Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə18/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   14   15   16   17   18   19   20   21   ...   112

Vəzirov gülə-gülə: – Tapılar, – deyir, – Siz işinizdə olun. Hürü nənə
rolunu oynayan var, xahiş edərəm gəlib oynayar.
İlk tamaşa noyabr ayının 18-nə təyin edilibmiş. Klub tamaşaçı
ilə dolubmuş. Tamaşanın başlanmasına yarım saat qalmış, Nəcəf bəy
gəlib çıxır, ancaq tək. İştirakçılar bərk narahat olurlar. M.Əliyev tez
ona yaxınlaşıb soruşur:
– Nəcəf əmi, bəs Hürü nənəni oynayan hanı? Niyə gəlmədi? İndi
biz nə edək?
Nəcəf bəy çox soyuqqanlılıq ilə arxayınçılıqla:
– Bu saat hamısı düzələr.
Tez paltarları bura verin deyib, soyunur, Hürü nənənin paltarlarını
geyinir, saqqalı, bığı görünməsin deyə tərəkəmə arvadları kimi yam-
şaq bağlayır və vaxtı gələndə səhnəyə çıxıb öz rolunu ustalıqla ifa
edir. Tamaşadan sonra paltarlarını geyir, əsasını əlinə alıb aktyorlara:
– Adətdir, qız qarıyıb qocalanda güc dayısına düşər, – deyib, xu-
dahafizləşib, əsasını yerə döyə-döyə gedir.
1905-ci ildən sonra Azərbaycan teatrının ən qüvvətli aktyorları
milli teatr mədəniyyətini, səhnə sənətini yaymaq intişar və inkişaf et-
dirmək məqsədi ilə qostrol səfərlərinə çıxır Azərbaycan teatrını ən
uzaq yerlərə aparır, hətta bir çox qonşu ölkələrdə səhnə sənətinin əsa-
sını qoyur, teatr truppaları yaratmağa səy göstərirlər. Azərbaycan akt-
yorları Əbülfət Vəli, Məhəmməd Əlvəndi, Mehdi bəy Hacınski,
Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Məmməd İsmayılov,
Murad Muradov, Bəhram Şəkixanov, Mahmud Məlikov, Ağalar Gə-
raybəyov, Hacıbəy Axundov, Mehdi Çuvarlinski, Midhət Məlikov,
Mirmahmud Kazımovski, Sidqi Ruhulla, Mirzağa Əliyev, Tiflis Azər-
baycan Teatrı aktyorlarından Mirzə Əli Abbasov, Mirzə xan Quliyev,
Əşrəf Yüzbaşov, ibrahim İsfahanlı, Həşim Həşimli, İsmayıl Əliyev,
Mustafa Mərdanov və b. Şimali Qafqaz, Orta Asiya, İran, Cənubi
Azərbaycan, Türkiyə və digər ölkələrdə tez-tez qastrol da olmuş,
böyük dramaturqumuz Cəfər Cabbarlının dediyi kimi “Teatr nə ol-
duğunu bilməyən bir çox qaranlıq müsəlman ölkələrinə teatr işığı
aparmışlar”. Onlar qastrola getdikləri yerlərdə teatr həvəskarlarına
62


mənəvi kömək göstərir, yerli truppanı təşkilati cəhətdən möhkəmlən-
dirməyə çalışırdılar.
Pərdə, dekor və sair teatr ləvazimatı düzəldib teatrın ixtiyarına
verirdilər. Həm də onların rejissorluğu və iştirakı ilə göstərilən tama-
şalar ayrı-ayrı yerlərdə aktyor truppalarının yeni imkanlarını aşkara
çıxarır, yerli həvəskarlara professional sənətin sirlərini öyrədirdi.
Azərbaycan səhnə sənətini qonşu xalqlar arasında yayan Azərbaycan
artistlərinin göstərdikləri tamaşalar getdikləri yerlərdə bir məktəb ro-
lunu oynayırdı. Getdikləri yerlərə teatr sənətini, mədəniyyət işığını
aparan bu cəfakeş insanlar təbii ki, mütərəqqi fikirli adamlar tərəfin-
dən rəğbət və hörmətlə qarşılanırdılar. Ancaq mürtəce quvvələr də hər
cür vəchlə onların işinə mane olmağa çalışırdılar. Ümumiyyətlə, bu
cəsur səhnə mücahidləri çox böyük çətinliklərlə qastrola gedirdilər.
Mirzağa Əliyevin yazdıqlarından: “...Ənzəli çayından çıxıb Murğab
adlanan yeri keçdik. Pirbazar çayına çatdıqda qayıqçılardan iki nəfəri
çay qırağına çıxdı və qayığın boş tərəfinə kəndir bağlayıb, kənardan
“Kəşan-Kəşan” (Çəkə-Çəkə) sürməyə başladı. Düz iyirmisaata yaxın
bu “Kəşan-kəşan” davam etdi, baş yuxarı yol getdik. Gecə yarısı Pir-
bazara çatdıq. Hava çox soyuq və qaranlıq idi. Həmin gün buraya
yağış yağdığı üçün yer palçıq olmuşdu. Ona görə də sahilə çıxan kimi
biz dizə kimi palçığa girdik; heç bir tərəfdə bir canlı yox idi. Ancaq
çay kənarında uzaqdan balaca bir çıraq işığı gəlirdi. Soyuqdan ayaq
üstə dura bilmirdik. Hamımız əşyalarımızı dalımıza alıb, işıq gələn
tərəfə yol aldıq. Boğaza kimi palçığa bataraq, soyuqdan titrəyə-titrəyə
bir qədər yol getdikdən sonra işıq gələn yerə çatdıq”.
Əlbəttə, bu ağır, çətin vəziyyətlər içərisində məzəli hadisələr də
baş verirdi.
Pirbazarda Azərbaycan artistləri çiy kərpicdən tikilmiş, uçuq-
sökük, çilov pəz dükanına daxil olurlar. Burada yatan kim, oturan kim,
plov yeyən kim, başını qırxdıran kim, tiryək çəkən kim. Səs-küydən
ağız deyəni qulaq eşitmirdi. Üz-gözünü tük basmış dərvişin Həzrət
Əlinin şücayətindən bəhs edən səsi də bu səslər içərisində itib batırdı.
Artistlər tiryək çəkib nəşələnmiş və mürgü vuran polis nəfərindən
qalmaq üçün bu kənddə başqa bir təmiz yer olub olma dığını soruşurlar,
ondan mənfi cavab alırlar, eyni zamanda bu kənddə altı nəfər polis
63


və Mirzə Davud xan adlı bir rəis olduğunu və onun böyük karvansa-
ranın ikinci mərtəbəsində yaşadığını öyrənirlər. Xahiş edirlər ki, on-
ları rəisin yanına ötürsün. Polis razı olur. Onlar karvansaraya çatdıqda
Mirzağa Əliyev çox ciddi şəkildə ona deyir:
– Çıx yuxarı Mirzə Davud xana söylə ki, Qafqazdan öz adamları
ilə gəlmiş Mirzəağa xan bu gecə burda qalıb, sabah tezdən Tehrana
ezamolacaqdır və əmr edirəm ki, bu dəqiqə ona döşənmiş, isti bir
otaq hazırlasın.
Polis Mirağanın bu sözlərini eşitcək özünü itirir, qorxudan əs-
məyə başlayır və baş üstə deyib, ikinci mərtəbəyə qalxır.
Hüseynqulu Sarabski, Mustafa Mərdanov və digər yoldaşlarının
ona təəccüblə baxdıqlarını görüb və Hüseynqulu Sarabskinin:
– Evini Allah yıxsın, bu nə işdir görürsən? Axırda qorxuram evi-
mizi yıxıb bizi biabır edəsən! – sözünü eşidib, tapşırır ki, mən nə
etsəm bir kəlmə danışmayın, guya siz mənim nökər, naib, xanəndə
və rəqqasələrimsiniz. Nə badə mənin itayətimdən çıxasınız.
Bəli, Mirzə Davud xan onları hörmətlə qarşılayır. Yaxşı bir məc -
lis düzəldir, yeyib-içirlər, üç– dörd rumka içəndən sonra Mirzə Davud
xan keflənir və oynamaq istəyir. Mirzağanın göstərişi ilə tarzan uzun-
dərə oyun havasını çalır. Mirzə Davud xan dizi-dizi çirtmə vura-vura
cuşa gəlib oynayır; sonra aktrisanı oyuna dəvət edir, sonra aranı xəl-
vət görüb Mirzağadan yalvara-yalvara xahiş edir:
Xan sağ olsün, məni unutmayın, külfətim Rəştdədir, Pirbazarda
mənə bəd keçir. Çevir məni balalarının başına, məni Rəşd nəc miy -
yəsi nə təyin edə, ömrümün axırına kimi sənə düaçı olaram.
Demə, İran məclisinə Təbrizdən Mirzəağa xan ismində seçilmiş.
Həmin Mirzəağa xan iki ay əvvəl Rəşt yolu ilə Qafqaza, oradan da Ru-
siyaya gedibmiş. Pirbazardan keçib gedəndə Mirzə Davud xanla ötəri
görüşübmüş. İndi Mirzə Davud xan, Mirzağanı ona oxşatmışdır. Bəli
Mirzə Davud xan böyük təntənə ilə Mirzağanın dostları ilə birlikdə
faytonda Rəştə yola salır. Mirzəağa da öz növbəsində onun Rəşddə
böyük mənsəbə çatdıracağı haqqda şirin vədlər verir. Rəşdə gələn ar-
tistlər tamaşalar göstərməyə başlayırlar. Düz bir ay oradakı “Xoçə Ave-
dis” və “Xurşud” teatrında çıxış edirmişlər. Bir gün o “O olmasın, bu
olsun” tamaşası zamanı Məşədi İbad rolunda çıxış edərkən Mirzağa
64


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə