Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə20/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   16   17   18   19   20   21   22   23   ...   112

Şübhəsiz ki, çar üsul-idarəsi hələ də müxtəlif vasitələrlə teatr
işinə mane olmağa çalışırdı. Ancaq mütərəqqi fikirli səhnə mücahid-
ləri bu maneəçilikləri öz ağıl və bacarıqları ilə aradan qaldırmağa ça-
lışırdılar. Mirzağa Əliyevin başına gələn bir hadisə bu cəhətdən
maraqlı, ibrətamiz, həm də məzəlidir.
“1907-ci il fevral ayının 18-də “Həmiyyət” teatr truppası
Sabun çuda “Sentralnı” adlanan teatr binasında fəhlələr üçün N.Və-
zirovun “Adı var, özü yox” əsərini və “Xor-xor” adlı bir pərdəli
məzhəkəni gös tərməyə hazırlaşırlarmış. M.A.Əliyev üşüdüyü üçün
ertədən gətirdiyi tamaşa üçün lazım olan paltarları iştirak edəcək
aktyorlar arasında paylaşdırır; “Xor-xor” tamaşası üçün seçilmiş
paqonlu zabit paltosunu əyni nə geyir, ağ dəri tüklü papağı başına
qoyur, uzunboğaz çəkmələri ayağına geyir; olur əməlli-başlı bir Ni-
kolay zabiti və başlayır səhnə işçiləri ilə birlikdə dekorasiyalar dü-
zəltməyə. Bu vaxt yoğunbığ, koppuş bir qaradovoy içəri girib klub
müdiri Diryakalovu soruşur. M.Əliyevi zabit paltarında görcək
özünü itirir, M.Əliyev də öz növbəsində ondan qorxur. Nəhayət, qa-
radovoy dili topuq çala-çala deyir:
– Bağışlayın, əlahəzrət.
M. Əliyev işin nə yerdə olduğunu başa düşür, cürətlənir, irəli
gəlib soruşur:
– Əlindəkilər nə kağızdır?
Qaradovoy bildirir ki, kağızlar Diryakalovadır. Bu gecə burada
oynanılacaq tamaşa qadağan olunub, camaatın bir yerə yığılmasına
Sabunçu polismeysteri icazə vermir.
Mirzağa Əliyev özünü hirsli göstərib, ayağını yerə vurur və Qa-
radovoyun üstünə qışqırıb deyir:
– Kəs səsini qoduq! Kimin nə ixtiyarı var, mənim isbati-vücud
etdiyim bir yer haqqında bu cür sarsaq əmr versin?! Ver kağızları
bura! – Kağızları alıb oxumadan cibinə qoyduqdan sonra deyir: – Bu
gecə tamaşaya mən təhkim olunmuşam... get dayan qapıda, zəng vu-
rulanda biletləri yoxlayıb, adamları bir-bir burax içəri. – Sonra o, sə-
sinin ahəngini dəyişib, yumşaq tərzdə əlavə edir: – Oyun qurtarandan
sonra kassanın qabağında məni gözlərsən, səni razı salaram.
68


Bu yumşaq rəftardan məmnun olan Qaradovoy “çest” verib
gedir. Elə bu vaxt aktyorların gurultulu qəhqəsi otağı titrədir. Nə yaxşı
ki, Qaradovoy bu gülüşü eşitmir.
Tamaşa qurtardıqdan sonra aktyorlar paltarlarını dəyişib arxa qa-
pıdan çıxıb gedirlər. Qaradovoy bir daha Nikolay zabiti hesab etdiyi
Mirzağa Əliyevi görmür. Ancaq onun tapşırığını can-başla yerinə ye-
tirdikdən sonra xeyli vaxt kassanın qabağında var-gəl edib “Zabiti”
gözləyir.
* * *
1907-ci il 3 iyun çevrilişindən sonra ölkədə yaranan irtica zamanı
hökumətin qərarına əsasən Bakıda xəfiyyələrin sayı xeyli artır. Azər-
baycanın bütün qəzalarında hərbi vəziyyət elan olunur. Çar hökuməti
müxtəlif vasitələrlə Azərbaycan teatrının inkişafına maneçilik törə-
dirdi. Cəmiyyətlərdə aparılan axtarışların sayı çoxalmış, nəzarət güc-
ləndirilmişdi. Şəhər rəisi polkovnik Martınovun əmrinə əsasən
Bakıda olan teatr truppaları nəzarət altına alınmışdı. Teatr xadimlə-
rinin təqibi artmışdı. 1911-ci ildə Mirzağa Əliyevin, Üzeyir Hacıbə-
yovun evində jandarm idarəsi axtarış aparmışdı. Azərbaycan
tamaşalarında həmişə birinci sırada jandarm rəisi və polismestr otu-
rardı. Xəfiyyətlər də tamaşalarzamanı hər sözə fikir verər, jandarm
idarəsinə çatdırardılar. Jandarm idarəsinin müvəkkili Əliyev famili-
yalı bir nəfər aktyorların ağzından çıxan hər bir sözə diqqətlə qular
asarmış. Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili kome-
diyasında Məşədi İbad rolunda çıxış edən Mirzağa Əliyevin tamaşa
zamanı oxuduğu:
Şöləsin İbn İvan bağlasın-bağlamasın,
Həşiri olmuş əyan, ağlasın-ağlamasın
– kupleti üstündə həbs etdirib, 27 gün həbsxanada saxlatdırır və
sonra Qafqaz canişini Vorotsovun əmri ilə beş il müddətinə Həştər -
xana sürgün edilir.
69


* * *
Keçmiş SSRİ-nin gür-gür gürüldayan, necə deyərlər, qılıncının
dalı da, qabağı da kəsən vaxtı idi. Mollalara, din xadimlərinə müna-
sibət yaxşı deyildi, ateizm təbliğatı az qala elm kimi qəbul olunurdu.
Belə bir vaxtda Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında
“Şəfiqə” adlı pyes tamaşaya hazırlanmışdı. Tamaşada belə bir səhnə
var idi; Molla meyidin cənazəsi önündə Fatehə verməli, meyid na-
mazı qılmalıymış. Teatrın rəhbərliyi məscidə gedib, hansı mollaya
müraciət edirlərsə, heç kim razı olmur. Əlacsız qalan teatr rəhbərliyi
hiyləyə əl atmalı olur. Şəhərdə yaxşı tanınan, rəğbətlə qarşılanan,
yaxşı səsi olan “Cahargah” muğamı üstündə “Yasin“ oxuyan mollaya
deyirlər ki, bəs aktyorlardan biri rəhmətə gedib, teatrdan götürüləcək,
zəhmət olmazsa gedək onun namazını qıl, hüzürünü yola ver.
Savadı, yüksək intellekti ilə o biri mollalardan seçilən, ədəbiy-
yatı, sənəti qiymətləndirən, hətta aktyorlara da hörmətlə yanaşan
bu alicənab molla heç bir şeydən şübhələnmədən razı olur. Gündüz
12-də teatra gəlir. Əvvəlcədən hazırlanmış cənazənin yanına top-
lanmış insanların arasında dayanıb əvvəl uca səslə “Fatihə” verir,
sonra da gözəl bir avazla “meyit namazı” qılır. Güya qəm dərya-
sına batmış aktyorlar onu razılıqla dinləyirlər, başqa otaqda isə
onun səsi maq nitafon lentinə yazılır. İş başa catdıqdan sonra teatrın
truppa müdiri mollaya yaxınlaşır, cibinə bir qədər pul salıb üzür-
xahlıqla deyir.
– Molla əmi, çox sağ ol, ömrün uzun olsun, Alləh atana rəhmət
eləsin, bizi çətinlikdən qurtardın, indi gedə bilərsən, lazım gələndə
yenə səni cağırarıq.
Molla duruxur, yan-yörəsinə baxır. Heç kimdən səs cıxmadığını
görüb, cənazəyə işarə ilə:
– A bala, bəs rəhmətliyi nə vaxt dəfn edəcəksiniz? – deyə soruşur.
Truppa müdiri çəkinə-çəkinə:
– Axşam saat səkkizdə, – cavabını verir.
Mollanı təəccüb bürüyür, heyrətlə yanındakılara baxıb:
– Saat səkkizdə hava tamam qaralır, o vaxt meyid dəfn etməzlər,
– deyir.
70


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə