Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə17/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   13   14   15   16   17   18   19   20   ...   112

tələrdən biri də teatro olduğunu anlayaraq orada çıxış edir və pyes
də yazmağa başladım”.
Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Sidqi Ruhulla da Suley-
man Sani Axundovun Azərbaycan səhnəsində cəfakeşliklə çalışan bir
mücahid, mənalı obrazlar yaradan bir aktyor olduğunu dönə-dönə
qeyd etmişlər. Hətta Azərbaycan teatrının acınacaqlı vaxtlarında, qadın
aktyorların olmadığı zamanlarda o, qadın rollarında da cıxış etmişdi.
Bu fakt da olduqca qiymətlidir ki, Nəriman Nərimanovun “Nadir şah”
əsəri, hələ cap senzurasından keçməzdən əvvəl 1906-cı ilin əvəllərində
birinci olaraq Suleyman Sani Axundovun müdir olduğu 7-ci rus-tatar
məktəbində tamaşaya qoyulmuş S.S.Axundov özü həmin tamaşada
Nadirin oğlu, Rzaqulu rolunda oynamışdı. Bundan başqa o Mirzə Fə-
təli Axundovun, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun,
Əbdür rəhim bəy Haqverdiyevin, Nikolay Vasilyeviç Qoqolun əsərlə-
rinin tamaşalarında maraqlı və tutarlı səhnə obrazları yaratmışdı.
1921-ci il noyabr ayının 13-də Bakıda “Tənqid-təbliğ” teatrı açı-
lır. Bu teatrda gündəlik həyat hadisələrini əks etdirən kiçik həcmli
əsərlər tamaşaya qoyulurdu. Bir, yaxud iki pərdədən ibarət olan bu
pyeslərin tamaşaları kəskin satira gücünə, inqilabi pafasa malik ol-
maqla yanaşı, həm də gündəlik həyatda baş verən, tez-tez dəyişən
hadisələr haqqında geniş tamaşaçı kütləsinə sadə, anlaşıqlı bir dillə
məlumat verilirdi. “Tənqid-təbliğ” teatrının yaranmasında böyük xid-
mətləri olan Nəriman Nərimanov: “Mən bu teatrı onun fikir təzəli-
yinə, onun əhatə edə bildiyi inqilabi ruhuna və bizim nöqsanlarımıza
doğru yönəldilən satiranın bütün kəskinliyinə görə sevirəm” – deyir;
həyatın tələblərindən doğan bu yeni simalı teatrın fəaliyyətinə çox
böyük əhəmiyyət verər, onun yaradıcı heyyətinə yaxından kömək et-
məklə yanaşı, həm də bu teatrın xalqa göstərdiyi təsiri, camaatın bu
teatr haqqında, onun tamaşaları barədə fikrini bilmək və nöqsanları
aradan qaldırmaqla həmin teatrı xalqa baha da yaxınlaşdırmağav ça-
lışırdı. Bütün nöqsanları cəsatərlə tənqid etməyi teatrın yaradıcı hey-
yətinə dönə-dönə tapşırar məsləhət görərdi.
Məşhur komediya ustaları Hacıağa Abasovla (1888-1975)
Mirza ğa Əliyev (1883-1954) burada, konfransye kimi çıxış edər,
59


musiqi dəstəsinin müşayiəti ilə yumorla dolu, həm də satirik gücə
malik kupletlər oxuyarmışlar. Onların adı afişa və proqramlarda
“Hacmirz” yazılarmış. Kupletləri Məmməd Səid Orbubadi və Əliağa
Vahid yazarmış.
Bir gün yenə Nəriman Nərimanov tamaşaya baxarkən “Hacmirz”
belə bir kuplet oxuyur:
Bir tutaydım kommunxozun qolundan,
Aparaydım Cəmbərəkənd yolundan,
Gəzdirəydim sağından, həm solundan –
Orada biyabana baxıb, ağlaram,
Evləri virana baxıb, ağlaram.
Və sonrada Nəriman Nərimanovun özünü tənqid edən bu sətirləri
söyləyirlər.
Azərbaycana baxıb ağlaram,
Başda Nərimana baxıb, ağlaram
.
Yanında oturan adam – onun mühafizəçisi tələsik:
– Yoldaş Nərimanov, icazə verin onları həbs edim, – deyir. Nəri -
man Nərimanovun ona tərs-tərs baxdığını görüb susur.
Tamaşa qurtaran kimi Nəriman Nrimanov səhnə arxasına keçir,
artistlərlə səmimi görüşür, onları təbrik edir, öz razılığını bildirib
deyir ki, çox yaxşı etdiniz, məni tənqid edin ki, başqalarına da görk
olsun. Tənqiddən nəticə çıxarmaq borcumuzdur. Söz verirəm ki, im-
kanım daxilində kupletdə göstərilən nöqsanları düzəltməyə çalışaca-
ğam və bu barədə Sizə məlumat veriləcək ki, siz də öz
tamaşa larınızda xalqa çatdırasınız.
Öz sənət dostları ilə mehriban görüşüb getmək istərkən, görür
ki, Hüseynqulu Sarabskinin gözlərindən yaş tökülür. Demə, kuplet
oxuyarkən səhnə arxasından zala diqqət yetirən aktyor Nəriman Nə-
rimanovun mühafizəçisinin əsəbi hərəkətlərini, narazılıq ifadə edən
sifətini və baxışlarını görmüş, Nəriman Nərimanovun tamaşadan
sonra onunla birgə səhnə arxasına gəldiyini görüb aktyor dostları
60


üçün çox narahat olmuş, əsəbləri gərilmişdir. Lakin Nəriman Nəri-
manovun dünənə kimi bir yerdə çalışdığı sənət dostları ilə mehriban
görüşüb hal-əhval tutması, deyib-gülməsi, tənqiddən nəticə çıxara-
cağına söz verməsi ona təsir göstərmiş, əsəblər sustalmış, özüdə hiss
etmədən gözlərindən yaş axmağa başlamışdır.
XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb yaratmış mütə -
rəqqi fikirli mədəniyyət xadimləri, o cümlədən dramaturqlar teatra
aydın və vicdanlı münasibət bəsləmiş, onun təşkilati və yaradıcılıq
işində böyük həvəs və məhəbbətlə iştirak etmişlər. Dramaturq Nəcəf
bəy Vəzirovun da bu sahədəki fəaliyyəti böyük əhəmiyyətə matik ol-
muşdur. O, yalnız dram əsərləri yazmaqla kifa yətlənməmiş, teatr sə-
nətini xalqa yaxınlaşdırmaq niyətilə tamaşalardan əvvəl teatr
haqqında söz söyləyər, rejissorluq edər, rol oynayardı. Əlbəttə, Nəcəf
bəy Vəzirov peşəkar aktyor deyildi, lakin yeri gələndə, lazım olanda,
səhnədə çıxış etməyi xoşlayardı. O, 1873-cü ildə öz rəhbərliyi ilə
göstərilən “Hacı Qara” tamaşasında Sona xanım, 1905-ci ildə öz re-
jissorluğu ilə oynanılan “Dağılan tifaq” tamaşasında Pəri xanım,
“Müsibəti-Fəxrəddin” tamaşasında Hürü nənə və.s. rolları məharətlə
ifa etmişdi. Teatrımızın müqtədir aktyorlarının, o cümlədən Mirzağa
Əliyevin xatirələrindən məlum olur ki, ədibin öz əsəri “Müsibəti-
Fəxrəddin” əsərində oynadığı Hürü nənə rolundakı çıxışının maraqlı
bir tarixi var.
Azərbaycan teatr truppası 1916-cı ildə Nəcəf bəy Vəzirovun
“Müsibəti-Fəxrəddin” əsərini tamaşaya hazırlayarkən truppanın
bütün üzvləri rol götürür, təkcə Hürü nənə rolu üçün aktyor çatışmır.
Məşq zamana Mirzağa Əliyev müəllifin yanında oturub deyir:
– Nəcəf əmi, Azərbaycan səhnəsində aktrisa olmadığını bildiyi -
miz halda, nə üçün əsərlərinnizdə bu qədər qadın rolu təsvir edirsiniz?
Nəcəf bəy mehribanlıqla onun üzünə baxıb çavab verir:
– Oğlum, sözlərin tamamilə doğrudur, aktrisamız yoxdur. Amma
biz Azərbaycan dramaturqları yalnız indiki vaxtı nəzərdə tutub yaz-
mırıq. Bir vaxt olacaq ki, səhnəmizdə qızlarımız, oğlanlarımızdan
çox olacaq.
Bu doğrudur, ancaq indi biz nə edək? Hürü nənə roluna artis-
timiz çatmır axı? – deyə həyacan keçirən M.A.Əliyevə Nəcəf bəy
61


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə