Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə7/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   2   3   4   5   6   7   8   9   10   ...   112

VII SƏHNƏ
Səhnənin müxtəlif əks qütblərindən aparıcılar görünür. Avanssenanın sağ
və sol künclərində qərar tuturlar
.
F a t i m ə . Yezidin fərmanını alan kimi Mədinə valisi Əbu Suf-
yan oğlu Valid Həzrəti Hüseyni çağırtdırıb nə qədər hiylə işlətdisə,
dil tökdüsə, qorxu gəldisə, onu Yezidə biət etməyə razı sala bilmədi.
Həzrət Hüseyn ailəsi, qohum-əqrəbası və tərəfdarları ilə birlikdə Mə-
dinədən Məkkəyə köçməyi qət etdi. Məkkədə Həzrəti Hüseynin Kar-
vanını Abdullah oğlu Zübeyr qarşılayıb xəbər verir ki, Kufədən gələn
məktubların ardı-arası kəsilmir, onlar Həzrət Hüseynə biət etməyə
hazırdırlar. Kufədə yolunu gözləyirlər. Bu xəbər Həzrət Hüseyni razı
salır.
Q a s i m . (ikinci aparıcılar). Lakin Həzrət Hüseynin yaxın
adamlarından biri Abbas oğlu Abdulla onu Kufəyə getməkdən çəkin-
dirmək istəyi ilə deyir ki, “Ya Hüseyn, eşitdiyimə görə meylin Kufəyə
getməkdir. Kufədə atanı itirdik, böyük qardaşın məğlub oldu. Bu şə-
hərdən uzaq ol, o nə şəhərdir ki, bir yandan qılıncını itiləyir, o biri
yandan da daşa çalıb korşaldır. Etiqadları da elə bu cürdür”. Həzrət
Hüseyn çox fikirdən sonra kufəlilərin etiqadlarına əmin olmaq niyyəti
ilə onlara məktub göndərir. Kufəlilərdən aldığı yüz iyirmidən çox
məktubda onu təkidlə Kufəyə çağırdıqlarının şahidi olur. Kufəlilər
göstərirdilər ki, “Xalq Müaviyənin hiyləgərcəsinə, təcavüzlə qazan-
dığı biətin haqq-hesabını soruşmağa tələsir”.
F a t i m ə . Həzrət Hüseyn bütün əyal və ailə üzvləri ilə birlikdə
Kufəyə getmək üçün yola çıxır.
Q a s i m . Bu işdən xəbər tutan Yezid böyük bir qoşun göndərib
Kərbəla çölündə onların yolunu kəsdirir.
Aparıcılar olan Fatimə ilə Qasimin üzərinə düşən “işıq” azalır, sönür. Tam
qaranlıq. İşıq yavaş-yavaş musiqi sədaları altında alatoran hala düşür. Axşamdır.
Səhra. Həzrət Hüseyn və yol yoldaşları dincəlirlər (pərdə qalxarkən). Sərkərdə
Hürr ibn Riyah gəlir.
23


H ü r r . Əssəlamu-əleykə, ya Hüseyn.
İ m a m   H ü s e y n . Əleykə-səlam, ey atlı. Tanıdığın kimi mən
Həzrəti Hüseynəm, bəs sən kimsən? Yəqin ki, gəlişin xoş niyyətlə
olar, inşallah.
H ü r r . Təəssüf ki, elə deyil, ya Hüseyn. Mən sərkərdə Hürr ibn
Riyaham. Bilirəm Kufəyə dəvətlə gəlmisən. Ancaq hər şey əksinə
oldu. Səni qarşılamağa söz verən kufəlilərin çoxu öldürüldü. Əmin
oğlu Müslüm də qətlə yetirildi. Kufəyə yeni vali təyin olunmuş ibn
Ziyad onun başını kəsib, Yezidə hədiyyə göndərdi.
İ m a m H ü s e y n (çaşqın və kədərli halda). Belə de...
H ü r r. Kufə əhalisi ibn Ziyadın əmri ilə mən səni onun hüzuruna
aparmalıyam.
İ m a m   H ü s e y n (sınayıcı tərzdə). Əgər getməsəm.
Hürr. Əgər getməsən, o zaman qan axacaq, mən əmr quluyam,
ya Hüseyn.
İ m a m   H ü s e y n .   Yaxşı yerdə axşamladıq. Deyirsən ki, ibn
Ziyad məni tələb edir.
H ü r r . Niyyəti məlumdur, ya Hüseyn, o istəyir ki, sən Yezidə
biət edəsən.
İ m a m   H ü s e y n (qətiyyətlə). Yox... Qətiyyən yox... Get Ye-
zidə, Kufə valisi ibn Ziyada və onların tərəfdarlarına söylə ki, mən
heç bir zaman o zalıma, o xortdana, o zülmkara biət etməyəcəyəm.
Yezidə də, ibn Ziyada da, ordularına da lənət olsun. Babam Rəsulal-
lahdan, atam Əlidən miras qalmış etiqadımı heç zaman itirməyəcə-
yəm. Onu daha da möhkəmlətmək üçün cəfaya dözəcəyəm. Canımı
bu torpağa tapşırıb babama, atama qovuşanda da etiqad bayrağı
əlimdə olacaq.
H ü r r . Ya Hüseyn, ibn Ziyaddan əmr almışam. Onu da bil ki,
mən məktub yazıb səni çağıran kufəlilərdən deyiləm. Aydındır ki,
belə olsaydı, indi mən burada olmazdım. Səni əsir etmək üçün əmr
almışam. Ya təslim olub Kufəyə aparılacaqsan, ya da hamınız susuz
burada qalıb tələf olacaqsınız. Ancaq mən bunu etməyib gedirəm.
Səhərə kimi fikirləş. Baban Rəsuli-Əkrəmin hər ikimizin üstündən
əskik olmasın.
24


İ m a m   H ü s e y n . Demək bizimki buraya qədərmiş. Mən heç
bir zaman Yezidə biət etməyəcəyəm (arxaya çevrilib ona ümid bağ-
layan adamlara). Bununla belə heç birinizin tələf olmağını istəmi-
rəm. Mən geri dönməliyəm, Yezid məni gözləyir. Siz isə üzünüzü
səhralara çevirin, səhra sizi qoruyar. Bir gün mənim başımın kəsildi-
yini eşitsəniz, əmin olun ki, o baş biət etməmişdir.
K a r v a n   ə h l i   (bir ağızdan). Biz səninləyik, ya Hüseyn, ölənə
kimi səninləyik. (Hürr bunu eşidir, başını əyir).
İ m a m   H ü s e y n . Ey  Hürr,  görürəm,  damarlarından nəciblik
qanı axır. Səni başa düşürəm. Amma Yezidə heç zaman biət etməyə-
cəyəm.
Hürr bir söz deməyib qoşuna işarə verərək buradan uzaqlaşır. At ayaqlarının
tappıltısı eşidilmir.
VIII SƏHNƏ
K ə r b ə l a . Susuz səhra. İmam Hüseynin karvan əhli bir neçə
çadır qurmuşlar. Göydən od tökülür, yerdən sanki alov qalxır. İmam
Hüseyn susuzluqdan qanı axan dodaqlarını yalaya-yalaya çadır əhli
ilə söhbət edir. Bu vaxt at ayaqlarının tappıltısı eşidilir. Yezidin digər
sərkərdəsi Ömər ibn Saad gəlir.
İ m a m   H ü s e y n . Sən Saad oğlu Ömər deyilsən?
Ö m ə r . Elədir, mən Saad oğlu Ömərəm. Sən də ki, Hüseynsən.
Buralarda nə işin var?
İ m a m   H ü s e y n . Bunu gərək mən səndən soruşam. Gərək ki,
məni Kufəyə dəvət edənlərdən biri də elə sən idin? “Ya Hüseyn, Ye-
zidin zülmü artdı, özünü yetir, Baban Məhəmməd, atan Əli eşqinə gəl
bizi qurtar” deyən sən deyildin? Mən sizin çağırışınızla bu əzablı yol-
lara düşməmişəmmi? İndi mən soruşuram. Sən buralarda nə gəzirsən?
Ö m ə r (özünü itirir, kəkələyir). Heç bir şey. Biət et, hər şey qur-
tarsın getsin, ya Hüseyn. Yoxsa, bu susuz səhrada məhv ediləcəksiniz.
Yezidin əmri və ibn Ziyadın tapşırığı ilə sizi bu susuz yerə qovublar.
25


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə