Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə98/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   94   95   96   97   98   99   100   101   ...   112

Doğru buyurursan, elədi.
– Mənə bax, ay kəndçi, nə vaxta kimi avam olacaqsınız. Yüz
iyrmi dörd min peyğəmbəri dandıq, on iki imamı dandıq, bir Allahı
dandıq, adə, axmaq oğlu, sənin bir göy madyanını dana bilməyəcək-
dik? Rədd ol burdan.
Kişi dalın-dalın geri gedir.
– Doğru buyurursan, başına dönüm. Tövbə bir də gəlmərəm, –
deyib uzaqlaşır.
* * *
Bakı-Moskva qatarında gedən bir sərnişin dayanacaqların birində
düşüb soyutma toyuq alır. Vaqona minib yerini rahatladıqdan sonra,
süfrə açıb nahar etmək istəyir. bişmiş toyuğu iki yerə bölmək istə-
dikdə içindən bir kağız parçası düşür. sərnişin kağızı oxuyub, uğu-
naraq gülür. Orada yazılmışdı: “Toyuq ölmüşdü, istəyirsiniz yeyin,
istəmirsiniz yox”.
MƏNİM ÇOLPA-PLOVUMU NİYƏ BU GÜNƏ 
SALDINIZ?!
Gecə yarıdan keçmiş bir neçə nəfər bəy deyirlər ki, durun gedək
Murad bəyin evinə. Gəlirlər, qapını zərblə döyürlər. Murad bəy yarı
yuxulu qapını açır. Bir qədər şərab nuş etmiş bəylər hay-küylə həyətə
keçirlər. Murad bəy onlardan soruşur:
– Yaxşı, gecənin bu vaxtında, arvad-uşaq yuxuda, mən sizə ye-
məyə nə hazırladım?
Əhməd bəy cəld dillənir:
– Murad bəy narahat olma, heç nə lazım deyil. Bir-iki kilo dü-
yünü sal qazana bişsin. Üç-dörd çolpanı da bişirib, kişmişlə birgə qoy
böyrünə, vəssalam. Diğər bəylər də Əhməd bəyin sözünə haqq qa-
zandırırlar.
Murad bəy yuxulu gözlərini ovuşdurub:
321


– Ay insafsızlar, siz mənim bu kişmişli, çolpalı plovumu niyə bu
günə qoydunuz.
Bəylər bir söz tapmırlar, gülüşüb geri qayıdırlar.
BU ALLAH İŞİDİR...
Rəvayətdir ki, bir gün iki nəfər qoca küçədə Xəlifə Harun Əl-
Rəşidin sarayına yaxın bir yerdə dayanıb söhbət edirlərmiş. Görürlər
ki, xəlifənin oğlu saraydan çıxıb tək-tənha bazara tərəf yollandı. Ma-
raqlanıb arxasınca düşürlür. Xəlifənin oğlu bazarın girəcəyində da-
yanıb, balta satanla alverə başlayır. Balta satan deyir: on tümənə.
Xəlifənin oğlu deyir: yox, beş tümənə ver alım. Nəhayət, mübaliğə
olmasın, bir saat çənə döyəndən sonra baltanı altı tümənə alıb qayıdır.
Qocalar da onun arxasınca düşürlər. Xəlifənin oğlu birinci döngədən
burulur, tez də qayıdır. Qocalar oraya dönüb görürlər ki, yaşı 90-ı
ötmüş, beli bükülmüş, ağzı yerə dəyən bir qarıdır. Onların “bura kim
gəlmişdi qarı?” sualına qarı:
– Allah ömrünü uzun eləsin Xəlifənin oğlu gəlmişdi, 20 tümən
verib getdi.
Qocalar cəld çıxıb Xəlifənin oğlunu izləməyə başlayırlar. Oğlan
bir qədər getdikdən sonra başqa bir tindən burulur və tez də qayıdır.
Qocalar oraya keçib görürlər ki, qocalıb əldən djüşmüş, xəstəhal bir
nəfərdir. Sual edirlər.
– Allah amanında saxlasan, – deyir qoca – Xəlifənin oğlu gəldi
20 tümən verib getdi.
Qocaları maraq bürüyür. Bir təhər ona yaxınlaşıb deyirlər:
– Ya vəliəhd, bizi bağışla. Fikir verdik siz dörd tümən üstündə
balta satanla bir saat mübahisə etdiniz, ancaq qoca ilə qarıya 40
tümən hədiyyə etdiniz. Bunun mənasını bizə anladın.
Xəlifənin oğlu gülümsünərək deyir:
– Balta satanla ki mən qiymət üstə mübahisə etdim, o ticarət işi-
dir. Əgər o kişi baltanı beş tüməndən baha alsaydı, altı tümənə sat-
mazdı. O ki qaldı mənin əldən düşmüş qoca ilə qarıya 40 tümən
keçməyimə, bax, bu Allah işidir.
322


* * *
1940-cı illərin axırlarında ucqar kəndə gələn mühazirəçi bir gün
neçə olursa, 1920-ci illərdə paravozun icadından söhbət açır və deyir
ki, paravozun gücü beş yüz at gücünə bərabərdir. Mühazirəçinin
sonda:
– Kimin sualı var? – sorğusuna bir nəfər soruşur:
– Atları paravozun qabaq tərəfinə qoşurlar, yoxsa arxa tərəfinə?
* * *
1960-cı illərin əvvəllərində institutlara qəbul ərəfəsində, univer-
sitetdə dərs deyən Sultan müəllimin bir neçə qohumu onun yanına
gəlib təkid edirlər ki, onların orta məktəbi qurtarmış uşaqlarını insti-
tutlara düzəltsin. Sultan müəllim nə qədər onları başa salmağa çalışsa
ki, bu, onun imkanı xaricindədir, qohumlar başa düşmək istəmirlər
ki, istəmirlər. Hətta biri deyir ki, sən bu yekəlikdə universitetin pro-
fessorusan, hər şeyə gücün çatar. Axırda naəlac qalan Sultan müəllim
onları başından etmək üçün deyir:
– Uşaqlarınızı instituta düzəltmək üçün gətirdiyiniz pulları üst-
ystə toplayın, aparın verim Mərkəzi Komitəyə, məni nazir təyin elət-
dirin, mən də hamınızın uşaqlarını istədikləri institutlara qəbul
etdirim.
KÖRPÜ
Meşə heyvanları çox narahatlıq keçirirlərmiş ki, yağış yağıb
çayın suyu qalxanda, oradan keçmək olmur, onlar bir-birləri ilə gö-
rüşə bilmirlər. Heyvanlar bu qarara gəlirlər ki, çayın üstündə körpü
tikdirsinlər. Ancaq bunun üçün yuxarıdan, meşə hökmdarından icazə
almaq lazımdır. Çox məşvərətdən sonra şiri vəkil edib icazə almaq
üçün göndərirlər. Çox keçmir ki, döyülmüş, təhqir edilmiş şir nəril-
323


dəyə-nərildəyə gəlir. Aslan da elə, canavar da, tülkü də. Göy çəməndə
bir uzunqulaq otlayırmış. Heyvanların narahatlıqlarının səbəbini so-
ruşur. Heyvanlar əvvəl demək istəmirlər, fikirləşirlər ki, bu uzunqu-
laqdan nə xeyir hasil olacaq. Axır ki, uzunqulaqın təkidindən sonra
məsələni ona danışırlar. Uzunqulaq deyir:
– Təkliflərinizi yazıb belimə bağlayın, mən işi düzəldərəm.
Belə də edirlər. Bir həftə keçir uzunqulaqdan xəbər çıxmır. İki
həftə keçir, üç həftə keçir, xəbər yox. Nəhayyət, bir gün, yeyib-iç-
məkdən, əzizlənməkdən filə dönmüş uzunqulaq gəlir və körpünün ti-
kilməsi barədə icazə kağızını və layihəni heyvanlara təqdim edir.
Demə yuxarıda uzunqulağın qohumları imiş. Heyvanların sevinci
yerə-göyə sıbmır. Lakin bu sevinc uzun sürmür. Layihəni açıb ba-
xanda görürlər ki, layihədə körpü çayın eninə yox, uzununa uyğun
hazırlanıb.
ÖLÜNÜ VAĞZALI HAVASI İLƏ YOLA SALDIM
Xalq artisti Yusif Muxtarovla (xalq artisti, Bakı Bədayyə Teatrı-
nın direktoru və bədii rəhbəri Amaliya Pənahovanın həyat yoldaşı)
qohumlarından birinin dəfn mərasimində görüşdük. Hava isti idi.
Özümüzü qəbirin yanındakı küknar ağacının altına verdik. Molla la-
zımi ayəni oxuduqca rəhmətliyin qardaşı qəbirin içində onu tərpə-
dirdi. Elə bu vaxt gülməyini saxlaya birləyən Yüsif əli ilə ağzını
bağlasa da pıqqıltısı eşidilirdi. Ha çalışsam da onu sakit edə bilmir-
dim. Birtəhər onu qəbirin yanından uzaqlaşdırdım. O, bir qədər sakit
olandan sonra danışdı.
– Söz vaxtına çəkər, – dedi, – keçən il, elə bu vaxtlar idi. Uzaq
qohumlarımdan biri rəhmətə getmişdi. Mən bir qohum kimi ona uzaq
olsam da məndən başqa yaxını yox idi. Onu mollanın oxuduğu ayə
altında mən tərpətməli oldum. Birdən “Vağzalı” oyun havası ətrafı
bürüdü. Mobil telefonumun zəngi idi. Axı mən oraya qəbul zənginə
“Vağzalı” oyun havasını yazdırmışdım. Tələsdiyimdən ha əlləşirdim
telefonu tapıb cibimdən çıxarda bilmirdim. Beləcə, “Vağzalı” oyun
324


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə