İnsan üçün yaradılan planet: Yer kürəsi Suyun fiziki



Yüklə 436,77 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix18.04.2018
ölçüsü436,77 Kb.
#39101
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

33

Yuxarıda  da  ifadə  edildiyi 

kimi,  atmosferin  və  suyun  işıq 

keçiriciliyinin məhz canlılar üçün 

lazımi  şəkildə  olması  möcüzəvidir. 

Ancaq burada qeyd etməliyik ki, bəzi 

insanlar bu qüsursuz müvazinətin təsadüfən 

əmələ gəldiyini, atmosferin və suyun keçiricilik 

dərəcələrini özlərinin tənzimlədiyini zənn edirlər. 

Əlbəttə, nə su, nə atmosfer, nə də kainatdakı hər hansı 

şüursuz varlıq belə möhtəşəm müvazinəti qura bilər. 

Təsadüf adlanan kortəbii proseslərin bu qədər dəqiq 

hesablamalar apararaq hər şeyi bir-birinə uyğun əmələ 

gətirməsi əsla mümkün deyil.

Kainatda və Yer kürəsindəki hər fiziki qanunda, hər 

müvazinətdə və sistemdə qüsursuz nizam var. Üstəlik, 

insanlar yüz min illərdir bu möcüzəvi hadisələrdən 

xəbərsiz  yaşayıblar,  hələ  yeni-yeni  kainatdakı 

ehtişamın təfərrüatlarını öyrənməyə başlayıblar. 

Yer üzündəki yeganə ağıllı varlıq olan insanın 

qavrayışından üstün olan bu möcüzəvi incəliklər 

Yaradanın varlığının dəlilləridir.

Məhz buna görə, bu ehtişama baxıb Allah`ın 

varlığını görməyən, Onun sonsuz ağlını və elmini 

təqdir etməyən, Allah`ın hər şeyin hakimi olduğunu 

və hər şeyi yenidən yaratmağa qadir olduğunu 

qavramayan insanların mövcudluğu təəccüblüdür.

Maraqlısı  budur  ki,  su  da 

eynilə atmosfer kimi seçib ayırd etməklə 

keçiricilik xüsusiyyətinə malikdir. Suyun içində 

yayılan şüalar ancaq görünən işıqdır. Atmosferdən keçən 

(və istilik verən) yaxın infraqırmızı şüalar suyun içində ancaq bir 

neçə millimetr irəliləyir. Ona görə, Yer kürəsindəki dənizlərdə sadəcə 

suyun səthindəki bir neçə millimetrlik təbəqə Günəş şüaları ilə isinir. Bu 

istilik aşağıya doğru pilləli şəkildə ötürülür. Beləliklə, müəyyən dərinlikdən sonra 

Yerdəki bütün dənizlərin temperaturu bir-birinə çox yaxın olur. Bu isə dənizlərdəki 

həyat üçün uyğun mühit formalaşdırır.

Atmosferin yalnız bizim üçün faydalı şüaları keçirib zərərli şüaların qarşısını alması 

qeyri-adi ayırdedici xüsusiyyətidir. Canlıların həyatına uyğun bu cür ayırdedici xüsusiyyət 

qüsursuz yaradılışın əsəridir.

Həm atmosfer, həm də su yalnız bizim həyatımız üçün faydalı olan şüaların keçməsinə 

izin verir. Uzaq ulduzlardan gələn hər cür zərərli kosmik şüalar mükəmməl dizayn 

olunmuş bu filtrdən keçə bilmir.

Bütün bunlar çox mühüm həqiqətlərdir. İşıqla bağlı hər hansı fiziki qanunu 

təhlil etsək, hər şeyin həyat üçün məhz lazımi xüsusiyyətdə olduğunu görərik. 

Britannika Ensiklopediyasındakı bir izah bunun nə qədər qeyri-adi vəziyyət 

olduğunu göstərir:

“Yerdəki həyatın müxtəlif cəhətləri üçün görünən işığın nə 

qədər əhəmiyyətli olduğunu düşündükdə atmosfer və suyun işıq 

keçiriciliyinin bu qədər dar intervala yerləşdirilməsinə insan 

təəccüblənməyə bilmir”. (Encyclopaedia Britannica, 

1994, 15th ed., 18-ci cild, s. 203)

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

33



34

İkitaylı molyusk

Dövr: Paleozoy erası, Devon dövrü

Yaşı: 410-360 milyon il

Bölgə: Ceferson, İndiana, ABŞ

410-360 milyon ildir eyni olan ikitaylı molyusklar canlıların bir-

birlərindən törədiyini və mərhələli şəkildə inkişaf etdiyini iddia edən 

təkamülçülərə meydan oxuyur. Bu canlılar təkamül keçirməyib 

yaradıldıqlarını göstərirlər.

Daha ətraflı:

www.fosilmuzeyi.com

Düşünən İnsan, Oktyabr 2014

34



35

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

35



36

Dəniz ulduzu

Dövr: Paleozoy erası, Daş kömür dövrü

Yaşı: 360-325 milyon il

Bölgə: Edvarsvil, İndiana, ABŞ

Dövrümüzdəki dəniz ulduzları hansı xüsusiyyətlərə malikdirsə, yüz milyon 

illər əvvəl yaşayan dəniz ulduzlarında da həmin xüsusiyyətlər var. 360-325 

milyon ildir dəniz ulduzlarının eyni olduğunu göstərən bu fosil təkamülçülərin 

iddialarını əsassız edir, canlıların xüsusiyyətləri ilə birlikdə yaradıldığını göstərir.

Daha ətraflı:

www.fosilmuzeyi.com

Düşünən İnsan, Oktyabr 2014

36



37

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

37



38

Dəniz kirpisi

Dövr: Paleozoy erası, Daş kömür dövrü

Yaşı: 306-299 milyon il

Bölgə: ABŞ

Şəkildəki dəniz kirpisi fosili canlıların təkamülü iddiasını əsassız edən çoxsaylı 

nümunələrdən biridir. Əgər təkamülçülərin iddiaları doğru olsaydı, 306-299 

milyon il əvvəl yaşamış dəniz kirpiləri dövrümüzdəki nümunələrindən çox fərqli 

olardı. Ancaq şəkildəki fosildən də göründüyü kimi, bugünkü dəniz kirpiləri ilə 

yüz milyon illər əvvəl yaşamış dəniz kirpiləri arasında heç bir fərq yoxdur.

Daha ətraflı:

www.fosilmuzeyi.com

Düşünən İnsan, Oktyabr 2014

38



39

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

39



40

Orqanizmimizin oksigendən istifadə etməsi 

bu qazın suyun içində həll olma xüsusiyyətindən 

qaynaqlanır. Nəfəs aldıqda ciyərlərimizə daxil 

olan oksigen dərhal həll olaraq qana qarışır. 

Qandakı hemoqlobin adlı zülal həll olmuş oksigen 

molekullarını hüceyrələrə daşıyır. Hüceyrələrdə isə 

xüsusi fermentlər sayəsində oksigendən istifadə 

olunaraq ATF adlanan karbon birləşmələri yandırılır 

və enerji əldə edilir.

Bütün kompleks canlılar bu sistemlə enerji əldə 

edirlər. Əlbəttə, bu sistemin işləməsi oksigenin 

həll olma qabiliyyətindən asılıdır. Əgər oksigenin 

həll olma qabiliyyəti lazımi dərəcədə olmasaydı, 

qana çox az miqdarda oksigen qarışar və bu da 

hüceyrələrin enerji ehtiyacının təmin olunması 

üçün kifayət etməzdi. Oksigenin həddindən artıq 

həll olması isə qandakı oksigen miqdarını artırar 

və oksidasiya zəhərlənməsi baş verərdi.

Qazların suda həll olma dərəcələri bir-birindən 

çox fərqlənir. Ən çox həll olan qaz ilə ən az həll 

olan qaz arasında bir milyon dəfə həll olma fərqi 

var. Demək olar ki, heç bir qazın həll olma dərəcəsi 

eyni deyil. Məsələn, karbon qazı oksigenə nisbətən 

suda 20 dəfə çox həll olur. Bu qədər fərqli həll olma 

dərəcələri arasında oksigenin həll olma dərəcəsi 

məhz bizə lazım olan ölçüdədir.

Oksigenin həll olma qabiliyyəti bir az çox 

və ya az olsaydı, nə baş verərdi?

Əgər oksigen suyun (qanın) içində daha az həll 

olsaydı, qana daha az oksigen qarışar və hüceyrələr 

kifayət qədər oksigen almazdı. Bu təqdirdə, insan 

kimi maddələr mübadiləsi olan canlılar yaşaya 

bilməzdi.  Nə qədər nəfəs alsaq da, havadakı 

oksigen hüceyrələrə kifayət qədər getmədiyi 

üçün mərhələli şəkildə boğulma təhlükəsi ilə 

qarşılaşardıq.

Əgər oksigenin həll olma qabiliyyəti bir az 

çox olsaydı, bu dəfə də oksidasiya zəhərlənməsi 

baş verərdi. Oksigen, əslində, çox təhlükəli qazdır 

və normal həddən artıq qəbul edildikdə canlılara 

öldürücü təsir edir. Qanda oksigen miqdarı artdıqda 

bu oksigen su ilə reaksiyaya girir, nəticədə reaktiv, 

məhvedici maddələr ortaya çıxır. Orqanizmdə 

oksigenin bu təsirini aradan qaldıran kompleks 

ferment sistemləri var. Ancaq əgər oksigen miqdarı 

bir az çoxalsa, bu ferment sistemləri işə yaramaz 

və hər nəfəs aldıqda orqanizmimiz zəhərlənərək 

qısa müddətdə ölümə səbəb olar. Kimyaçı Ervin 

www.elmxeberleri.com

Düşünən İnsan, Oktyabr 2014

40



Yüklə 436,77 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə