Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə101/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   97   98   99   100   101   102   103   104   ...   112

SƏN MƏNDƏN ÜSTÜNSƏN...
Yaşı 70-i haxlamış mülkədarın varı-dövləti başından aşmışdı. 30-
35 yaşlarında gözəl-göyçək, məlahətli, xanım-xatın arvadı var idi.
Boylu-buxunlu, möhkəm bədənli, 28-30 yaşlarında bir gənc mülkə-
dara nökərçilik edirdi. Bir gün miülkədar görür ki, arvadı həyətə dü-
şərkən odun yaran nökər onun dalınca baxıb dərin köks ötürdü.
Mülkədar nökərin yanına gəlib deyir:
– Mən gördüm, sən mənim arvadımın dalınca həsrətlə baxıb, də-
rindən necə köks gtürdün. Əgər niyyətini, ürəyindəkiləri düz desən,
inan ki, səni mükafatlandıracağam. Yox, yalan danışsan cəzan dəh-
şətli olacaq.
Nökər həqiqəti etiraf edir və səmimiyyətlə deyir:
– Fikirləşdim ki, ağamın nə qədər varı-dövləti, üstəlik də cavan,
gözəl arvadı var; necə də xoşbəxtdir. Mənim isə...
Mülkədar onun sözünü kəsib:
– Doğru danışdığın üçün, dediyim kimi, mükafatını alacaqsan,
bu öz yerində. Ancaq gəl belə edək. Mən malımı-mülkümü, varımı-
dövlətimi, üstəlik o gözəl nazlı-qəmzəli arvadımı verim sənə; sən də
cavanlığını, qüvvətini, sağlamlığını ver mənə, – deyir və diqqətlə nö-
kərə baxır. Onun fikrə getdiyini hiss etdiyindən: – Gərək mən köks
ötürüm, ay oğul, sən məndən çox üstünsən, – deyib uzaqlaşır.
QIŞIN DOSLUĞU
Qışın öləziyən vaxtı kəndli meşəyə odun gətirməyə gedir. Bir-
dən: “indi mən səni ulağınla birlikdə donduracağam” – deyən xırıltılı
səs eşidilir. Dərin quyunun dibindən gələn üzüntülü səs təsiri bağış-
layan bu səsdən ürpəşən kimi olan ulaq burnu ilə tək-tək görünən qar
yığınlarını eşələməyə başlayır. Onun burun pərələrindən çıxan hərarət
qar yığınlarını suya döndərir. Kəndli isə heç nəyə əhəmiyyət vermə-
dən odun toplamaqla məşğul olur. Qış hiddətlənir, qışqırmaq istəsə
də səsi eşidilməz kimi olur. Kəndli sanki qışın acığına kürkünü də
soyunub, işini daha şövqlə davam etdirir. Qışın, bu öləziyən vaxtında,
333


öz halına ağlamağı tutur. Göy üzünü bulud bürüyür, yağış yağır.
Ağacların qüzey tərəfində tək-tək gözə çarpan qar topaları da əriməyə
başlayır. Qışın bədəni əsir. Canını qorxu bürüyür. Çəkişməsən bər-
kişməzsən deyib ulularımız. Qış da onun hədə-qorxusuna məhəl qoy-
madan öz işi ilə məşğul olan kəndliyə deyir:
– Ulağını qoyma mənim son nişanələrim olan qar topalarını da-
ğıtsın, səninlə dost olaram. Gəlişimi əvvəlcədən sənə xəbər verərəm,
sən də hazırlığını görərsən.
Onsuz da bir qədər tənbəl olan kəndli buna sevinir. Razılaşırlar.
Yaz gəlib-gedir, yay ömrünü başa vurur, payız ayları qurtarha-
qurtarda arvadı kəndliyə deyir:
– A kişi. qış gəlir. Sən isə heç bir ehtiyat görməmisən
– Qışla dostam, şərtimiz var, gələndə xəbər verəcək, – deyə kən-
dli soyuqqanlılıqla çavab verir.
Dağlarda qar görünür. Kəndli halını belə pozmur. Arvadının hə-
yacan dolu sözünə belə məhəl qoymayan, kürkünü çiyninə salıb, qəl-
yanını tüstülədə-tüstülədə:
– Qışla dostam deyib qürrələnir.
Bir gün xəbər gəlir ki, qonşu kəndə də qar yağıb. Arvadın həya-
canı artır, təşvişi qüvvətlənir. Gah qeyzlə, gah da yalvarışla:
– A kişi, ağlını başıpa yığ, peçə atmağa bir qırıq odun yoxdur.
Heç bir azuqə əldə olunmayıb. Bir ağlın olsun, insafa gəl, at bu bi-
ganəliyin daşını. Nə qədər ki, qar qapının ağzını almayıb bir iş gör,
– deməsi kəndlinin tükünü də tərpətmir:
– Qışla dostam gələndə mənə xəbər verəcək – deyib durur.
Bir gün kəndli səhər yuxudan durub qapını açmaq istəyəndə
görür ki, qar qapının ağzını tutub, hər yan ağappaqdır. Hirslənir, qışın
dalısınca deyinməyə başlayır:
– Heç belə də dostluq olar? Axı sən söz vermişdin ki, gələndə
mənə xəbər verəcəksən, – deyə qışa incikliyini bildirir. Heç belə də
dostluq olar?
Sola-sağa qarını səpələyən qış halını belə pozmadan:
– Günah sənin özündədir. Məni nahaq günahlandırırsan. Mən gə-
lişimi sənə qabaqcadan bildirmişdim. Dağlara qar səpələmişdim, bu
334


birinci xəbərdarlıq idi, qonşu rayonlara qar göndərdim, bu ikinci xə-
bərdarlıq idi. Nəhayət, kəndinizdən cəmi 10 kilometr aralıdakı kəndə
yağdım, bu da üçüncü xəbərdarlıq. Sən isə gözlərini kor, quluqlarını
kar eldəyib, heç nəyi görmür, heç kəsi eşitmirdin. Arvadının həya-
canlı, təşvişli, hətta qorxulu halı da sənin halına təsir etmədi. İndi üç
ay hökmranlığım altında zəhmətə, zillətə döz.
TƏLƏBƏLİK İLLƏRİNDƏKİ ƏHVALATLARDAN
ÇTO ŞKYUR, ŞKYUR?
1948-ci ildə orta məktəbi qurtarıb Bakıya gəldim. Aəzbaycan
Dövlət Teatr İnstitutuna daxil oldum. Bu institut üç il əvvəl, 1945-ci
ildə, hələ 1923-cü ildən fəaliyyət göstərən teatr texnikumunun əsa-
sında yaranmışdı. O vaxt bu institutda dünya ədəbiyyatı və dünya te-
atrı, eləcə də rus ədəbiyyatı və rus teatrı tarixi fənnini tədris edəcək
müəllim belə yox idi. Odur ki, institutun müdiriyyətinin orta və ali
təhsil nazirliyi ilə razılaşdırılmasına əsasən 3-cü kursda oxuyan Hü-
seyn Abbas oğlu Abbaszadə (1921-2007) ilə Turan Hüseyn qızı Ca-
vidi (1923-2004) Azərbaycan teatr tarixi fənnindən bizə dərs
deyirdilər. Qərbi Avropa, rus ədəbiyyatı və rus teatrı tarixi fənlərindən
dərsləri Leninqraddan dəvət olunmuş Aleksandr Mixayloviç Mudrov
aparırdı.
Bir gün növbəti mövzu İngiltərənin bütün dünyada məşhur olan
şairi, dramaturqu Vilyam Şekspirin (1564-1616) yaradıcılığından idi;
keçən dərsdə də A.M.Mudrov Vilyam Şekspirdən danışmışdı. Tələbə
Qeybulla İbadulla oğlu Rəsulov (1922-1988 sonralar yazıçı və dra-
maturq kimi tanındı. “Bakı” axşam qəzetində şöbə müdiri, Azərbay-
can Dövlət akademik Milli Dram Teatrında ədəbi hissə müdiri
vəzifələrində işlədi) dünündən çörək ala bilmədiklərindən dərsə ac
gəlmişdi. A.M.Mudrov yenə iki saat Vilyam Şekspirdən danışdı. Fik-
rini belə yekunlaşdırdı ki, Vilyam Şekspir 1616-cı ildə vəfat etdi. Bu
sözü eşidən kimi Qeybulla Rəsulov əlini yuxarı qaldırıb:
335


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə