Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə10/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   6   7   8   9   10   11   12   13   ...   112

A b b a s .  Ver  mənə səhəngi, ya Zeynəb, heç kimə bir söz demə,
qayıt çadıra. (cəld addımlarla səhnədən çıxır, az keçmir ki, iki qolu
kəsilmiş qan içində görünür. Həzrəti Zeynəb qışqırmaq istərkən Həz-
rət Hüseyn görünür, ona susmağı işarə edir. Hər şey qaranlığa qərq
olur. Az sonra getdikcə işıqlaşmağa başlayır. Həzrət Hüseynin “Al-
lahu Əkbər, Allahu Əkbər” deyən səsi eşidilir. Sonra atası Həzrət Əli-
nin çalmasını başına, qılıncını belinə bağlayıb, atasından miras
qalmış bayrağı da əlində tutmuş halda görünür).
H ə z r ə t   H ü s e y n . “Allahu Əkbər. Allahu Əkbər”
Əlvida, ey sərvi-gülzari imamət, əlvida...
Əlvida, ey şəmi-bəzmi istiqamət, əlvida...
Əlvida, ey zəhr təsirilə zəngin səbrfan...
Əlvida, ey səbzeyi-baği – Qiyamət, əlvida...
Düşmən tərəfdən Ömər İbn Saadın, cingiltili, həyəcanlı, təlaşlı səsi eşidilir:
“Döyüşə hazırlaşın, tez olun!” Həzrət Hüseyn bayrağı yuxarı qaldırıb düşmə-
ninin müqabilinə gəlir. Ömərlə üz-üzə dayanır.
H ə z r ə t   H ü s e y n . Allahından qorxmayan, insanlardan utan-
mayan Ömər. Körpə uşaqların, qadınların “Su-su” deyən fəryadına
dözə bilməyib su gətirməyə gedən Həzrət Abbasın qollarını bir içim
su üçün kəsdirdin. Yezidin əsl yezid ürəkli sərkərdəsi, Allah sənin
bəlana verər. İndii isə dinlə məni. Budur, axırıncı dəfə qarşına gəl-
mişəm. Öldür məni, başımı kəsib Yezidə apar. Amma Həzrəti Mə-
həmmədin nəvə-nəticələrinə toxunma. Bu bir ovuc adamı məhv etmə.
Ö m ə r (aldadıcı tərzdə). Qulaq as, ey Hüseyn! Həzrət Məhəm-
mədin nəvələri də, qohumları da, sən özün də amandasan, ancaq Ye-
zidə biət et, qurtarsın getsin, vəssalam. Bunu niyə başa düşmürsən.
H ə z r ə t   H ü s e y n . Ey Ömər, əgər mən Yezidə biət etsəm, ata-
babalarımızın başları üzərində qaldırdıqları haqq-ədalət bayrağını,
inam, etiqad bayrağını zülmü ərşə dirənmiş zalımların ayaqları altına
atmış olaram.
Ö m ə r . Onda artıq danışmağın heç bir mənası yoxdur. Çək qı-
lıncını vuruşaq.
33


İ m a m   H ü s e y n (üzünü Ömərin əsgərlərinə tutb). Ey ürəyi bi-
zimlə olub Yezidin və onun sərkərdələrinin əmrinə itaət edənlər, barı
siz nə etdiyinizi düşünün. Siz bizə qılınc çəkməklə öz xalqınıza xə-
yanət edirsiniz. Allahın qəzəbi, babam Rəsulallahın qəzəbi, nifrəti si-
zinlə olar. (Ömərə) Ey Ömər, qadınlı-uşaqlı cəmi yetmiş iki nəfər
olan bir ovuc Adama on min nəfərlik qoşunla qalib gəlmək, vallah,
baş ucalığı deyil, əksinə bu tarix boyu sənə, sənin nəslinə əskiklik
gətirəcəkdir, nifrət qazandıracaqdır. Bir də deyirəm: məni öldürüb,
başımı Yezidə apar. Bu adamlara toxunma. (Ömərin qılınc çəkdiyini
görüb, çadırdakılara tərəf dönərək) Bu cəllada söz qandırmaq olmur,
indi ölüm döyüşü başlanacaq, barı siz mənim sözümə baxın. Çadırları
yığıb buradan gedin.
Ö m ə r (yanında dayanmış Hürrə). Ey Hürr, çıx bunun cavabını
ver... Nə olub, yoxsa qorxursan?..
H ü r r . Bəli, qorxuram, amma ölməkdən yox, öldürməkdən qor-
xuram. Böyük bir ordu tərəfində durub Peyğəmbərimizin yadigarı
olan bir ovuc insana qarşı qılınc qaldırmaq istədiyimizə görə xəcalət
çəkirəm.
Ö m ə r . Sən deyəsən ağlını itirmisən. Qorxmursan ki, Yezid səni
dəhşətli bir cəza ilə öldürər. Belə bir vaxtda...
H ü r r (onun sözünü kəsir). Vicdanı itirmək, ağlı itirməkdən daha
qorxuludur, ölüm bunun yanında nədir ki? (İrəli çıxıb Hüseynə qış-
qırır) Mən döyüşə girirəm qarşıma kim çıxacaq?
(İmam Hüseyn tərəfdən “mən, mən” deyən səslər eşidilir. Hürr
İmam Hüseynin gəlib lap qarşısında dayanır, qılıncının ucunu yerə
dikib hamının – hər iki tərəfin eşidəcəyi bir səslə).
H ü r r. Ya Hüseyn, ya sevimli Peyğəmbərimizin nəvəsi, əzizimiz
Əlinin oğlu, qılıncım da, başım da bu andan sənin ixtiyarındadır. Bu
qılınc sənə yox, yalnız Yezidə qarşı vuruşmalıdır. İzn ver birinci
döyüş mən girim.
İ m a m   H ü s e y n (çaşqın, eyni zamanda sevincək və ciddi). Sən
etdiyini, necə qərar verdiyini bilirsənmi, ey Hürr? Hələ bir dayan,
peşman olsan, geri qayıtmağa imkanın olsun.
H ü r r (incik və həyəcanla). Yoxsa mənə inanmırsan, Ya Hüseyn.
Mən qanlı bir döyüşün başlanğıcını hiss etdim və bütün varlığımla
34


duydum ki, bu boyda ordunun tərəfində durub, bir ovuc Adama qarşı
vuruşmaq, namusa, vicdana sığışan hal deyi.
İmam Hüseyn. Yox, ey Hürr, bu sənə inamsızlıq deyil, sənin bu
hərəkətin Yezidə biət etməkdən qat-qat üstündür. Mən sənin ölümünü
istəmirəm, ona görə də ilk qılınc çəkib vuruşan özüm olmalıyam.
H ü r r . Ya Hüseyn, Yezidin adı ilə, ibn Ziyadın adı ilə sizin qar-
şınıza birinci mən çıxmışam. Yalvarıram, vicdanım qarşısında məni
gözü kölgəli qoyma, izn ver, sənin adınla Yezidə qarşı ilk qılıncı mən
çəkim.
İ m a m   H ü s e y n (razılıq hissi ilə əlini qaldırıb). Ya Allah... Ya
Məhəmməd... Ya Əli... Döyüş meydanı sənindir, ey Hürr. Qoy adın
hər iki dünyada hürr olsun.
H ü r r (qoşuna tərəf addımlayıb). Məni yaxşı-yaxşı dinləyin, ey
kufəlilər, ey əsgərlər, sərkərdələr. Mən Hürr ibn Riyah haqlı məzlu-
mun tərəfində olub ölüb-öldürməyi, haqsız güclünün yanında olub
ad-san, var-dövlət qazanmaqdan üstün tutdum. Mən bu andan Yezidin
ordusundan deyiləm. Həzrəti Hüseynin tərəfdarıyam. Kimin hünəri
varsa, çıxsın qarşıma.
Ö m ə r (ordusuna nəzər salıb). Ey Cəvfan, bu azğının dərsini
sən ver.
Cəfvan adlanan I döyüşçü irəli atılır, Hürrlə vuruşmağa başlayır.
Qılınc döyüşü. Hürr onu vurub öldürür. Digər üç döyüşçü vurub
onu qətlə yetirirlər.
Q a s ı m (Hürrün öldüyünü görüb irəli çıxır). Əmican, əmican,
haqqını halal elə. İcazə ver döyüşə atılım.
İ m a m   H ü s e y n (ona fəxrlə baxaraq). Oğlum Qasım atan Həz-
rət Həsənin çörəyi sənə halal olsun. Get...
(Qasım rəqiblərin II döyüşçüsü ilə döyüşə başlayır. Yerdə qalan
iki döyüşçü də rəqib döyüşçüyə kömək edir. Vurub Qasımı qətlə ye-
tirirlər. Qasımın həlak olmasını təsdiqə yetirən yanıqlı bir lövhə səs-
ləndirilir. Çadırlardan qadınların acı fəryadı eşidilir. İmam Hüseyn
əllərini göyə qaldırıb dua edir. Qasımın da öldürüldüyünü görən Əli
Əkbər gəlib atası Hüseynin qarşısında diz çökür).
35


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə