Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə14/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   10   11   12   13   14   15   16   17   ...   112

süni şəkildə utancaq danışmaqda görürdülər. Bir sözlə, qadın rolunda
kişilər çox zaman istənilən nəticə əldə edə bilmirdilər. Doğrudur, tək-
tək artistlər qadın rollarında müvəffəq olurdular. Məsələn, Mirzəxan
Quliyev (1879-1924) rus səhnəsində olan Aleksandr Yeqoroviç Var-
lamov (1801-1848) kimi qoca qadın rollarını xüsusilə yaxşı oyna-
yırdı. Ələkbər Süheyli (1879-1927) də eləcə. Lakin necə olsa da onlar
“Övrət rollarının kişi tərəfindən oynandığını hiss etdirirdilər”.
Dördüncü, qadın rollarını oynayan kişilər çox vaxt bu və ya
başqa şəkildə gülünc vəziyyətə düşürdülər.
Hələ o vaxt tənqid göstərmişdi ki, “səhnəyə ağır zərbə vuran
övrət rollarının kişilər tərəfindən oynanılması, yaxud müsəlman ləh-
cəsinə dara olmayan qeyri-müsəlmanlar tərəfindən oynanılma sıdır”.
D.A.Şaxtantinski çox doğru qeyd etmişdi ki, “Nə qədər ki, Azərbay-
can səhnəsində qadın rollarını kişilər oynayır, tamaşalar həmişə ax-
sayacaqdır”.
Bu vəziyyət mütərəqqi sənət adamlarını düşündürür və narahat
edirdi. H.Ərəblinski Əbdürrəhim bəy Haqverdiyevə (1870-1933) de-
mişdi:
– Mirzə mənim səndən bir xahişim var, sən Allah əsər yazanda
eləsini yaz ki, onda qadın rolu az olsun. Vallah bu aktrisa məsələsi
gözümün qabağında dağ kimi durmuşdu.
Bu acınacaqlı vəziyyətdən mütəəssir olan Ə. Haqverdiyev qaş -
larını çatıb deyir:
– Səndən qabaq bu məsələni mən özüm fikirləşmişəm, odur ki,
“Ağa Məhəmməd şah Qacar” əsərində heç arvad rolu yoxdur.
Bu söz Ərəblinskini çox sevindirir. O:
– Sağ ol Mirzə, məni bu bığlıların əlindən qurtardın, – deyə onu
qucaqlayıb öpür.
Doğrudur Haqverdiyev dostu Hüseyn Ərəblinskinin xahişini və
eyni zamanda Azərbaycan səhnəsinin vəziyyətini nəzərə alıb “Ağa
Məhəmməd şah Qacar” faciəsində bir nəfər də olsun qadın obrazı
vermir. Ancaq bu vəziyyətdən çıxış yolu deyildi. Rus və Qərbi Av-
ropa klassiklərinin əsərlərini və eləcə də Azərbaycan dramaturq -
larının diğər pyeslərini səhnədə necə canlandırmaq olardı?
50


* * *
İstər Avropa, istərsə də rus teatrlarında bədii tərtibat sənəti XIX
əsrin ortalarında artıq inkişaf dövrü keçirdiyi halda, Azərbaycan teatrı
bu sahədə ilk addımlarını yalnız XX əsrin əvvəllərindən atmağa baş-
lamışdı. Onun tamaşalarının bədii tərtibatı, demək olar ki, yox dərə-
cəsində idi. Halbuki özgə xalqların teatrlarında bədi tərtibat sahəsində
çiddi fikirlər söylənilir, elmi-nəzəri mülahizələr irəli sürülürdü.
“Yalnız Azərbaycanda deyil, bütün yaxın Şərqdə birinci dəfə ola-
raq səhnə əsəri yazan” böyük Mirzə Fətəli Axundov (1812-1878) ta-
maşanın daha düzgün qavranılmasında, onun təbii, həyati və təsirli
olmasında bədii tərtibatın, əlbəsələrin, qrimin əhəmiyyətini xüsusi
qeyd etmiş və bütün komediyalarının remarkalarında da buna xüsusi
fikir vermiş, sözlə hər bir səhnənin quruluşunu yaratmışdır. Mahiranə
bir ustalıqla, incə bir zövqlə, estetik bir şairanəliklə yaradılmış həmin
remarkalar ədibin təbii, mənalı və mükəmməl səhnə tərtibatına nə
qədər böyük əhəmiyyət verdiyini açıq sübut edir. Buna görə də cəsa-
rətlə demək olar ki, Mirzə Fətəli Axundovun realist komediyaları te-
atrda rejissor, aktyor sənətinin, eləcə də Azərbaycan dra ma tur giyasının
inkişafına səmərəli təsir göstərdiyi kimi milli teatr-dekorasiya sənəti-
mizin yaranmasına da zəmin hazırlamış oldu. Mirzə Fətəli Axundov-
dan sonra gələn Nəcəf bəy Vəzirov (1854-1926), Nəriman Nərimanov
(1870-1925), Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov
(1875-1941) və b. da öz sələflərinin yolunu bü sahə üzrə də davam
etdirərək Azərbaycan teatr tamaşalarında realist tərti bat uğrunda fə-
dakarlıqla çalışdılar.
1920-ci ilə kimi Azərbaycanın hər yerində milli tamaşalar üçün
lazım olan əşyaları, geyimləri, digər səhnə ləvazimatını hər dəfə ev-
lərdən, müxtəlif dükanlardan toplamışlar; Bakıda, Naxçıvanda, Şu-
şada, Şəkidə, Gəncədə, eləcə də Tiflis və İrəvan şəhərlərində fəaliyyət
göstərən Azərbaycan teatr truppalarında vəziyyət belə olmuşdur. Qo-
caman aktyorların xatirələrində, dövrü mətbuatda çap olu nan yazı-
larda tamaşalar üçün lazım olan paltarların, əşyaların evlərdən
gətirilməsi barədə faktlar az deyil: “Tamaşanın tərtibatı üçün lazım
51


olan şeylər, paltar və pərdələr evlərdən gətirilmişdir”, “Evdən əşya
və paltar toplayıb səhnəni qurduq”, “Zala yeşik, taxta yığılıb, səhnə
tərtib olundu, evlərdən yığdığımız paltarları geyindik” və s. və s.
cümlələri tez-tez təkrarlanırdı. Bakıda 1873-cü ildə oynanılan ilk ta-
maşa barədə Həsən bəy Zərdabi yazıb ki, “oynayanlardan hər kəs
qərib-qürəbalardan özlərinə paltar toplamışdılar. Otaqların bəzəklə-
rini də özləri qayırmışdılar”. Bu bir həqiqətdir ki, milli-professional
teatrımızın yaranması ilə teatr-dekorativ rəssamlarının meydana gəl-
məsi arasında təxminən yarıməsrlik fasilə olmuşdur. Tamaşalar əksər
hallarda tərtibatsız, dekorasiyasız göstərilmiş, yaxud da tərtibat pri-
mitiv olmuşdur. Bəzən səhnə tərtibatını, dekorasiyaları müxtəlif məi-
şət avadanlıqları əvəz etmişdir. Əlbəsənin qeydinə artistlərin özləri
qalmalı olurdular. Teatrda “Əyani-əşya tərtibatı” üsulları geniş ya-
yılmışdır. Bəzən faciənin baş verdiyi yerin zahiri görünüşü əsərdə ol-
duğu kimi səhnəyə köçürülürdü. Məsələn, Gəncədə Sidqi Ruhullanın
quruluşu ilə göstərilən “Hacı Qara” tamaşasında Hacı Qaranın düka-
nına noxud və günəbaxan tumu ilə dolu olan torbalar, parça tayları
və s. düzülübmüş.
Milli teatrımızın ilk aktyorlarından sayılan Murad Muradovun
xatirəsindən də belə bir maraqlı hadisə bəlli olur: Şuşada “Hacı Qara”
tamaşası hazırlanarkən müəllif Yusif bəy onu Məşədi Dadaş adlı bi-
risinin dükanına göndərir. M.Muradov dükançının verdiyi bir neçə
top rəngli çit, iki kəllə qənd, bir neçə papaq, samavar turbası, at nox-
tası, lampa şüşüəsi, bir uzun çömçə, tərəzi və bir neçə yeşik xuşkəbəri
və b. şeyləri iki hamballa Xandəmirovun zalına gətirir. Sonra müəl-
limin verdiyi pulla bazardan ət, kartof, soğan, noxud, Lavaş alıb gə-
tirir. Yusif bəy əti piti qabına töküb, səhnədə hazırlanmış manqalın
üstünə qoyur. Axşama yaxın tamaşanın iştirakçıları Xandəmirovun
zalına (Bu zal təxminən 300-400 tamaşaçı tuturmuş. Böyük və uzun-
sov bir otaqdan ibarət olan bu zalın bir başında kiçik səhnə varmış.
Zalda tamaşaçılar üçün oturmağa stullar düzülübmüş. Divarlardan
böyük lampalar asılıbmış. Bu lampaları yandırmaq üçün uzun nərdi-
vanlardan, söndürmək üçün isə uzun bir qarğıdan istifadə olu nur muş)
toplaşıb səhnəni bəzəyirlər. Səhnədə elə bir “Universal” dükan dü-
zəldirlər ki, şəhər dükanlarından heç də geri qalmır.
52


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə