Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə6/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   2   3   4   5   6   7   8   9   ...   112

V SƏHNƏ
Xəstə Müaviyə yatağında uzanmışdır. Yezid “ata”, “ata” deyib içəri girir.
M ü a v i y ə (başını azca qaldırıb). Axır ki, gəldin, oğlum.
Ye z i d .  Ovdaydım, ata, xəstə olduğunu eşidən kimi gəldim
(Müaviyə otaqdakıların çıxmasını işarə edir. Hamı çıxır. Yezid atası
ilə tək qalır. Yezid atasının əlini öz əlinə alıb guya nəbzini yoxlayır,
amma əslində o, xəlifəliyə həris gözləriylə gah ölümün cəngində olan
atasının qalxıb-enən qarnına, gah da onun barmağındakı hakimiyyət
üzüyünə baxır. Müaviyə bunu hiss edir, qımıldanır).
M ü a v i y ə .  Üzümə bax, oğlum. İmkan var ikən həm Əməvi
dövləti, həm də sənin üçün gərəkli olan bəzi məsələləri deyim.
Ye z i d (əsəbi və darıxmış halda). Özünü çox əziyyətə salma,
ata. Bilirsən, ata, yaxşısı budur, islamın gələcəyi naminə, nə qədər
ki, gec deyil, nəslimizin şan-şöhrətinin bərqərar olması xatirinə, nə
qədər ki, gec deyil məclisi topla, xəlifəliyi mənə həvalə elə.
M ü a v i y ə (rişxənd və kinayə ilə). İslamın gələcəyi... İslamın gə-
ləcəyi... Bu sözləri mən az işlətməmişəm. İndii sən o sözləri mənə
söyləmə... Yaxşısı budur, məni yaxşı-yaxşı dinlə. Mən ölürəm. Söz-
süz ki, hər şeyim, var-dövlətim də, hakimiyyətim də sənə qalacaq.
Onlardan ağıl və bacarıqla istifadə et (Yezid nəsə demək istəyir).
Qulaq as... Xalqı məmurlarınla qorxut. Elə ki qorxuları dözülməz hal
aldı, günahı qanunlarda yox, məmurlarda görmələri üçün, məmurla-
rını divana çək və cəzalandır. Cəzalandır ki, xalq razı qalsın və sənə
inamı artsın. Bunu da yadında saxla ki, sənin ən güclü düşmənin Həz-
rəti Hüseyndir. O, etiqadda güclü və yenilməzdir. Ona yalnız hiylə
və xəyanətlə qalib gələ bilərsən.. Yoxsa... (Yezid Müaviyənin sözünə
əhəmiyyət belə vermədən atasının əlindən tutur. Müaviyə oğlunun
onun əlini öpəcəyini zənn edir. Yezid isə əli öpməyib, hakimiyyət üzü-
yünü sığallayır. Müaviyə çapalayıb əlini çəkir). Heyf... Allah səni
düşmənlərindən və xain dostlarından qorusun. Düşməni pula, ad-
sanla satın almaq olar, ancaq düşmənimiz Hüseyni heç bir şeylə satın
ala bilməyəcəksən. Odur ki...
20


Ye z i d (atasının sözünü kəsib hövsələsiz). Ata, gələcək haqqın-
dakı söhbətləri hələlik bir kənara qoyaq. Təcili məclisi hüzuruna ça-
ğıraq. Məclisin üzvlərinə bildir ki, sən öləndən sonra oğlun Yezid
xəlifə olur.
M ü a v i y ə (gücünü toplayıb). Sən... sən nə cəsarətlə... (bir
qədər sükutdan sonra). Başa düş, xilafətin və hakimiyyətinin gələcəyi
xatirinə sən məni dinləməyə borclusan. Bir də... qorxuram ki, bu
boyda məmləkəti idarə edə bilməyəsən. Ağlım kəsmir, səndən düz-
əməlli bir xəlifə olsun... Çətin ki, atana oxşayasan...
Ye z i d . Eh, ata. Görə-görə gəlmirik?... Sən necə, mən də elə...
On doqquz ildir ki, hakimiyyətdəsən, bir bu qədər də mən xəlifə se-
çilsəm, məgər dünya dağılar?.. (Ayağa qalxır, əlini uzadıb Müaviyə-
nin barmağından hakimiyyət üzüyünü çıxarıb, öz barmağına taxır.
Atasının əsasını da götürüb otaqdan çıxır. Səhnə qaranlıqlaşır).
VI SƏHNƏ
Xəlifənin sarayı. Məclisin nüfuzlu adamı olan Mərvan əli qoynunda fikirli
və qayğılı halda pilləkənin üstündə dayanmışdır. Bayırdan səslər eşidilir, şey-
purlar çalınır: “Xəlifəmiz ovdan qayıtdı. Eşq olsun xəlifəmizə... Eşq olsun”.
Yezid üst-başı qan içində cəld addımlarla gəlir. Mərvan baş əyir.
M ə r v a n . Ya xəlifə, məclisin üzvləri və Şamın nüfuzlu adamları
adından səninlə vacib bir iş barədə danışmaq üçün gəlmişəm. İzn ver-
səydiniz ov yorğunluğunuz çıxandan sonra...
Ye z i d . Ov mənim üçün bir əyləncə və istirahətdir. Yorğun de-
yiləm, sözünü de (keçib oturur).
M ə r v a n (ayaq üstə). Sözüm xilafətə aiddir. Məni axıra qədər
dinləsən, özümü xoşbəxt sanaram; sizə minnətdar və duaçı olaram,
ya Xəlifəmiz.
Ye z i d . Buyur görək.
M ə r v a n (qorxa-qorxa). Bilirsən ki, rəhmətlik atan xəlifəliyi
ələ almaq üçün Şamdan Kufəyə, Kufədən də Məkkə, Mədinəyə də-
fələrlə hücumlar etdi, minlərlə insanın qanı axdı. Sənin xalqa vəliəhd-
21


liyin də bu yolla qəbul etdirildi. Müaviyənin öldüyünü, sənin onun
yerinə xəlifə seçildiyini Məkkə, Mədinə əhalisi hələ eşitməyib.
Ye z i d . Nə olsun ki?..
Mərvan. Ya Xəlifə, bilirsiniz ki, atanızın və sizin ən qatı və güclü
düşməniniz Həzrət Hüseyn Mədinədədir. İndi siz Şam və Kufə əyan-
larının arzusunu yerinə yetirib gücünüzü göstərərək dövlətə sahib ol-
malısınız. Xahiş edirik, Mədinə valisi Əbu Sufyan oğlu Validə bir
məktub göndərəsiniz ki, Hüseynin əleyhinə ciddi iş aparsın. Axı sənin
xəlifəliyini bir çox valilik qəbul etməyə də bilər.
Ye z i d . Qulaqlarını aç, məni diqqətlə dinlə, ey Mərvan. Fər-
manda vermək asandır, elçi göndərmək də. Bil ki, ən gözəl xütbə qı-
lıncdır, qılınc (Mərvanın qarşısında dayanır). Hələ bir de görüm, ən
böyük kimdir?
M ə r v a n . Əstəğfürullah, ən böyük Allahdır.
Ye z i d . Allah göydədir. Bəs yer üzündə ən böyük kimdir?
(qorxu içində baxan Mərvana sarı dönərək, cavab gözləmədən)
Mənəm yer üzünün ən böyük, ən güclü adamı. Mən, atamdan da əza-
zil olub, gücümü bütün cahana bildirəcəyəm. Qılıncımın gücü ilə
bütün xalqları qarşımda müti qul kimi baş əyməyə məcbur edəcəyəm.
Ölərkən atam da “Hüseyndən qorx” dedi. Axı kimdir, nədir bu Hü-
seyn ki, siz bu qədər təlaş keçirirsiniz. Atası, böyük qardaşı gözləri-
min qarşısında öldürülən. Mədinəyə sığınan bu zavallıdan niyə bu
qədər çəkinirsiniz? Hə nə üçün?
M ə r v a n (qorxa-qorxa). Ya Əmirimiz...
Ye z i d . Kifayət edər. Get, Şam əyanlarına söylə ki, nə lazımsa
ediləcək, bütün tədbirlər görüləcəkdir, onu da bilsinlər ki, “bu gündən
etibarən xəlifəlik bir yandan kəfən, o biri yandan ipək köynəkdir.
Ölən kəfənə bürünür, ölənin oğlu ipək köynək geyib xəlifə olur. Kim
buna qarşı çıxarsa, boynu vurulacaq. İndii get. Bir nəfər göndər Mə-
dinə valisinə bir fərman yazdırım”. (Mərvan ikiqat olub otaqdan
çıxır). Hüseyn... Hüseyn... Mən səni biət etməyə, qarşımda dizin-
dizin sürünməyə məcbur edərəm...
Birinci hissənin sonu
22


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə