Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə5/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   2   3   4   5   6   7   8   9   ...   112

Şam arasında onun dərsini yaxşı verdi. Nəhrivanda baş verən fitnə-
fəsadı xatirinə gətirir. Müaviyənin təhriki ilə Abdulla Zisədiyyə üs-
tümüzə gəlirdi. Həmin qoşun atamız tərəfindən məğlub edilmədimi?
İ m a m   H ə s ə n . Bunların hamısı doğrudur, qardaş. Ancaq yenə
deyirəm, mən günahsız insanların qanlarının axıdılmasına yol verə
bilməzdim...
İ m a m   H ü s e y n . Əziz qardaşım, məni bağışla, mən heç cür
başa düşə bilmirəm, axı sən hansı qanların axıdılmasından danışır-
san? Zalım təbiətli adamların hakimiyyəti zamanı tökülən qanlar dö-
yüşlərdə axıdılan qanlardan qat-qat artıq olur, törədilən faciələrin
sayı-hesabı itir, minlərlə ailələr başsız qalır. Qapılar bağlanır, ocaqlar
sönür. Xəlifə Osmanı yadına sal. Məmləkəti yaxşı idarə edə bilmə-
yən bu adam bilirsənmi nə üçün çoxlu düşmən qazanmışdı. Çünki
o, insaf sahibi olan hakimləri işdən çıxarıb yerlərinə öz qohumların-
dan iki eşşəyin arpasını bölə bilməyən zalım adamları təyin etmişdi.
Zülm ərşə dirənmişdi. Riyakarlıq, hiyləgərlik, baş alıb gedirdi, rüş-
vət ayaq açıb yeriyirdi. Bunun nəticəsində xalq parçalanır, torpaq-
larımız əldən gedirdi. Zülmkarlar öz zalımlaqlarını gizlətmək,
törətdikləri saysız-hesabsız cinayətlərin üstünü ört-basdır etmək
üçün xalqı bir-birinə qarşı qoydular, təriqətlər icad etdilər. Az qala
əmioğlular, xalaoğlular, dayı-bibioğlular bir-birinə düşmən münasi-
bəti bəsləməyə başladılar. Sözün qısası: Müaviyəyə biət etməkdə
zülmə və zalimə təkan vermisən.
İ m a m   H ə s ə n . Mən qorxdum, qardaşım. Gördüm ki, Kufəlilərə
bel bağlamaq olmaz. Hiss etdim ki, onların etiqadları zəif və dağı-
nıqdır. İşləri düşəndə etiqadlı olur, düşməyəndə mənfəətlərini güdür-
lər. Sən gəl böyük qardaşının sözünü qəribçiliyə salma.
İ m a m   H ü s e y n . Hər halda sən bizi çıxılmaz vəziyyətə saldın.
İ m a m   H ə s ə n . Axı nə üçün?
İmam Hüseyn. Sən Müaviyəyə biət etməklə, babamızın, atamızın
ucaltdığı etiqad bayrağını aşağı saldın.
İ m a m   H ə s ə n . Yox, qardaşım Hüseyn, yox!
İ m a m   H ü s e y n . Ya Həsən, böyük qardaşım kimi, sənə nə qədər
hörmət bəslədiyimə bir Allah şahiddir. Ancaq yenə deyirəm. Sən
17


Müaviyəyə biət etməklə babamız Həzrəti Rəsulun, atamız Əli Əley-
hissəlamın inam, etiqad bayrağını əydin.
İ m a m   H ə s ə n . Yox, inan ki, yox, qardaşım Hüseyn. O inam,
etiqad alovu mənim bütün varlığımı bürüyüb. Ora qorxu yaxın dura
bilməz. Mən günahsız insanların qırılmasına yol verə bilməzdim.
İ m a m   H ü s e y n . Babamızın, atamızın inam, etiqad bayrağını
ucalara qaldırmaq üçün, kim bilir, başımız nə bəlalar çəkəcək?
İ m a m   H ə s ə n . Allah bizimlədir, qardaşım Hüseyn. Bu bayrağı
daha yüksəklərə qaldıracağımız gün gələcək. İndi isə qardaşım Hü-
seyn gəl, gəl uşaqlıqda olduğu kimi qucaqlaşaq, səni bağrıma basım.
İnam, etiqad bayrağının tam qələbə naminə dalğalanacağı gün mənim
əhdim olsun (Onlar qucaqlaşırlar. Səhnə qaranlıqlaşır).
IV SƏHNƏ
Müaviyənin sarayı. Qızıl və gümüş işləməli taxtda oturmuş Müaviyə ol-
duqca qürurlu və əzəmətli görünür. Mərvan və Cudə otağa daxil olub qapının ağ-
zında dayanırlar. Müaviyə onları diqqətlə süzüb müəmmalı şəkildə gülümsünür.
M ü a v i y ə . Demək belə, oturun. (Cudəyə tərəf) Sən isə. Ey isla-
mın gələcəyi üçün çalışan qadın, taxtıma yaxın yerdə əyləş, bax burada
(Cudə daxili sevinclə və məmnun halda Müaviyənin göstərdiyi yerdə
oturur). Ey Mərvan, zəmanəmizin cəsur qadını Cudə xatun budurmu?
M ə r v a n . Bəli, ya Əmirəlmöminin.
M ü a v i y ə . Ey cəsur qadın, Həzrət Həsəni necə öldürdüyünü
söylə qulaq asaq.
C u d ə . Ya Əmirəlmöminin, ya böyüyümüz, gecə ay işığında
əlimi pəncərədən içəri uzadıb loğmanların ən dahisi İbn-əl-Əsalinin
göndərdiyi un kimi zəhəri ağzı möhürlü su teştinə tökdüm. Səhərə
yaxın azan səsləri eşitdik. Görünür, gecə Həzrət Həsən su istəmiş,
bacısı Zeynəb də teştin ağzını möhürlü görüb, heç nədən şübhələn-
mədən, zəhərli sudan qardaşına vermişdir.
M ü a v i y ə . Ey cəsur qadın, sən Həsənin suyuna zəhər tökməklə
bilirsənmi İslam dünyasına nə böyük xidmət göstərmisən? Bu xid-
18


mətinin mükafatını tezliklə alacaqsan. İndi get, hərəm otağında bir
qədər dincəl, tezliklə səni oğlum Yezidə qovuşduracağam. (Cudə
otaqdan çıxır. Müaviyə Mərvana sınayıcı bir nəzər salır. Onun ba-
xışlarının mənasını yaxşı bilən Mərvan bu baxışlarda bir cəza hökmü
duyur, qorxu hissi keçirir). Necə də özündən məmnundur bu rəzil
qadın. Beləsinə insan öz həyatını inana bilərmi?
M ə r v a n . Ya Əmirəlmöminin, Həsən artıq torpağın altındadır.
Əgər bu işdə mənim az da olsa xidmətim olubsa, islamın inkişafı na-
minə azacıq xeyrim dəyibsə, mənə bu imkanı verdiyinizə görə, sizə,
yalnız sizə minnətdaram. Allah sizdən razı olsun.
M ü a v i y ə (xoşhal). Hər halda pis çalışmadın, ey Mərvan. Sən-
dən razı qaldım. İstəyirəm sənə bir tapşırıq da verəm. Bunu da layi-
qincə yerinə yetirsən, elə hesab et ki, Mədinənin valisi sənsən.
M ə r v a n . Əmrinizə müntəzirəm, ya Əmirəlmöminin.
M ü a v i y ə . Ey Mərvan, bilirsən ki, biz Cudəyə söz vermişik, o
oğlum Yezidə nigahlanmalıdır. Buna görə də sən tez Cudəni oğlum
Yezidə çatdırmalısan... Anladın?..
M ə r v a n (üstündən ağır bir yük götürülmüş kimi). Əmrinizi bu
dəfə də nöqsansız canla-başla yerinə yetirəcəyəm. Bu qadını Yezidə
çatdıracağam.
M ü a v i y ə . Di tələs.. Elə et ki, hər şey səssiz-səmirsiz baş ver-
sin. Tulla onu dənizə... (Mərvan baş əyib çıxır) Belə-belə işlər... (Əl-
lərini bir-birinə vurur. Abdulla içəri daxil olur, təzim edir. Müaviyə
pəncərənin qarşısına keçib pərdəni aralayır. Narahat və əsəbi halda)
Ey Abdulla, məgər bilmirsən ki, bu gün İslamın matəm günüdür?
Mədinədən alınan təzə xəbərə görə əziz peyğəmbərimizin nəvəsi,
Həzrət Həsən vəfat edib. İslamın mötəbər çıraqlarından biri də söndü.
A b d u l l a . Əmrinizə müntəzirəm, ya Əmirəlmöminin.
M ü a v i y ə (Əli ilə Abdullanı pəncərəyə yaxın çağırıb küçəni
ona göstərərək). Şamın bu çıraqban küçələri qaranlığa bürünməlidir.
Bayraqlar endirilməli, bütün qapılar, divarlar qaraya boyanmalıdır,
hamı qara geyinməlidir.
A b d u l l a . Əmrinizin quluyam, ya Əmirimiz (Otaqdan çıxır.
Müaviyə özündən razı taxta əyləşir. Səhnə qaranlıqlaşır).
19


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə