Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə8/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   4   5   6   7   8   9   10   11   ...   112

İ m a m   H ü s e y n (acı-acı gülümsünərək). Heyf... Səd heyf...
Ey Ömər, bir başa düş, biət etmək nədir ki, baş əyirsən, qurtarıb
gedir. Bu o qədər də çətin iş deyil, amma inan, mən Yezidə biət
etsəm, onun zülmü daha da artacaq. Mən özüm üçün demirəm.
İnanmış və inanacaq adamların etiqadları naminə zalıma baş əy-
məyəcəyəm, hər bir əzab-əziyyətə dözəcəyəm. Özün ki görürsən,
ailəm necə əzab içindədir. Ancaq bütün bunlar keçib gedəcək. Vaxt
gələcək mənim bu hərəkətim dillər əzbəri olacaq. İnamlı adamların
etiqadını qüvvətləndirəcək (ona diqqətlə baxır). Axı sən də inan-
mışlardan biri idin, ey Ömər, nə tez dəyişdin? Yoxsa sərkərdə rüt-
bəsi səni də aldatdı?
Ö m ə r . Məni təhqir etmə, ya Hüseyn. əmr əmr üstündən gəlir.
Yaxşı bilirsən ki, qərar qətidir. Ya yezidə biət etməlisən, ya da ki...
İ m a m   H ü s e y n   (acı-acı gülümsünərək). “Təhqir?” Sən özün-
özünü biabırçı hala salmısan, həm onlar səni alçaldıblar, həm də
mənim yanımda başıaşağısan. Atamla inam uğrunda vuruşan Saadın
oğlusan. Dörd bir yanımı sarımış bu orduya baxıb heç utanırsan? Gör
bizi necə bir-birinə qarşı qoyublar? Mənə qulaq as, Əsmər. Ordunu
geri çək, birləşib gedək Kufəyə, oradan da Şama. İnan mənə, onda
nə Yezid qalar, nə onun zülmü.
Ö m ə r. Sən elə danışırsan ki, elə bil, kufəliləri tanımırsan, ya
Hüseyn. atanı onlar öldürmədilərmi? Sən də məni başa düş, əgər ibn
Ziyadın əmrini yerinə yetirməsəm, öz başım vurulacaq. Mən sənə
məsləhət görürəm ki, yaxşı-yaxşı fikirləşəsən.
İ m a m   H ü s e y n . Məsləhətin üçün çox sağ ol. Belə baxıram
ki, Yezidlə oturub-duranın axırı, elə Yezid olar...
Ö m ə r . Görürəm, inam səni azğınlaşdırmışdır. Nə danışdığını
bilmirsən. Son sualıma cavab ver: biət edəcəksən, ya yox?...
İ m a m   H ü s e y n (qəti olaraq). Yox...
Ömər. Daha səbrim tükəndi. Ya təslim ol, ya da döyüş başlan-
malıdır.
İ m a m   H ü s e y n . Görəsən körpələrin, böyüklərin susuzluğun-
dan ciyərləri kabab olduğu halda, sizin varlığınız zülmdən niyə alışıb
yanmır? Çəkin qılıncınızı, dartın yayları, mən qarşınızdayam. Doğ-
26


rayın məni, torbaya yığıb aparın o zalım Yezidə. Amma bu adamlara
dəyməyin. Onların heç bir günahı yoxdur.
Ö m ə r . Əvvəlcə biət etməlisən, biət. Sonrası asandır.
İ m a m   H ü s e y n . Sonrası asandır, deyirsən, eləmi? Yox, elə
deyil, Ömər. Elə zənn etmə ki, mən yalnız Yezidə, onun zülmünə nif-
rətimdən belə edirəm. Yox, mən yalnız gələcəyi düşünürəm. Mən dü-
şünürəm ki, mənim bu hərəkətim gələcəkdə zülmkar güclülərə qarşı
cəsarətlə vuruşa biləcək neçə-neçə igidə nümunə olacaqdır. Ey qafil,
anla, mən canımı deyil, əqidəmi qoruyuram.
Ö m ə r . Sən əqidəni qoruyacaqsan deyə, mən canımdan, valilik
vəzifəsindən keçməliyəm?
İ m a m   H ü s e y n . Ey məlun və biçarə sərkərdə... Vəzifədən
ötrü dinini də, imanını da hərraca qoyursan... Lənət olsun sizin kimi-
lərə. Ruhu da səhralarda dolaşan babam Həzrət Məhəmmədin, atam
Həzrət Əlinin etiqadları xatirinə anandan əmdiyin süd sənə haram
olsun. Səni ötkəm danışdıran güclünün tərəfində olmağındır. Ömür
dediyin bir göz qırpımında keçib-gedər. Bəs öləndən sonra? Vaxt gə-
ləcək lənətlənmiş bir məzarın içində qıvrıla-qıvrıla qalacaqsan.
Ö m ə r . Daha səbrim tükəndi. Ən gözəl xütbə qılıncdır. (Sərkər-
dələrə) İrəli!
İ m a m   H ü s e y n (bir az geri çəkilib). Deməli, “ən gözəl xütbə
qılıncdır” deyirsən. Allah bəlanı verəcək, ey Ömər. Müaviyənin söz-
lərini nə yaxşı yadında saxlamısan. Ey Yezidin yezid sərkərdəsi, sən
dinsiz, imansız; etiqadsız bir Adam kimi özünü tanıtdın, heç olmasa,
sərkərdə kimi düzgün hərəkət et.
Ö m ə r . Bununla nə demək istəyirsən?
İ m a m   H ü s e y n . Sən mənim üçün artıq bir heçsən, ancaq is-
təyirəm ki, bu günə kimi vuruşanlar necə vuruşubsa, gəl elə vuruşaq.
Əvvəlcə, sən mənə müharibə elan etməlisən.
Ö m ə r. Qoy sən deyən olsun. Yezidin adından, Yezidin ordu sər-
kərdəsi kimi sənə müharibə elan edirəm. Ey Hüseyn, vuruşacağıq,
yoxsa təslim olacaqsan?
İ m a m   H ü s e y n (ucadan). Vuruşacağıq. Ölmək var, Yezidə
təslim olmaq yoxdur. Sabahı döyüşün başlayacağı gün kimi qəbul
27


edirəm. (Ömər yan-yörəsinə baxır, kimsə cınqırını belə çıxarmır. Hü-
seyn bu vəziyyətdən istifadə edib çadırlara tərəf gedir. Daha uca və
qüvvətli bir səslə). Sabah səhər məzlumlarla zalımların döyüşü baş-
lanacaq.
Bəli sabah səhər qanlı bir döyüş başlanacaqdı. Bu döyüş zamanı bir tərəfdə
Yezidin on min nəfərlik ordusu, qarşı tərəfdə isə qarşılaşdıqları haqsızlığı bütün
dəhşəti ilə duyan, fəqət səbir və mərdliklə gözləyən susuz, yorğun yetmiş-səksən
nəfər, uşaqlı-qadınlı adam. Onlardan Əli Əleyhissəlam oğlanları: Abbas, Cəfər,
Fəzl, Abdulla, Əli, Osman, Əbu Bəkir, İmam Hüseyn, İmam Həsənin oğlanları:
Abdulla, Qasım, Cəfər Təyyarın nəvələri, Məhəmməd ibn Abdulla, Kufədə öl-
dürülmüş Müslüm ibn Əqilin oğlu Abdulla, İmam Hüseynin oğlu Əli Əkbər.
Səhnə qaranlıqlaşır. Musiqi. İşıq effekti vasitəsi ilə səhnənin fonunda Alov
silueti görünür. Bu Alov sanki “su, su” deyən insanların naləsi, yanğısıdır. Bir
yerdə qərar tuta bilməyən İmam Hüseyn babası Həzrəti Məhəmmədin əbasını
öpə-öpə geyinir, qılıncını bağlayır, çadırlardan aralanaraq keçib bir tərəfdə fikirli
halda əyləşir. Onun qadını Ümmi İshaq çadırdan çıxır. Gəlib yanında əyləşir.
Ü m m i   İ s h a q . Ya Hüseyn, nə olub sənə?
İ m a m   H ü s e y n . Yaxın gəl, bir qədər dərdləşək, ey xatun.
Ü m m i   İ s h a q . Buyur, ya Hüseyn.
İ m a m   H ü s e y n . Əsilli, nəcabətli nəsildənsən. Bilirsən ki, sənə
olan hörmətim və məhəbbətim güclüdür.
Ü m m i   İ s h a q . Ya Hüseyn, buna görə də mən sənə minnətda-
ram. Allahım məni sənə qovuşdurduğuna görə ona daim minnətdarlıq
duası oxuyuram.
İ m a m   H ü s e y n . Ey xatun, insanın başına bir müsibət gələndə
kamil adamlar o bəlaları aradan götürməyə çalışırlar. Ancaq bəzən
buna nail ola bilməzlər.
Ü m m i   İ s h a q . Ya Hüseyn, hər halda müsibət gəlsə Allah təala
köməyini əsirgəməz.
İ m a m   H ü s e y n . Elədir, ya xatun. Ancaq baş verən hadisənin
çətinliyi, mürəkkəbliyi insanı ümidsizliyə sala bilər, ey xatun.
Ü m m i   İ s h a q . Bu sözləri sənin dilindən eşitdiyimə inana bil-
mirəm. Ya Hüseyn, məyər sən özün atan Əli Əleyhis-salamın bu söz-
lərini söyləmirdinmi ki, ruzigarın müsibətləri başımın üstünü alsa,
çaşma, iztiraba qərq olub özünü itirmə. Zəmanənin keşməkeşinə səbr
28


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə