İnsan üçün yaradılan planet: Yer kürəsi Suyun fiziki



Yüklə 436,77 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix18.04.2018
ölçüsü436,77 Kb.
#39101
1   ...   8   9   10   11   12   13   14   15   16

54

qüvvəyə elektromaqnit qüvvəsi deyilir.

Atomun nüvəsinin ətrafındakı elektron orbitlərinin 

xüsusiyyətləri atomların öz aralarında hansı rabitələr 

quraraq nə cür molekullar əmələ gətirəcəyini müəyyən 

edir. 


Kainatdakı  dörd  əsas  qüvvədən  biri  olan 

elektromaqnit qüvvəsinin dəyəri daha az olsaydı, 

az miqdarda elektron nüvənin ətrafındakı orbitlərdə 

qalardı. Bu qüvvə bir az çox olsaydı, onda da heç bir 

atom digər atomlarla birləşmək üçün orbitini paylaşa 

bilməzdi. Hər iki halda həyat üçün lazımlı molekullar 

əmələ gəlməzdi.

Güclü nüvə qüvvəsi

Güclü nüvə qüvvəsi atomun nüvəsindəki protonları 

və neytronları birlikdə saxlayan qüvvədir. Bir az əvvəl 

bəhs etdiyimiz kimi, protonlar müsbət elektrik yüklü 

zərrəciklərdir. Elektromaqnit qanununa əsasən, əks 

elektrik yüklü zərrəciklər bir-birlərini cəzb edir, eyni 

elektrik yüklü zərrəciklər isə bir-birlərini itələyir. Yəni 

elektron və protonlar bir-birini cəzb edir, protonlar isə 

digər protonları, elektronlar da elektronları itələyir.

Bir çox atom növünün nüvəsində onlarla proton 

bir-birinə bitişik yerləşir. Təbii olaraq bu protonlar 

birləşən kimi böyük enerji ilə bir-birini itələməli 

və uzaqlaşaraq dağılmalı idilər. Ancaq belə olmur, 

atomun nüvəsindəki protonlar bir-birinə bitişik şəkildə 

dururlar. Çünki onları bir-birinə bir növ yapışdıran və 

elektromaqnit itələmə qüvvəsindən daha güclü olan 

bir qüvvə var: güclü nüvə qüvvəsi.

Güclü nüvə qüvvəsi kainatdakı ən güclü qüvvədir. 

Bu qüvvənin gücünü atom bombalarında, hidrogen 

bombalarında görmək olar. Bu enerjinin mənbəyi 

Günəşin 4.5 milyard ildən bu günə qədər sərf etdiyi 

və bundan sonra da sərf edəcəyi 5 milyard illik 

yanacağa bərabərdir. Güclü nüvə qüvvəsi sabitinin 

ölçüsündə 0.01 azalma və ya artma olsaydı, həyatın 

ən əsas elementi olan karbon mövcud olmazdı. 

Nüvə qüvvəsinin ölçüsündə bir az çox dəyişiklik isə 

bütün fiziki qanunların dəyişməsinə və kainatdakı 

müvazinətin və nizamın alt-üst olmasına səbəb olardı.

Atom nüvəsini birlikdə saxlayan bu güclü nüvə 

qüvvəsi ilə digər universal qüvvə olan elektromaqnit 

qüvvəsi arasındakı nisbət də çox həssas ölçülərlə 

tənzimlənmişdir.

Əgər güclü nüvə qüvvəsi bir az zəif olsaydı, 

yuxarıda bildirdiyimiz kimi, atom nüvəsini təşkil 

edən protonlar birlikdə dayanmaz və elektromaqnit 

qüvvəsinin təsiri ilə bir-birlərini itələyərək kosmosa 

dağılardı. Belə olduqda, nüvəsində 1-dən çox proton 

olan heç bir atom olmazdı. Ona görə, kainatdakı yeganə 

element bir protonlu hidrogen olardı.

Əgər güclü nüvə qüvvəsi elektromaqnit qüvvəsindən 

bir az güclü olsaydı, bu dəfə də kainatda bir protonlu 

atomlar, yəni hidrogen atomları mövcud olmazdı. 

Çünki nüvə qüvvəsi elektromaqnit qüvvəsindən güclü 

olduğuna görə kainatdakı bütün protonlar bir-birinə 

birləşər və bir protonu olan hidrogen atomları əmələ 

gəlməzdi. Bu halda, ulduzlar və qalaktikalar əmələ 

gəlsəydilər də, indiki quruluşda olmazdılar. Açığı, 

əgər bu əsas qüvvələr və fiziki dəyişənlər indiki ölçüdə 

olmasaydılar, heç bir ulduz, ifrat yeni ulduz, planet 

və atom əmələ gəlməzdi. Nəticədə də həyat olmazdı. 

(Michael Denton, Nature’s Destiny: How the Laws 

of Biology Reveal Purpose in the Universe, The New 

York: The Free Press, 1998, səh. 12-13)

www.elmxeberleri.com

Düşünən İnsan, Oktyabr 2014

54



55

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

55



56

www.dusuneninsan.net

Düşünən İnsan, Oktyabr 2014

56



57

Zəif nüvə qüvvəsi

Kainatdakı  digər  əsas  qüvvə  olan  zəif  nüvə 

qüvvəsi  də  həssas  nizamlanmış  ölçüdədir.  Zəif 

nüvə qüvvəsi bəzi subatom zərrəciklərin daşıdığı, 

radioaktiv parçalanmaya səbəb olan qüvvədir. Zəif 

nüvə qüvvəsinin səbəb olduğu radioaktiv parçalanmaya 

misal olaraq neytronların bir proton, bir elektron və 

bir antineytrino əmələ gətirərək parçalanmasını göstərə 

bilərik.


Buradan  da  başa  düşüldüyü  kimi,  atomun 

nüvəsindəki əsas zərrəciklərdən biri olan neytron 

sadaladığımız digər 3 zərrəciyin birləşməsindən əmələ 

gəlir. Zəif nüvə qüvvəsi isə yuxarıda bildirdiyimiz 

kimi, neytronların bu zərrəciklərə parçalanmasına 

səbəb olur. Lakin zəif nüvə qüvvəsinin ölçüsü bu 

prosesi müvazinətdə saxlamaq üçün həssaslıqla 

nizamlanmışdır.

Əgər zəif nüvə qüvvəsi bir az güclü olsaydı, 

neytronlar daha asan parçalanar və kainatda nadir 

hallarda mövcud olardılar. Bu təqdirdə də Biq Bənqdən 

etibarən nüvəsində 2 neytron olan çox az helium 

əmələ gələr və ya heç əmələ gəlməzdi. Məlum olduğu 

kimi, helium hidrogendən sonra ən yüngül ikinci 

elementdir. Lazımi qədər helium olmadıqda isə həyat 

üçün zəruri olan ağır elementlər ulduzların nüvəsində 

hasil edilməzdi. Çünki karbon, oksigen, dəmir kimi 

ağır elementlər helium nüvəsinin nəhəng ulduzların 

mərkəzində bir-biri ilə birləşməsi nəticəsində əmələ 

gəlir. Yəni helium bir növ digər elementlərin quruluş 

vahididir. Ona görə, helium olmasaydı, həyat üçün 

zəruri ağır elementlər əmələ gəlməzdi.

Digər tərəfdən, əgər zəif nüvə qüvvəsi bir az zəif 

olsaydı, Biq Bənq hidrogenin çoxunu, hətta hamısını 

heliuma çevirər və nəticədə ulduzlarda hasil edilən ağır 

metalların sayı həddindən çox artardı. Bu təqdirdə, 

həyat olmazdı.

Zəif nüvə qüvvəsinin həssas ölçüsünü kritik edən 

ünsürlərdən biri də bu qüvvənin neytrino adlanan 

subatom zərrəciklərə təsiridir. Neytrinolar ulduzların 

nüvəsində əmələ gələn və həyat üçün zəruri olan ağır 

elementlərin ifrat yeni ulduz partlayışları ilə kosmosa 

atılmasında əsas rol oynayırlar. Neytrinolara təsir edən 

yeganə universal qüvvə zəif nüvə qüvvəsidir.

Əgər zəif nüvə qüvvəsi daha zəif olsaydı, ifrat yeni 

ulduzlar cazibə sahəsinə düşmədən sərbəst hərəkət 

edərdi. Nəticədə isə ifrat yeni ulduz partlayışı zamanı 

ulduzun xarici təbəqələri ilə kifayət qədər reaksiyaya 

girmədən qaçar, bu da ağır elementlərin kosmosa 

atılmasının qarşısını alardı. Əgər zəif nüvə qüvvəsi 

bir az güclü olsaydı, neytrinolar ifrat yeni ulduzların 

mərkəzlərində cəzb olunub qalar və həyatın quruluş 

vahidi olan ağır elementlər kosmosa atılmazdı.

Pol Devis kainatdakı əsas fiziki qanunların insan 

həyatı üçün ən uyğun şəkildə müəyyən edildiyini, əgər 

kainatdakı qüvvələrin ölçüsü bir az fərqli olsa, kainatın 

fərqli quruluşda olacağını bildirir və belə yazır:

“Böyük ehtimalla,  onu görmək üçün biz burada 

olmayacaqdıq... İnsan kosmologiyanı tədqiq etdikcə 

ağlasığmazlıq daha da artır. Kainatın başlanğıcı 

haqqındakı son kəşflər genişlənən kainatın heyranedici 

həssaslıqla nizamlandığını göstərir”. (Paul Davies. 

The Accidental Universe, Cambridge: Cambirdge 

University Press, 1982, Önsöz).

Biq  Bənqin  böyük  dəlili  olan  kosmik  fon 

radiasiyasını ilk dəfə Robert Uilson ilə birlikdə 

müşahidə edən və 1965-ci ildə buna görə Nobel 

mükafatı qazanan Arno Penzias isə kainatdakı qeyri-

adi nizamla bağlı belə izah verir:

“Astronomiya bizə qeyri-adi hadisəni göstərir: heç 

yoxdan yaradılmış kainat. Həyatın əmələ gəlməsinə 

imkan verən lazımi şərtləri tam təmin edən həssas 

müvazinətlə qurulmuş, bu məqsədə xidmət elən planlı 

kainat”. (Hugh Ross, The Creator and the Cosmos: 

How Greatest Scientific Discoveries of The Century 

RevealGod, Colorado: NavPress, revised edition, 1995, 

səh. 122-123.) 

Kolumbiya Universitetindən nəzəri fizika professoru 

Robert Yastrov (Robert Jastrow) da bu labüd həqiqəti: 

“Fiziklərin və astronomların fikrincə, kainat məhz 

insanın yaşaması üçün çox dar ölçülər intervalında 

inşa edilmişdir. Bu fakt antropik prinsip (anthropic 

principle) adlanır. Mənim fikrimcə, bu, elmin bu günə 

qədər gəldiyi ən metafizik nəticədir”(Jastrow, R. 1978. 

God and the Astronomers. NewYork, W.W. Norton, 

səh. 116) -şəklində ifadə edir.

Buraya qədər ətraflı izah etdiyimiz kimi, kainatdakı 

qüvvələrin həm öz ölçüsü, həm də bir-birlərinə görə 

müvazinəti təsadüflə əsla açıqlanmayacaq qədər 

möcüzəvidir. Kainatda gördüyümüz müvazinətlərin 

ölçüsündə 0.01-0.02 % fərq olmaması bu qeyri-adi 

vəziyyəti göstərir. Üstəlik, bu müvazinətlərin dünya 

əmələ gəldiyi andan bəri heç dəyişməməsi, eyni 

həssas əyarların qorunması, əsla xəta baş verməməsi 

qeyri-adiliyi daha da vurğulayır. Yuxarıdakı elm 

adamlarının da ifadə etdiyi kimi, bütün bunlar kainatın 

“həssaslıqla nizamlandığını” və “həssas müvazinətlə 

qurulduğunu” sübut edir. Əlbəttə, belə möcüzəvi 

müvazinətin təsadüfən, öz-özünə əmələ gəldiyini, 

öz-özünü nizamladığını iddia etmək ağılsızlıq olar. 

Bu qüsursuz müvazinət sonsuz elm və qüdrət sahibi 

Yaradan tərəfindən qurulmuş və nizamlanmışdır.

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

57



Yüklə 436,77 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə