İnsan üçün yaradılan planet: Yer kürəsi Suyun fiziki



Yüklə 436,77 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix18.04.2018
ölçüsü436,77 Kb.
#39101
1   2   3   4   5   6   7   8   9   10   ...   16

23

 Ancaq qanın bu qədər dar damarların 

içində tıxanmadan rahatlıqla hərəkət etməsi 

suyun yüksək axıcılığı sayəsində mümkün olur. Prof. 

M. Denton suyun axıcılıq dəyəri az olduğu təqdirdə heç bir qan-

damar sisteminin işə yaramayacağını belə izah edir:

“Bir kapillyar damar sistemi ancaq kanalların içinə nasoslanan maye yüksək 

axıcılıqda olduğu təqdirdə işləyər. Yüksək axıcılıq dəyəri çox önəmlidir, çünki mayenin 

damarın içindəki hərəkəti mayenin axıcılığından asılıdır... Buradan açıq-aydın görünür ki, 

əgər suyun axıcılığı bir neçə dəfə çox olsa, kapillyarlarda qanın böyük təzyiqlə pompalanması 

lazım gələr olar və kapillyar damar sistemi funksiyasını itirər.

Əgər suyun axıcılıq dəyəri az olsa və ən kiçik kapillyarın diametri 3 mikron deyil, 10 mikron 

olsa, onda kapillyarlar kifayət qədər oksigen və qlükoza çatdırmaq üçün əzələ toxumasını demək 

olar ki, tamamilə örtər. Aydındır ki, bu təqdirdə, canlı növlərinin dizaynı qeyri-mümkün olardı və ya 

məhdudlaşardı. Odur ki, suyun həyat üçün əlverişli olması üçün axıcılığı hal-hazırkı dəyərdə olmalıdır. 

(Michael Denton, Nature’s Destiny, s. 35-36)

Başqa sözlə, suyun bütün digər xüsusiyyətləri kimi, axıcılığı da həyat üçün ən ideal dəyərdədir. 

Mayelərin axıcılıq dəyərləri arasında böyük fərqlər var. Ancaq suyun axıcılıq dəyəri tam lazımi ölçüdə 

yaradılmışdır. Hər insan bu məlumatları səmimi və Allah`a üz tutaraq düşünməlidir.

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

23



24

Günəş sisteminin qalaktikadakı yeri

Möhtəşəm müvazinəti və ölçüləri ilə yanaşı, 

Günəş sisteminin Südyolu qalaktikasındakı yeri də 

qüsursuz yaradılışın nəticəsidir. Orbit qalaktikanın 

mərkəzindən çox uzaqda, spiral qollardan kənarda 

yerləşir.

Məlum olduğu kimi, Südyolu qalaktikası 

spiralvarıdır. Spiralvarı qalaktikalardakı ulduzlar 

və göy cisimləri qabarıq yuvarlaq mərkəzi və bu 

mərkəzdən kənara doğru eyni səviyyədə və eyni 

bucaq altında qıvrılan qolları əmələ gətirəcək 

şəkildə yerləşirlər. Mərkəzdən çıxan spiral 

qolların arasında qalan kosmik boşluqda 

bəzi ulduz sistemləri yerləşir, ancaq 

bunların sayı həddindən artıq azdır. 

Bizim Günəş sistemimiz də spiral 

qolların arasında yerləşən nadir 

ulduz sistemlərindən biridir.=

Bəs Günəş sisteminin 

spiral qolların arasında 

olması nə üçün bu 

qədər vacibdir?

Əvvəla, yerləş-diyimiz mövqeyə görə spiral 

qollardakı qazlar və toz-lardan uzaq, təmiz, aydın 

kosmosu görürük. Əgər spiral qollardan birinin içində 

olsaydıq, belə təmiz, aydın kosmosu görməzdik. 

Professor Maykl Denton “Təbiətin taleyi”adlı kitabında 

belə yazır:

Çox təəccüblüdür ki, kainat təkcə bizim həyatımıza 

və bioloji ehtiyaclarımıza deyil, eyni zamanda, bizim 

onu anlamamıza da həddindən artıq uyğundur… 

Günəş sistemimizin bir qalaktik qolun kənarında 

yerləşməsi bizim gecələr göy üzünü tədqiq edərək uzaq 

qalaktikaları görməyimizi və kainatın ümumi quruluşu 

haqqında məlumat əldə etməyimizi təmin edir. Əgər 

qalaktikanın mərkəzində yerləşsəydik, əsla spiralvarı 

qalaktikanın quruluşunu müşahidə edə bilməz və 

ya kainatın quruluşu haqqında məlumat əldə edə 

bilməzdik. (Michael Denton, Nature’s Destiny, s. 262)

Spiral qolların arasında yerləşən ulduzlar normal 

halda yerlərində uzun müddət qala bilmirlər, spiral 

qolların içərisinə doğru cəzb olunurlar. Ancaq Günəş 

sistemimiz son 4.5 milyard ildir qalaktikanın spiral 

qolları arasındakı sabit orbitində varlığını davam etdirir.

Günəş sisteminin Südyolu qalaktikasın dakı yeri 

www.dusuneninsan.net

Düşünən İnsan, Oktyabr 2014

24



25

də qüsursuz yaradılışın 

nəticəsidir.  Günəş  sistemi 

qalaktikanın  içində  fərqli  mövqedə 

yerləşsəydi, Yer kürəsində həyat da olmazdı.

Qalaktikadakı mövqeyimizin sabit olması Günəşin 

“qalaktik ortaq fırlanma radiusu” (galactic co-rotation 

radius) adlanan xətt üzərində yerləşən nadir ulduzlardan 

biri olmasından qaynaqlanır.

Bir ulduz iki spiral qol arasında sabit qalmaq üçün 

ancaq qalaktika mərkəzindən müəyyən məsafədə, 

yəni ortaq dövretmə radiusunda olmalı və məhz 

qalaktika qollarının mərkəz ətrafında fırlandığı sürətlə 

hərəkət etməlidir.(Mishurov, Y.N. and L.A. Zenina. 

1999. “Yes, the Sun Is Located Near the Corotation 

Circle,” Astronomy and Astrophysics, 341: s. 81-85) 

Qalaktikadakı milyardlarla ulduz arasında ancaq Günəş 

bu xüsusi mövqeyə və sürətə malikdir.

Bununla  yanaşı,  spiral  qolların  kənarında 

yerləşdiyimizə görə kainatın ən təhlükəsiz yerindəyik. 

Çünki  ulduzların  sıx  yerləşdiyi  və  bu  səbəbdən 

cazibə qüvvələrinin planetlərin orbitlərinə təsir etdiyi 

bölgələrdən kənardayıq.

Bundan əlavə, ifrat yeni ulduz partlayışlarının 

öldürücü təsirlərindən də uzaqdayıq. Əks təqdirdə, Yer 

kürəsi qalaktikanın başqa bölgələrində 4.5 milyard il 

qədər uzun müddət mövcud olmazdı.

Məhz Günəş sistemimizin xüsusi yaradılması 

nəticəsində canlılar və təbii ki, bəşəriyyət Yer kürəsində 

varlığını davam etdirir. İnsanlar ancaq bu sayədə kainatı 

tədqiq edir və Allah`ın yaratmasındakı bənzərsiz, üstün 

sənəti və hikmətləri görürlər.

Başqa sözlə, kainatın fiziki qanunları kimi Günəş 

sisteminin kosmosdakı yeri də kainatın insan həyatı 

üçün yaradıldığını göstərən açıq-aydın dəlildir.

Günəş sistemindəki həssas müvazinətlər

Kainatdakı həssas müvazinət və nizamı açıq-aydın 

müşahidə etdiyimiz sahələrdən biri də Yer kürəsinin 

yerləşdiyi Günəş sistemidir. Günəş sistemindəki böyük-

kiçik bütün planetlərin bənzərsiz nizamı sistemin 4 

milyard ildən artıq sabit quruluşda olmasını təmin 

etmişdir.

Günəş sistemində 8 planet və bu planetlərin 172 

peyki yerləşir. Bu planetlər Günəşlə aralarındakı 

məsafəyə görə Merkuri, Venera, Yer, Mars, Yupiter, 

Saturn, Uran və Neptun şəklində sıralanır. Günəş 

sistemindəki planetlərin və 172 peykin arasında həyata 

ən uyğun səthi və atmosferi olan yeganə göy cismi Yer 

kürəsidir.

Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan 

təsir  Günəşin  güclü  cazibə  qüvvəsi  ilə  planetin 

mərkəzdənqaçma qüvvəsi arasındakı müvazinətdir. 

Günəş güclü cazibə qüvvəsinə görə bütün planetləri 

cəzb edir, planetlər isə fırlanmaları nəticəsində əmələ 

gələn mərkəzdənqaçma qüvvələri ilə bu cazibədən xilas 

olurlar. Əgər planetlərin fırlanma sürəti bir az yavaş 

olsaydı, onda planetlər sürətlə Günəşə cəzb olunar və 

Günəş tərəfindən böyük partlayışla udulardılar.

Bunun əksi də mümkündür. Əgər planetlər daha 

sürətlə fırlansaydılar, Günəşin cazibə qüvvəsi onları 

saxlaya bilməz və planetlər kosmik fəzaya sovrulardılar. 

Ancaq çox həssas müvazinət qurulmuşdur və sistem bu 

müvazinəti qoruduğu üçün davam edir.

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

25



Yüklə 436,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə