Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə99/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   95   96   97   98   99   100   101   102   ...   112

havasının sədaları mollanın səsini eşidilməz etmişdi. Mən qəbirdən
çıxdım telefonu birtəhər cibimdən çıxarıb söndürdüm. Taplaşanların
kimisi gülümsünür, kimisi pıçıltı ilə yanındakına nə isə deyirdi. Təs-
behini aramla çevirən molla diqqətini qəbirə yönəltmişdi. Hiss olu-
nurdu ki, o da özünü gülməkdən zorla saxlayıb. Yanımda dayanan
30-32 yaşlarında uca boylu, xoş simalı, yaraşıqlı bir nəfər:
– Nahaq telefonu söndürdün. Bu xoşbəxtlik hər ölüyə qismət
olmaz. O, birbaşa cənnətə yallandı, –dedi. Sonra mollaya müraciətlə:
– elə deyilmi molla əmi? – deyə soruşdu.
Molla qımışıb:
– Fatihə! – deyə ucadan səsləndi.
* * *
Yusif Muxtarovun anasının dayısı, Sabirabal rayonunda yaşayan
134 yaşlı Məşədi Kazım kişi 30 yaşlı bir qadınla evlənir. Məşədi Ka-
zımın bacısı qızı (yəni Yusif Muxtarovun anası) həmin qadını danlağa
tutur. İradlardan, töhmətlərdən təngə gələn qadın:
– Nə edim? – deyir, – nə təhər elədim əl çəkmədi, – deyə özünə
bəraət qazandırmağa çalışır.
Məşədi Kazımın bacısı qızı başlayır 134 yaşlı qocanı töhmətlən-
dirməyə, yamanlamağa. Buna dözə bilməyən Məşədi Kazım bu söz–
söhbətə son qoymaq niyyətilə deyir:
– Mənim heç bir sözüm yoxdur; sən deyənlərlə tamam razıyam.
Ancaq bir şərtlə, hansı biriniz mənə ərə gəlməyə razı olsanız, günü
bu gün o qadını boşayaram.
* * *
Bir gün Məşədi Kazım bacısı nəvəsi Yusif Muxtarova xəbər gön-
dərir ki, özünü tez mənə yetir, sabah gündüz saat 12-də öləcəyəm.
Yusif gəlir. Cəmi üç gün əvvəl rayondan gedən Yusifin gəlişi anasını
şübhəyə salır. Məsələdən halı olcaq hirslə deyir:
325


– Nahaq zəhmət çəkmisən, o, ölən qurumsaq deyil. Bəli saat 12
olur. Məşədi Kazım ölmür. Yusif dişini-dişinə tutub:
– Bəs deyirdin saat 12-də öləcəksən? – soruşur.
Məşədi Kazım susur. Ertəsi günü gündüz düz saat 12-də Yusıf
Məşədi Kazımın evinə gəlir. Ürəyində deyir: “görünür bunun ölmək
niyyəti yoxdur”. Öz evlərinə gəlib, anası ilə görüşüb Bakıya qayıtmaq
istəyəndə, saat 12:40 dəqiqədə xəbər gəlir ki, Məşədi Kazım dünya-
sını dəyişdi.Yusif:
– Pah atonnam, əşi, zalım oğlu bir sutka 40 dəqiqə də əzrayıldan
yaxa qurtara bildi, – deyə anasına baxır.
* * *
Yusif Muxtarov maşınla yol keçərkən piyada gedən Məşədi Ka-
zıma rast gəlir. Maşını saxlayıb:
– Dayı, otur maşina, hara gedirsən aparım, – deyir.
Məşədi Kazım Yusifi tərs-tərs süzüb:
– Sən mənə bundan betər pislik etmək istəmirsən ki? – deyir.
Yusif təəccüblə:
– Dayı, mən sənə nə pislik edirəm ki? – deyə soruşduqda Məşədi
Kazım deyir:
– Mən hər gün 12 kilometr yol gedirəm, belə etməsəm ölərəm ki.
Deyirlər Məşədi Kazım hər gün ən azı 10 dəfə əlini sabunla yu-
yarmiş.
ƏZRAYILIN BƏDƏNİ ƏSDİ...
Rəvayətdir ki, cavan bir çoban sürünü örüşə buraxıb, özü göy
çəmənlikdə süfrə açıb yeməyə hazırlaşırmış ki, yaşlı bir kişinin yol
keçdiyini görür: salamlaşırlar.
Çoban:
– Otur çörək kəsək, (yeyək demir, kəsək deyir) – deyir. Yolçu ra-
zılığını bildirir. Əyləşir. “Bismillah” deyib çörəyə əl uzadır. Yeyib
qurtardıqdan sonra “Əlhəmdurillah” deyib süfrəni yığışdırırlar.
326


Gənc çoban:
– Qoca kimsən? Hardan gəlib, hara gedirsən? – deyə soruşur.
– Əzrayılam, – deyir qoca, – yaxın kəndə 90 yaşlı Həsən kişinin
canını almağa gedirəm.
– İşin avand olsun, – deyir çoban, sonra da soruşur: – bəs mənim
canımı nə vaxt alacaqsan?
Əzrayıl diqqətlə çobana nəzər salıb deyir:
– İllər keçəcək, sən toy edib evlənəcəksən. Gəlinin yanına get-
mək məqamında bir ayağın içəridə, o biri ayağın çöldə olanda canını
alacağam.
Sağollaşıb ayrılırlar. İllər ötür, çoban bir qıza aşiq olur. Toy edib
gəlin gətirir. Gəlinin yanına keçmək istəyərkən bir ayağı çöldə, bir
ayağı içəridə olan anda Əzrayıl alır başının üstünü ki, canını ver. Ço-
bonın əl-ayağı əsir, dili tutulur, gözlərinin işığı çəkilir. Özünü bir
təhər ələ alıb deyir:
– Əzrayıl, insaf et, imkan ver heç olmasa əhdimə çatım, sonra
canımı al.
Əzrayıl:
– Olmaz, – deyir, – bu mümkün deyil.
Oğlan:
Səni and verirəm 124 min peyğəmbərlərin ruhuna, – deyir.
Əzrayıl razı olmur. Oğlanın 12 imama and verməsi də Əzrayılı
yumşaltmır. Oğlan:
Səni and verirəm, tək olan bir Allaha, – deyə göyə əl qaldırır.
Əzrayıl dediyindən dönmür ki, dönmür. Əli hər yerdən üzülmüş
çoban inamsız halda: – səni and verirəm kəsdiyimiz çörəyə, – deyib,
huşsuz astanaya çökür
Bu andı eşitcək Əzrayılın bədəni əsir, qıçları, qolu titrəyir. Nə
edəcəyini bilmir.
–Sən nə çətin and verdin, –deyə oğlana baxır. Əllərini yuxarı qal-
dırıb deyir: – İlahi, özünə əyandır ki, mən necə çıxılmaz vəziyyətə
düşmüşəm. Hökm sənindir, böyük yaradan.
Bu vaxt Əzrayılın qulaqlarında ilahi səs eşidilir:
– Qoy yaşasın!
327


Çörək kəsmək müqəddəs, məsuliyyətli, həm də şərəfli işdir. Bu
ulu babalarımızdan bizə tövsiyyədir, unutmayaq!
Çörəyi tapşır çörəkçiyə, birini də
üstəlik. İşi bacaranına gördürərlər.
BUNUN BAŞI HARASIDIR, QUYRUĞU HARASI?..
Avara, tənbəl heç bir iş bacarmayan bir nəfər yad bir məmləkətə
dəlir, burudakı hökmdarın ədalətli, xeyirxah, ürəyiyumşaq olduğunu
öyrənir, onun yanına gəlib iş istəyir. öz məmləkətləri kimi bu məm-
ləkətdə də fil olmadığını bildiyindən padşahın: “nə işin sahibisən?”
sualına “filə baxanam” çavabını verir.
Vəzirin:
– Hökmdar sağ olsun. Bizdə fil yoxdur, filə baxana nə ehtiyac
var ki, – deməsinə baxmayaraq həmin adamı filəbaxan vəzifəsinə
təyin edirlər. O kifayət qədər məvacib alıb, həyat sürür. Bir gün elə
olur ki, fillərin bol olduğu məmləkətin padşahı bu şaha bir fil hədiyyə
edir.
Padşah vəzirinə deyir:
– Nə yaxşı ki, o kişini işə qəbul etdik, indi filimiz də var, filəba-
xanımız da.
Bəli fil yeyib-içib öz yerində yatır, da havayi yerə aldığı məva-
ciblə keyfində. İş elə gətirir ki, fil xəstələnir. Şah əmr edir ki, tezliklə
filin xəstəliyi aşkar olunsun. Bu barədə “Filban “a xüsusi tapşırıq ve-
rilir. Fil tezliklə sağalmasa onu ağır cəza gözlədiyini bildirir. 3-4 gün
keçir şah vəzirini göndərir ki, öyrən görək filin vəziyyəti necədir.
Vəzir gedib görür ki, Filban dayanmadan filin ətrafına dolanır. So-
ruşur:
– Nə edirsən?. Filin xəstəliyi nədir? “Filban” yazıq görkəm alıb,
vəzirə müraciətlə:
– Vəzir başına dönüm, qurban olum, mənə de görüm bu heyvanın
başı harasıdır, quyruğu harası?
328


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə