İnsan üçün yaradılan planet: Yer kürəsi Suyun fiziki



Yüklə 436,77 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix18.04.2018
ölçüsü436,77 Kb.
#39101
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

26

Yer üzündə həyatın mövcud olması üçün 

Yupiter də bir növ qalxan kimi yaradılmışdır. 

Yupiter həm nəhəng kütləsi, həm də güclü maqnit 

sahəsi ilə Yer kürəsini qoruyur. Yupiter sayəsində 

minlərlə meteoritin yer üzünə düşərək böyük 

fəlakətlərə səbəb olmasının qarşısı alınır.

Günəş sistemindəki planetlərin kütləsi, ölçüsü 

və aralarındakı məsafə qüsursuz müvazinət təşkil 

edir.


Həmçinin hər planet üçün xüsusi müvazinət 

qurulmuşdur.  Çünki  planetlərin  Günəşlə 

aralarındakı məsafələri fərqlənir. Habelə, 

kütlələri də fərqlidir. Bu səbəbdən, hər 

birinin fərqli fırlanma sürəti müəyyən 

edilməlidir ki, Günəşə yapışmasınlar 

və ya Günəşdən uzaqlaşıb fəzaya 

sovrulmasınlar. Əlbəttə, bütün bu 

müvazinətlər Günəş sistemindəki 

planetlərdən  biri  olan Yer 

kürəsinə də aiddir.

Bununla yanaşı, son 

astronomik kəşflər 

sistemdəki digər 

planetlərin olmasının Yer kürəsinin təhlükəsizliyi və 

orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. 

Yupiterin mövqeyi buna nümunədir. Günəş sisteminin 

ən böyük planeti olan Yupiter, əslində, Yer kürəsinin 

müvazinətini təmin edir. Astrofizik hesablamalar 

göstərmişdir ki, Yupiterin orbiti Günəş sistemindəki 

Yer kimi digər planetlərin orbitinin sabit olmasını 

təmin edir.

Bir çox ulduz sistemində də Yupiterə bənzər 

planetlər var. Ancaq bu planetlər həmin sistemi 

sabitləşdirmir və ya digər planetləri qorumurlar. 

Vaşinqton Universitetindən dr. Piter D. Uorda deyir: 

“Bu gün müşahidə edilən bütün yupiterlər pisdir. 

Yeganə yaxşı Yupiter bizimkidir. Və elə olmalıdır, əks-

təqdirdə, ya qaranlıq fəzaya, ya da Günəşinizə doğru 

sovrulardınız”.( Peter D. Ward and Donald Brownlee, 

«Rare Earth: Why Complex Life is Uncommon in the 

Universe»)

Yupiterin başqa faydası da budur: Yupiter olmasaydı, 

çoxlu sayda komet toqquşmaları nəticəsində yer üzündə 

həyat qalmazdı. Lakin Yupiter nəhəng kütləsinin 

əmələ gətirdiyi maqnit sahəsi nəticəsində Günəş 

sisteminə daxil olan meteorit və kometlərin orbitini 

www.dusuneninsan.net

Düşünən İnsan, Oktyabr 2014

26



27

dəyişdirərək Yer kürəsi 

ilə toqquşmasının qarşısını alır. 

Beləliklə, Yer kürəsini qalxan kimi qoruyur.

Yupiterin  Yeri  qoruyan  bu  funksiyasını 

paleontoloq Corc Ueteril “Yupiter nə qədər xüsusidir” 

adlı məqalədə belə açıqlayır:

“Yupiterin olduğu yerdə bu böyüklükdə planet 

olmasaydı, Yer planetlərarası boşluqda hərəkət edən 

meteoritlərə və kometlərə min dəfə çox hədəf olardı… 

Əgər Yupiter olduğu yerdə olmasaydı, hal-hazırda biz də 

Günəş sisteminin mənşəyini tədqiq etmək üçün mövcud 

olmazdıq”. (G.W. Wetherill, «How Special is Jupiter?», 

Nature, vol. 373, 1995, s. 470)

Yer-Ay ikili planet sistemi də Günəş sistemindəki 

müvazinətin qorunmasında mühüm amildir. Yer-Ay 

sistemi olmasa, Yupiterin böyük kütləsi Merkuri, Venera 

kimi planetlərin orbitinin qeyri-sabit olmasına səbəb 

olardı. Belə olduqda, müəyyən müddət sonra Merkuri və 

Venera planetlərinin orbitləri bir-birinə yaxınlaşardı. 

Bu isə Merkurinin sistemdən kənara atılmasına, 

Veneranın da orbitinin dəyişməsinə səbəb olardı. 

Günəş sisteminin kompyuter simulyasiyasını 

hazırlayan elm adamları sistemdə milyard illərdir 

davam edən müvazinətin və sabitliyin ancaq bu 

planetlərin ideal kütləsi və mövqeyi sayəsində 

mümkün olduğunu, bu müvazinətdə ən kiçik 

dəyişikliyin Günəş sisteminin və bəşəriyyətin 

məhv olmasına səbəb olacağını müəyyən ediblər.

1998-ci  ilin  noyabr  ayında  məşhur 

astronomiya  jurnalı  “The  Astronomical 

Journal”da dərc olunan son astronomik kəşflərdən 

birində Günəş sistemindəki qeyri-adi nizam belə 

vurğulanır:

“Əsas kəşflərimiz Günəş sistemindəki uzunmüddətli 

sabitlik və müvazinətin təmin olunması üçün bir növ 

əsas dizayna ehtiyac olduğunu göstərir”. (Innanen, 

Kimmo, S. Mikkola, and P.Wiegert. 1998. The Earth-

Moon System and the Dynamical Stability of the 

Inner Solar System. The Astronomical Journal 116: s. 

2055-2057)

Qısası, Günəş sisteminin quruluşu da insan həyatı 

üçün xüsusi tənzimlənmişdir.

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

27



28

Ən ibtidai canlı belə, təsadüfən əmələ gələ bilməz

Günəş sistemi və Yer kürəsindəki müvazinətlərin təsadüfən əmələ 

gəlməsi mümkün deyil. Hər müvazinət möcüzəvi şəkildə 

saysız-hesabsız ehtimallar arasından ən uyğun və ən 

ideal dəyərdə seçilmişdir. Ən ibtidai canlı orqanizm 

belə təsadüfən əmələ gələ bilməz. Bu mövzunu 

açıqlayan elmi fəaliyyətlərdən biri Nyu-York 

Universitetindən kimya professoru və DNT 

mütəxəssisi Robert Şapironun apardığı 

hesablamadır. Darvinist təkamülçü olan 

Şapiro ibtidai bir bakteriyadakı 2000 növ  

zülalın təsadüfən əmələgəlmə ehtimalını 

hesablamışdır (insan orqanizmində təqribən 

200.000 növ zülal var). Əldə edilən ədəd 

10

40.000



-də 1 ehtimaldır (bu ədəd 1-in yanına 

40 min sıfır qoymaqla əmələ gəlir və kainatda 

bir qarşılığı yoxdur).

İbtidai bir bakteriyadakı 2000 növ zülalın 

təsadüfən əmələgəlmə ehtimalı 10

40.000


-də 1-dir. İnsanda 

isə təqribən 200.000 növ zülal olduğuna görə, belə bir ehtimalı 

ifadə etmək qeyri-mümkündür.

Kardif Universitetindən Tətbiqi Riyaziyyat və Astronomiya 

professoru Çandra Uikramasinqh Şapironun hesablamaları ilə bağlı 

belə demişdir:



“Bu rəqəm (10

40.000

) Darvini və təkamül nəzəriyyəsini 

dəfn etmək üçün kifayətdir. Bu planetdə və ya başqa 

birində əsla (həyatın əmələ gəlməsi üçün) ibtidai 

şorba olmayıb və həyatın başlanğıcı təsadüfən baş 

verməyəcəyinə görə məqsədli bir ağılın məhsuludur”. 

(Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from 

Space, New York, Simon & Schuster, 1984, səh. 148.

 

www.ecazkarcanlilar.com



Düşünən İnsan, Oktyabr 2014

28



Yüklə 436,77 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə