Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə97/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   93   94   95   96   97   98   99   100   ...   112

KÜRSÜMÜ GÖZLƏYİRƏM
Ateizm bir elm kimi təbliğ olunan zaman bir nəfər alim Respub-
lika Bilik Cəmiyyəti xətti ilə mühazirələr oxumaq məqsədi ilə rayona
gəlir. Onun mənasız, məzmunsuz, ürəkbulandıran çıxışına qulaq asa
bilməyən dinləyicilər salonu bir-bir tərk edirlər. Üzdəniraq məruzəçi
ürəksiz, zövqsüz oxuduğu kağızlardan gözünü çəkib, başını qaldırıb
görür ki, zalda əsasını çənəsinə dayaq vermiş bircə nəfər qoca oturub.
Ateist alim cuşa gəlib, həyəcanla:
– Afərin, sən yaxşı dinləyicisən, – deyə ona müraciət edir. Qoca
ayağa qalxıb, gözləyirəm ki, qurtarasan, kürsünü aparım, – deyib
ayağa qalxır.
ONSUZ DA ÖZÜNÜZ YEYƏCƏKSİNİZ
Bakının Novxanı kəndində güclü yümor hissinə malik bir kişi
yaşayırdı. Onun kiçik bir yeməkxanası vardı. Nahar vaxtı deyərdi ki,
ay adamlar, ləzzətli, yaxşı plov bişirmişəm. Gəlin yeyin, onsuz da
tez-gec onu özünüzə yedirdəcəyəm. Müştərilər bu sözlərin nə əhə-
miyyətinə varmaz, nə də mənasını başa düşməzdilər. Nəhayət o, tə-
qayüdə çıxandan sonra sirrin üstü açılır, demə satılmayan plov
düyüsünü ertəsi gün sıyıq edərmiş, ondan da qalsaymış, dovğaya tö-
kərmiş.
* * *
Həmin kişi zarafatından qalmaz, həmyaşıdlarının hərəsinə bir şə-
bədiyyə qoşar. Onun at bərabəri bir uzunqulağı var idi. Bu uzunqu-
laqla bağlı, həmyaşıdları ilə etdiyi zarafatlar, bəzən hətta kiçik
incikliyə də səbəb olurdu. Kişi uzunqulağını əzizləyib, ona ata baxan
kimi baxardı. Bir gün uzunqulaq ölür. Həmyaşıdları olan kənd ca-
maatının əlinə girəvə düşür. altı-yeddi nəfər yığışıb sözü bir yerə qo-
317


yurlar ki, hə, fürsətdi, ondan intiqam almaq məqamı çatıb, gedib ona
başsağlığı versinlər. Bəli, həmin adamlar qəmgin görkəm alıb, pəj-
mürdə halda həyətə girirlər. Kişi işin nə yerdə olduğunu başa düşür,
tez arvadını haraylayıb deyir:
– Ay arvad, tez ol tədarük gör eşşəyin qohumları başsağlığı ver-
məyə gəliblər.
* * *
Danışırlar ki, həmin kişi, tay-tuşlarından kənddə rəhmətə gedən
olsaydı, qaydasınca hüzur yerinə gedər, ölənin ailəsinə, qahumlarına
səmimiyyətlə başsağlığı verər, hüzur yerindən aralanan kimi, yanın-
dakı həmsöhbətldərinə deyərmiş:
– Hə, bunun da dalına vurdum, belə getdi.
Vaxt yetişir, eşidirlər ki, o xəstələnib, ölüm ayağındadır. Sözü bir
yerə qoyurlar ki, gedək ona deyək ki, hə sənin də daluva vurduq, belə
gedirsən.
Dörd nəfər o yatan otağa girirlər. Kişi onların fikrini anlayır. On-
lara salamlaşmağa belə macal verməyib, deyir:
Hə, sizin də dalınıza vurub, belə gedirəm.
DAHA ÖLƏSİ OLMADIM
Vaxt yetişir, kişi 70 yaşında ağır xəstələnir, ölüm ayağında qar-
daşları, bacıları yığışırlar çənəsini bağlayırlar. 18 yaşlı yeganə qızı
da atasının başı üstündə göz yaşları axıdır. Kişi vəsiyyətini edir; deyir
ki, pulumdan 1000 manat kiçik bacımın, 1000 manat böyük bacımın,
qaqdaşlarımın hərəsinə də min manat verirəm. Ancaq bir şərtlə ki, nə
evdə-mülkdə, nə də bağımda gözünüz olmasın, onlar hamısı yetim
qalmış qızımındır. Hamısı razılaşır. Dilli-dilavər olan kiçik bacısı
deyir:
– Ay qardaş, bilirsən ki, kiçik qardaşımız çox kasıbdır. Gəl onun
pulunu min manat artır. Kişi razı olmur. Mübahisə düşür. kiçik bacı
318


hirslənir: – Ay gorbagor onsuz da ölürsən da, artırsana. Bu söz kişiyə
çox pis təsir edir, əlini atıb çənəsinə bağlanmış yaylığı dartıb açır və
deyir:
– Ölənin lap atasına lənət, daha öləsi olmadım.
Danışırlar ki, bu hadisədən sonra kişi 12 il də yaşayır, qızını kö-
çürür, nəvələri olur. Qardaşlarına və bacılarına daha heç nə verəsi
olmur.
ŞİRİNİ QƏBUL EDƏN ACIYA DA DÖZMƏLİDİR
Bu rəvayəti üzləşdiyim nankor insanlar yadıma salıb. Haradasa
oxumuşam ki, hökmdar loğmanın xətrini çox istəyirmiş, onun ağlına,
zəkasına, müdrikliyinə heyran imiş. Bir gün hökmdara yemiş gəti-
rirlər. O da hörmət əlaməti olaraq yemişi loğmana verib deyir:
– Al, əvvəl sən kəs, yarısını ye, sonra yerdə qalan yarısını mən
yeyərəm. Loğman yemişi kəsir, yarısını yeyir, qalan yarısını hökm-
dara verir. Hökmdar yemişdən bir qıça ağzına qoyan kimi, öskürür,
yemişi yerə atır və deyir:
– Bu ki zəhrimar kimi acıdır. Sən bunu necə yedin, heç üzünü
də turşutmadın? Loğman cavabında:
– Ey böyük hökmdar, mən sənin əlindən həmişə şirin şeylər alıb
yemişəm. İndi rəvadırmı ki, bir dəfə acı şeyə görə üzümü turşudum.
Bu heç yaxşı keyfiyyət deyil.
MƏCCANİ DƏ OXUYARAM, ŞUR DA, RAST DA,
ANCAQ PULUMU VERƏRSİNİZ
Azərbaycanda 1920-ci il çevrilişindən bir neçə il sonra, vəzifədə
olan həmkarlarından biri görkəmli səhnə ustası, mügənni, Üzeyir bəy
Hacıbəyovun (1885-1948) 1903-cü ilin yanvar ayında Bakıda ilk dəfə
göstərilən “Leyli və Məcnun” əsərinin tamaşasında Məcnun rolunu
oynamış Hüseynqulu Sarabskiyə (1879-1945) deyir:
319


– Hüseynqulu, Qızıl ordu hissəsini Lefliyə götürmüşük, əsgərlərə
konsert təşkil etmişik. Gərək sən də məccani bir şey oxuyasan.
Hüseynqulu Sarabski ona məhəl qoymadan guya ki, “Məccani”
sözünün mənasını başa düşmürmüş kimi soyuqqanlılıqla dillənir:
– Nə deyirəm ki, oxuyaram. Məccani də oxuyuram, “şur” da
oxuyuram, “rast” da oxuyuram. Ancaq pulumu verərsiniz.
TÖVBƏ BİR DƏ GƏLMƏRƏM
1923-cü ildə Ağdam şəhər bağında tribuna düzəldiblərmiş, sovet
ideologiyasını yaymaq, qırmızı təbliğatı genişləndirmək məqsədilə
burada tez-tez iclaslar keçirirmişlər. Bir bazar günü Məhiş bəy adlı
birisi dükanında o ki var keflənir; sonra yolu parka düşür. gözünə tru-
buna dəycək öz-özünə deyir: “mən də çıxım bura, görüm başqa
adamlar kimi danışa bilirəmmi?” Bu vaxt bir nəfər kəndli Ağdama
şikayətə gəlibmiş. Demə neçə aydır kişinin bir madyan atını danıb
verməyiblər. İndi gəlib ki, şikayət etsin, kağız alsın, kişinin atını ver-
sinlər. İş istirahət gününə düşür, idarələr bağlı olur. Kişi bağdan ke-
çərkən görür ki, bir nəfər tribunada dayanıb. Kişi öz-özünə fikirləşir:
“bəlkə bu adam buranın hökuməti ola?” İrəli gəldib, Məhşi bəyə baş
əyir və deyir:
– Başına dönüm, bəlkə bu yerin hökuməti olasan?
– Bəli, hökumətəm ki bura çıxmışam. Buyur, a kəndçi, nə qullu-
ğun var?
– Başına dönüm, səhərdən idarələri gəzirəm. Hamısı bağlıdır.
Deyirlər bu gün işləmirlər. Ancaq sənə bir şikayətim var.
– De görüm, nədir?
– Qadan alım, ay hökumət, altı ay bundan qabaq mənim bir göy
madyan atımı çəyirtgə biyarına aparıblar. Neçə dəfə gəlmişəm çə-
yirtgə idarəsinə, işləyən adamı tapmamışam. İndi göy madyanı da-
nırlar. Deyirlər bizim özümüzündür, vermirlər. Xahiş edirəm kağız
verəsiniz gedim atımı alım.
Bura bax, kəndçi, yaxın gəl, – deyə Məhiş bəy dillənir. – Biz
Şura hökumətiyik, elədirmi?
320


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə