Inqilab Kerimov (Revayetler). qxd


İZ AZERBAYDJANA QRANAT POSILALİ



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə96/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   92   93   94   95   96   97   98   99   ...   112

İZ AZERBAYDJANA QRANAT POSILALİ
“Dom Feyzulla bomba robopay”.
Allah sənə rəhmət eləsin,
Əbdürrəhim bəy Haqverdiyiv.
1930-cu illərdə ali məktəbdə oxuyan Fatmaya oktyabr ayının
axırlarında Göyçay rayonundan velideyinləri bir yeşik nar dolu bağ-
lama göndərirlər. Ağıllı, savadlı, həm də ürəyiaçıq, səmimi, yaldaş-
canlı bir qız olan Fatma bağlamanın çekini alan kimi rus millətindən
olan rəfiqələrinə deyir ki, “devuşki mne iz Azerbaydjana üelıy əhik
qranat posılali, poydem iz poçta poluçim”. Sonra sevinclə bildirir ki,
kakraz skora prazdnik 7-qo noyabrə, budem piroznavat.
Ömürlərində nar görməyən, narın rusca qranat adlandığından xə-
bərsiz olan bu rus qızları qorxuya düşürlər, nə edəcəklərini bilmirlər.
Xüsusilə Fatmanın: tezliklə noyabrın 7-si olacaq, şənlənərik – sözləri
onların şübhələrini artırır. Öz aralarında pıçıldanıb bu qərara gəlirlər
ki, milis idarəsinə xəbər versinlər. Elə də edirlər. Təşvişə düşmüş
milis rəisi, iki milis nəfərini Fatmanın dalınca pusquya göndərirlər.
Fatma bağlamanı alıb, poçtdan çıxan kimi, onu tutub qorxulu cani
kimi milis idarəsinə gətirirlər, sorğu-suala tuturlar. O da hadisənin
mahiyyətini bilmədiyi üçün, “qutudakı nədir?” sualına “qranat” ca-
vabını verir. Nəhayət, tapancanı onun başına dirəyib, qutunu açdırır-
lar. İnsanı valeh edən, dənələri qabığın üstündən belə görünən narları
heyrətlə süzürlər. Fatma narın birini götürüb kəsmək istərkən, milis
rəisi şübhə və qorxu ilə qızın üstünə qışqırıb mane olur. Fatma hər
şeyi başa düşür; ürəkdən qəh-qəhə çəkib deyir:
– Yoldaşlar, bu yeməli meyvədir. Bizdə buna “nar “deyirlər, rusca
isə “qranat“adlanır.
Fatma narı kəsib yeməyə başlayır. Milis rəisi də narın dadına
baxıb, xoşhal olur. Ancaq gülünc vəziyyətə düşdüklərini anlayır, təəs-
süflə başını yırğalayır.
314


BU TƏRƏFİN SUYU AZ OLUB
Sovet hakimiyyətinin ilk illərində kənd təsərrüfatından adi anla-
yışı belə olmayan bir nəfəri xalq komissarlığına, kənd təsərrüfatı üzrə
işə qəbul edirlər. Elə olur ki, baramaların yetişən dövründə o, rayon-
lara getməli olur. Ayrı-ayrı təsərrüfatlara baş çəkir. Onu müşayiət
edən bir cavan hiss edir ki, bu adam kənd təsərrüfatının nə olduğunu
qətiyyən anlamır. Fikirləşir ki, gör kənd təsərrüfatının taleyini kimə
tapşırıblar. Onda həmin adama qarşı, onu bu vəzifəyə təyin edən
adamlara qarşı dərin bir nifrət oyanır.
Gəlib barama saxlanılan yerə çıxırlar, Məmur fikir verib görür
ki, baramaların bəziləri iridir, xoşəgəlimlidir, bəziləri isə xırda.
Amma nə üçün belə olduğunu bilmir. Heç kim eşitməsin deyə astaca
yanındakından bunun səbəbini soruşur. Bayaqdan özünü hər şeyi
bilən kimi göstərən, ətrafındakılara yuxarıdan aşağı, özü də həqarətlə
baxan bu adama nifrət bəsləyən müşayiətci fürsəti əldən vermir, as-
tadan onun qulağına pıçıldayır:
– Bilirsinizmi, o yerlərə ki, vaxtı-vaxtında bol su verilib, o yerlər
yaxşı yetişib, qədərincə sulanmayan yerlər isə cılız qalıb. Belələrinin
ipəyi də keyfiyyətli olmur.
Səhərisi gün rayon kənd təsərrüfatı işçilərinin müşavirəsi öz işinə
başlayır. Məsul işçi özündən razı halda sinəsini xitabət kürsüsünə
söykəyib danışmağa başlayır. Kənd təsərrüfatının ayrı-ayrı sahələ-
rində gördüyü vəziyyəti gülünc halda sadaladıqdan sonra:
– Baramaçılar öz işinə məsuliyyətsiz yanaşıblar, bəzi yerlərə su
kifayət qədər verilmədiyi üçün onlar yaxşı inkişaf etməyiblər. Onlar-
dan istehsal olunan ipək də keyfiyyətsiz olacaq, buna dözmək olmaz.
Məsul işçi danışdıqca zaldakılar başlarını aşağı salıb xısın-xısın
gülüşürlər. Rəyasət heyətində oturanlar isə, heç bir şey olmamış kimi
məsul işçinin bu “müdrik”, “ağıllı” sözlərini nəfəs çəkmədən dinlə-
yirlər.
315


...İNDİ DƏ BUNA EV TİKƏK?!
Sovet ideologiyasının tuğyan etdiyi, qırmızı təbliğatın güclü bir
vaxtında rayona təzəcə təyin edilmiş partiya komitəsinin birinci katibi
nisbətən varlı bir kolxoza öz qohumunu sədr təyin etmək fikrinə
düşür. kolxozun işgüzar, bacarıqlı sədrini qadın məsələsi ilə bağlı
böhtana salıb işdən uzaqlaşdırır, qohumunu sədr seçdirmək üçün
rayon partiya komitəsinin ikinci katibinə qoşub kolxozun ümumi yı-
ğıncağına göndərir. Noyabr ayının axırları imiş, havalar soyuq keçir-
miş. Tənbəl, hər şeyə biganə olan, qismən də içkiyə meyl göstərən
qohum üşüməsinə baxmayaraq kəndə paltosuz gəlir. Bu kənd camaa-
tının nəzərindən yayınmır.
Bəli iclas başlanır. Əvvəlcədən hazırlanmış ssenari üzrə öyrədil-
miş adamlar keçmiş kolxoz sədrinin ünvanına böhtanı-böhtan dalınca
yağdırırlar. İstənilən nəticə əldə olunur; qohum sədr seçilir. Sonda
kəndin ağsaqqallarından biri katibdən soruşur ki, işinizi başa çatdır-
dınızmı? İstədiyinizə nail oldunuzmu? Bundan sonra danışılanların
sizin işinizə mane olmaz ki? Katib yox cavabını verir. Ağsaqqal də-
rindən köks ötürüb deyir:
– Köhnə sədr müharibədən qayıtmışdı. Kəndə qoltuğunda bir şi-
nellə gəlmişdi. Kənd camaatı ona həyətyanı sahə ayırdı, ev tikdirdi,
evini mebelli elədi, qapısını mallı-qaralı. Allahüçünə özü də işgüzardı,
bacarıqlıydı. Kolxozun işinə can yandırırdı. İndi tanımadığımız, sir-
sifətindən, görkəmindən də yaxşı təsir bağışlamayan bu adamı bizə
sədr seçdirdiniz. Heç olmazsa əvvəlki sədrin kəndə gələndə bir şineli
var idi. İlk günlərdə ona bürünüb yatardı. Bunun heç şineli də yoxdur.
Deməli kənd camaatı bunu da evli-eşikli, mallı-qaralı etməlidi, özü
də təcili. Çünki bunun heç şineli-paltosu da yoxdur.
Bu sözlərə razılıqdan doğan gurultulu alqış sədaları salonu titrə-
dir. Katib bir söz demədən iclas salonunu tərk edir. Deyirər ki, həmin
sözlərin üstündə kəndin hörmətli ağsaqqalına yaxşıca dərs verirlər.
Nəinki özü, övladları da bunun cəzasını çəkirlər.
316


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə