən geri qalar, aparılan siyasət isə reallığı özündə əks etməyib ölkənin inkişaf tempini geri çəkə bilər. Azərbaycanda da Gürcüstandakı kimi idarəetmə kadrlarının tədricən gəncləşdirilməsi üçün xüsusi məlumat bazası formalaşdırıla bilər.

  3. Gürcüstanda islahatlar nisbətən də olsa, tranzitiv ölkələr üçün xas olan məmur-sahibkar tandemini (dövlət vəzifəsindən sui istifadə edərək öz biznesini qurmaq) qıra bildi. Düzdür son zamanlar əsasən dövlət başçısı Saakaşvilinin impulsivliyi ilə əlaqələndirilən hökumət strukturlarında yerdəyişmələr və işdən azad etmələr, yuxarıda qeyd edilən problemi nə qədər səngidirsə, digər tərəfdən bir o qədər də idarəetmə sistemində qeyri-müəyyənliyi və bu sahədə stabilliyi zəiflədir. Əgər bu neqativ halları islahatların mənfi təsirləri kimi qiymətləndirsək, bütövlükdə texnokrat hökumətinin qurulması ənənəsini Saakaşvili hakimiyyətinin aktivinə yazmaq olar. Azərbaycan üçün hətta strateji problem sayılan bürokratiyanın biznesdən tədricən ayrılması realdır və əslində siyasi hakimiyyət bundan itgi ilə çıxmır.

  4. Gürcüstanın biznes mühitində pozitiv dəyişikliklər Azərbaycan üçün olduqca vacibdir. Sahibkarlığın qarşısında əsas maneələr sayılan dövlət müdaxilələri, inhisarlaşmalar, korrupsiya və s. Gürcüstanda o qədər də kütləvi xarakter daşımır. Düzdür, son zamanlar dövlət müdaxilələrin orada da artması müşahidə edilir, ancaq hər halda rəqabət şəraitinin əsas sütunları yerindədir və heç təsadüfi deyil ki, biznes şəraiti ilə bağlı bütün qiymətləndirmələrdə Gürcüstanın qərarlaşdığı yer Azərbaycandan çox yüksəkdədir. Azərbaycanda xüsusən cari böhran dövründə əsas diqqət məhz real rəqabət mühitinin formalaşmasına və bununla bağlı AB-nin tövsiyyələrinin yerinə yetirilməsinə yönəldilməlidir. Əks halda xarici investisiya qıtlığı problemi önümüzdəki illərdə də davam edəcək.

  5. Gürcüstandan fərqli olaraq Azərbaycan birmənalı olaraq qərbyönümlü siyasətə yox, balanslaşdırılmış siyasi xəttə üstünlük verir. Ola bilər ki, bu xətt regionda və dünyada hazırda yaranmış real vəziyyətdən daha düşünülmüş və düzgün sayılır. Lakin yaddan çıxarmaq lazım deyil ki, Qərb partnyorları ilə əməkdaşlıqda qeyri müəyyənlik və götürülmüş öhdəliyin yerinə yetirilməməsi vaxt limitini ötürsə bu ölkənin həm xaricdən, həm də daxildən təhlükələrinin artması ilə nəticələnər və o halda Qərbdən ehtiyac duyulan dəstəyi almaq çox çətin olacaq. Təcrübə göstərir ki, hətta o zaman Qərb üçün böyük əhəmiyyət kəsb edən enerji faktoru da kömək etməyəcək. Beləliklə Gürcüstanın bu qısa zamanda sivil dünya ilə münasibətlərini kifayət qədər effektiv qurması Azərbaycan üçün öyrənməyi vacib olan təcrübələrdən biri sayılmalıdır.


Yekun qeydlər


Müsahibəyə cəlb olunmuş şəxslər

1. İrakli Qachechiladze,

Gürcüstan İqtisadi İnkişaf Nazirinin müavini



2. Nino Evgenidze,

Gürcüstanda layihə partnyoru – İqtisadi Siyasətin Tədqiqatı Mərkəzi (Economic Policy Research Center), Tbilisi, Gürcüstan (http://www.eprc.ge)


3. İrina Laşki,

Gürcüstan Açıq Cəmiyyət Fondu – Proqram rəhbəri



4. Tamara Pataraya

Gürcüstanda “Siyasi Dialoq” qeyri hökumət təşkilatının rəhbəri



Əlavə 1.
İnstitusional müqayisəli təhlil
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin strukturu



Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin Strukturu



Rəhbərlik:

Nazir

Nazirin I müavini

Üç nazir müavini

Departamentlər


Şöbələr

Xüsusi statuslu qurumlar


İqtisadi Siyasət

Milli Sərvətlərin lisenziyalaşdırılması


Komunikasiya və informasiya texnologiyaları


Tikinti və Urbanizasiya


Xarici ticarət və Beynəlxalq Iqtisadi Əlaqələr


Nəqliyyat

Hüquq

İctimaiyyətlə əlaqələr


Dövlət Mülkiyyətinin idarəedilməsi siyasəti


Ümumi Yoxlama


Statistika departamenti


Turizm və istirahət departamenti


Azad ticarət və rəqabət departamneti

Gürcüstan milli investisiya agentliyi


Özəlləşdirilən müəssisələrin yenidən strukturlaşdırılması


Sahibkarlığın idarəedilməsi agentliyi


Borjomi Mərkəzi Parkının Bərpası və inkişafı fondu


Akkreditasiya mərkəzi

Dövlət Satınalmaları Agentliyi


Standartlaşma, Texniki Nəzarət və Metrologiya üzrə milli agentlik



Gürcüstan texniki dövlət yoxlaması

Hər iki ölkənin müvafiq Nazirliyinin müqayisəsi hər iki halda innovativliyi göstərir. Ancaq diqqət çəkən bir neçə məqam var:

1. Gürcüstanda “standartlaşdırma, metrologiya və texniki nəzarət” funksiyalarını İqtisadi İnkişaf Nazirliyi yerinə yetirir. Çünki bu halda həmin funksiyalar sırf texniki xarakter daşıyır. Azərbaycanda isə bu funksiyalar yalnız texniki xarakter daşımır, müvafiq dövlət agentliyi ölkədə sahibkarlığın dövlət tənzimlənməsi sahəsində mərkəzi yerlərdən birini tutur.

2. Gürcüstanda dövlət satınalmaları ilə bağlı işlər də bu nazirliyin səlahiyyətindədir. Bunun səbəblərindən biri kimi ölkə iqtisadiyyatının miqyasına uyğun olaraq dövlət satınalmalarının da miqyasının çox nəhəng olmamasını göstərmək olar. Eyni zamanda, daima yeni hökümətlərin idarəetmə xərclərinin azaltmaq vədləri ilə yeni patronajlığın institusionallşamasından yaranmalı olan yeni strukturlar və onların maliyyələşməsi dilemmasını da vurğulamaq lazımdır. Onu da etiraf etmək lazımdır ki, son illərdə Azərbaycanda dövlət aparatının kəskin genişlənməsi trendi var və bu bəzi koordinasiya problemləri ilə də müşayiət olunur.

3. “Turizm və istirahət departamenti” isə əslində Gürcüstan üçün strateji əhəmiyyət daşıyan mühüm bir sahənin idarə edilməsini tənzimləyir. Azərbaycanı fərqləndirən isə bütün bu sahələrin uzunmüddətli və fundamental inkişafında formal da olsa baza ola biləcək tədris institutlarının quqrulmasını prioritetə çevirmək olmuşdur. Bu halda söhbət həm Turizm İnstitutundan, həm də İqtisadi İnkişaf Nazirliyi nəzdindəki “İqtisadi islahatlar elmi-tədqiqat institutu” və “Bakı biznes tədris mərkəzi”ndən gedə bilər.

Azərbaycanda iqtisadiyyatın idarə edilməsi ilə bağlı ən mühüm problematik aspektlərdən biri də müvafiq idarəetmə prosesinin struktural çatışmazlıqlarıdır. Buraya aşağıdakıları aid etmək olar:



1. Nazirlər Kabinetinin tam səmərəli olmayan strukturu. Nazirlər Kabinetinin hazırkı strukturu operativ idarəetməyə imkan verməyən statik xarakterə malikdir. Bu problemi aradan qaldırmaq üçün NK-nin strukturunun və bütövlükdə fəaliyyətinin funksional qiymətləndirilməsini aparmağa ehtiyac vardır. Bunun üçün Avropa Birliyinin TACİS proqramı çərçivəsində həyata kecirilən “Dövlət qulluğunun islahatı layihəsi”nin bəzi tədbirləri nəzərdə tutulsa da, bütün bunlar ciddi effekt verməmişdir. Əslində, ciddi siyasi qərar olmadan NK-nin struktur islahatı qeyri-mümkündür. NK-nin əsasnaməsi və strateji fəaliyyət planı da ya mövcud deyil, yaxud çox dar çərçivədəki insanlar üçün hazırlanaraq ictimaiyyət üçün açıq deyildir.

2. Hökumətin iqtisadi blokuna daxil olan nazirlik və komitələrin koordinasiya olunmalı olduğu və strateji xəttlərinin müəyyən edilməli olduğu NK-nin effektsizliyi həmin orqanlara da təsir edir (digər amillərlə yanaşı). Bütün bunlar son nəticədə ictimai vəsaitin səmərəsiz idarəedilməsi sistemində öz əksini tapır. İqtisadiyyatın idarə edilməsi ilə bağlı islahatlara texnokratik yanaşma qayda, prosedur və texniki dəyişikliklərin nəticəliliyinə inamı əks etdirir.

Əlavə 2.
Müstəqil Gürcüstan tarixinin ən mühüm hadisələri:

Aprel 1991 - Gürcüstan müstəqilliyini elan etdi
May 1991 - Zviad Qamsaxurdiya prezident seçildi
Yanvar 1992 - Z. Qamsaxurdiya Tbilisidə hökumət qoşunları ilə müxalifətçilərin toqquşmasından sonra devrilir. Keçmiş SSRİ-nin Xarici İşlər Naziri Eduard Şvardnadze martda yeni formalaşmış Dövlət Şurasına rəhbər təyin edilir.
İyul 1992 - Gürcüstan BMT-yə qəbul olur.
1993-cü il – Gürcüstan və onun iki separatçı regionu – Abxaziya və Cənubi Osetiya arasında konflikt başlayır. Müharibə iki ildən sonra sakitləşsə də, tərəflər arasında gərginlik hələ də qalır. 2008-ci ilin avqustunda başlamış Rusiya-Gürcüstan münaqişəsi nəticəsində isə bu iki regionun müstəqilliyi Rusiya tərəfindən tanındı.
Avqust 1995 – prezident hakimiyyətini möhkəmləndirən yeni konstitusiya qəbul edildi.
Noyabr 1995 – Şvardnadze prezident seçildi.
Noyabr 1997 – Gürcüstan ölüm hökmünü ləğv edir.
Yanvar 1999 – Korrupsiya üzrə Cinayət Qanunu Konvensiyasını imzalayır.
Aprel 1999 – Gürcüstan Avropa Şurasının üzvlüyünə qəbul edilir. Mayda Gürcüstan İnsan Haqları və Fundamental Azadlıqlar haqqında Avropa Konvensiyasını ratifikasiya edir.
Aprel 2000 – Şvardnadze yenidən prezident seçilir.
May 2000 – tez-tez hökumət səviyyəsində korrupsiya haqqında danışan məşhur jurnalist Akaki Gogiçaişvili müxtəlif məmurları, biznesmenləri, hətta Prezidentin ailəsinin üzvlərini onu öldürməklə hədələdiklərini bəyan edir.
Noyabr 2001 – müstəqil Rustavi 2 telekanalına basqın olur, Gürcüstanda nümayişlər başlayır və Şvardnadze nümayişlərə bütün kabinet üzvlərinin işdən çıxarılması ilə cavab verir. Keçən iyul adı çəkilən telekanalın aparıcısı Georgi Sanaya evində ölü olaraq tapılır.
Oktyabr 2002 – Polis Zugdidi rayonunda televiziya stansiyasına hücum edir, avadanlıqları dağıdır, işçiləri döyür.
İyul 2003 – Gürcüstan Dəmiryol İdarəsinin rəhbəri Akaki Çıxaidze Rustavi 2-yə qarşı böhtan iddiasını udur. Dəmiryol İdarəsi sonradan azaldılan cəriməni ödəməyi tələb edir.
Noyabr 2003 – Rəsmi nəticələrə görə Gürcüstan parlamentində Şvardnadzenin partiyası qalib gəlir, beynəlxalq müşahidəçilər seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Bütün bunlar tarixə “qızılgül inqilabı” kimi düşən minlərlə insanın ayağa qalxmasına səbəb olur. Nəticədə Şvardnadze istefaya gedir, Ali Məhkəmə seçkilərin nəticələrini ləğv edir və yeni hökumət istefasına görə eks-prezidentə məskunlaşma və yaşama xərcləri vəd edir.
Yanvar 2004 – Mixail Saakaşvili prezident seçilir.
Fevral 2004 – Şvardnadzenin kürəkəni, Gürcüstanın ən iri mobil operatorunun sahibi Gia Joktaberidze vergidən yayınma ilə ittiham olunaraq həbs edilir və həyat yoldaşının 15.5 milyon dollar ödəməsindən sonra azadlığa buraxılır.
Mart 2004 – Konstitusiya düzəlişləri nəticəsində baş nazir postu bərpa edilir və prezidentin parlamenti buraxa bilmək səlahiyyəti gücləndirilir.
May 2004 – Parlament seçkilərində Saakaşvilinin Milli Hərəkat Partiyası qalib gəlir.
Oktyabr 2004 – Parlament yeni Rəhbərlik Kodeksi qəbul edir, bu kodeksdə ictimai hesabatlılığı gücləndirmək üçün etik normalar müəyyənləşir.
Fevral 2005 – Baş Nazir Zurab Jivaniya qaz sızmasından evində ölür. Onun yerinə maliyyə naziri Zurab Noqaideli seçilir.
İyun 2005 - Maliyyə Naziri bir neçə vergi işçisinin rüşvətxorluqla əlaqədar həbs olunmasına görə işdən çıxarılır.
İyul 2005 – Elm və Təhsil Nazirliyi akademik qəbul prosesində rüşvətxorluğun qarşısının alınması məqsədilə yeni qəbul prosesi sistemi tətbiq edir.
Sentyabr 2005 – Tədqiqatçı jurnalist Sitsikaşvili Sabaya regional hökumətdə korrupsiya və səlahiyyətlərdən sui-istifadə haqqında hekayə nəşr etdirdiyinə görə beş adam tərəfindən hücum edilir.
İyul 2006 – Dünya Bankı öz hesabatında Şərqi Avropa və postsovet ölkələri arasında korrupsiyanın azalması istiqamətində ən çox nailiyyət qazanan ölkənin Gürcüstan olduğunu bildirdi.
İyul 2006 – Bakı-Tbilisi-Ceyhan istifadəyə verildi, Xəzər nefti Gürcüstan vasitəsilə nəql olunmağa başladı.
Sentyabr 2006 – Müdafiə Naziri Okuraşvilinin içində olduğu helikopterə Cənubi Osetiya üzərində Rusiya tərəfindən atəş açılır. Bu hadisə nəticəsində qarşılıqlı əlaqələr gərginləşir. Gürcüstan dörd Rusiya hərbçisini saxlayır. Rusiya Gürcüstana sanksiya tətbiq edir və yüzlərlə Gürcüstan vətəndaşını qeyri-leqal imiqrant olduğunu bildirərək ölkədən çıxarır.
Yanvar 2007 – Rusiya prezidenti Vladimir Putin dörd ay əvvəl geri çağrılmış Rusiyanın gürcüstandakı səfirliyinə Gürcüstan paytaxtına qayıtmasını əmr edir.
Fevral 2007 – Gürcüstan, Türkiyə və Azərbaycan arasında üç ölkəni birləşdirəcək dəmiryolunun çəkilməsini planlaşdıran regional əməkdaşlıq sazişi imzalanır.
Avqust 2007 – Gürcüstan Rusiyanın onun hava məkanını iki dəfə pozduğunu bəyan etdi, Rusiya bu xəbəri təkzib etdi.
Sentyabr 2007 – keçmiş müdafiə naziri İrakli Okuraşvili Saakaşvilini qətl planlaşdırmaq daxil olmaqla korrupsiyada ittiham edir. Yayılan xəbərlər nəticəsində prezident ictimai qınağa məruz qaldı və bunun nəticəsinə Gürcüstan cəmiyyətində Saakaşvilinin nüfuzuna zərbə vuruldu

Noyabr 2007 – ölkədə genişmiqyaslı nümayişlər başlayır, Saakaşvilinin istefası tələb olunur, fövqəladə vəziyyət elan edilir. Polis nümayişləri zorakı üsullarla dağıdır. Saakaşvili yanvarda keçiriləcək seçkilərdə iştirak etməkdən ötrü istefa verir.
Dekabr 2007 – Beynəlxalq təşkilatlar mitinqlərin zorakı üsullarla dağıdılmasına görə Gürcüstan hökumətini qınayır.
Yanvar 2008 – Saakaşvili növbədənkənar seçkilərdə qalib gəlir.
Mart 2008 – separatçı Abxaziya regionu BMT-dən müstəqilliyinin tanınmasını xahiş edir.
Aprel 2008 – Rusiya Abxaziya və Cənubi Osetiya regionlarında iştirakını artırmağı söz verir.
İyun 2008 – Abxaziyada bir neçə partlayış baş verir.
Avqust 2008 – Cənubi Osetiyada zorakılıqlar pik nöqtəsinə çatır, Gürcüstan regiona hava hücumu edir, Rusiya beynəlxalq tənqidlərə məhəl qoymayaraq separatçıları müdafiə etmək üçün Gürcüstana qoşun yeridir.

İstifadə olunan mənbələr



  1. Экономика Грузии: Истина в вине, Dр. Ингилаб Ахмедов, Ибрахим Рзаев.




  1. После «революции роз»: итоги некоторых экономических реформ в Грузии президент научно-исследовательского центра "Новая экономическая школа, Грузия" Паата Шешелидзе http://www.cato.ru/pages/69?idcat=458&parent_id=2

  2. РЕГИОНАЛЬНЫЕ ВОПРОСЫ ИНВЕСТИЦИОННОЙ ПРИВЛЕКАТЕЛЬНОСТИ д.э.н., профессор кафедры экономики и предпринимательства Кутаисский Государственный технический университет, Чихладзе Николай Важаевич




  1. A Closer Look at the Progress of Reform in Georgia, Ana Dolidze, March 31, 2007

  2. Analysis of “50-day Program” of the Government of Georgia, in-house project of Open Society – Georgia Foundation

  3. Benefits and Challenges of the Regulatory Reforms in Georgia, Deputy Minister of Environment Zaal Lomtadze, 11 October 2007, Belgrad

  4. Country Economic Report: Georgia, Asian Development Bank, June 2007

  5. Economic feasibility, general economic impact and implications of a free trade agreement between the European Union and Georgia. Maryla Maliszewska (ed.). CASE – Center for Social and Economic Research, Warsaw, 2008

  6. Economic Freedom and Georgia’s rose revolution John B. Taylor, remarks at the Caucasus Business School Tbilisi, November 22, 2004

  7. Economy of Georgia Trends, Analysis, Forecast IIQ 2004, Center for Social and Economic Research

  8. Educational Reform, Georgia Sharvashidze

  9. EU/Georgia Action Plan

  10. European Neighbourhood and Partnership Insturment: Georgia, Country Strategy Paper 2007-2013

  11. Georgia - Global Integrity Report 2008

  12. Georgia and European Neighbourhood Policy: Perspectives and Challenges, “Open Society Georgia Foundation” and NGO coalition “For Transparency of Public Finances

  13. Georgia Human Development Report 2008

  14. Georgia: First Review Under Stand-By Arrangement – Staff Report; January 2009 IMF Country Report No. 09/1

  15. Georgia: Interim Operational Strategy 2008-2009, Asian Development Bank Report

  16. Georgian Economy, Torbjörn Becker, Director of the Stockholm Institute of Transition Economics at the Stockholm School of Economics August 26, 2008

  17. Global Competitiveness Report 2008-2009

  18. Global Corruption Report 2007

  19. Government of Georgia, Press Release, April 17, 2008

  20. Inflation targeting in Georgia: Are we There Yet?, Georgi Bakradze and Andreas Billmeier, IMF working paper

  21. Poverty Reduction and Economic Growth Program of state

  22. Program of New Conservative Party

  23. Public Finance Management Reform: The Georgian Experience, ICGFM Winter Conferences, December 2008

  24. The Current Status of Police Reform in Georgia, Jozef Boda and Kornelly Kakachia

  25. The Political Economy of Georgia’s Rose Revolution, Vladimir Papava

  26. World Trade Organization country profile: Georgia

  27. Your Key to Georgia, Ministry of Economic Development of Georgia




  1. Georgia Human Development Report 2008. “The Reforms and Beyond”. UNDP Georgia




  1. Economic feasibility, general economic impact and implications of a free trade agreement between the European Union and Georgia. Maryla Maliszewska (ed.). CASE – Center for Social and Economic Research, Warsaw, 2008




  1. Government of Georgia, Press Release, April 17, 2008




  1. Georgia: First Review Under the Stand-By Arrangement—Staff Report; January 2009; IMF Country Report No. 09/1




  1. http://www.geotimes.ge/index.php?m=home&ncat=18




  1. www. economy.ge




  1. www.government.gov.ge




  1. www.mof.ge




  1. www.statistics.ge




  1. http://www.geotimes.ge/index.php?m=home&ncat=18






Yüklə 405,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə