İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə5/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   2   3   4   5   6   7   8   9   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

17 


edirəm ki, 20-ci əsrin əvvəllərində, yəni Cümhuriyyətə qədər, 

Cümhuriyyət  dövründə  və  Cümhuriyyətdən  təxminən  10  il 

sonraya  qədər,  vaxtilə  19-cu  əsrin    əvvəllərində  parçalanmış 

Azərbaycanda  yeni  bir  şüur  formalaşdı.  Bu  şüurun  təməl 

daşında  türkçülük  dayanır.  Burda  türkçülük  dedikdə  söhbət 

yalnız  genetik  soydan  getmir.  Mən  burada  da  türkçülükdən 

danışanda,  təkcə  mən  yox,  rəhmətlik  Əli  bəy  Hüseynzadə, 

Əhməd  bəy  Ağaoğlu  türkçülüyü  qanla,  soyla  bağlamayıblar, 

şüurla  bağlayıblar.  Türkləşmək,  islamlaşmaq  dedikdə,  şüur 

məsələsini nəzərdə tutublar. Sovet dövründə bizim şüurumuza 

yeridiblər  ki,  türkləşmək,  islamlaşmaq  dedikdə,  guya  azsaylı 

etnosları  türkləşdirmək  nəzərdə  tutulub.  Elə  bir  şey  yoxdur. 

Onların dövründə belə şeylər olmayıb. Nəyi demək istəyirəm? 

Axı  indi  yanlış  anlaşılır  ki,  guya  mən  azərbaycanlılığın 

əleyhinəyəm.  Qətiyyən.  Azərbaycanlılıq  əsasən  türk  olan, 

ancaq digər etnikləri də özündə birləşdirən və etniklərə heç bir 

ayrımçılıq  etməyən,  yəni  siyasətdə,  dövlət  qulluğunda 

etməyən bir şüurdur. Türklüyü vaxtilə kürd də qəbil edirdi. O 

mənada  qəbul  etmirdi  ki,  bununla  da  türk  olurdu.  Sadəcə, 

dövlətin, əhalinin aparıcı etnosu olması bir faktdır, reallıqdır. 

Üçrəngli Azərbaycan bayrağının birinci rənginin mavi olması 

hamını  türk  etmək  deyildir.  Sadəcə,  bu  bölgədə  yaşayan 

insanları  vahid  dövlət  halında  birləşdirməkdir.  Mən  o  cürə 

işləmişəm.  Əli  bəy  Hüseynzadəni,  Məhəmməd  Əmin 

Rəsulzadəni də o cürə qəbul edirəm. Ancaq mən hesab edirəm 

ki,  Sovet  dövründə,  xüsusulə  1930-cu  illərdən  conra  o 

birləşdirici amillər tamam başqa yerə, əks istiqamətə yozuldu. 

Xüsusilə,  milli  aydınlarımızı,  bizim  düşünən  beyinlərimizi 

məhv  etdikdən  sonra  bu  baş  verdi.  Təkcə  cismi  yox,  mənəvi 

cəhətdən  o  aydınlarımızı  ya  məhv  etdilər,  ya  da  fikirlərini 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

18 



18 

dəyişdirməyə  məcbur  etdilər.  Ondan  sonra  türkləşməyə, 

islamlaşmağa 

Sovet-Rus 

ideoloqlarının 

baxışları 

ilə 

yanaşılmağa başlandı. İslamlaşmaq olmaz, türkləşmək hamını 



məhv  etməkdir,  mürtəcedir  –  panislamizmdir,  pantürkizmdir. 

Mənim  demək  istədiyim  odur  ki,  mən  qismən,  sizin 

əksəriyyətiniz  isə  əsasən  Sövet  dövründə  yaşamısınız.  O 

ideologiyanın,  o  təhsilin  içindən  keçmisiniz.  Bir  çoxlarınızın 

da  mənə  qarşı,  mənə  qarşı  deyəndə  bu  fikirlərimə  qarşı 

olmağınızı  da  normal  qarşılayıram.  Mənim  məqsədim  budur 

ki, biz nə istəyirik? Biz əlbəttə, sovet dövründəkindən imtina 

etmədən,  amma  Cümhuriyyət  dövründən  başımızın  üzərində 

dalğalanan  üçrəngli  bayrağın  mənəvi  mahiyyətini  dərk 

etməliyik. Yəni bu quru şüarçılıqla, populizmlə və sairlə bağlı 

olmamalıdır.  Mənim  əsas  istəyim  budur.  Biz  70  il  ərzində 

bizim  şüurlarımıza  yeridilən  azərbaycançılıq  anlayışının  da 

(hansı  ki,  o  dövrdəki  azərbaycançılıq  anlayışı  ilə  bağlı 

müəyyən  mənada  istisnalar  ola  bilər),  mahiyyətini  dərk 

etməliyik.  Yeri  gəlmişkən,  bu  zaman  Heydər  Əliyevə  də, 

başqalarına  da  toxunmuşam...  Mən  nəyi  demək  istəyirəm, 

İlham  müəllim!  Bu  mənim  yanaşmamdır,  bu  mənim 

mövqeyimdir. Mən hesab edirəm ki, 70 illik Sovet imperiya-

sından  sonra,  indiki  20  il  ərzində  bizim  şüurumuz  yenə  də 

daha çox sovet təfəkkürünə əsaslanır. Bu təbiidir. Çünki hətta,  

biz yaş baxımından 1920-1930-cu illərin nəsli deyilik. Yəni ən 

azı  bir  nəsil  sovet  dövrünün  nəslidir.  O  insanların  1950-ci 

illərdə  artıq  əsasən,  şüurlarını  dəyişdirdilər.  Məsələn,  İslam 

dininə münasibətdə qurbanlıq bayramı mənfidir və s....”.  

Bu  zaman  müəllifin  sözü  yarımçıq  kəsilmış,  bundan 

istifadə  edən  Elmi  Şura  üzvü,  fəlsəfə  elmləri  doktoru  Adil 



Əsədov bildirmişdir ki, bu məsələlərə münasibətdə əvvəllərlə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

19 


müqayisədə F.Ələkbərovun fikirləri xoşuna gəlməyə başlayıb. 

Onun fikrincə, ancaq müəllifin deməsi ki, Azərbaycanda əsas 

kütlə  türklərdir,  doğru  deyildir:  “Azərbaycanın  əsas  kütləsi 

azərbaycanlılardır,  Azərbaycanın  vətəndaşlarıdır.  Başqa  cür 

ola  bilməz.  Bu  dövləti  də  quranlar,  Azərbaycan 

Cümhuriyyətini də quranlar, buradakı bütün Azərbaycan xalqı 

iştirak  edib.  Həmçinin,  Azərbaycanı  qoruyanda  da  hamı  bir 

yerdə  iştirak  edib,  Azərbaycan  uğrunda  şəhid  olublar.  Bu 

bizim  xalq,  bu  Azərbaycan  xalqıdır.  Bu  bizim  dövlətdir, 

azərbaycanlı  dövlətidir.  Başqa  heç  bir  türkün,  heç  bir 

başqasının dövləti deyildir”.  

Müəllif  isə  A.Əsədovun  xüsuslə,  son  sözünə,  yəni 

Azərbaycanın  türkün  dövləti  olmaması  fikrinə  etiraz  olaraq 

demişdir:  “Azərbaycan  dövləti  ilk  növbədə,  türklük  üzərində 

qurulub.  O  türklük  Sovet  dövründə  mənfi  yerə  yozulmuşdur 

ki,  guya  hansısa  etnikləri  assimilyasiya  etmək  deməkdir. 

Əksinə, Cümhuriyyət  dövründə qeyri-türk etniklərə daha çox 

şərait yaratmışdılar. Ancaq Sovet dövründə nə etdilər? Ən çox 

özünü türk kimi dərk edənlər assimilyasiya oldular. Bu fərqli, 

başqa  şeylərdir.  Bu  gün  də  Azərbaycanın  əsas  kütləsi 

türklərdir...”.  

Müəllif  son  olaraq  onu  da  xatırlatmışdır  ki,  Azər-

baycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  çıxış-

larında  dəfələrlə  XXI  əsrin  Türk  əsri  olacağını  bəyan 

etmişdir.  Bu  monoqrafiyanın  da  əsas  mahiyyətini  dövlət 

başçısının irəli sürdüyü bu amal, bu prinsip təşkil edir.  

Bütün bunlara baxmayaraq İnstitutun Elmi Şurasının 3 

fevral 2014-cü il tarixli iclasında  «Milli ideologiya problemi-

nə  tarixi-fəlsəfi  baxış»  (II  hissə)  adlı  monoqrafiyanın 

müzakirəsindən  bir  neçə  gün  sonra  sonra  müəllifə  həmin 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə