Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə16/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   12   13   14   15   16   17   18   19   ...   112

Nərimanov, Dadaş Bünyadzadə, İbrahim Əbilov, Əşrəf Yüzbaşov və
digər inqilabçılar teatr ətrafında birləşərək öz inqilabi ideyalarını bu
vasitə ilə də geniş xalq kütləsi içərisində yayırdılar. Həmin inqilabçılar
teatrın mütərəqqi və demokratik ideyaları yaymaqda mühüm rolunu
dərindən duyur, tərbiyyəvi əhəmiyyətini dərindən qiy mət lən dirirdilər.
Özləri əsər yazır, tamaşa hazırlayır, rol oynayır, teatr truppaları təşkil
edir, bu sənəti fəhlə kütlələrinə yaxınlaşdırmaq üçün fədakarlıqla ça-
lışırdılar.
Beləliklə, teatr inqilabi ideyalarının xalq arasında yayılmasında
mühüm rol oynayan tribunaya çevrilirdi. Həm də inqilabi həyatla
bağlı olan adamlar Azərbaycan teatrının təşkilatı cəhətdən möhkəm-
lənməsi üçün səy göstərirdilər.
Peterburqdan təhsildən yenicə qayıtmış Məşədi bəy Əzizbəyov
(1876-1918) teatr işi ilə həvəslə məşğul olurdu. “Həmiyyət” truppa-
sının yaranmasında “Nicat” cəmiyyətinin təşkilində böyük rolu olan,
həm də, müəyyən vaxt “Nicat” cəmiyyətinə sədrlik edən Məşədi
Əzizbəyov həm də aktyor kimi çıxış etmiş Nəriman Nərimanovun
“Nadir şah” əsərinin tamaşasında Cəfər xan və Saleh bəy, Nəcəf bəy
Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsinin tamaşasında Məhərrəm
kimi rolları bacarıqla ifa etmişdir. Bibiheybət mədəninin fəhləsi,
məhşur inqilabçı Xanlar Səfərəliyev də (1885-1907) ifa etdiyi Əskər
bəy (“Hacı Qara”), Əşrəf bəy (“Hacı Qəmbər”), və s. rollarla öz akt-
yorluq bacarığını birüzə vermişdir.
Bu cəhətdən görkəmli partiya və dövlət xadimi Dadaş Bunyad-
zadə xüsusilə seçilmişdi. Bakıdakı “İnzinsek” və “Andrey Bender”
mağazalarının təmir edilib dram truppalarına verilməsi, 1918-ci ildə
yandırılmış Hacı Zeynalabdin Tağıyev (1838-1924) teatrının təmir
olunması, “Tənqid və Təbliğ” teatrı üçün binanın seçilməsi, “Səfa”
mədəni-maarif cəmiyyətinin nəzdində teatr şöbəsinin təşkili işi məhz
Dadaş Bunyadzadənin adı ilə bağlıdır. O, həm də V.Lütfinin “Nacibəy
fədakari-hürriyyət”, Əskər Kamalın “Bəxtsiz igid” əsərini Azərbay-
can dilinə tərcümə etmiş, tamşaya qoyulmasına nail olmuşdur; özü
də kiçik həcmli bir neçə pyes yazmışdır. Bir aktyor kimi o, Kərim
(“Lənkəran xanının vəziri”), Müsyo Jordan (“Müsyo Jordan və dərviş
56


Məstəli şah”), Əşrəf bəy və Yetər (“Hacı Qənbər”), Nəcəf bəy (“Da-
ğılan tifaq”), Əskər bəy (“Millət dostları”), Əliheydər (“Vay şələküm
məəlləküm”), Gülsənəm (“Tamahkarlıq düşman artırar”), Səkinə
xanım (“Təbriz hakimlərinin mühakiməsi”), Rəşid (“Ovçuların məi-
şəti”) və s. rolları ustalıqla yaratmışdır.
* * *
Məlumdur ki, Əbdürrəhim bəy Haqverdiyev “Millət dostları”
adlı kiçik həcmli səhnə əsərində mühəndis Firidun bəy, meşəbəyi
Səfər bəy, həkim Vəli bəy, müstəntiq Mürsəl bəy kimi vəkil Əskər
bəyi də satira atəşinə tutmuş, özlərini millətpərəst adlandıran bu
adamların mənəviyyatlarındakı yoxsulluğu, eybəcərliyi ifşa etmişdir.
Lakin maraqlı burasıdır ki, Əskər bəy rolunu ifa edən Dadaş Bun-
yadzadə bu obrazı başqa iştirakçılardan ayırmış, onu yüksəltməyə
çalışmışdı. İnqilabçı aktyor Əskər bəy rolunun ifasə zamanı onu müs-
bət keyfiyyətli bir şəxs kimi oynamışdı.
Əbdürrəhim bəy Haqverdiyev kiçik həcmli əsərlərinin tamaşa -
larına da böyük əhəmiyyət verər, onların tamaşalarına baxmağı unut-
mazmış. Bir gün ədib bacısı oğlu Hüsü Mamayevlə birlikdə
“Artistiçeski klub”un binasında göstərilən “Millət dostları” ta ma -
şasına baxır. Tamaşa qurtardıqdan sonra evə dönərkən yol boyu xeyli
susduqdan sonra Hüsüdən soruşur ki, “hə, necədir, Əskər bəy xoşuna
gəldimi?”
“Millət dostları” əsərini oxumadığından Hüsü Mamayev dərhal
deyir ki, “bəli, çox xoşuma gəldi. Heyf ki, yazıq tək qaldı”.
Əbdürrəhim bəy Haqverdiyev mənalı baxışlarını bacısıoğlunun
üzündə gəzdirib: “Onda ikinci müəlliflik haqqını Dadaş Bunyad -
zadəyə vermək lazımdır ki, – deyir, sonra öz-özünə: “Səhnə sən doğ-
rudan da möcüzəsən”, – deyə pıçıldayır.
Görünür, Əskər bəy rolunun bu cür həlli inqilabçı aktyor Dadaş
Bunyadzadənin bu cür təbliğat xarakteri daşıyan ifa tərzi onun başqa
rollarında da özünü aydın hiss etdirmişdir.
57


Bəlkə elə buna görə də, xatirələrdən məlum olduğu kimi, o, rol
oynadığı zaman özünü xoşbəxt sanar, tamaşadan sonra çox gümrah
görünərmiş. Bunun səbəbini soruşanda deyərmiş: “Ürəyim sözlə do-
ludur. Elə ki, səhnəyə çıxıb obrazın dili ilə camaata bir neçə söz ərz
edirəm, bədənim yüngülləşir, ürəyim sakit olur”.
“Nadanlıq”, “Dilin bəlası”, “Nadir şah” kimi səhnə əsərlərinin,
povest və hekayələrin müəlliyi kimi tanınan Nəriman Nərimanov,
həm rejissor, həm də aktyor kimi fəaliyyət göstərmişdir. Ömər (“Na-
danlıq”), Yusif (“Dilin bəlası”), Nəcəf bəy (“Dağılan tifaq”), Şəhər
rəisi (“Müfəttiş”) kimi obrazlar onun səhnə şərhində çox qüvvətli
səslənmişdir.
* * *
Azərbaycan, eləcə də bir çox başqa ölkələrin teatrlarında dəfə -
lərlə tamaşaya qoyulmuş “Tamahkar”, “Laçın yuvası”, “”şq və inti-
qam” kimi irihəcimli dram əsərlərinin, 1921-ci ildən bakıda fəaliyyət
göstərən “Tənqid və təbliğ” teatrında oynanılmış “Çərxi-fələk”, “Qa-
ranlıqdan işığa”, “Şeytan”, “İki yol”, “Səadət zəhmətdədir”, “Molla
Nəsrəddin Bakıda”, “Şahsənəm və Gülpəri”, “Bir eşqin nəticəsi”,
“Yeni həyat” və s. kiçik həcmli pyeslərin və çoxlu saydə nəsr əsərlə-
rinin müəllifi, maarifci, ictimai xadim, müəllim, pedaqoq kimi milli
ədəbiyyatımız və mədəniyyətimiz tarixində şöhrət tapmış Suleyman
Sani Axundov (1875-1939), həm də istedadlı və bacarıqla aktyor ol-
muşdur. Ədib özü yazıb ki, “Mən Bakıya gəldikdən sonra (1894-cü
il – İ.K.) müəllim arkadaşlarımla bahəm Azərbaycan səhnəsində hə-
vəskar aktyor sifəti ilə oyunlarda iştirak etməyə başladım. Bu vaxt
mollalar və müəllimlər arasında amansız mübarizə gedirdi. Avam
kütlənin gözlərini açmaq üçün iki ümdə yol var idi. Biri mətbuat, biri
də teatr. Mətbuat Azərbaycanlılar üçün o zaman qapalı idi. Teatro
yolu açıq isə də, car senzuru da yatmamışdı. Fəqət yenə də bu yolda
çalışmağı müəllimlər qrupu özü üçün birinçi vəzifə sanırdı... Mən
mövhumat, avamlıq və ətalətlə mübarizə etmək üçün ən yaxşı vasi-
58


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə