Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə103/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   99   100   101   102   103   104   105   106   ...   112

İskəndər çəkinə-çəkinə, guya utanırmış kimi:
– Müəllim, axı mən neyləyim, məni valideynlərim belə tərbiyə
ediblər də, onlar mənə dönə-dönə tapşırıblar ki, yaşlı, özündən bö-
yüyə hörmətlə yanaş, familiyasını de. Mən də bunun familiyasını de-
mişəm.
Direktor təəccüblə Yədullaya baxıb:
– Sənin familiyin nədir? – deyə soruşdu. Ondan Köyişov sözünü
eşitcək duruxdu. – Bəs bu sənə nə deyirdi, – deyə əlavə soruşdu.
Yədulla şəstlə:
– Köyüşov, – deyir – dedi.
Dirkatoru elə bil arı sancdı, yerindən sıcrayıb Yədullaya lap ya-
xınlaşdı. Əlini onun başına vurub:
– Boşdu başın, içində ağıl adına bir şey yoxdu. Uşaq, uşaqlığı
ilə sənə hörmətlə yanaşır, familiyanla çağırır, sən isə dava salırsan,
hələ bir utanmırsan şikayət də edirsən, rədd ol buradan.
Çölə çıxdıq. Direktorun otağının qapısı örtülən kimi, İskəndər
Yədullaya yaxınlaşıb yenə eyni tərzdə Gü-kü-şov deyə üstünə atıldı.
Uşaqların qəh-qəhəsi dəhlizi bürüdü. Yədulla bir söz deyə bil-
məyib, dodaqlarını çeynəyə-çeynəyə uzaqlaşdı. İskəndər dərindən
nəfəs alıb, onun ardınca:
– Adamdan belə intiqam alarlar, – dedi.
Tələbələrdən kim isə:
– İskəndər səhvin var adam yox... – deyə İskəndərin sözünə dü-
zəliş verdi.
Kursumuzun bütün tələbələri İskəndərə tərəfdar idilər. Çünki Yə-
dulla öz naqis xisləti, hərəkəti ilə hamımızın nifrətini qazanmışdı.
* * *
İnstitutda oxuduğumuz illərdə aktyorluq və rejissorluq fakultə-
lərinin yuxarı kurs tələbələri imtahan tamaşaları ilə çıxış edirdilər.
İmtahan tamaşaları Bakıdakı dövlət teatrlarının binalarında göstəri-
lirdi. Tamaşaya iki-üç gün qalmış biletlər tələbələr arasında bölünərdi
ki, onların istədikləri adamları dəvət etsinlər. Bu hadisə bizi hədsiz
339


dərəcədə sevindirər, qohum-qonşuya, tanışlara bilet verib teatra dəvət
edəndə qürur hissi keçirirdik. Növbəti tamaşa rejissorluq fakultəsinin
dördüncü kurs tələbələrinin hazırladıqları “Mehmanxana sahibəsi”
idi. (Yeri gəlmişkən qeyd edim ki, həmin tamaşada çıxış edən gənclər
Rauf Kazımovski, İsmət Səfərəlibəyov, Ulduz Rəfili, Güləhmədova-
Martınova, Rüstəmbəyov və b. həqiqətən gözəl rejissorlar oldular.)
Sabah tamaşa oynanılmalı idi. Mən üç-dörd nəfərə bilet söz vermiş-
dim. Ancaq biletləri gətirib hələ bizə verməmişdilər. Mən bərk narahatlıq
keçirirdim. Tamaşa günü tezdən instituta gəldim. Rauf Kazımovskiyə
yaxınlaşıb çəkinə-çəkinə soruşdum ki, bəs biletlər hacan olacaq?
Rauf əvvəl çiynini çəkib, dodağını büzdü. Sonra nə fikirləşdisə:
– Bilet institutun direktorunda, götürüb aparıb evinə, yəqin ya-
dından çıxıb, – dedi. Sonra müəmmalı şəkildə: – Əh, onun nə veci-
nədir ey sən kimə bilet söz vermisən?!
Elə bil bütün bədənimi elektrik cərəyanı bürüdü. Söz verdiyim
adamların yanında yalançı çıxacağımı, biyabır olacağımı düşünəndə
halım lap pisləşdi. Heç nəyin əhəmiyyətinə varmadan telefon dəstə-
yini götürüb direktorun evinə zəng etdim; salamsız, kalamsız:
– Yoldaş direktor, biletləri aparmısınız evə, bəs indi necə olsun,
axşam tamaşadır axı? – dedim.
Direktor:
– Kimdir danışan? – deyə hirsli soruşdu.
– İnqilabdır, – dedim və tez də telefon dəstəyini yerinə qoydum.
Peşimançılıq məni götürdü, xəcalətimdən özümü itirdim. Heç yarım
saat keçməmiş gəldilər ki, direktor səni çağırır, getdim.
Direktor:
– Bilet üçün evimə zəng edən sən idin? – soruşdu. “Bəli” dedim.
“Bəli” sözüm direktoru lap hövsələdən çıxartdı.
– Yalan deyirsən. Bu sənin işin deyil, bunu ya Rauf Kazımovski
edib, ya da İsmət Səfərəlibəyov.
Mən nə qədər and-aman elədim ki, mən özüm zəng etmişəm, di-
rektor inanmadı ki, inanmadı.
Qəribə burasıdır ki, biz institutu qurtarandan bir neçə il sonra da
institutun direktoru Musa Musayevi inandıra bilmədim ki, zəng edən
mən idim.
340


* * *
Kursumuzda Pünhan adlı bir tələbə var idi. O, azərbaycan Dövlət
Opera və Balet Teatrının aktyoru, əməkdar artist Şirzad Hüseynovun
(1906-1971) oğlu idi. Çox pis oxuyurdu. Vaxtlı-vaxtında dərsə gəl-
mirdi. Gəl ki, imtahanlar zamanı bütün imtahanlardan beş alardı. Bu
hamımızı təəccübləndirirdi. Fikirləşirdik ki, yəqin atasına hörmət əla-
məti olaraq ona əla qiymət yazırlar. Ona görə də əhəmiyyətinə var-
mırdıq. Məndə nə isə bir şübhə var idi. İmtahanlar ərəfəsində bir gün
ona yaxınlaşıb yarıciddi, yarızarafat ona dedim:
– Ay dost, nə olar beşləri necə aldığını bizə də öyrət də.
Pünhan diqqətlə üzümə baxıb:
– Siz elə bilirsiniz ki, atama görə mənə beş verirlər. Qətiyyən.
Yox, atam elə bilir ki, mən yaxşı oxuyuram. Ona görə də mən hər
beşi alanda, sevinir, tərifləyir, hədiyyə alır. Ancaq görürəm yaxşı oğ-
lansan, sənə öyrədərəm.
İndi gör fəlsəfədən beşi necə alacağam. Hərəkətlərimə diqqət
yetir.
Fəlsəfə müəllimi Həşimov familiyalı yaşlı, eynəkli bir kişi idi.
Pünhan ona yaxınlaşıb:
– Müəllim qulluğunuzda durum, – dedi.
Müəllim eynəyinin üstündən ona nəzər salıb:
– Çox sağ ol, ay bala – dedi.
Pünhan sakit, fağır bir görkəm alıb:
– Müəllim, mənə bir iş tapşırın da.
Müəllim:
– Ay oğul, tapşırıq budur ki, get dərsini oxu.
Bir neçə gün Pünhan yazıq müəllimi dəng elədi.
Nəhayyət, bir gün müəllim onu yanına çağırıb, 10 qəpiklik uza-
dıb dedi:
– Ay oğul, gələndə yadımdan çıxdı, get yaxındakı köşkdən mənə
bir “Kommunist” qəzeti al, – dedi
Pünhan qaş-qabağını tökdü, üz-gözünü qırışdırdı. Əzilə-əzilə:
– Müəllim mən gedə bilmərəm.
341


– Niyə, a bala? – deyə müəllim sual etdi.
Pünhan:
– Müəllim, mən sənin nökərin deyiləm ki, – deyə həyasızcasına
dilləndi.
Müəllimin sifəti allandı, udquna-udquna:
– Yaxşı, a bala, – deyib pərt bir halda müəllimlər otağına getdi.
Pünhan gözlərini qıyıb, əlini-əlinə sürtə-sürtə bic-bic gülümsü-
nərək “5-im hazır”dedi. Mənim: “sən yaxşı etmədin” sözümə Pün-
han: “imtahanda görərsən” cavabını verdi.
Fəlsəfədən imtahan başlandı. Yoldaşlarımızdan kimisi 4, kimisi
5 alıb çıxırdılar. İmtahan obyektiv şəkildə keçirdi. Mən bilet çəkib
fikirləşmək üçün oturdum. Məndən qabaq bilet çəkib oturmuş Pün-
han qalxıb müəllimə yaxınlaşdı. Bileti stolun üstünə qoyub:
– Müəllim, onsuz da, necə danışsam da siz mənə beş yazmaya-
caqsınız
Müəllim:
– Niyə, a bala?
Pünhan:
– Çünki, Siz məni qəzet almağa göndərmək istəyəndə, mən get-
mədim.
Stalin dövrü idi; adi bir söz üstə, insanları həbs edib, sürgünə
göndərirdilər. Vicdanını itirmiş namussuz, şərəfsiz, naqisxislət adam-
cıqlar gözəl ziyalılarımızı böhtan toruna salırdılar.
Müəllimin rəngi ağardı. Az qala müvazinətini itirib yıxılacaqdı
ki, mizdən yapışdı, əvvəl nə edəcəyini bilmədi. Otaqda Pünhandan
başqa iki nəfər qalmışdıq. Müəllim yazıq-yazıq bizə baxdı. Sanki ba-
xışları ilə yalvarırdı ki, bu əhvalatı heç kimə deməyək. Astaca əlləri
əsə-əsə Pünhanın zaçot kitabçasını götürüb 5 yazdı və yenə stolun
üstünə qoydu.
Mən dəhşət içərisində idim. Müəllimin yazıq görkəmi, pəjmürdə
halı məni sarsıtmışdı. Qəlbimdə Pünhana dərin bir nifrət oyanmışdı.
İnstitutdan qovulmaq qorxusu olmasaydı onun dərsini verərdim.
Pünhan yaxşı bir iş görmüş, tutduğu işdən razı adam kimi gü-
lümsədi, mənə göz vurub otaqdan çıxdı. Elə bil bütün dünya başıma
fırlandı. Yer ayağımın altından qaçdı.
342


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə