Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə100/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   96   97   98   99   100   101   102   103   ...   112

YÜZ QRAMSIZ DA XAŞ OLAR?
1967-ci ilin mart-aprel aylarında biz – jüri üzvləri bacarıqlı xalq
teatrlarının fəaliyyət göstərdikləri rayonlara getmişdik. Məqsəd ən
yaxşı xalq teatrları əsasında Dövlət teatrları təşkil etmək idi. Bir necə
rayonlarda olduqdan sonra Ağdam rayonuna gəldik. Rayonun birinci
katibi XIX əsrin sonu XX əsrin əvəllərində Ağdam teatrında bacarıqlı
aktyor kimi tanınan Xuduş Abbasovun oğlu idi. Azərbaycan MK-da
ideoloji iş üzrə katib, görkəmli teatrşunas alim Cəfər Cəfərov söylə-
mişdir ki. Ağdam şəhərində Dövlət teatrının açılmasını birinci katib
Abbasov israrla xahiş və tələb edir.
Onu da deyim ki, görünür elə birinci katibin tövsiyyəsi ilə bizə
– jüri üzvlərinə xüsusi qulluq göstərilirdi. Səhər yeməyimiz saat 7-
də xaşla başlanırdı; təbii də arağı da yanında. Ağdamda çıxan yerli
qəzetin redaktoru Fikrət (familiyasını unutmuşam. Onun “Dayı” adlı
pyesi Ağdam xalq teatrında tamaşaya qoyulmuşdu) hər gün mənə şi-
kayətlənirdi ki, biz onun təşkil etdiyi xaş qonaqlığına nədənsə gəl-
mirik. Söylədi ki, nə vaxt gəlirəm getmiş olursuz. Dedim:
– Fikrət, əzizim, beyninə qara-qura fikirlər doldurma. Sən özün
dediyin kimi onlar bizi saat 7-də mehmanxanadan çıxarırlar. İstəyir-
sən gəl belə edək. Sən səhər saat 6:30-da gəl, aradan çıxaq. Razılaş-
dıq. Deyilən vaxt mehmanxanadan çıxdıq. Fikrət bizi bir evə gətirdi,
yemək masası səliqə ilə hazırlanmışdı. Xaşı gətirdilər. Yeməyə baş-
ladıq. Araq yox idi. Fikirləşdim ki, yəqin arağı axırda içirlər. Fikrimdə
yanılmışdım. Xaşı birtəhər yeyib (insafla desək, xaş yaxşı xaş idi)
küçəyə çıxdıq. Respublika Xalq yaradıcılıq evində şöbə müdiri işlə-
yən Firudin Aşurov (1933-2007) özünü saxlaya bilməyib:
– Araqsız xaşın heç ləzzəti yoxdu, – dedi.
Fikrət:
Bağışlayın, İnqilab müəllim, – dedi, – araq gətirtməyə utandım.
Bu söz məni tutdu.
Fikrət, – dedim, – sənə bir hadisə danışım. Birinci katib Abbasov
neçə il bundan əvvəl, başqa işdə işlədiyi zaman, rayonunuzun bir sov-
xoz direktoru ilə araları dəyir; bir-birlərini görməyə gözləri olmur.
329


İllər ötür Abbasovu Ağdam rayonuna birinci katib təyin edirlər. On-
ların arasındakı xoşagəlməz münasibəti bilən bəzi üzdəniraq adamlar
– yaltaqlar, ikiüzlülər, böhtançılar, başlayırlar sovxoz direktorunu
yamanlamağa. İşi o yerə çatdırırlar ki, onu işdən azad etdirmək, par-
tiya töhməti verdirmək məqsədilə işini rayon partiya komitəsinin bü-
rosuna çıxarırlar. İclasda başlayırlar onun ünvanına müxtəlif fikirlər
söyləməyə.
Biri deyir:
Əliş kimi tənbəl, bacarıqsız, məsuliyyətsiz işci təsəvvür etmək
çətindir. Digəri deyir:
– Dövlətin, xalqın malını dağıtmaqdan zövq alır.
Bir başqası deyir:
– Bunun kimi adamı işdə saxlamaq olmaz və s.
Küncdə oturmuş Əlişə dost deyən, çox vaxt naharı onunla keçi-
rən, Əlişin sağlığına badə qaldıran, onunla dost olmasından sevinc,
fərəh duyduğunu söyləy1ən şişman bədənli bir nəfər ləngər vura-vura
ayağa qalxıb deyir:
– İnanın, deməyə xəcalət çəkirəm, deməsəm də olmaz. Bunu hər
gün səhər tezdən harda görmək olar? Məmmədhəsənin xaş düka-
nında, yanında da yüz qram.
Danışanları dinlədikcə birinci katib ürəyində bu riyakar, ikiüzlü,
yaltaq adamcıqlara qarşı nifrət duyur. Təbii ki, son sözü o deməliydi.
Deyir:
– Əliş tənbəldir, bacarıqsızdır, məsuliyyətsizdir dediniz, başa
düşdüm. Dövlətin, xalqın malını dağıtmaqdan zövq alır dediniz, başa
düşdüm. Bunun kimi adamı işdə saxlamaq olmaz dediniz, başa düş-
düm. Ancaq onu başa düşmədim ki, xaş dükanında, yanında da yüz
qram. Yəni yüz qramsız da xaş olur? Durun gedin hər kəs öz işi ilə
məşğul olsun. Sonra Əlişə tərəf gəlib onun çiyinlərindən tutur:
– Get işində ol.
330


İLAHİ, ÖZÜN BİLƏN MƏSLƏHƏTDİR
Bir kişinin iki qızı varmış. İş elə gətirir ki, birini aran yerində
yaşayan gəncə ərə verir, digərini dağlıq rayonunda yaşayan gəncə.
Bu kişinin iki qızından başqa kimsəsi yox imiş. Özü də böyük var-
dövlət sahibi imiş. Bir gün aranda yaşayan qızının yanına gəlir, Ay-
rılmaq məqamında deyir:
Qızım bir şeyə ehtiyacınız yoxdur ki?
– Yox, – deyir qızı. Ata bir neçə dəfə təkid edir, qızı da, kürəkəni
də deyirlər ki, öz var-dövlətləri başdan aşıb. Kişi:
– Onsuz da mənim var-dövlətim də sizindir. Ehtiyacınız varsa
gizlətməyin. Kürəkəni görür ki, qaynata təkid ebir odur ki, deyir:
– Əziz qayınata bilirsənmi bizim rayon pambıq rayonudur. Pam-
bığın indi elə vaxtıdır ki, 38-40 dərəcə günəş istiliyinə ehtiyacı var.
Ata qapıdan çıxır, 36 dərəcə istiyə dözə bilməyən bu qoca əllərini
göyə qaldırıb deyir:
– İlahi günəşin istisini daha da artır.
Ata dağlıq rayonda yaşayan qızının yanına gəlir. Eyni təkliflə
onlara da müraciət edir. Eyni cavabı alır. Məlum olur ki, onlar taxıl-
çılıqla məşğüldürlar; yağışa böyük ehtiyacları var. Odur ki, kücəyə
cıxan kişi əlini yuxarıya qaldırıb:
– İlahi yağışını əsirgəmə – demək istəyir, yadına Aranda pam-
bıqçılıqla məşğul olan 40 dərəcə isti arzulayan qızı yadına düşür. əl-
lərini yanına salıb:
– Özün bilən məsləhətdir, İlahi, – deyə yoluna davam edir.
MƏN TÜRKƏM
1950-ci illərin ortalarına kimi keçmiş SSRİ dönəmində xarici öl-
kələrə ezamiyyətə getmək hər adama nəsib olmurdu. Xüsusilə Azər-
baycanın tanınmış yazıçı və alimlərinin xarici ölkələrə gedişi
(ələlxüsus Türkiyəyə) müşkül bir iş idi. Xoşbəxtlikdən elə olur ki,
görkəmli ictimai xadim kimi tanınan, Azərbaycan KP MK-nın üzvü
331


(1958-1965), Ali Sovetin (V-VI çağırış) və Azərbaycan Ali Sovetinin
(V çağırış) deputatı olmuş, Azərbaycan Yazıçılar İttifaqı Heyətinin
katibi (1954-1958), sonra birinci katibi (1958-1965), ümumittifaq
Yazıçılar İttifaqı idarə heyyətinin katibi (1958-1964) işləmiş, əsərləri
keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuş
görkəmli nasir, dramaturq, tənqidçi Mehdi Hüseyn (1909-1965.)
SSRİ Ali Soveti nümayəndə heyyətinin tərkibində Türkiyəyə gedir.
Ədib Türkiyədən qayıdandan sonra Azərbaycan Yazıçılır İttifa-
qında Türkiyə təəssüratlarını danışdı. O vaxt üçün deyilməsi qorxulu
olan bir cəhəti yada salmağı vacib bildim. Mehdi Hüseyn dedi: Zi-
yarətdən sonra bir neçə türk arkadaşla gəzintiyə çıxdıq. İki-bir, üç-
bir söhbət edə-edə gedirdik. Siz Türkiyənin hansı şəhərindəsiniz? –
deyə yanımdakından sual etdim. O, mənə çavab vermək əvəzinə
başqa bir türkə dedi: arkadaşla söhbətləşin, mən getməliyəm, deyib
ayrıldı. Bir qədər söhbətdən sonra ona da eyni sualı verdim. O, da
mənə cavab vermədən ayrıldı. Beləliklə, mən cavabsız qalmış sualımı
verdikcə onlar yola çıxırdılar. Bir də ayıldım ki, mənimlə sevinclə
gəzintiyə qoşulan arkadaşlardan yanımda kimsə yoxdu. Ürəyimdə
onları töhmətləndirməyə başladım. Gördüm ki, bir qoca türk çənəsini
əsasına söykəyib oturub, yaxınlaşıb salam verdim, hörmətlə salamımı
aldı. Yanında oturdum. Kimliyimi dedim. Sevindi. Mənimlə gəzintidə
olan türkiyəli dostların hara isə getdiklərini söylədim. Qoca narazı-
lıqla başını yırğaladı. Bir qədər söhbət edəndən sonra: siz yerlisi-
nizmi? Yoxsa Türkiyənin başqa şəhərindənsiniz? – deyə soruşdum.
Qocanı elə bil arı sancdı: siz bu sualı yəgin ki, türkiyəli arkadaşları-
nıza da vermisiniz. Onların səni tək qoymaları mənə aydın oldu. İnan
əgər qonaq olmasaydın, özün də Azərbaycandan, bu əsa ilə sənin ka-
fanı dağıdardm. Eşit və bil mənim türkiyənin hansı bölgəsində, hansı
şəhərində, hansı kəndində boya-başa çatmağımın mətləbə dəxli yox-
dur. Mən türkəm, türk oğluyam.
Mehdi müəllim sınayıcı nəzərlərlə söhbət iştirakçıarını (onların
əksəriyyəti gənc yazarlar idi) süzüb dedi:
– Qocadan üzr istədim; sağollaşıb ayrıldım.
332


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə