Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə9/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   5   6   7   8   9   10   11   12   ...   112

elə, döz. Sənin kimi nəcib, alicənab bir insan səbrsiz ola bilərmi? Ya
Hüseyin, axı məyusluq qəlblərə hakim kəsilsə gen sinələr qəmlə, kə-
dərlə təng olar.
İ m a m   H ü s e y n . Sağ ol xatun. Sən mən düşündüyümdən də
ağıllısan, fədakar və cəfakeşsən. Mən yaxşı bilirəm ki, Atam Əli
Əleyhissalam dediyi kimi müsibətlərə düçar olanda gərək səbr örtü-
yünü daha da möhkəmləndirəsən. Ancaq indiki həqiqət budur ki, ey
xatun, sabah döyüş başlanacaq və bizim qətlimizlə sona yetəcək.
Ü m m i   İ s h a q (susuz dodaqlarını yalaya-yalaya). Belə naü-
müd danışmaq sənə yaraşmır, ya Hüseyn, sən ki, döyüş meydanında
şiri-nərsən. Heç bir döyüşdən qorxan deyilsən?
İ m a m   H ü s e y n . Ey xatun, biz cəmi-cümlətanı yetmiş iki nə-
fərik. Bu qədər adamın on min nəfərlik qoşuna qarşı durması asan iş
deyil. Amma məni qorxudan, narahat edən başqa bir məsələdir. Qor-
xuram ki, öləm, verdiyim sözə əməl edə bilməyəm.
Ü m m i   İ s h a q . Kimə söz vermisən, ya Hüseyn? Əgər sirr de-
yilsə...
İ m a m   H ü s e y n . Qardaşım Həsənin vəsiyyətidir...
Ü m m i   İ s h a q . Nədi ki, qardaşının vəsiyyəti?..
İ m a m   H ü s e y n . Qardaşım son nəfəsində dedi ki, “ey qarda-
şım Hüseyn, oğlum Qasım qızın Fatiməni sevir, söz ver ki, ölməmiş-
dən əvvəl onları bir-birinə qovuşduracaqsan. Qovuşdur ki, sevgiləri
gün işığına çıxsın”. Məni qorxudan budur, sabah öldüm, sonra necə
olsun?..
Ü m m i   İ s h a q (sevincək). Ya Hüseyn... Uşaqların məhəbbətin-
dən mən xəbərdar idim, sənə deməyə münasib bir məqam gözləyir-
dim. İndi də ki, gör bir nə oldu, sabah döyüş başlanacaq.
İ m a m   H ü s e y n (məmnun halda övrətinin qolundan tutur və
tələsik). Eyb etməz. Qoy olsun... biz də öz işimizi görərik. Verdiyim
sözü yerinə yetirməyim və bununla da qardaşım Həsənin məzarda
rahat yatması üçün tanrım özü mənə imkan verib. Bir gecə heç də az
müddət deyil. Tələs, qızımız Fatiməni qaydaya sal. Hamınız təzə pal-
tarlarınızı geyinin. (Ümmi İshaq çadıra tərəf gedir. Həzrət Hüseyn o
biri çadırların birinə yaxınlaşır) Qasım, oğlum Qasım!
29


Q a s ı m (çadırdan çıxır). Eşidirəm, əmi.
İ m a m   H ü s e y n . Eh... görüm bu Yezidin məzarı lənətlə dol-
sun. Oğlum, səninlə qızım Fatimənin nikahınızı Kufədə kəsdirməyi
niyyət etmişdim. Fikirləşirdim ki, nigahlanandan sonra hər üçümüz
baban Əlinin məzarını ziyarətə gedərik. Qoy zalımların bütün niyyət
və arzuları puça çıxsın, hər iki dünyada Allahın lənəti onlarla olsun.
Nə isə... Ver əlini oğlum Qasım. (Bu vaxt Ümmi İshaq gəlinlik pal-
tarında qızı Fatimənin əlindən tutub gətirir) Yaxın gəl qızım, mən
neçə vaxtdan bəri bir-birinə qovuşmaq istəyən bu iki ürəyi, bu iki əli
birləşdirir, sizə xeyir-dua verirəm.
Fatimə başını aşağı dikib, əlini sevinclə Qasıma uzadır, Qasım onun əlindən
tutur.
Q a s ı m (utancaq). Allah səndən razı olsun, əmi...
İ m a m   H ü s e y n . Əziz balalarım, uzun-uzadı danışmaq sizə
haqsızlıq olar, elə məhəbbət özü də bir inamdır. Səbirli olun, səbirli
olan, inam qazanar. Görərsiniz, sabah Kufədən şad bir xəbər gələr,
inşallah, toyunuzu da edərik. Nə isə... Xoşbəxt olun, balalarım. (Əbu
Bəkr, Abbas, Cəfər, Əli Əkbər və bir neçə nəfər buradadırlar. Əvvəl
Qasım, sonra da Fatimə İmam Hüseynin əlini öpüb, onlar üçün ha-
zırlanmış çadıra gedirlər. İmam Hüseyn əllərini göyə qaldırıb)
Ey bu cahanı yoxdan var edən pərvərdigar,
Yeri qaim, göyləri dəvvar edən pərvərdigar...
Misirdə Yusifi, bir qul ikən, sultan edən
Dərd ilə Yəqubini bimar edən pərvərdigar.
Yunisi dərya içində udduran bir balığı,
Atəşi İbrahimə gülzar edən pərvərdigar,
Sabahkı günümüzü xeyirli elə.
(Birdən göydən yerə enən bir parça parlaqlıq görünür. Çadırları
nura qərq edir. İmam Hüseyn əvvəl sevincindən nə edəcəyini bilmir.
Sonra nura tərəf çevrilərək) “Və Əleykəssalam, sevimli babam Rə-
30


sulallah, Əziz atam Əli Əleyhissalam, mehriban qardaşım Həsən, xoş
gördük Sizi. Mən bu nuru sizin təzə bəylə gəlinə – Qasımla Fatiməyə
xeyir-duanız kimi qəbul edirəm. Əllahimməsəlli əla Mühəmmədin
və ali Mühəmməd” – deyir (Nura Salavat zikr edir).
Səhnə qaranlıqlaşır. Qasımla Fatimənin olduqları çadır işıqlanır. Fatimə taxt
üstündə oturmuş, Qasım onun qarşısında diz üstə dayanıb qızın əllərini əllə-
rinə almış, məhəbbət dolu baxışlarla onu süzür.
Q a s ı m . Sifətin alışıb yanır, ürəyin nə yaman uçunur, ya Fa-
timə?
F a t i m ə (utancaq). Neçə vaxtdan bəri sənə olan məhəbbətim-
dəndir, ya Qasım.
Q a s ı m . Bu gecə, tək bu gecə mənim üçün dünyaya dəyər mən
sənin əllərindən tutanda elə bildim dünya mənimdi. Gözlərimdə hər
şey nura qərq oldu, ya Fatimə.
(İndi də işıq səhnənin başqa bir tərəfini işıqlandırır. Əbu Bəkr
və başqaları görünürlər. Onlar dövrə vurub rəqs edirlər).
C ə f ə r .
Gəlin, gəlin birgə çalaq, oynayaq,
Şam yandıraq, çıraq tutaq oynayaq.
Ürəyimiz qüssə-kədər bilməsin,
Düşmənlərin acığına oynayaq.
A b b a s .
Qonmasın qəlbə kədər, dərd deyirik,
Yezidə min dəfə lənət deyirik.
Sevirik, sevgiyə cənnət deyirik,
Çalağın, oynayağın, toydu bu gün.
Ə b u
B ə k i r . 
Sabaha yoxdu güman, qoy bu günün gülsün üzü,
Sevinsin, şadlıq etsin bu gecəni bəylə-gəlin.
Səsimiz qoy yayılsın hər tərəfə susuz səhrada,
Qardaşım Qasımla Fatimənin toyudur bu gün.
31


C ə f ə r .
Göylərdən yerlərə yağır nur bu gün
Duyğular qəlblərdə necə gur bu gün.
Həsən-Hüseyn övladının toyudur bu gün,
Qasımla Fatimənin toyudur bu gün.
Ə b u
B ə k i r .
Qasımın, Fatimənin – iki canın bayramıdır,
Toyudur, şadlığıdır.
Verəyin əl-ələ, haydı igidlər, gəliniz
Gəliniz yallı gedək bax belə biz, bax belə biz.
A b b a s .
Gəlinimiz ah nə gözəl, bəy də igid-nər kimidir,
Ürəklərindəki məhəbbət çağlayan sel, yandıran
atəş kimidir.
Uzun ömür, şad günlər arzulayaq onlara biz,
Qüssə, kədər, dərd-bəla rast gəlməsin onlara heç.
C ə f ə r .
Gəlin, gəlin, ay igidlər, ay ərlər,
Bəylə gəlinə “Xoşbəxt olun!” – deyərək biz.
H a m ı s ı   b i r d ə n . Xoşbəxt olun! Xoşbəxt olun! Mübarəkdir
toyunuz (oynaya-oynaya).
Gəliniz, şadlanağın, rəqs edəyin, haydı gəlin!
Qasımın, Fatimənin – iki canın bayramıdır, toyudur, 
şadlığıdır.
(oynayırlar)
Ə b u   B ə k i r . (Əli Əkbərə) Əmioğlu, “Lehni Davud” kimi xoş
nəfəslisən, oxu, rayihələnsin bu susuz səhra, susuzluqdan od tutub
yanan ciyərlərimin qoy bir az sərinləsin.
Ə l i   Ə k b ə r (“Segah Zabul” üstə oxuyur).
Şəmi kim rövşən olub yanmağa pərvanə üçün,
Yanmağından dəxi pərvanəyə, pərva nə üçün?
Səhnə qaranlıqlaşır. Az sonra işıq səhnənin başqa tərəfini işıqlandırır. Çadır-
dan balaca Səkinənin “su-su” deyən səsi eşidilir. Həzrəti Zeynəb səhəngi gö-
türüb getmək istərkən Abbas onun qarşısını kəsir.
32


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə