İnsan üçün yaradılan planet: Yer kürəsi Suyun fiziki



Yüklə 436,77 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix18.04.2018
ölçüsü436,77 Kb.
#39101
1   2   3   4   5   6   7   8   9   ...   16

8

Bu təqdirdə, bütün okeanlar donar və Yer kürəsində 

həyat olmazdı.

Havanın sıxlığı

Atmosferin ən əsas xüsusiyyətlərindən biri də nəfəs 

almağımıza imkan verən ideal sıxlığıdır.

Havanın təzyiqi 760 mm civə sütunudur. Sıxlığı 

dəniz səviyyəsində bir litrə bir qramdır. Havanın dəniz 

səthindəki axıcılığı isə sudan 50 dəfə çoxdur. Adi 

rəqəmlər kimi görünən bu ölçülər, əslində, insanın 

həyatı üçün böyük əhəmiyyət daşıyır. Çünki hava ilə 

nəfəs alan canlıların yaşaması üçün atmosferin əsas 

xarakteristik xüsusiyyətləri – sıxlığı, axıcılığı, təzyiqi 

və s. hal-hazırkı ölçülərdə olmalıdır.

Nəfəs alarkən ciyərlərimiz hava müqaviməti 

adlanan qüvvəyə qarşı enerji sərf edir. Hava müqaviməti 

havanın hərəkətə qarşı göstərdiyi sabitlikdir. Ancaq bu 

müqavimət atmosferin xüsusiyyətləri sayəsində çox 

zəifdir və ciyərlərimiz asanlıqla havanı qəbul edib xaric 

edirlər. Bu müqavimətin bir az artması ciyərlərimizin 

işini ağırlaşdırar. Bunu belə bir misalla açıqlaya 

bilərik: şprisin iynəsi ilə su 

çəkmək asandır, ancaq bal 

çəkmək çox çətindir. Çünki 

balın axıcılığı sudan azdır və 

sıxlığı çoxdur.

Əgər atmosferin sıxlıq, axıcılıq, 

təzyiq  kimi  ölçüləri  bir  az  fərqli 

olsaydı, nəfəs almaq bizim üçün iynə 

ilə bal çəkmək qədər çətinləşərdi. “Şprisin 

iynəsi qalın ola bilər”, yəni: “Ağciyər kanalları 

genişlənə bilər”, -deyə düşünə bilərsiniz. Onda 

ağciyərlərdəki kiçik kanallar olmazdı. Bu təqdirdə, 

ciyərlərin hava ilə təmas edən sahəsi kiçilər və 

ciyərlər bədən üçün kifayət qədər oksigen qəbul edə 

bilməzdi. Yəni havanın sıxlıq, axıcılıq, təzyiq kimi 

xüsusiyyətləri mütləq müəyyən ölçüdə olmalıdır. 

Nəfəs aldığımız havanın dəyərləri məhz bu ideal 

ölçüdədir.

Professor Maykl Denton bu mövzu haqqında belə 

şərh verir:

“Əgər havanın sıxlığı və ya sabitliyi bir az çox 

olsaydı, hava müqaviməti artar və hava ilə nəfəs 

alan canlıya ehtiyacı olan oksigen miqdarını təmin 

edən tənəffüs sistemi dizayn etmək qeyri-mümkün 

olardı. Ehtimal olunan atmosfer təzyiqləri ilə oksigen 

miqdarlarını müqayisə edərək həyat üçün uyğun rəqəm 

axtardıqda, çox məhdud intervalla qarşılaşırıq. 

Həyat üçün lazım olan şərtlərin hamısının bu 

kiçik intervalda olması, əlbəttə, qeyri-

adi uyğunluqdur”. (Michael Denton, 

Nature’s Destiny, s. 128.)

Atmosferin  də-yərləri 

təkcə nəfəs almağımız 

üçün  deyil,  mavi 

planetin 

mavi 

qalması üçün də 



vacibdir. Əgər 

atmosfer 

www.dusuneninsan.net

Düşünən İnsan, Oktyabr 2014

8



9

təzyiqi  indiki  ölçüsündən  beşdə 

bir  miqdar  azalsaydı,  dənizlərdəki 

buxarlanma artardı. Atmosferdə yüksək 

miqdara çatan su buxarı Yer kürəsində istixana 

təsiri yaradaraq planetin temperaturunu həddindən artıq 

yüksəldərdi. Əgər atmosfer təzyiqi indiki ölçüsündən 

artıq olsaydı, onda atmosferdəki su buxarının miqdarı 

böyük ölçüdə azalar və Yer kürəsindəki quru ərazilər, 

demək olar ki, tamamilə səhralaşardı.

Ancaq bu ehtimalların heç bir baş vermir, çünki 

Allah Yeri, Günəş sistemini və bütün kainatı qüsursuz 

yaradıb. Yer kürəsindəki bütün müvazinətləri bizim 

həyatımız üçün bir-birinə uyğundur. 

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

9



10

Yer planeti, bildiyimiz kimi, Günəş sisteminin 

bir hissəsidir. Bu sistem kainatdakı digər ulduzlarla 

müqayisədə orta ölçülü ulduz olan Günəşin ətrafında 

fırlanan 8 planetdən və bu planetlərin peyklərindən 

ibarətdir. Yer sistemdə Günəşə ən yaxın üçüncü 

planetdir.

Əvvəlcə, bu sistemin böyüklüyünü qavramağa 

çalışaq. Günəşin diametri Yerin diametrindən 103 

dəfə böyükdür. Bunu bir bənzətmə ilə açıqlayaq: 

əgər diametri 12200 km olan Yeri kürəcik ölçüsündə 

kiçiltsək, Günəş də futbol topundan iki dəfə böyük olan 

kürə olar. Ancaq ən qəribəsi aradakı məsafədir. Həqiqətə 

uyğun model qurmaq üçün kürəcik ölçüsündəki Yerlə 

top böyüklüyündəki Günəşin arasında 280 m məsafə 

qoymalıyıq. Günəş sisteminin ən kənarında yerləşən 

planetləri isə kilometrlərlə uzaqda yerləşdirməliyik.

Ancaq bu qədər nəhəng ölçüdə olan Günəş sistemi 

yerləşdiyi Südyolu qalaktikası ilə müqayisədə çox 

kiçikdir. Çünki Südyolu qalaktikasında Günəş kimi 

və əksəriyyəti ondan böyük olan təqribən 250 milyard 

ulduz var. Bu ulduzların arasında Günəşə ən yaxın 

olanı Alfa Sentavrdır. Əgər Alfa Sentavrı bir az əvvəl 

müqayisə apardığımız modelə, yəni Yerin kürəcik 

böyüklüyündə və Günəşlə Yer arasındakı məsafənin 

www.qizilnisbet.com

Düşünən İnsan, Oktyabr 2014

10



11

280 m olduğu modelə yerləşdirsək, 

onu Günəşdən 78.000 km uzaqda 

yerləşdirməliyik!

Modeli  bir  az  da  kiçildək.  Yeri 

çətinliklə görünən toz zərrəciyi boyda 

edək.  Onda  Günəş  qoz  böyüklüyündə 

olar və Yerdən 3 m uzaqlıqda yerləşər. Bu 

modeldə Alfa Sentavrı Günəşdən 640 km 

uzaqda yerləşdirməliyik. Südyolu qalaktikasında 

aralarında məhz bu qədər böyük məsafələr olan 250 

ulduz var. Spiral formasında olan bu qalaktikanın 

qollarından birində bizim Günəşimiz yerləşir.

 Ancaq  maraqlıdır  ki,  kosmosu  ümumilikdə 

götürdükdə Südyolu qalaktikası da çox kiçik yer tutur. 

Çünki kosmosda başqa qalaktikalar da var, həm də 

təxminlərə görə təqribən 300 milyard qalaktika var!.. 

Bu qalaktikaların arasındakı boşluqlar isə Günəş lə 

Alfa Sentavr arasındakı məsafədən milyon dəfələrlə 

böyükdür.

Göy  cisimlərinin  kosmosda  yerləşməsi  və 

aralarındakı nəhəng məsafələr Yerdə canlı həyatın 

mövcud olması üçün zəruridir. Göy cisimləri arasındakı 

məsafələr Yerdəki həyatı dəstəkləyəcək şəkildə bir çox  

universal qüvvə ilə uyğun hesabla nizamlanmışdır. 

Bu məsafələr planetlərin orbitlərinə, hətta planetlərin 

özünə birbaşa təsir edir. Bu məsafələr daha az olsaydı, 

ulduzlar arasındakı cazibə qüvvəsi planetlərin orbitlərini 

qeyri-sabit edərdi. Bu qeyri-sabitlik isə planetlərdə 

kritik temperatur dəyişikliklərinə səbəb olardı. Əgər 

məsafələr bir az çox olsaydı, supernovalarla kosmosa 

atılan ağır elementlər az yayılar və Yer kimi dağlıq 

planetlər əmələ gəlməzdi. Ulduzlar arasında hazırkı 

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

11



Yüklə 436,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə