Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə12/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   8   9   10   11   12   13   14   15   ...   112

şəhərini bütünlüklə qaraya bürümüşdü. İndi sən də Müaviyənin Yezid
oğlu Hüseynin kəsik başı ilə oynayırsan. Əslində isə bu məcməidəki
kəsik baş Hüseynin yox, sənin öz başındır. Hüseynin başı etiqadının,
inamının yanındadır.
Ye z i d (vəhşiyə dönərək). Aparın onu... 
Ə b u   M i r z ə   İ s l a m i . Sən zülm dağarcığısan. Zülmün, zalı-
mın sonu yoxdur. Hüseynin bu kəsik başı bütün dünyanı dolaşacaq,
özünü yer üzünün tanrısı sayan sənin və sənin kimilərin axırına çı-
xacaqdır. (Başa müraciətlə.) Ya Hüseyn, şəhadət verərsən ki, pak bir
sidqlə mən müsəlman oldum.
Ye z i d . Ey  Yəhudi, səni müsəlman edən ölüm qorxusudur.
Sənin islamlığına etibar yoxdur. 
Ə b u   M i r z ə   İ s l a m i . Ey Yezid,  müsəlmanların imamını qətl
etdin. Təzə bir müsəlman qətl etməyin o qədər də təəccüblü olmaz.
Mən də bu səadəti gözləyirəm... 
Ye z i d . Vurun bunun başını tez olun... 
Çöldən qarışıq səslər.
S ə s l ə r . Məkkə və Mədinəlilər Abdulla Zübeyrə biət etmişlər.
Yezid zorla taxtına otura bilir. Yezidin başı sinəsinə düşür. 
Hamı çaşıb qalır.
Ə b u   M i r z ə   İ s l a m i (əlini yuxarı qaldırıb). Bismillahir-rəh-
manir-rəhim. Əlhəmdül-illahi-rəbbil-aləmin.
SON
40


İSLAM MARŞI
“La İlahə İlləllah” deyən dillər var olsun!
Yer üzündə, İlahi, Quran payidar olsun!
Niyyətimiz Allaha bəllidir bu dünyada,
Hər tərəfdə, hər yerdə insan bəxtiyar olsun.
“La İlahə İlləllah” deyən dillər var olsun!
Yer üzündə, İlahi, Quran payidar olsun!
N ə q a r ə t:
“Allahu Əkbər!” deyə qalxaq mübarizəyə,
Azərbaycan elinin qış ömrü bahar olsun.
Müsəlmanlar, bir olub tutaq haqqın əlindən
Azadlıq səadəti bizlərə də yar olsun
Yer üzündə, İlahi, Quran payidar olsun!
* * *
İslamın övladları, haqqa xətir – irəli!
Dostlarımız bəxtiyar, düşmənimiz xar olsun!
“La İlahə İlləllah” – deyən dillər var olsun!
Yer üzündə, ilahi, Quran payidar olsun!
N ə q a r ə t :
“Allahu Əkbər!” deyə qalxaq mübarizəyə,
Azərbaycan elinin qış ömrü bahar olsun.
Müsəlmanlar, bir olub tutaq haqqın əlindən
Azadlıq səadəti bizlərə də yar olsun
Yer üzündə, ilahi, Quran payidar olsun!
* * *
Ey vətən övladları, bizlər gərək cəhd edək,
Dinimizə düşmənlər ləkə sala bilməsin.
41


“La İlahə İləllah” deyən dillər var olsun!
Yer üzündə, ilahi, Quran payidar olsun!
N ə q a r ə t :
“Allahu Əkbər!” deyə qalxaq mübarizəyə,
Azərbaycan elinin qış ömrü bahar olsun.
Müsəlmanlar, bir olub tutaq haqqın əlindən
Azadlıq səadəti bizlərə də yar olsun
Yer üzündə, İlahi, Quran payidar olsun!
“Allahu Əkbər!” deyə qalxaq mübarizəyə,
Azərbaycan elinin qış ömrü bahar olsun.
Müsəlmanlar, bir olub tutaq haqqın əlindən,
Azadlıq səadəti bizlərə də yar olsun
Yer üzündə, İlahi, Quran payidar olsun!
42


TEATR ƏHVALATLARI
HEKAYƏLƏR



1920-ci ilə kimi Azərbaycan aktyorları bina sarıdan çox korluq
çəkiblər. Tamaşa göstərməkdən ötəri müvafiq binaları, məşq yerləri
olmayıb. Doğrudur 1880-ci ildə maarifpərvər, messenant, milyoner
Hacı Zeynalabdin Tağıyev (1838-1924) Bakının İçəri şəhərinə və də-
nizinə yaxın bir yerində teatr binası tikdirmişdi. Təbii ki, H.Z.Tağıyev
bir milyoner kimi, istismara əsaslanan kapitalist isteh salının həm
maddi, həm də mənəvi cəhətlərinə sahib idi. Kapitalizm şəraitində
onun şəxsi mülkiyyətinin mənəvi istehsalı da kapitalist münasibətlə-
rinə əsaslanırdı. Bu teatr binasını da icarədarlar idarə edirdilər. Yalnız
öz mənfəətlərini güdən Polonski və Kruçinin kimi icarədarlara teatr
binasını qostrola gəlmiş və çoxlu gəlir verə bilən müxtəlif sirk dəs-
tələrinə, qaraçı və balet truppalarına baha qiymətə icarəyə vermək
daha sərfəli idi. Azərbaycan teatr həvəskarlarına teatr binası xüsusi
müqavilə və şərtlər əsasında verilirdi. İcarə pulunun yarısı qabaqca
alınır, ikinci yarısı tamaşanın başlanmasına bir saat qalmış ödənilirdi.
Bunun üçün də teat rın ön pərdəsinə böyük bir qıfıl vurulmuşdu. Yal-
nız icarə pulu bütövlüklə ödənildikdən sonra qıfıl açılırdı. Çox zaman
bu tamaşaçıların gözü önündə açılırdı. Bu hadisə ləri öz gözləri ilə
görmüş məhşur rəssamımız Əzim Əzimzadə (1880-1943) çəkdiyi bir
karikatu rada Hüseyn Ərəblinskinin (1881-1919) icarədar Kruçininə
pul verdiyini və onun da pərdəyə vurduğu qıfılı açmağa hazırlaşdığını
təsvir etmişdi. Bəzən isə qıfıl heç açılmır tamaşa təxirə salınırdı.
Aktyor lar öz qızıl üzüklərini, qızıl saatlarını, gümüş papiros qutula-
rını girov qoymalı olurdular. Hüseyn Ərəb linskinin qızıl üzüyü ilin
ancaq iki-üç ayı öz barmağında olardı. Qalan vaxtlar isə teatr sahib-
lərinin, icarədarların barmaqlarında görünərdi. İcarədarlar səhnənin
arxasındakı otaqlardan istifadə etmək üçün ayrıca pul veril mə sini
tələb edirdilər. Əks halda qrim otaqları aktyor ların üzünə bağlanır;
onlar dekorların arasında qrimlənməyə məcbur olurdular.
45


Sözsüz ki, Azərbaycan teatrının fəaliyyət göstərdiyi hər yerdə
bina məsələsi çətin idi. Həştərxandan Məmmədəli Sidqiyə göndərilən
bir məktubda göstərilir ki, “Arkadiya” teatr binasının hər gecəsini
800 manata kirayə verirlər. Tiflisdə də “Artistiçeskoe obşestvo”nun
“Kazyonnı teatr”ın binası Azərbaycanlı artistlərə çətinliklə, həm də
baha qiymətə icarəyə verilirdi. Buradakı artistlər də çox zaman pər -
dəni açdırmaqdan ötrü qızıl üzüklərini, qızıl saatlarını girov qoyur-
dular. Həmin teatrın görkəmli aktyoru və görkəmli rejissoru Mirzə
Əli Abbasovdan (1870-1943) soruşduqda ki, Əli dayı, saat neçədir?
Cavab verərmiş ki, “Get “Kozyonnı teatr”ın müdirindən soruş, saa-
tımız şəriklidir”.
Bu cəhəti də qeyd edək ki, H.Z.Tağıyev teatrı 1899-cu, 1909-cu
və 1918-ci ildə düşmənlərimiz ermənilər tərəfindən yandırılmışdı.
Həmin teatr hər dəfə yandırıldıqdan sonra Azərbaycan aktyorlarının
işi bina təmir olunana kimi daha da çətinləşirdi.
Əlbəttə, teatr işi yolunda cəfakeşliklə çalışan sənət adamları hər
cür vasitəyə əl atırdılar, ki tamaşa göstərsinlər.
Bir gün yenə aktyorlar pulun yarısını verirlər, ikinci yarısını heç
cür tapmırlar. Bilirlər ki tamaşada qasid rolunu oynayan aktyorun ci-
bində həmişə istənilən qədər pul olur. Əsas peşəsi qəssablıq olan bu
adam xəsisliyindən bir qəpik də vermək istəmir. Çox götür-qoydan
sonra icarədara mətləbi qandırırlar; bir qədər artıq pul vermək şərti
ilə onu qıfılı açmağı razı salırlar. Tamaşa başlanır. Qasid rolunu oy-
nayan həvəskar aktyor saraya girən kimi, şah rolunu oynayan aktyor
onu başdan-ayağa süzüb, yanındakılara deyir:
– Bu qasiddən mənim gözüm heç su içmir, axtarın onu.
Əmr oradaca yerinə yetirilir. Tamaşaçıların gözü qabağında onu
axtarıb, cıblərindəki pulları çıxarırlar. Tamaşaçılar bunun əsərdə oldu-
ğunu zənn edirlər. Qasid rolunu oynayan aktyor isə heç nə başa düşmür.
Bir söz də deyə bilmir. Şah rolunu oynayan aktyorun amira nə səsi eşi-
dilir:
– Bu pullardan sarayın icarə haqqını verin! Saray xidmətçisini
oynayan aktyor: “Baş üstü” deyib, əvvəldən şərtləşdikləri qədər pulu
aparıb səhnə arxasında, özünü gülməkdən zorla saxlayan icarədara
verib qayıdır tamaşanı davam etdirirlər.
46


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə