İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə8/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   4   5   6   7   8   9   10   11   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

26 



26 

Qeyd edək ki, bu yaxınlarda Məhəmməd Əmin Rəsul-

zadənin  130  illik  yubileyinin  keçirilməsi  haqqında  Azərbay-

can Respbulikasının Prezidenti İlham Əliyev sərəncam (2013, 

22  noyabr)  imzalamışdır.  Həmin  sərəncamda  bildirilir  ki, 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  banilərindən  biri, 

Azərbaycan  Milli  Şurasının  sədri  Məhəmməd  Əmin 

Rəsulzadə  xalqımızın  müstəqillik  idealının  gerçəkləşdiril-

məsində,  Azərbaycan  tarixi    dövlətçilik  ənənələri  zəminində 

milli  dövlət  quruluşunun  dirçəldilməsində,  milli  istiqlal 

ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmişdir 

[86


b

]. 


Biz  monoqrafiyada  Azərbaycan  milli  ideologiyasının 

mahiyyətini  açmaq  üçün  təkamül  prinsipinə  əməl  edilməsini 

və  bu  zamanı  baş  verən  siyasi-ideoloji  olayların 

dəyərləndirilməsinin  önəmli  olması  ilə  yanaşı,  Azərbaycan 

milli  ideyası  yaranana  qədər  mövcud  olan  və  o,  yarandıqdan 

sonra  da  öz  əhəmiyyətini  itirməyən  milli  ideyaların  ciddi 

şəkildə  təhlil  olunmasını  vacib  hesab  etmişik.  Bu  baxımdan 

monoqrafiyanın ana xəttini, birincisi, islamçılıq, türkçülük və 

müasirlik  ideyalarının  azərbaycançılığın  (Azərbaycan  türkçü-

lüyünün)  yaranmasındakı  rolu  ilə  yanaşı,  onun  mövcudluğu 

dövründə  həmin  ideyaların  hansı  mövqe  tutması  təşkil 

etmişdir.  Bizcə,  bu  gün  əsas  məqsəd  həmin  ideyaları 

dirçəltmək, Cümhuriyyət dövründəki milli şüuru bərpa etmək 

olmalıdır.  Əlbəttə,  milli  şüurun  bərpası  çağdaş  dövrün 

tələblərini  də  nəzərə  alınmaqla  həyata  keçirilməlidir.  Bu 

mənada,  Cümhuriyyət  dövründəki  ideyalarla  çağdaş  dövrün 

tələblərinin  uzlaşdırılması  Azərbaycan  xalqının  milli 

ideyasının əsas meyarı olmalıdır. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

27 


Ona görə də monoqrafiyada öncə islamçılıq, türkçülük 

və  müasirlik  ideyaları,  onların  mənbələri  və  inkişaf  yolları 

ayrı-ayrlıqda  geniş  şəkildə  araşdırılmışdır.  Məsələn, 

monoqrafiyada  islamçılığın  nəzəri  mənbələrinin  göstərilməsi, 

«panislamizm»  və  «İslam  birliyi»  anlayışlarının  şərhinin 

verilməsi ilə yanaşı, bu cərəyanın Azərbaycanda hansı istiqa-

mətlərdə  (mühafizəkar  və  mütərəqqi)  inkişaf  etməsi,  milli 

ideologiyanın  formalaşmasında  hansı  rol  oynaması  tədqiqata 

cəlb  olunmuşdur.  Ən  əsası  odur  ki,  bu  kitabda  ilk  dəfə, 

mühafizəkar  islamçılarla  (Ə.Axundoğlu,  Y.Z.Talıbzadə, 

Q.Qarabəyli  və  b.)  mütərəqqi  islamçılar  (Ə.Ağaoğlu,  Ə.Hü-

seynzadə,  M.Ə.Rəsulzadə  və  b.)  bir-birlərindən  fərqləndiril-

miş, onların «İslam birliyi»ni hansı mənada başa düşmələri və 

bu  mənada  islamlaşmağın  Azərbaycan  milli  ideyasının  – 

azərbaycançılığın yaranmasındakı rolu dəyərləndirilmişdir.  

Monoqrafiyada  azərbaycançılığın  yaranmasında  müs-

təsna  rol  oynayan  türkçülük  cərəyanının  necə  meydana 

çıxması və onun hansı mərhələlərdən keçməsi də geniş şəkildə 

tədqiq edilmişdir. Burada göstərilmişdir ki, türkçülük mədəni 

birlikdən siyasi-ideoloji birliyə qədər  yüksəlmiş, son nəticədə 

romantik  (Turan  birliyi  və  s.)  və  gerçək  türkçülük 

(Azərbaycan  türkçülüyü,  Türkiyə  türkçülüyü  və  s.)  kimi  iki 

önəmli  qola  aryılmışdır.  Xüsusilə,  monoqrafiyada  romantik 

türkçülükdən  (Ə.Hüseynzadə  və  b.)  və  gerçək  türkçülükdən 

(M.Ə.Rəsulzadə  və  b.)  çıxış  edənlərin  mülahizələri  geniş 

şəkildə təhlil olunmuşdur. Eyni zamanda, burada türkçülüyün 

və  Azərbaycan  türkçülüyünün  (azərbaycançılığın)  hansı 

mənada  üst-üstə  düşməsi,  yaxud  da  ziddiyyətli  olmasının 

aydınlaşmasına  cəhd  göstərilmişdir.  Xüsusilə,  kitabda 

türkçülüklə bağlı milli dil məsələsi daim diqqətdə saxlanılmış, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

28 



28 

«türk  dili»  və  «Azərbaycan  dili»  anlayışlarının  Azərbaycan 

türklərinin  dilinin  adını  özündə  nə  dərəcədə  əks  etdirməsi 

araşdırılmışdır.  

Türkçülüyün  Azərbaycan  Respublikası  və  onun  xalqı 

üçün  əhəmiyyətini  dövlət  başçısı  İlham  Əliyev  də  dəfələrlə 

bəyan  etmişdir.  2013-cü  ilin  avqustun  16-da  Azərbaycanın 

Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 

III  Zirvə  toplantısında  İlham  Əliyev  bildirmişdir  ki,  bu 

təşkilatda  təmsil  olunan  xalqları  ortaq  milli-mənəvi  dəyərlər 

birləşdirir:  «Bizim  xalqlarımızı  ortaq  tarix,  mədəniyyət  və 

müştərək  dəyərlər  birləşdirir.  Əsrlər  boyu  bizim  xalqlarımız 

bir-biri  ilə  sıx  əlaqədə  olmuşdur,  əməkdaşlıq  etmişik,  bir 

yerdə yaşamışıq, bir-birimizə dayaq, arxa olmuşuq. Bu gün isə 

müstəqil  dövlətlər  kimi,  biz  bütün  məsələlərdə  bir  yerdəyik, 

bir  yerdə  olmalıyıq.  Hesab  edirəm  ki,  Türkdilli  Dövlətlərin 

Əməkdaşlıq  Şurasının  başlıca  vəzifəsi  xalqlar  və  ölkələr 

arasındakı birliyi daha da möhkəmləndirməkdir» [86

c

]. 


İ.Əliyev  daha  sonra  bildirmişdir  ki,  türkdilli  dövlətlər 

arasında  türk  mədəniyyətinin  birliyi  vacib  məsələlərdən  biri-

dir.  Prezidentin  fikrincə,  türk  mədəniyyətinin  də  əsasında 

ortaq köklərimiz, ortaq bayramlarımız və ortaq dillərimiz çıxış 

edir:  «Bizim  mədəniyyətimiz  bir-birinə  çox  bağlıdır.  Bizim 

köklərimiz  də,  bayramlarımız  da  eynidir,  dillərimiz  də  bir-

birinə  oxşayır.  Yəni,  humanitar  sahə  əməkdaşlığımız  üçün 

əsasdır.  Yəni,  əgər  bu  olmasaydı  yəqin  ki,  əməkdaşlıq  bu 

dərəcədə  inkişaf  etməzdi.  Ona  görə  əlbəttə  ki,  humanitar 

sahələrdə  aparılan  işlərə  çox  böyük  diqqət  göstərilməlidir. 

Mən TÜRKSOY-un fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. 

TÜRKSOY nəinki türkdilli dövlətlərdə, bütün türk diyarların-

da  fəal  iş  aparır  və  beləliklə,  türk  dünyasının  birləşməsinə 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə