Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə4/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   2   3   4   5   6   7   8   9   ...   112

tutarsa, Cudə oğlum Yezidin sevimli övrəti, sarayımın hörmətli qadını
olacaqdır.
M ə r v a n . Ya Əmirəlmöminin...
M ü a v i y ə . Uzatma. Elə bu gün Mədinəyə yola düş. Aldığım
məlumata görə Həsən də oraya köçəcək. Cudəyə yaxın bir adam tapıb
işləri yoluna qoy. Allahın və İslamın xilası eşqinə, duaların ən yaxşısı
sənin köməyin olsun. Di tərpən (Müaviyə cavab gözləmədən gedir.
Mərvan tək qalır. Öz-özünə).
M ə r v a n . Həsən zəhərlə yavaş-yavaş ölməlidir. Atası Əli də
Mülcəmin zəhərli qılıncı ilə həlak oldu. İndi də oğlu qətlə yetirilmə-
lidir (Əlləri ilə üzünü qapayır).
III SƏHNƏ
Səhnə işıqlanır. Səhra, külək səsi... Səhranın ovqatına uyğun improviza-
siya... Həzrət Həsən qardaşı İmam Hüseyni axtarır.
İ m a m   H ə s ə n . Hüseyn, qardaşım, haradasan?.. Axı nə üçün
məndən qaçırsan, gözümə görünmək istəmirsən?.. Gəl, qardaşım,
məndən uzaq gəzmə, məndən qaçma. Bizə küsülü qalmaq yaraşmaz..
H ə z r ə t i   H ü s e y n . Doğru deyirsən Həsən, küsülü qalmaq
bizə yaraşmaz, ancaq fikir beynimi partladır, kədər qəlbimi parçala-
yır. Axı necə oldu ki, Həzrət Əlinin iki oğlundan birisi Müaviyəyə
biət etdi, axı bunu özünə necə rəva bildi? Bax, buna görə səndən qa-
çıram, səninlə görüşüb söhbət etməkdən çəkinirəm.
İ m a m   H ə s ə n . Bu sözlərinlə yaralı qəlbimi ağrıtma, qardaşım.
Mən yaralı bir quş kimiyəm. Məni narahat edən bir də budur ki, Müa-
viyə səni soruşubdur.
H ə z r ə t i   H ü s e y n . Deməli, məni ona görə axtarırdın ki, mən
də Müaviyəyə biət edim.
İ m a m   H ə s ə n . Yox, qardaşım, yox... Ancaq sənin üçün qor-
xuram, sənə qəsd ediləcəyindən qorxuram. Məlum olub ki, dörd nəfər
müxalifətdə qalıb, biət etməyiblər. Əbu Bəkrin oğlu Əbdürrəhman,
14


Ömərin oğlu Abdullah, Zübeyrin oğlu Abdullah, bir də ki sən, sevimli
qardaşım. Onu da bil ki, Müaviyə xəlifəliyi ələ aldığı elə ilk gündən
mənimlə olan şərtləri pozmağa başlayıbdır. O, vəliəhd təyin etmə-
məliydi. Ancaq indidən hamının yanında pozğunluq edən oğlu Yezidi
vəliəhd təyin edib. Şərtlərimizdən biri də Ali-Əli və Peyğəmbərin
dostlarına cəfa etməmək barədə idi. Bu şərtin də pozulmayacağına
inamım yoxdur. Eşitdiyimə görə oğlu Yezidə tövsiyə edibdir ki, mü-
xalifətdə duranlardan biri Əbdürrəhman piri-fanidir. Digəri Ömərin
oğlu Abdullah da rahatlıq və asayiş sevən bir adamdır. Onların biət
etməmələri qorxulu deyildir. Lakin nəyin bahasına olursa olsun Hü-
seyndən biət alınmalıdır. İndi qorxuram ki...
H ə z r ə t i   H ü s e y n . Səni anladım, qardaş. Ancaq onu da bil ki,
Müaviyənin sənə olan kini, küdurəti daha güclüdür, sənin ona dediyin
“İndii xəlifə sən olacaqsan, sən öləndən sonra mən” sözləri, inan ki,
ona bir an rahatlıq vermir, ürəyini qurd kimi gəmirir. Mən də sənin
üçün qorxuram, qardaş. Sən gərək o azğına biət etməyəydin. Axı biz
babamız Rəsulallahın, atamız Əlinin varlığından yaranmışıq. Gözlə-
rimiz, onların gözləri, əllərimiz onların əlləridir. Sən o zalıma tək öz
əlini yox, babamızın, atamızın əllərini də uzatdın.
İ m a m   H ə s ə n . Sənin bu fikirlərinlə mən tamamilə şərikəm,
qardaşım. Ancaq bir məsələni unutma. Unutma və inan ki, sənin qar-
daşın Həsən qorxusundan biət etməyib. Özün bilirsən ki, nəslimiz
igidlik, cəsurluq, qorxmazlıq nümunəsi olub. Tək olan Allahdan
başqa heç kəsdən qorxmayıb. Qardaş qırğını olmasın deyə, müsəl-
manlar bir-birinin boğazını üzməsin deyə ona biət etdim.
İ m a m   H ü s e y n . Doğru deyirsən, “Qorxu bizə yaddır”. Baba-
mız da, atamız da sülhsevər olublar, əmin-amanlığı qorumağa çalı-
şıblar. Amma yeri gələndə gələcək naminə, xalqın dincliyi, azadlığı
naminə qılınca əl atmaqdan, cani və əzazil adamlara qarşı vuruşmaq-
dan çəkinməyiblər. Sən Müaviyə kimi bir caniyə biət edəndə xalqın
gələcəyini heç düşündün? Beş-on nəfərin öləcəyindən çəkinib, bizi
dərdlərə düçar etdin. Deyirsən ki, qan tökülməsini istəmədin, bəs
Müaviyənin axıdacağı qanların haqq-hesabını kim çəkəcək?
15


İ m a m   H ə s ə n . O, 60 min nəfərlik qoşunla gəlmişdi. Məsum
insanlar məhv ediləcəkdi. Müaviyənin xəlifəliyi müvəqqətidir.
İ m a m   H ü s e y n . Sənin də 40 minlik qoşunla onun qarşısına
çıxmaq imkanın var idi.
İ m a m   H ə s ə n . Doğru deyirsən, qardaşım, ancaq mən döyüş-
çüləri, sərkərdələri sınamaq üçün döyüşmək istəmədiyimi söylədikdə,
onların Müaviyəyə meyli olduqlarını anladım.
İ m a m   H ü s e y n . Səhvin var, qardaşım, sən onları sınamaq is-
tərkən, özün də bilmədən inamlarını sarsıtmısan, ruhdan salmısan.
Sədi oğlu Qeys sənə müraciətlə “İzn ver, ya Həzrət Həsən, Mən Müa-
viyəni geri oturdum” dedikdə sən, “Yox, get Müaviyəyə barışıq təklif
et” söyləməklə Qeys kimi onlarla igid, cəsur döyüşçünün inamını qır-
mısan. Məgər bilmirsən ki, etiqadlı insanların sayı azaldıqca, zalım-
ların sayı çoxalar, haqsızlıq haqqı, ədaləti üstələyər, qan su yerinə
axar. İndi töküləcək qanlar onun yanında dərya yanında damla kimi
olar.
İ m a m   H ə s ə n . Məni bu qədər ittiham etmə qardaşım.
İ m a m   H ü s e y n . Müaviyə hər cür yolla inamlı, etiqadlı adam-
ların sayını azaltmağa çalışır. Sən də, özün də bilmədən etiqadlı
adamları küsdürdün, onları məzlum, dili qısa etdin. Mən bir iş gö-
rəndə babamı, atamı düşünürəm. Düşünürəm ki, onlar belə məqamda
necə hərəkət edərdilər? Babamız Həzrəti Məhəmməd, atamız Əli
Müaviyənin qarşısında diz çökərdilərmi? Qətiyyən yox... Babamız
Həzrəti Məhəmməd Rəsulullah xalqı cəhalətin məngənəsindən, za-
limlərin zülmündən, nadanların, fırıldaqçıların əlindən xilas etmək,
elmin, həqqaniyyətin insaniyyət yoluna, tək bir Allahın yoluna çıxar-
maq üçün vuruşmadımı? Bütün millətləri haqqa çağırmadımı? İnsan-
ları azad, xoşbəxt görmək üçün çalışarkən təhqirlərə, müsibətlərə
məruz qalmadımı? Bir dəfə də olsun əyildiyi, güzəştə getdiyi ol-
dumu? Əsla yox. Atamız Həzrət Əli dörd il doqquz ay çəkən xilafəti
dövründə təhqirlərə, təqiblərə, böhtanlara azmı sinə gərdi? Elə bu
Müaviyə fitnə-fəsadı atamızın vaxtında gücləndirmədimi? Atamız
ona nə qədər nəsihət etsə də, həqqaniyyətini sübut etməyə çalışsa da
bir nəticə vermədi. Öz ağlı, şücaəti və dəyanəti ilə atamız Kufə ilə
16


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə