Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə11/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   7   8   9   10   11   12   13   14   ...   112

Ə l i   Ə k b ə r (atasının qarşısında diz çökmüş halda). Ata, ömrü-
mün mənası, tacidarım. Mənim artıq 18 yaşım var, bir dəfə də olsun
sözündən çıxdığım, səndən icazəsiz bir iş tutduğum olmayıb. Səndən
çox-çox xahiş edirəm, başıma bir iş gəlsə, mənim üçün göz yaşı axıtma.
İ m a m   H ü s e y n (qolundan tutub qaldırır). Səni başa düşdüm
oğul, ancaq anla ki, ata üçün oğlunun ölümünü görməkdən ağır bir
şey ola bilməz. Bir də ki, mənim ölümümdən sonra bəlkə, bu Yezid
ürəkli tərəfdarları bir az rəhmə gəlib səni öldürmədilər. Sən də uşaq-
lara, qadınlara sahib olarsan.
Ə l i   Ə k b ə r . Yalvarıram ata, gəl bu ağrını da sən çək. Axı sən
dözümlüsən. Sən babam Həzrət Əlidən aldığın inam bayrağını yerə
enməyə qoymadın. Yezidə tabe olmadın, düşmən qarşısında baş əy-
mədin, həmişə başı uca oldun. Bəs mən? Sənə olan məhəbbətim və
qorxum xatirinə, qoy döyüşə mən gedim, ata...
İ m a m   H ü s e y n (son dərəcə məyus halda). Məni sarsıtdın, ya
Əli Əkbər. Qoy sən deyən olsun... (onu qucaqlayıb öpür, ağlayır...)
Ə l i   Ə k b ə r (Ömərin qarşısına gəlib). Qarşınızda Əli Əkbərdir.
Kimin hünəri varsa, gəlsin qabağa...
(Əli Əkbər adını eşidən kimi hamı susur, Ömər ani olaraq nə
edəcəyini bilmir, birdən əsgərlərinə).
Ö m ə r . Hər Kim Mosul vilayətini istəyirsə, buyursun Əli Ək-
bərlə vuruşa.
III döyüşçü Ömərin bu sözlərini eşidən kimi irəli çıxır.
I I I   D ö y ü ş ç ü (Əli Əkbərə). Ya Əli Əkbər, Mosul vilayəti na-
minə başını üzəcəyəm.
Ə l i   Ə k b ə r (susuzluqdan quruyan dodaqlarını yalayaraq).
Yavaş ye, boğazında qalar. Ey vəzifəyə aldanan rəzil, vali yox, Yezi-
din özü olsan belə, qılıncımdan qurtara bilməyəcəksən.
Vuruşurlar. Əli Əkbər güclü bir zərbə ilə onu öldürür. Əli Əkbər təklikdə
qalib gəlməyin mümkün olmadığını görən Ömər əlini qaldırır. Bir neçə döyüşçü
Əli Əkbəri təklikdə qətlə yetirilər. Bunu görən İmam Hüseyn irəli çıxır.
36


İ m a m   H ü s e y n . Ya Məhəmməd, ya Həzrət Əli yanınıza gəl-
məyimə az qalıb. Bu məhərrəm ayında yanınıza “su” – deyə-deyə
gəlirəm.  Bu gün başım kəsilməlidir. Çünki bu başın kəsilməsi nəti-
cəsində (Ömərə)  siz var dövlət sahibi olacaq, rütbələriniz artacaqdır.
Qoy olsun. (Üzünü çadırdakılara tərəf çevirib) Şəhidlərinizin ruhu
şad olsun deyə tapşırıram, mənim üçün göz yaşı axıtmayın. Sizi Al-
laha tapşırıram. Haqqınızı halal edin. Bismillahir-rəhmanir-rəhim.
(Ömərin qarşısında durub) Ey Ömər, bir mən qaldım, bir də sənin
böyük qoşunun. Kimin cəsarəti çatırsa, birinci çıxsın qarşıma. Amma
tək mən bu qədər qoşundan yox, qoşun məndən qorxur. Bilirsənmi
nə üçün? Axı mən də sizin kimi insanam. Ona görə ki, siz var dövlət,
rütbə, şöhrət üçün vuruşursunuz. Mən isə əqidəmin, etiqadımın saf-
lığı uğrunda. İnanırdım ki, inam, etiqad, bu ötəri şeyləri üstələyər,
zalımın zülmünü basar. Nə isə... Kim məni öldürmək şərəfinə nail
olmaq istəyir.
Heç kim dinmir.
Ö m ə r (yanındakı döyüşçüyə). Qorxma, görmürsən ki, qılıncı
zorla əlində saxlayır, üç-dörd gündür ki, susuzdur. Onu öldürən adam
dillər əzbəri olacaq. Nə durmusan? Yeri...
Döyüşçü qabağa gəlir. Həzrəti Hüseyn onu bir zərbə ilə məhv edir. 
S ə s l ə r . Bu doğrudan da şiri-nərdir... Həzrəti Əlinin oğlu Hü-
seyndir. Elə bil Həzrəti Əlinin özüdür... 
Ö m ə r (əsəbi). Hücum edin, doğrayın onu... 
Əsgərlər hücum edib onu araya alır, neçə yerdən zərbə endirilər. Həzrəti Hü-
seyn səndələyib yıxılır, qalxmaq istəyəndə Şümür onun çiynindən bir zərbə
vurur. Yıxılır, zorla azca dikəlib.
İ m a m   H ü s e y n . Eşidin məni ey aldanmış əsgərlər, mənim
şəhid olmağım ilə cəddim Peyğəmbərin dini istiqamət tapacaq, azad-
37


lıq əldə edəcəkdir. Qılınclarınızla parçalayın qəlbimi, qoy oxlarınız
sinəmə sancılsın. Əgər mənim sağ qalmağımla dinim, azadlığım bo-
yunduruq altına düşəcəksə, mən belə yaşamağı istəmirəm. 
Ö m ə r (qışqıraraq). Tez olun, başını kəsin... 
Şümür ayağını Həzrəti Hüseynin sinəsinə basıb, hələ canı çıxmamış başını
kəsir, Ömərə verir.
Ö m ə r . Şükürlər olsun ki, Hüseynin Yezidin qarısında əyilmə-
yən başı bədənindən ayrıldı. (Əsgərlərə.) Hamınızı təbrik edirəm. Bu
başın kəsilməsində hamının əməyi var. 
Səhnə qaranlıqlaşır. Musiqi.
IX SƏHNƏ
Yezidin sarayı. Yezid pəncərə önündə durub çölə baxır. Şeypurlar çalınır.
İmam Hüseynin başını təntənəli şəkildə gətirib onun qarşısına qoyurlar. 
Ye z i d . Mənə boyun əyməyənlərin aqibətini aləmə car çəkin.
Qoy hamı bilsin ki, Müaviyə oğlu Yezid heç nəyin və heç kimin qar-
şısında aciz ola bilməz. Nə dedim, o da olmalıdır. Ya göy üzü qara
çarşab olub yerə sərilər, qan su yerinə axar, ya da hamı müti qul kimi
qarşımda əyilməlidir. (Keçib taxtında oturur. Həzrəti Hüseynin başı
qoyulmuş məcməiyə baxır əlindəki əsa ilə ehtiyatla başın üzərinə çə-
kilmiş örtüyü qaldırır, kəskin şəkildə kəsik başa toxunur. Yarı sevinc,
yarı rişxənd, yarı qəzəblə.) Mən onun öldürülməsinə əsla razı deyil-
dim. Kimdir bunun qatili?.. (Heç kəs dinmir. Başa bir daha baxaraq.)
Görüm onu Allahın lənətinə gəlsin. Mənə biət etsəydin bu günə düş-
məzdin. 
Bu səhnəni seyr edən Əbu Mirzə İslami ayağa qalxır.
38


Ə b u   M i r z ə   İ s l a m i (nəsihətamiz və narazı bir halda). Yaxşı
iş görmürsən, ey Yezid. Özün bilirsən ki, bu üz Məhəmməd Rəsulul-
lahın əlləri ilə sevilib oxşanılmışdır. Mənimlə Həzrət Davud arasında
yetmiş qərinəlik vaxt keçib. Hələ də yəhudilər mənə təzim edirlər.
Amma Məhəmməd Qüreyşi dünən dünyadan köçüb siz bu gün onun
övladına qəsd edirsiniz. Bu necə dindir? 
Ye z i d (onun sözünü kəsib qəzəblə). Bununla nə demək istəyir-
sən? Məgər sən bilmirsən ki, o ən böyük asi idi. Biət etmirəm deyə
inad göstərirdi? Kufə əhlinə dil verib, mənim xəlifəliyimə qarşı çı-
xırdı? 
Ə b u   M i r z ə   İ s l a m i . Hər-halda... 
Ye z i d   (daha qəzəblə). Hər halda sən bir asinin, bir rəzilin kəsik
baçını müdafiə edirsən... Özü də mənim ən şad və ən xürrəm bir vax-
tımda. Yoxsa?.. (Diqqətlə İslamiyə baxır.) Allahına dua et ki, Hüsey-
nin kəsik başı ilə əylənməyim mənə o qədər xoşdur ki, bu gün heç
kimi öldürmək istəmirəm. Yoxsa sənin ağılsız başın Hüseynin kəsik
başı ilə bir məcməidə olardı.
Ə b u   M i r z ə   İ s l a m i (nifrətlə). Sənin axırın yoxdur, ey Yezid,
ona görə ki zülmükarsan. Günahsız adamlara əzab-əziyyət vermək-
dən yorulmursan. Səhralar da sənin zülmünü ağıya çevirib pıçıldayır.
Əmr et, boynumu vursunlar. Onu da bil ki, Kərbəla döyüşündə sən
çox uduzdun.
Yezid (hirslə ayağa qalxır). Nə dedin?.. 
Ə b u   M i r z ə   İ s l a m i . Bəli, Kərbəla döyüşündə sən çox şey
itirdin, çünki Hüseyn sənin on minlik orduna, ən qüvvətli sərkərdə-
lərinə belə boyun əymədi. Azadlıq, haqq, ədalət və din uğrunda şücaət
göstərdi; rəşadət və qəhrəmanlıqla vuruşdu. Onun tə rəf dar  larından  hər
biri sənin on-on beş əsgərini öldürməmiş həlak olmadı. İndi sən bu-
rada Hüseynin kəsik başı ilə əylənir, sevinirsən. Yüzlərlə evlərdən
sənin hikkən, zülmün üzündən ölmüş döyüşçülərin analarının ağı səsi
eşidilir, dul qalmış gəlinlərin, uşaqların ah-nailəsi eşidilir.
Ye z i d . Sus, məlun... 
Ə b u   M i r z ə   İ s l a m i . Nəslən zalım və hiyləgərsiniz. Atan
Müaviyə Həzrət Həsəni zəhərləyib öldürtdürəndə hiyləgərcəsinə Şam
39


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə