Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə22/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   18   19   20   21   22   23   24   25   ...   112

Açarı cibinə qoyub qapını açır. Əri qadının halətindən, qapını gec aç-
masından şübhələnir. Sənəm evdə yad kişi olduğunu söyləyir. Ağa-
şərif əsəbiləşir, sandığın açarını tələb edir. sənəm də heç bir
müqavimət göstərmədən açarı ona verib, “apardım”, “apardım” deyə
gülməyə başlayır. Məlum olur ki, onlar əvvəlcədən mərc kəsibmişlər.
Ağaşərif uduzduğu üçün lazımi şeyi almaq üçün gedir. Sənəm sandığı
açıb Həsənəli bəyi oradan çıxarır və deyir ki, sənin taleyin mənim
əlimdə idi. İstəsəydim səni tamam məhv edərdim. Sən xilas olduğun
üçün bütün ömrü boyu mənə minnətdar olmalısan. Unutma ki, baş-
qasının arvadına sataşmaq, onu ləkələmək nə qədər alçaq işdir. Ya-
dında saxla və sən əqidədə olan bütün kişilərə de ki, biz müsəlman
qadınları onların təsəvvür etdikləri qədər də iradədən məhrum, aciz
və miskin deyilik. Qoy bu sənə və sənin kimilərə ibrət dərsi olsun.
Tamaşada Sənəmin rolunu Eynəli bəy Sultanov, Nisə qarı rolunu
Rəhim Xəlilov, Ağaşərif rolunu M.Ə.Süleymanov, Həsənəli bəy rolu -
nu Nəsrulla Şeyxov ifa etmişdilər.
* * *
Məşhur milyonçu Hacı Zeynalabdın Tağıyev bir gün Passaj ba-
zarının yanından Hüsü Hacıyev küçəsindən burulub keçmiş “Kom-
munist” (indiki “İstiqlal”) küçəsinin tinindəki manalit binanın alt
mərtə bəsində yerləşən bir gürcünün çaxır dükanında Əbülfət Vəli,
Məhəmməd Əlvəndi, Mehdi bəy Hacınski, Abbas Mirzə Şərifzadə
və Səməd Mənsurun dayanıb çaxır içə-içə, məzələnə– məzələnə ol-
duqca mənalı, şirin söhbət etdiklərini görüb ürəkdən sevinir, fərəh-
lənir. Onların xəbəri olmadan (Hər halda Hacı belə zənn edirdi)
dükançını çağırıb:
– Bu uşaqlar (Hacı aktyorları belə adlandırırdı) nə qədər yeyib-
içsələr onlardan pul alma, hesabı mən verəcəyəm, – deyib gedir.
Aradan bir neçə gün keçir. Hacı Zeynalabdin Tağıyevin yolu
yenə oradan düşür, gürcüyə borcu olduğunu xatırlayır, dükanın qapısı
ağzında dayanıb onu çağırtdırır:
74


– Haqq-hesabını elə, – deyir.
Gürcü balası:
– Ağa, başına dönüm, onlar hələ qurtarmayıblar axı, – deyə çaxır
dükanının qapısından içəriyə işarə edir.
Hacını təəccüb götürür; Səməd Mənsuru çağırıb:
– Ay Səməd Mənsur, bu nə işdir, bala eviniz-eşiyiniz yoxdur? –
deyə ona müraciət edir.
Səməd Mənsur Hacının nəyə işarə etdiyini başa düşür, halını belə
pozmadan:
– Hacı, bilirsən, yaxşı, qırmızı gürcü çaxırı, yumşaq təndir çö-
rəyi, yağlı pendir, təzə-tər tərxun, söhbət də ki şirin düşdü, uşaqlar
bir-birindən ayrıla bilmədilər.
Hacı bir söz demir, başını bulayıb getmək istəyəndə Səməd
Məsur:
– Hacı, Mehdi bəyin söhbətini də dinləyib axşama kimi məclisə
xitam verərik, – deyir.
Hacı gülümsünür:
– Yox, elə iş tutmayın, sonra Abbas Mirzə sizdən inciyər ki, ca-
vandı deyə söhbətinə qulaq asmaq istəməmisiniz, qoy o da öz ürəyini
boşaltsın. Sabah bu vədə haqq-hesabı çürüdərəm, – deyir və diqqətlə
Səməd Mənsuru süzüb: – Rəngidür, hər dürrü aləm rəngüdür – deyib
uzaqlaşır.
BUTOFOR PARÇALARI NECƏ ÖLÇÜM?
Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan te-
atrları aktyorlarının maddi vəziyyəti daha da ağırlaşmış, dözülməz
vəziyyətə çatmışdı. Mübağiləsiz demək olar ki, onlar bütün günü bir
loxma çörəklə başa vururdular; lakin teatra, səhnəyə vəfasızlıq et-
mirdilər. Çox ciddi məşqlər aparır, ifa edəcəkləri rolları bütün dərin-
likləri ilə duyur, dərk edir, bacarıqla yaradırdılar. Respublikamızın
teatrları müharibənin ilk günlərindən öz işlərini faşizm üzərində qə-
ləbəyə yönəltmişdilər. Bu illər Azərbaycan teatrının tarixinə huma-
75


nizm və vətənpərvərlik əhval-ruhiyəsi ilə zəngin və gərgin yaradıcılıq
dövrü kimi daxil olmuşdur.
Belə ağır günlərin birində – 1944-cü ildə rejissor Səftər (Əlisəftər
Həbib oğlu Turabov, 1910-1994), Mirzə Fətəli Axundovun “Hacı
Qara” komediyasının tamaşasını hazırlamaq fikrinə düşür. İlk məşq-
lərin birində Hacı Qara rolunun tapşırdığı Mirzağa Əliyevə yaxınla-
şıb, çəkinə-çəkinə deyir:
– Ay Mirzə parçaları elə ölç ki, tamaşaçılar sənin xəsisliyinə
inansın; yəni arşını dart.
Mirzağa cavab verir:
–Mən ölçə bilmirəm. Bu butafor parçaları axı necə ölçüm, –
deyir və çıxıb gedir.
Elə zənn edirlər ki, Mirzağa acıq eləyib getdi və bir daha məşqə
getməyəcək. Quruluşçu rejissor çox pərt olur. Nə edəcəyini bilmir,
dediyi sözün peşmançılığını çəkir.
Səhərisi gün məşq zamanı bir də görürlər ki, Mirzəağa qoltu -
ğunda bir top parça ilə gəldi. Hamı sevinir; daha çox sevinən quru-
luşçu rejissor Səftər Turabov Mirzağa Əliyevdən soruşur:
– Mirzə, yoxsa teatra parça alıblar?
Mirzağa gülümsünərək deyir:
– Yox, canım, teatrın pulu var ki, parça alsın? Dünən məşqdən sonra
burdan çıxıb getdim birbaş zərgərin yanına. Yadigar qızıl üzü yümü sat-
dım. Onun puluna da parçaları almışam ki, tamaşada istifadə edək.
ÖZ MALIN KİMİ YE
Azərbaycan Dövlət Akademik Dram Teatrı rayonda qastrolda ikən
Leyla Bədirbəylinin əmisi uşaqları onları qonaq çağırırlar. Leyla 10-12
nə fər aktyor dostları ilə oraya gedir. Partiya işinə, həmkarlar işinin fəa-
liyyətinə böyük həvəslə yanaşan, hər məclisdə partiyanın siya sətin dən,
Sovet İttifaqı Kommunist Partiyasının siyasətindən, ədalətindən, huma-
nizmindən danışmaqdan yorulmayan Ağahüseyn Xəlil oğlu Cavadov
(1894-1981) həmin qonaqlıqda da dil boğaza qoymur, həmin məsələ
barədə ağız-dolusu danışmağa başlayır. Siyasi, partiyalı uzun-uzun çı-
76


xışları ilə adamları təngə gətirir, mənən yorur. İstedadlı gənc aktyor Hə-
sənağa Dərya oğlu Salayev (1921-1981) dözə bilməyib deyir:
– Ağahüseyn, sən atanın goru, bu bir tikə çörəyimizi ləzzətlə
yeyək, canım bura partiya iclası deyil ki?
Ağahüseyn buna məhəl qoymur, cansıxıcı, yersiz partiyalı çıxış -
larını davam etdirir. Hədsiz dərəcədə hirslənən Həsənağa Salayev
deyir:
– Eybi yoxdur, mən bunun əvəzini səndən çıxaram, bu sənə baha
başa gələcək.
Bəli, aktyorlar qonaqlıqdan qayıdıb mehmanxanaya gəlirlər. Sə-
həri Həsənağa Salayev aktyor yoldaşlarına deyir:
– Uşaqlar, tamaşadan sonra mənim qonağımsınız. Qonaqlıq za-
manı Həsənağa tez-tez Ağahüseynə müraciətlə deyir: – Ağahüseyn,
öz malın kimi ye! Nuşcanlıqla ye! – Qonaqlıq qurtarandan sonra artist
yoldaşlarına müraciətlə: uşaqlar, bu qonaqlığın xərcini Ağahüseyn
çəkdi, – deyir və 200 manat verib çıxır.
Ağahüseyn Cavadov qaldığı otağa gəlir, cibinə baxanda görür
ki, 200 manat pulu yoxdur. Səhər tezdən Sofiya Bəsir qızı Bəsirzadə
(1918-2000) ilə Leyla Ağalar qızı Bədirbəyliyə (1920-1999) deyir ki,
balam, mənim cibimdən 200 manatımı götürüblər. Bunu rayon ca-
maatı etməz axı, öz aktyor yoldaşlarımın işidi da. Leyla Bədirbəyli
gülümsünüb deyir:
– Əmioğlu (Ağahüseyn Cavadovu belə çağırırdılar) bəs dünən
axşamkı qonaqlıqda Həsənağa demədi ki, qonaqlığın pulunu Ağa -
hüseyn verir?
Ağahüseyn bir qədər fikrə gedir, boynunun ardını qaşıya-qaşıya:
– Ay sizi vələdiznalar, – deyib gedir.
QORXURAM TEATR PƏLTƏKSİZ QALA...
1965-ci ildə ermənilər Andraniki xalq qəhramanı kimi, az qala
açıq-aşkar təbliğ etməyə başladılar. Belə bir vaxtda Ermənistanın Ki-
rovokan Dövlət Teatrı Bakıya qostrola glmişdi. Teatrın repertua rında
“Aşot Yerkat” adlı bir pyes də var idi. Bu əsər anti-Azərbaycan notları
77


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə