Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə15/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   11   12   13   14   15   16   17   18   ...   112

Hacı Qara rolunda oynayan aktyor tərəzi dalında oturub gələn
müştərilərə dükandakı mallardan təklif edir, bəzən də əlindəki uzun
çömçə ilə bu və ya başqa şeylərdən götürüb müştərilərə verirmiş. O,
hərdən manqala qoyulmuş piti qablarına duz, soğan, kartof tökür, hər-
dən kəfini də alırmış.
Əlbəttə, tamaşanın canlı alınması xatirinə görülən bu işlərdə na-
turalist əlamətlər özünü göstərirdi. Bu vəziyyət bəzən qrim və parik-
lərin işlədilməsində də nəzərə çarpırdı. Odur ki, 1906-cı ildə “Nicat”
mədəni-maarif cəmiyyətinin teatr truppası özünə xüsusi qardirob ya-
ratmaq təşəbbüsündə olmuşdu. Bu məqsədlə cəmiyyətin teatr komis-
sionunun sədri Mehdi bəy Hacınski (1879-1941) “Kaspi” qəzeti
vasitəsi ilə əhaliyə müraciət də etmişdi.
* * *
Azərbaycan teatr tamaşalarının paltar məsələsi də cətin idi. Mü-
tərəqqi fikirli ziyalılar qapı-qapı gəzib paltar toplamış, bəzən xəlvəti
öz qohumlarının paltarlarından istifadə etmişlər.
Bir neçə xarakterik misal: M.Muradov yazır: “1903-cü ildə mən
Bədəlbəy Bədəlbəyovla Şamaxı rayonundakı bir dükana gəldik. Bə-
dəlbəy bizə üç dəst paltar lazım olduğunu söylədi. Dükançı Ağakərim
fikrə getdikdən sonra dedi:
– Zənnimcə bu paltarları ya rus, ya erməni həvəskar qadınları
geyinəcəkdir. Çünki müsəlman xanımları bu paltarları geyinməzlər.
...Axşam “Lənkəran xanının vəziri” tamaşasını oynadıq”.
Əsrin ilk illərində “Dağılan tifaq” tamaşasında sona xanım rolu -
nu oynayan Qaflan Muradov (1890-1970) da nəql edib ki, “...Mən
Əbdürrəhimbəydən soruşdum ki, bəs paltar məsələsi necə olacaq?
Əbdür rəhim bəy qaşlarını catıb diqqətlə üzümə baxıb dedi: bilirsən,
Qaflan, paltarı hər kəs özü tapmalıdır. Şükür ki, anan İmmi xanımın
dəst-dəst paltarları, kəmərləri var; bir dəst gətirərsən iş düzələr”.
İkinci pərdə açılır. Sona xanım namaz üstə. Anam da namaz qılan idi.
Özü də həmişə namaz üstə uşaqlarına dua edərdi. Sona xanım da dua
53


oxuyur. Allahdan kömək istəyir. tamaşaya baxan mamam oğlu Allah -
verdi məni – Sona xanımı görüb qışqırır: “ə, Musa, gəlin-bacım bu-
rada nə eləyir?” Tez onun ağzını yumurlar ki, “səs salma, Qaflandır”.
Evə qayıtdıqdan sonra məni oki var danladılar, həm də döydülər...”
Paltar məsələsi ilə bağlı Hüseynqulu Sarabskinin başına gələn
hadisə isə belə olub. 1902-ci ildə Nəriman Nərimanovun “Dilin bə-
lası” tamaşasını hazırlayanlar paltar tapa bilmirlər. H.Sarabski nənə-
sinin və xalalarının paltarlarını axşamdan gizlicə götürüb başının
altında gizlədir. Səhər teatra gətirir. Tamaşadan sonra istəyir paltarları
xəlvəti yerinə qoysun, onun üstünə düşüb: elə bu qalmışdı ki, bizim
paltarlarımızı oyunbazxanalara aparıb, xalqın qabağında göstərəsən?
Bərəkallah sənə! – deyə onu o ki var danlayırlar.
Əbdürrəhim bəy Haqverdiyiv də yazıb: “Realni məktəbində şa-
gird olduğum zaman məni bir yaldaşla Mirzə Əli Əkbər adlı bir şəxsin
yanına əba üçün göndərdilər. Biz qapıdan daxil olanda Mirzə yerindən
qalxıb bizə artıq təvəzə eləyib yer göstərdi. Əyləşdik. Çay gətirtdi. Nə
məqsədlə gəldiyimizi bildikdə: durun çəkilin burdan, nadürüstlər,
əlləm-qəlləmlər, mənim əbamı aparıb gedib oyunbazlıq eləyəcəksiniz?
Tez olun, Sürüşün burdan. Biz otaqdan çıxanda Mirzənin səsini eşi-
dirdik: Ay uşaqlar, o iti açıb buraxın bu nadürüstlərin üstünə”.
Göründüyü kimi Azərbaycan teatrında libas, əlbəsə məsələsi
çətin idi; xüsusi ilə qadın paltarı tapmaq müşkül iş idi. Lakin paltar
məsələsi ilə çətinliyi, bütünlüklə din və mövhümatda, xalqın avam-
lığında görmək düzgün deyildir. Bizə elə gəlir ki, tamaşalara paltar
vermək məsələsi, hər şeydən əvvəl yüngül xasiyyətliliyə, tüfeyliliyə,
avaraçılığa, hoqqabazlığa qarşı barışmaz olan xalqımızın müəyyən
müsbət keyfiyyətləri ilə də bağlı idi. Doğrudur, qadın paltarını tap-
maq müşkül iş idi; kişi paltarına gəlincə, məsələ tamamilə başqa şəkil
alırdı. Belə ki, hər hansı adama paltar üçün ağız açdıqda, o şəxs ilk
növbədə paltarın kim tərəfindən geyiniləcəyi ilə maraqlanırdı. Əgər
onun paltarını geyəcək şəxs həyatda ləyaqətli, namuslu şəxsdirsə, oy-
nadığı rol “hansı yuvanın quşu olur-olsun” yenə ona paltar verməyə
etiraz etməzdi. Əksinə, o şəxs həyatda yüngülxasiyyət, ləyaqtsiz (bəy
olsa belə) adamdırsa, onun oynayacağı rol ən gözəl sifətlərə malik
54


olsa da, ona paltar verilməzdi. Deməli, paltarı əsər qəhramanına yox,
həyatdakı mövcud insana layiq görürdülər ki, buradanda “şəxsiyyət
və ənət” problemləri meydana çıxırdı. “Sənət gözəl insan, ləyaqətli
vücud sevir” fikri təsdiq olunurdu. Təsadüfü deyildirki, Hüseyn Ərəb-
linskinin aktyor etikası-sənət etikası haqqındakı fikirləri xal qımızın
məhz bu gözəl sifətləri ilə daha çox bağlı idi. Azərbaycan xalqının et-
noqrafik xüsusiyyətlərindən də bu özünü hiss etdirirdi. Birovuz, yəni
borc paltar vermək hallarında da mövcud adamın şəxsiyyəti əsas gö-
türülürdü. Əgər neçə yüz illər bundan əvvəl Azər baycanda Allah və
peyğəmbərin qüdrətini, əzəmətini əks etdirəm maskaların mövcud ol-
duğunu, həmin məqsədlə müxtəlif paltarlardan istifadə edildiyini nə-
zərə alsaq, tamaşalar üçün paltar məsələsinin çətinliyini yalnız dinlə,
cəhalət və avamlıqla bağlamağın yanlışlığı bir qədər də aydın olar.
* * *
XX əsrin ilk illərindən başlayaraq Azərbaycan teatrının görkəmli
səhnə ustaları peşəkar inqilabçılarla əlbir surətdə çalışırdılar. Bu illər
Azərbaycan ictimai həyatında əsas yer tutan mütərəqqi-demokratik
cərəyan nümayəndələri xalqın ehtiyaclarını və arzularını dərindən
duyur, milli azadlıq hərəkatında hərtərəfli iştirak edirdilər. Xüsusilə
1905-ci il inqilabından sonra Bakı Bolşevik Təşkilatı Azərbacan teatrı
ilə, onun görkəmli sənətkarları ilə daha yaxından bağlanır, xalqın
azadlığı, səadəti yolunda əlbir mübarizəyə başlayırlar. Teatr fəaliy-
yətindəki mübarizə ruhunu daha da aydınlaşdırır. İnqilabi pafosunu
daha da qüvvətləndirirdi. Təbliğat və təşviqat gücünü artırır, geniş
xalq kütləsi içərisində inqilabi ideyaları yayırdı. Bir tərəfdən Azər-
baycan səhnəsinin Cahangir Zeynalov, Əbülfət Vəli, Məhəmməd Əl-
vəndi, Mehdi bəy Hacınski, Hüseyn Ərəblinski, Hüseynqulu
Sarabski, Mirmahmud Kazımovski, Sidqi Ruhulla, Mirzağa Əliyev
kimi aktyorları teatr mədəniyyəti uğrunda mübarizə aparır, hazırla-
dıqları tamaşalar, ifa etdikləri obrazlar, vasitəsilə xalqım maariflən-
məsi, mədəni inkişafı üçün calışırdılar. Digər tərəfdən isə Nəriman
55


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə