Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə3/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   2   3   4   5   6   7   8   9   ...   112

M ü a v i y ə (təntənəli surətdə çölə işarə ilə). Ey Abdulla, bu səs-
küy nədir, deyən kəsilmək bilməyir?..
A b d u l l a   ( m ü t i ) . Sənə və sənin böyüklüyünə inanan müti
əhali və döyüşçülərdir, ya Əmirəlmöminin.
M ü a v i y ə   ( razı) . Hıı... Müti və inanan... Bu inanan... Bu ina-
mın dərəcəsini bilmək, onu öz qaydasında saxlamağı bacarmaq la-
zımdır, ey Abdulla.
A b d u l l a . Bu hər sərkərdəyə, hər hakimə nəsib olmaz, ya Əmi-
rəlmöminin, məncə...
M ü a v i y ə (onun sözünü kəsir). Bundan ötəri xalqın önündə get-
mək, onu idarə etmək fikrinə düşən, rəhbərlik iddiasında olan adamın
bir əlində qılınc, o biri əlində isə ağıl, tədbir və bacarıqdan yoğrulmuş
səxavət olmalıdır. Qılınc tutan əli qırmalı, öldürməli, qənimətlər əldə
etməli, var-dövlət yiyəsi, şan-şbhrət sahibi olmalıdır. O biri əli isə
əldə etdiyi qənimətdən döyüşçülərinə və xalqa pay ayırmalı, inam və
etibarı artırmağa çalışmalıdır. Əgər belə olmasa, gücünü itirərsən.
Kufədə olan 40 mindən artıq qoşun 60 minlik qoşunumuza qarışıb
sabit bir intizamla nə üçün məhz bizim arxamızca gəldilər? Çünki
gücümüzə inandılar. Bunu da bil ki, zalım ola bilmək üçün mütləq
güclü olmalısan. Amma zalımlığını unutdurmaq üçün verən əlin
gərək qısılmasın. Bax, bu ordunu sal qabağına, apar döyüşlərin ən
qanlısına, cınqırını çıxartmadan ölər də, öldürər də. Bir şərtlə ki, ci-
binə hərdən bir şey qoya biləsən. Yaxud bu əhalidən birinin əllərini
bağla və qırmancla döy. Əgər qabağına çörək qoya bilmisənsə, səsini
çıxarmayacaq. Yox, əgər həm qırmanclayıb, həm də çörəyini əlindən
alırsansa, günlərin bir günündə üstünə hücuma keçəcək. Zalımların
zalımlığını necə gizlətmək mümkündür? Zalımlığını yalnız camaata
verə biləcəyin çörəklə gizlədə bilərsən. Xalqın gözü dəbdəbəli sara-
yında, dolu süfrəndə deyil, saray süfrələrindən artıq qalan çörək ti-
kələrindədir. Nə dəbdəbəli saraylarımızı, nə də bolluqdan aşıb-daşan
süfrəmizi xalqa göstərmək olmaz, anladınmı?
A b d u l l a . Anladım, ya Əmirəlmöminin.
M ü a v i y ə . Bilirsənmi xalqın qorxulu anı hansı andır?
A b d u l l a . Xeyr, ya Əmirəlmöminin.
11


M ü a v i y ə . Əzab və əziyyətdən, aclıq və yoxsulluqdan ağlayıb
bezdikdən sonra güldüyü və bir şey üçün məmnun göstərdiyi an. Əs-
lində, xalqı az şeyə qane olmağı da qılıncın gücü ilə razı salmaq olar.
Ancaq son çörəyinə əl uzatsan kininin, qəzəbinin həddi-hüdudu
olmaz. Bir də qanun və fərmanların üzərinə müqəddəslik pərdəsi çək-
mək, onların xeyirli və vacib olduğunu xalqa inandırmağı bacarma-
lısan. Belə olduqda əgər bir nəfər haçansa sənə qarşı baş qaldırsa
onun fərmanlara qarşı, qanunlara qarşı çıxdığını bəyan edib qətlinə
fərman vermək asan olar. Hakimiyyətə qarşı çıxan başını itirməlidir.
A b d u l l a . Ya Əmirəlmöminin, Həsən ki, fərmanlara sadiqliyi
ilə tanınmışdı. Bəs niyə məğlub oldu?
M ü a v i y ə (Abdullaya tərs-tərs baxıb, fikirli halda, lakin qəti).
Tez Mərvanı tapıb yanıma göndər.
A b d u l l a . Baş üstə (otaqdan çıxır).
M ü a v i y ə (tək). “İndi sən xəlifə ol, sən öləndən sonra mən ola-
ram”. Taxta çıxıb Əmirəlmöminin mərtəbəsinə ucalsam da, bu sözlər
mənə rahatlıq vermir. Həsən mənə beyət etsə də, ürəyimdən qara qan-
lar axır. Ən xoşbəxt anlarımda, ən xoş dəqiqələrimdə də dərd əlindən
qıvrılacağam. Hələ Şama çatmamış, Kufədən uzaqlaşmamış Həsənlə
bağladığım əhdi – müqaviləni pozacağam. Saraya girib taxta oturan
kimi oğlum Yezidi camaat qarşısında vəliəhd elan edəcəyəm. Oğlum
Yezid də ki, fərasətsizdir. Həm də camaat arasında yaxşı ad çıxarma-
yıb. Qumar oynamaqdan başı heç ayılmır (Keçib taxtda oturur). Bu
taxt tac mənim dərdimi azaltmır, iynəli beşik kimi bədənimi deşir...
Kim mənim fikrimə şərik çıxacaq? Kim ürəyimdəki ilanı öldürüb
dərdimə dərman edəcəkdir? Kim?.. Kim?.. Canilikdə ad çıxarmış
Mərvan bu işi yerinə yetirə biləcəkmi?
M ə r v a n (gəlir, iki qat olub baş əyir). Hüzurunda hazıram ya
Əmirəlmöminin.
M ü a v i y ə (başını bulayıb). Dik dur ey Mərvan, gəl yanımda
otur. Mən çox fikirləşib götür-qoy etdikdən sonra bu qərara gəldim
ki, ürəyimdəki sirri yalnız sənə aça bilərəm. Sirrimi bilən adam isə
mənim yanımda ikiqat yox, dost kimi dayanmalıdır.
12


M ə r v a n (Müaviyənin necə qorxulu, hiyləgər və əzazil oldu-
ğunu bilən Mərvan göstərilən yerdə ehtiyatla oturub, qorxa-qorxa).
Buyurun, qulunuzam, ya Əmirim.
M ü a v i y ə . Səni nəcib bir işdən ötrü çağırtdırmışam.
M ə r v a n (ehtiyatla). Vacib bir işdən ötrü çağırıldığım üçün
özümü xoşbəxt sanır və qulluğunuzda itaətlə baş əyirəm, ya Əmirəl-
möminin. Əmr et...
M ü a v i y ə . Bizim üçün islamın tərəqqisindən vacib nə iş ola
bilər? Mən vaxt-bivaxt yalnız islamın gələcəyini düşünürəm, onun
möhkəmlənməsi üçün çalışıram, siz idə bu yolda çalışmağa sövq edi-
rəm. Amma fikir edib görürəm ki, işlər belə getsə, islam parçalana
bilər.
Mərvan. İslamın parçalanmasına bais olan hər kəsi və hər şeyi
məhv etmək üçün ölümə getməyə belə hazıram.
M ü a v i y ə (sakit və qayğılı). Bunu da deyim ki, bir müsəlmanın
burnunun qanamasına belə razı deyiləm. Amma Həzrət Həsənin var-
lığı olduqca təhlükəlidir.
M ə r v a n (qorxu içində mütiliklə). Ya Əmirəlmöminin, axı Həz-
rət Həsən biət etmişdir.
M ü a v i y ə . Elədir, Həsən biət etmişdir. Ancaq unutma ki, Hə-
sənin Hüseyn adında bir qardaşı da var. O, biət etməyibdir (sınayıcı
və ciddi nəzərlərlə Mərvana baxıb qəti). Bir sözlə, o, öldürülməlidir.
Amma onun ölümü, atası Əlinin ölümü kimi qanlı, hay-küylü olma-
malıdır.
M ə r v a n   (təəccüb və dəhşətlə). Bəs nə cür, ya Əmirim?
M ü a v i y ə . Zəhərləmək. Qoy yavaş-yavaş əriyib ölsün. Eşitdi-
yimə görə arvadı Cudə Həsənə nifrət edir. Doğrudur, Cudə onu se-
vərək ərə gedib. Lakin Həsənin hər dəfə evləndiyi qadın, Cudənin
Həsənə olan məhəbbətindən bir parça qoparıb, oraya niyrət qoyub.
Cudənin Həsənə olan məhəbbəti bütünlüklə nifrətə çevrilib.
M ə r v a n . Buna çox da arxayın olmaq olmaz, ya Əmirim, qadın
çox müəmmalı məxluqdur.
M ü a v i y ə . Doğru deyirsən. Ona görə də Cudənin Həsənə olan
nifrətinə oğlum Yezidin Cudə ilə nikahını əlavə elə. Söylə ki, iş baş
13


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə