İnsan üçün yaradılan planet: Yer kürəsi Suyun fiziki



Yüklə 436,77 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix18.04.2018
ölçüsü436,77 Kb.
#39101
1   ...   8   9   10   11   12   13   14   15   16

44

işıq işə yaramır”. (George Greenstein, The Symbiotic 

Universe, s. 96.) 

Buna misal olaraq televizoru göstərə bilərik. 

Televizor  bir  kanalı  göstərmək  üçün  düzgün 

tezlikdə tənzimlənməlidir. Kanalı başqa bir tezlikdə 

tənzimləsəniz, görüntü əldə edə bilməzsiniz. Eyni 

şey fotosintezə də aiddir. Günəşi televiziya yayımı 

edən stansiya kimi qəbul edin, xlorofil molekulunu 

da televizora bənzədin. Əgər bu molekul və Günəş 

bir-birlərinə uyğun tənzimlənməsələr, fotosintez baş 

verməz. Günəşə baxdıqda şüalarının məhz lazımi 

rənglərdə olduğunu görürük. (George Greenstein, The 

Symbiotic Universe, s. 96)

Bitkilər və fotosintez prosesini səthi dəyərləndirənlər 

bəlkə də: “Günəş işığı bir az fərqli olsaydı, bitkilər 

də ona uyğun olardı”, -deyə düşünə bilərlər. Halbuki, 

bu, qətiyyən mümkün deyil. C.Qrinşteyn təkamülçü 

olmasına  baxmayaraq,  belə  bir  şeyin  mümkün 

olmadığını belə qeyd edir:

“Bəlkə insan düşünə bilər ki, burada bir növ 

adaptasiya baş verib, bitkinin həyatı günəş işığının 

xüsusiyyətlərinə uyğunlaşıb. Nəticədə, əgər Günəş 

fərqli temperaturda olsa, (və ya fərqli işıq yaysa) 

xlorofil əvəzinə başqa molekul bu işıqdan istifadə 

etmək üçün uyğunlaşa bilməzmi? Sözün açığı, cavab 

“xeyr”dir. Çünki bütün müxtəlif molekullar işığın 

müəyyən rənglərini udurlar. İşığın udulması prosesi 

molekulların içindəki elektronların yüksək enerji 

səviyyələrinə həssaslıqları ilə əlaqədardır və hansı 

molekulu götürsəniz, bu işi həyata keçirmək üçün 

lazım olan enerji eynidir. İşıq fotonlardan ibarətdir və 

yanlış enerji səviyyəsində foton heç cür udula bilməz... 

Qısası, ulduzların fiziki quruluşu ilə molekulların 

fiziki quruluşu arasında çox yaxşı uyğunluq var. 

Bu uyğunluq olmasaydı, həyat olmazdı”. (George 

Greenstein, The Symbiotic Universe, s. 96-97)

Qrinşteyn bunu demək istəyir: hər hansı bitkinin 

fotosintez etməsi yalnız müəyyən işıq intervalında 

mümkündür. Bu interval məhz Günəşin yaydığı işıqdır.

Qrinşteynin ifadəsilə, ulduzların fiziki quruluşu 

ilə molekulların fiziki quruluşu arasındakı uyğunluq 

əsla təsadüflərlə açıqlanmayacaq qədər qeyri-adidir. 

Günəşin 10

25 

-də 1 ehtimalla bizim ehtiyacımız olan 



işığı yayması və yer üzündə bu işıqdan istifadə edən 

kompleks molekulların olması, əlbəttə, bu uyğunluğu 

Allah`ın yaratdığını göstərir.

Günəş işığı yarpağın üstünə düşdükdə yarpaqdakı 

təbəqələr boyu irəliləyir. Yarpağın hüceyrələrindəki 

xloroplast orqanoidlərinin içindəki xlorofillər bu 

işığın enerjisini kimyəvi enerjiyə çevirir. Kimyəvi 

enerjini əldə edən bitki dərhal bunu qida əldə etmək 

üçün istifadə edir. Bir neçə cümlə ilə izah etdiyimiz 

bu prosesi elm adamları XX əsrin ortalarında kəşf 

ediblər. Fotosintez prosesini anlamaq üçün səhifələrlə 

zəncirvarı reaksiyalar yazılır. Lakin hələ də bu 

zəncirlərdə elmə məlum olmayan halqalar var. Halbuki, 

bitkilər yüz milyon illərdir bu prosesi xətasız həyata 

keçirib dünyaya oksigen və qida verirlər.

Bitki hüceyrələrindəki xlorofillərdə fotosintez üçün 

lazım olan şüa kainatdakı 10

25 


 müxtəlif şüa arasında 

yalnız Günəşin yaydığı şüadır.

www.elmxeberleri.com

Düşünən İnsan, Oktyabr 2014

44



45

Günəş işığı ilə göz arasındakı qeyri-adi uyğunluq

Bioloji görmə üçün uyğun olan yeganə şüalar 

görünən işıq adlandırdığımız dalğa uzunluğudur. 

Günəşin  yaydığı  işığın  böyük  hissəsi  bu  dalğa 

uzunluğuna uyğun gəlir. 

Diqqət etsək, burada sistemin ən əsas şərti tor 

qişadakı hüceyrənin fotonu qəbul etməsidir. Bunun 

baş verməsi üçün bu foton görünən işıq intervalında 

qalmalıdır. Çünki fərqli dalğa uzunluğundakı işıqlar 

hüceyrə üçün ya çox zəif, ya da çox güclü olur 

və lazımi reaksiya baş vermir.  Gözün ölçülərinin 

kiçildilməsi və ya böyüdülməsi heç nəyi dəyişdirməz. 

Çünki hüceyrənin ölçüsü ilə fotonun dalğa uzunluğu 

arasındakı uyğunluq əsasdır.

Məlum olduğu kimi, canlı hüceyrələrinin quruluş 

vahidi  üzvi  molekullardır.  Üzvi  molekullar  isə 

karbon atomunun çoxsaylı birləşmələrindən təşkil 

olunurlar. Bu üzvi molekulların əmələ gətirdiyi 

görmə hüceyrələri isə görünən işıqdan fərqli dalğa 

uzunluğundakı şüaları qəbul edə bilmirlər. Qısası, 

digər şüaları qəbul edən göz quruluşunun yer üzündə 

bioloji cəhətdən funksional olması qeyri-mümkündür. 

Nəticə etibarilə, canlı gözlərinin görə bildiyi yeganə 

işıq intervalı var, bu da Günəşin yaydığı görünən 

işıqdır. Təsadüfən rastlaşmaları ehtimaldan kənar olan 

bu iki faktorun birləşməsi isə həm gözü, həm də gözün 

gördüyü ideal işıq intervalını yayan Günəşi Allah`ın 

yaratdığını göstərir.

Yer üzündəki canlıların görmə qabiliyyətinə malik 

olması üçün ən ideal interval Günəşin yaydığı işıq 

intervalıdır.

Professor Maykl Denton “Təbiətin taleyi” (Nature’s 

Destiny) adlı kitabında bu mövzunu ətraflı təhlil edir 

və üzvi gözün görünən işıq hüdudları çərçivəsində 

gördüyünü açıqlayır. Nəzəri olaraq dizayn ediləcək 

heç bir göz modeli müxtəlif dalğa uzunluqlarını görə 

bilməz. Professor Denton bu barədə belə deyir:

“Ultrabənövşəyi, rentgen və qamma şüaları çox 

enerji daşıyırlar və məhvedicidirlər. Uzaq infraqırmızı 

və mikrodalğa şüaları da həyat üçün zərərlidir. Yaxın 

infraqırmızı şüaları və radiodalğaları isə çox zəif enerji 

daşıdıqlarına görə müəyyən etmək olmur... Nəticədə, 

məlum olur ki, bir çox səbəbə görə elektromaqnit 

dalğaları şkalasının görünən hissəsi bioloji görmə 

qabiliyyəti üçün uyğun olan yeganə hissədir. Xüsusilə 

də insan gözünə bənzər yüksək pikselli fotoaparat 

kimi onurğalı canlı gözləri üçün bu işıq intervalından 

başqa uyğun dalğa uzunluğu yoxdur. (Michael Denton, 

Nature’s Destiny, s. 62, 69)

Bütün bunları birləşdirərək bu nəticəyə gəlirik: 

Günəş elə dəqiq tənzimlənmiş intervalda işıq yayır 

ki, ehtimal olunan işıq növlərinin yalnız 10

25 


-də 1-ini 

təşkil edən bu interval həm Yer kürəsinin isinməsi, 

həm kompleks canlıların bioloji funksiyalarının 

işləməsi, həm bitkilərin fotosintez etməsi, həm də 

Yer kürəsindəki canlıların görməsi üçün ən ideal 

intervaldır. Əlbəttə, bütün bu həssas müvazinətlər 

təsadüf adlanan kortəbii proseslərin nizamladığı 

sistemlər deyil. Bütün bunları yaradan Allah`dır. 

Allah`ın yaratdığı hər incəlik möcüzələr zənciri kimi 

həyatın hər sahəsində qarşımıza çıxır və bizə Allah`ın 

sonsuz qüdrətini göstərir.

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

45



Yüklə 436,77 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə