Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə102/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   98   99   100   101   102   103   104   105   ...   112

– Allaha şükür, bir az da yaşasaydı hələ çox əsərlər yazacaqdı.
İndi gəl bunları da yadında saxla, yaxamız qalacaqdı bu porsuğun
əlində. (A.M.Mudrov həddən artıq kök, şişman bədənli, qırmızı ya-
naqlı bir adam idi. O, imtahan zamanı bütün əsərlərin adlarını, məz-
mununu, obrazlarını dəqiq soruşardı).
A.M.Mudrov:
– Çto, şkyur, şkyur, – deyə tərs-tərs Qeybulla Rəsulova baxdı.
Qeybulla:
– Heç müəllim, deyirdim Allah rəhmət eləsin, yaxşı kişi olub.
A.A.Mudrov başını bulayıb sinifdən çıxdı.
BƏZƏN DƏ BELƏ OLUR
İnsan həyatında istər zərurətdən doğan, istərsə də təsadüfdən baş
verən, bəzən məzəli, bəzən kədərli, çox qəribə hadisələr baş verir;
xüsusilə tələbəlik illərində.
1948-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq
fakültəsinə daxil olduq. Fakültədə təhsil alan 14 nəfər gəncin hamısı
müxtəlif yaşda idilər. Orta məktəbi qurtaran kimi, yəni 17 yaşında
instituta daxil olanlarla yanaşı, müxtəlif səbəblər üzündən həmin
vaxta qədər institutlara daxil olmamış 30-35 yaşlılarda vardı. Məsə-
lən, Qeybulla Rəsulov (1922-1988), Cabir Səfərov (1924-1990) mü-
haribənin odu-alovu içərisindən çıxıb gəlmişdilər. Yədulla Göyüşov
adlı bir nəfər felşerlik məktəbini qurtarmışdı; neçə illər idi ki, Binə-
qədi rayonundakı xəstəxanada tibb qardaşı işləyirdi, həm də bizimlə
bir kursda təhsil alırdı. Yay tətilindən sonra dərslər yenicə başlananda
hərə yay aylarını harada keçirdiyi barədə tələbə yoldaşlarına məlumat
verərdi. Yədulla şəstlə, qürurla deyərdi ki, Binəqradda dincəlib. Sonra
biz bildik ki, Binəqədi rayonunu deyirmiş. Yaşı 30-dan ötməsinə bax-
mayaraq imkansızlıq üzündən evlənməmişdi, özündən kiçik qardaşı
ilə içəri şəhərdə yarı zirzəmi bir yerdə kirayədə yaşayırdı. Bir qədər
xəsis və pinti idi. Biz bunu onun yaşının keçməsi, subaylığı ilə bağ-
layır, ona yazığımız gəlirdi; istəyirdik ki, tez evlənsin. Öyrənmişdik
336


ki, istədiyi bir qadın var, bir qədər pul lazımdır ki, kiçik bir masa
açıb, evlənsin. Özü də həmişə deyərdi ki, tək qardaşımdan başqa heç
bir qohumu, nə əmisi, nə dayısı, nə xalası, nə bibisi yoxdur.
Ayın əvvəli idi. Kursun bütün tələbələri sözləşib bu qərara gəldik
ki, hamımız bir nəfər kimi bir aylıq təqaüdümüzü (220 rubl) ona hə-
diyyə edək, evlənsin. Bu söhbətin səhəri günü o, kursumuzun tələbəsi
Habil Abdullayevə yaxınlaşıb borc pul istədi. Əlində tutduğu yüzlük
zayomu göstərib əlavə etdi ki, 25 manat ver zayom olsun sənin. Habil
o qədər pulu olmadığını söyləsə də o, əl çəkmədi; nəhayət, onun olan-
olmaz 20 manatını alıb zayomu zorla onun cibinə qoyub getdi.
Bu hadisədən 20 gün keçmiş Habil Yədullaya yaxınlaşıb gülə-
gülə sevincli halda dedi:
– Al zayomunu, 20 manatımı ver.
Yədulla:
– Zayom-zad istəmirəm, pulum da yoxdur, – deyib getmək istə-
dikdə Habil onun qolundan tutub: –
– Yaxşı, pulun olanda borcunu qaytararsan, – dedi, – ancaq za-
yomu indi götür.
Habil:
– İstəmirəm, nəyimə gərəkdir o zayom, – deyə hirslə onun əlini
geri itələdi.
Yədulla mehribanlıqla:
– Qardaş zayomunu götür, bəxtin gətirib, 25 min manat udmu-
san, – dedi.
Yədulla bu sözləri eşidən kimi tez dartıb zayomu Habilin əlindən
aldı və heç “sağ ol” demədən qaçıb getdi.
Tələbə yoldaşları Habili dövrəyə alıb alqışladılar. Xoş sözlər söy-
lədilər, “afərin sənə böyük ürəyin varmış” dedilər.
Yədulla udduğu pulu aldı, Habilə nəinki bir şey bağışlamadı, hətta
quru “sağ ol” da demədi. Əksinə onu görəndə qaş-qabağını tökər, si-
fətinə narazılıq ifadəsi verərdi. Əlbəttə, onun bu hərəkəti bizə pis təsir
etmişdi. Hətta yoldaşlarımızdan biri özünü saxlaya bilməyib demişdi:
– Çox qanacaqsız... adamdır, gərək o, ən azı Habilə bir kostyum
bağışlayaydı.
337


Nə isə. Təbii ki, biz təqaüdümüzü daha Yədullaya verəsi olma-
dıq. O gündən İsgəndər Hümmətov (1927-1996, şair İsgəndər Coş-
ğun) ondan kənar gəzməyə başladı.
Yədulla nişanlanıb toy günü təyin etdi. Əvvəllər: “uşaqlar biz bir
canıq, mənim nişanımda da, toy məclisimdə də siz yuxarı başda otu-
racaqsınız” deyən Yədulla bizi nişana çağırmadı; toya da ağızucu
dəvət etdi. “İstəyirsiniz gəlin da” dedi. Hərəmiz təqaüdümüzə yaxşı
bir hədiyyə alıb onu təbrikə getdik. Nə gözlərimizə inandıq, nə qu-
laqlarımıza. Yədullanın əmisi də varmış, dayısı da, bibisi də varmış,
xalası da. Bəli, bizi aşağı tərəfdə oturtdular, Yədulla heç gözünün ucu
ilə də bizə baxmırdı. Yuxarı tərəfdə yaxşı yeməklər, araq, konyak,
şampan, bizim stolda isə yalnız ağ süfrə çaxırı var idi. Biz pərt ol-
muşduq, özümüzü təhqir olunmuş hesab edirdik. Gəldiyimizə peş-
man olmuşduq. Bu vəziyyətə çox dözə bilmədik. Yoldaşlarımızdan
biri – İsgəndər Hümmətov:
– Bu nə yaramaz, murdar xislət adammış, – deyə hirsindən do-
daqlarını çeynəyirdi. Birdən o bizə müraciətlə: – durun, – dedi, – hərə
də öz gətirdiyi hədiyyəni götürsün gedək. Hər kəs gətirdiyi hədiyyəni
götürməsə... mən bunun hayıfını onda qoysam heç atamın oğlu de-
yiləm. Təklifi hamı bəyəndi. Hədiyyələrimizi də götürüb oradan
uzaqlaşdıq.
Üç gündən sonra Yədulla dərsə gəldi. Heç kim onunla danış-
mırdı; əslində o da buna heç əhəmiyyət vermirdi. İsgəndər lap coşub-
qaynayırdı. Ona sataşmağa, vurmağa məqam gəzirdi. Axır ki,
fikirləşib tapdı. Onu görən kimi sağ əlinin baş barmağını digər iki
barmağının arasına salıb çənəsinin altına tutur, Göyüşov familiyasını
Gü-gü-şov kimi tələffüs edərək ələ salırdı. Bu hadisə bir neçə dəfə
təkrar olundu. Yədulla özündən çıxıb, İskəndərin üstünə cumdu. İs-
kəndər də elə bunu istəyirdi, başladı onu yumruqlamağa. Səs-küy
salıb İnstitutun direktoru Musayev Musa onları kabinetinə apardı.
Göyüşov başladı şikayətə. İskəndər isə əlini sinəsinə qoyub, başını
çiyninə əyib dayandı. Direktor əvvəl başladı İskəndəri danlamağa:
– Utanmırsan, ayıb deyil. Yaşca özündən böyük adama əl qaldı-
rırsan?
338


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə