Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə2/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   2   3   4   5   6   7   8   9   ...   112

I SƏHNƏ
Kufə şəhəri. Xəlifə Həzrət Həsən namaz qılır. Bu vaxt at ayaqlarının 
tappıltısı eşidilir. Sərkərdə Sədi oğlu Qeys qaçaraq hövlnak içəri girir.
Q e y s (tələsik,həm də uca həyəcanlı bir səslə). Ya Həzrət Həsən.
Müaviyə altmış minlik ordusu ilə Kufəyə yaxınlaşmaqdadır. Neyliyək?..
H ə z r ə t   H ə s ə n . Məsələ aydındır. Şamlılar Müaviyəyə biət
ediblər. Elə kufəlilər də buna hazırlaşırlar. Hətta mənə biət edənlər
də Müaviyəyə biət etmək fikrinə düşüblər. Bu da o deməkdir ki, qan
töküləcək. Müsəlman qanı. Məgər bu vəhşilik deyil?.. (Qeysə) Buna
yol vermək olmaz. Mütləq Mane olmaq lazımdır.
Q e y s . İcazə verin vuruşaq, ya Həsən. Onun ordusu varsa, bi-
zimki də var.
H ə z r ə t   H ə s ə n   (qayğılı və nəsihətamiz şəkildə). Doğru de-
yirsən, ey Qeys, bizim də ordumuz var. Amma bir yaxşı-yaxşı düşün.
Üç-beş azğın, başıpozuq sərkərdəni hesaba almasaq, hər iki tərəfdəki
ordunun əsgərləri eyni qandan, eyni etiqaddan deyilmi? Bizim ordu-
muz və Müaviyənin ordusu adlandırdığımız adamlar əslində bir xalq
deyilmi, ey Qeys?
Q e y s (daha həyəcanlı və daha inamla). Etiqad indi Müaviyənin
qılıncının ucundadır, ya Həzrət Həsən. Qılınca qarşı qılınc çəkməsək,
etiqad, inam sinələrdə basdırılacaq. İcazə ver, ya Həsən, Müaviyəni
Kufəyə girməyə qoymayım. İnan mənə, əgər bu hücumun qarşısını
almasaq, xalq fəlakətə düçar olacaq, ağlar qalacaq, heç zaman üzü
gülməyəcək.
H ə z r ə t   H ə s ə n . Ey Sədi oğlu Qeys, sənin igidliyin, cəsarətin
mənə yaxşı bəllidir. İnam və etiqadın da güclüdür. Ancaq eşit, mən
qardaş qırğınına yol verə bilmərəm. Vicdanımın səsi bütün varlığımdı
eşidilir. Ağlım da ona boyun əymiş müti bir qul kimidir. Məni eşit,
dediklərimə yaxşı-yaxşı qulaq as və əməl et. Tez, on min nəfərlik or-
duyla Müaviyəni qarşıla. Onu barışığa çağır və döyüşdən çəkin.
8


Q e y s .  Müaviyə barışıq üçün deyil, xəlifəliyi əlindən almaq
üçün yola çıxmışdır. Ya Həzrət Həsən, bəs bunu fikirləşmirsiniz?
H ə z r ə t   H ə s ə n (qəti). Nə niyyətlə gəlirsə gəlsin, bunu nəzərə
al ki, qan tökülməməlidir. Bu vaxta qədər axıdılan qanlar kifayət edər.
Mən özüm də yaxşı bilirəm ki, Müaviyə nə üçün və nədən ötrü gəlir.
Bu birinci dəfə deyil ki... hələ atam Əlinin xəlifəliyi zamanında da
o, belə fikrə düşmüşdü. Bir sözlə, mən... xəlifəliyi verməyə hazıram.
Qoy Müaviyə öz istədiyinə çatsın, təki qan tökülməsin, qardaş qırğını
olmasın.
Q e y s . Ya Həzrət Həsən, xalqı və islamı düşünün.
H ə z r ə t   H ə s ə n . Ey Sədi oğlu Qeys, bunların da günahını öz
üstünə yazılacaq. Əgər İslamı gücləndirirsə, qoy xəlifəlik anasının
südü kimi ona halal olsun. Yox, əgər adamlara zülm edərsə, xəlifəli-
yindən ancaq hökmdarlığını gücləndirmək üçün istifadə edərsə Allah
onun bəlasını verər.
Q e y s . Axı...
H ə z r ə t   H ə s ə n (onun sözünü kəsir, qəti). Gedə bilərsən...
Qeys dilxor halda gedir. Həzrət Həsən diz çöküb əllərini göyə qaldırı).
Səhnə getdikcə alatoran hala düşür. Səhnənin dərinliyində çoxlu insan si-
luetləri görünür. Onlar Müaviyəyə biət etməyə tələsirlər. Ona biət edənlə-
rin sayı artdıqca, əlinə əllər toxunduqca Müaviyənin təkəbbürü artır.
Səslər getdikcə çoxalır: “Uzat, uzat əllərini, ya Əbu Sufyan oğlu Müa-
viyə. Allahın kitabı və Rəsulillahın böyüklüyü naminə sənə biət edək”.
II SƏHNƏ
Həzrət Həsən səhnəyə daxil olur. Olduqca fikirli və pəjmürdə 
haldadır. Öz-özünə.
H ə z r ə t   H ə s ə n . Bu səslər necə də tanışdır mənə. Dünən bu
səslər eyni sözləri söyləyib mənə biət etmişdilər. Nə tez döndü üzləri,
dəyişdilər sözlərini.
9


Səhnənin mərkəzindən Müaviyə daxil olur, gəlib Həzrət Həsənlə
üz-üzə dayanır, yarı rişxənd, yarıtəbəssümlə
M ü a v i y ə . Qullar kimi nə üçün növbəyə durmusan, ey Həsən?
H ə z r ə t   H ə s ə n . Mən də bir qulam, ey Müaviyə. Bəla burasın-
dadır ki, sən bunları anlamırsan, adamları bir-birindən ayırmırsan.
Dinimiz bütün insanların qardaş olduğunu bəyan etməyib?..
M ü a v i y ə   (həmin tərzdə). Doğru deyirsən, ya Həsən. Hamımız
din qardaşıyıq. Amma əmin-amanlığın bərpası üçün iki xəlifə yerinə
bir xəlifənin olması daha münasib deyilmi? Onu da deyim ki, xəlifə-
lik növbəsi biz əməvilərindir. Dağılan islamı bir yerə toplamaq vəzi-
fəsi də bizim üzərimizə düşür.
H ə z r ə t   H ə s ə n . Xəlifəlik sənin olmağına sənindir. Amma bir
neçə şərtim var. Gərək onları qəbul edəsən.
M ü a v i y ə (hiyləgərcəsinə). Hər bir şərtin qəbulumdur. Təki xə-
lifə olum.
H ə z r ə t   H ə s ə n . Darıxma, hesab elə ki, artıq xəlifəsən. Amma
məni diqqətlə dinlə və yadında saxla. Sən vəliəhd təyin etməməlisən.
Sən öləndən sonra xəlifə yenə mən olacağam. Ümidvaram ki, kufə-
liləri peşman etməyəcəksən. Bir də Ali Əli və Peyğəmbərin qohum-
əqrabasına dostlarına cəfa etməyəcəksən. Mən də elə bu gün
Mədinəyə yollanıram (Əllərini Müaviyəyə uzadır).
M ü a v i y ə . Əllərin necə də istidir, ey Həsən.
Həzrət Həsən. Bir neçə ay bundan əvvəl kufəlilərin əllərində isin-
mişdi, ey Müaviyə, biətli əllərim soyumamış öz sözlərindən döndülər.
Nə isə... Allahın kitabı və Rəsulillahın böyüklüyü naminə sənə biət
edirəm.
M ü a v i y ə .Həzrət Əlinin Hüseyn adında bir oğlu da var. Nə-
dənsə o biətdə görünmədi. Mərasim başa çatmamış sən gərək öz qar-
daşın Hüseyni də göndərəsən biətə.
Həzrət Həsəni elə bil ildırım vurur, az qala müvazinətini itirir. Nitqi tutu-
lur, tez əllərini onun əllərindən çəkib, oradan aralanır. Səhnə dəyişir.
Müaviyə onun ardınca istehsa ilə baxır, acı-acı gülümsünür və əl çalır.
Sərkərdə Abdullah içəri daxil olur.
10


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə