Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə13/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   9   10   11   12   13   14   15   16   ...   112

* * *
1920-ci ilə qədər Azərbaycan teatrının saysız-hesabsız ağır dərd-
lərindən, problemlərindən biri də aktrisa məsələsi idi. Azərbaycanlı
qadının nəinki səhnəyə gəlməsi, teatr tamaşalarına qadınların bax-
mağı belə qəbahət sayılırdı. 1900-cu ildən başlayaraq Azərbaycan
qadınlarını teatr tamaşalarına cəlb etmək üçün bir sıra təşəbbüslər
edilmişdi, örtülü lojalar hazırlanmışdı. Təəssüf ki, uzun müddət bun-
lar da gömək etməmişdi. Afişalarda həmişə “müsəlman qadınları
üçün örtülü lojalar hazırlanmışdır” sözləri yazılırdı.
İlk Azərbaycanlı qadın tamaşaçı, 1906-cı ildə, H.Z.Tağıyevin qa-
dını Sona xanım olmuşdu. Azərbaycan teatrının Dərbənddə ilk qas-
trolu zamanı da tamaşalara cavan bir qız gəlirmiş. Aktyorlan sonuncu
tamaşanı göstərib Ərəblinski stansiyasına qayıtdıqda həmin qız va-
qonun artistlər olan kupesinə gəlir, onlarla səmimi dost kimi söhbət
edir və bildirir ki, onun şəhərdə artistlərlə açıq danışması mümkün
deyil miş, hətta tamaşalara da qorxa-qorxa gəlirmiş, sonra həmin qız:
Siz çoxsunuz, bir gülü hamıya vermək olmaz, ancaq Sizin ha-
mınız tərəfindən bu gülü Hüseyn Xələfova verirəm, – deyə əlindəki
gülü artistə uzadır.
Hüseyn Xələfov:
– Siz bizi ürəkləndirdiniz, – deyə qıza təşəkkürünü bildirir.
Qız Hüseynin:
– Görünür teatrı çox sevirsiniz, əgər bu doğrudan belədirsə
bizim lə əlbir işləyin, – sözlərinə cavab verərək deyir:
Mümkün deyil, məni səhnəyə qoymazlar. Deyirlər ki, artistlar
sənət və sənətkar pərəstişkarı olan həmin qızdan ayrıldıqdan sonra
Hüseyn Xələfov özünə Ərəblinski təxəllüsü götürür.
Azərbaycan səhnəsinə aktrisa lazım idi. Onsuz keçinmək müm -
kün deyildi. Bu vəziyyət sənət adamlarını dərindən düşündürür və
narahat edirdi. Səhnəmizin tərəqqisi vəinkişafı naminə canlarını belə
əsirgəmədən, bütün əzab və əziyyətlərə mərdliklə sinə gərən səhnə
mücahidləri müxtəlif üsullara əl atırdılar. Əvvəllər onlar özgə mil-
lətlərdən olan qadınları səhnəyə çıxarmağa təşəbbüs göstərdilər. Bu
47


iş o qədər də asan deyildi; onları seçib tapmaq, azərbaycan dilini və
səhnə sənətini onlara öyrətmək lazım idi. Qeyri millətlərdən olan bu
qadınların çoxu səhnə əziyyətinə dözə bilmədilər; etimadı doğrult-
madılar. Onlardan birincisi A.S.Mislovskaya, sonra Tamarina, Leyla
xanım adı ilə çıxış edən Tamara Boqotko və başqaları “Azərbaycan
dilini bilmədiklərindən, ağızlarından çıxan sözlərin mənasını başa
düşmədiklərindən oyunları çox zəif və mənasız olurdu”. Ancaq Alma
xanım, Qişner Mixaylova, Şura Stepanova onlara çəkilən zəhməti
nisbətən doğrultdular. Bu çox çüzi idi. Kişilər məcbur olub qadın rol-
larını oynayırdılar. Bakıda Bağır Cabbarzadə, Mirmahmud Kazı-
movski, Hacıbəy Axundov, Şeyda Xəlilbəyov, Əhməd Ağdamski,
Cəlil Bağdadbəyov, Dadaş Bünyadzadə, Tiflis Azərbaycan Teatrında
Yunis Nərimanov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşov, Nadir İbrahi-
mov, İbrahim İsfahənlı, Mustafa Mərdanov, İsmayıl ismayılov (Ca-
nıbəyli); İrəvan Azərbaycan Teatrında Ayaxçı Sadıx, Məşədi Hüseyn
oğlu, Mirzə Bağırov və s. qadın rollarında çıxış edirdilər.
Səhnəmizin ilk aktyorlarından olan Murad Muradov öz xati -
rələrində bu məqamı belə qeyd edir: “Qırt-qırt” tamaşasını oyna -
yırdıq. Birdən salonda çaxnaşma başlandı. “Bu nə biyabırçılıqdır?
Belə də namussuzluq olar?” – deyən narazı səslər eşitdik. Nəhayət,
tama şanı dayandırıb pərdəni örtdük. Məlum oldu ki, onlar müsəlman
qadınlarının səhnədə oynamalarına etiraz edirlər. Çünki şəriət buna
yol vermir. Bu cür hərəkət müsəlman üçün ləkədir. Biz şeyxlərə və
onlarla birlikdə səhnəyə hücum edən əlisilahlı qoçulara söylədik ki,
onların səhnədə gördükləri qadınların biri arvad paltarı geyinmiş kişi,
ikincisi isə qeyri millətdəndir. Sözümüzün doğruluğunu təsdiq etmək
üçün qadın rollarını ifa edən Mixaylova və Stepanovanı şeyxlərin ya-
nına çağırdıq. Onlar boyunlarındakı xaçı çıxarıb göstərdilər. Şeyxlər:
bəs bu kimdir? – deyə Muxtarı göstərdilər. Muxtar da başındakı yay-
lığı açaraq dedi: mən də saqqallı, bığlı qızam. Yalnız bundan sonra
şeyxlər sakitləşib getdilər. Bu tamaşanı davam etdirdik.
Əvvəla, onsuz da teatra həqarətli nəzərlərlə baxan cahil adamlar,
avam camaat qadın rolunu oynayan artistlərə daha pis gözlə baxırdı-
lar. Şuşada Ə.Haqverdiyevin öz rejissorluğu ilə hazırlanan “Dağılan
48


tifaq” əsərinin tamaşasında Nazlı xanım rolunu oynayan Rza Mir-
zəyevin anası hay-küy qoparmış, “hanı o şəbehgərdan?” mənim oğ-
luma arvad paltarı geyindirib, xalqın qabağına çıxaran o Əbdürrəhim
haradadır? Onun başına bir oyun açım ki...” – deyə Haqverdiyevi təh-
qir etmiş, hədələmişdi.
İkinci çətinlik ondan ibarət idi ki, o vaxt müsəlman aləmində üz,
xüsusilə bığ qırxdırmaq əksiklik sayılırdı. Odur ki, qadın rolunu oy-
nayan kişilər saqqallarını bığlarını xəmirlə örtür, üstündən qrim edir-
dilər. Tamaşadan sonra bığ və saqqallarından çiriş və xəmirin
təmizlənməsi çox çətin olurdu. Bir dəfə qadın rolunu oynayan artist-
lərdən biri tamaşadan sonra saqqalını örtdüyü xəmiri çıxartmaq üçün
çox əziyyət çəkir, son dərəcə əsəbiləşir və: mən bütün əcda dımla
qələt eləyərəm, bir də saqqalıma xəmir, yapışqan sürtərəm. Bir də
qadın rolunda çıxış etməyəcəyəm. İstəsəniz kişi rollarında çıxa ram,
istəməsəniz heç oynamaram – deyir.
Aktrisa yoxluğu dövründə H.Ərəblinski bığını qırxdırmaq, baş-
qalarına nümunə olmaq və bununla da, az da olsa çıxış yolu tapıb və-
ziyyəti asanlaşdırmaq fikrinə düşür. Xoşbəxtlikdən həmin ərəfədə rus
aktyoru Rudzeyeviçin “Kaspi” qəzetində bir məqaləsi çap olunur.
Orada bildirilirdi ki, hər bir artist yaxudda həvəskar mütləq üzünü və
bığını qırxdırmalıdır. Çünki üzün tüklü olması və bığın olması artistin
sərbəst qrim etməsinə mane olur. H.Ərəblinski həmin məqaləni trup-
padakı yoldaşlarına oxuyur, bığını qırxırmaq qərarını gəlir. Artist yol-
daşları nə qədər çalışırlarsa onu bu fikrindən döndərə bilmirlər.
O bığını qırxdırdıqdan bir il sonra Əbülfət Vəli (1868-1918), Murad
Muradov (1884-1964) da bığlarını qırxdırırlar.
Üçüncü və başlıca səbəb qadın rollarını oynayan aktyorların və-
ziyyəti, obraza münasibəti, səhnə şərhi ilə bağlı idi. Bu ciddi bir prob-
lem kimi sənət və sənətkarlıq məsələləri ilə əlaqədar olaraq nəzərə
çarpırdı. Səhnədə başqalaşmaq, xarakter yaratmaq, hər bir obrazın sə-
ciyyəvi xüsusiyyətini, ictimai mövqeyini açmaq cəhətdən yanaşıldıqda
isə çoxlu zəifliklər meydana çıxırdı. Qadın rolunu ifa edən aktyorlar
hansı tamaşada olur-olsun, necə xarakter kəsb edir-etsin, fərqinə var-
madan səhnədə yalnız bir qadın kimi hərəkət etməyi, qadın kimi da-
nışmağı əsas tuturdular. Çoxu da qadın obrazlarını əzilib, büzülməkdə,
49


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə