İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə10/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   6   7   8   9   10   11   12   13   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

32 



32 

çılıq»  anlayışının  ikili  xarakter  daşıması  məsələsi  tədqiqata 

cəlb  olunmuş,  milli  azərbaycançılıqla  sovet-kosmopolit 

azərbaycançılığın  fərqləndirilməsinin  əhəmiyyətindən  bəhs 

olunmuşdur.  

Ümumiyyətlə,  monoqrafiyada  milli  ideologiya  ilə 

bağlı  Azərbaycan  milli  ideyası  və  Azərbaycan  milli 

ideologiyası, 

azərbaycançılıqla 

bağlı 


milli 

ruhlu 


azərbaycançılıq 

və 


sovet-kosmopolit 

azərbaycançılıq, 

türkçülüklə bağlı romantik və fedaralist türkçülük, islamçılıqla 

bağlı  mühafizəkar  islamçılıq  (islam  fundamentalizmi)  və 

mütərəqqi  islamçılıq  (dünyəvi  islam),  müasirləşməklə  bağlı 

ifrat  qərbçilik  və  yeniləşmə-demokratikləşmə  məsələlərinə 

aydınlıq gətirilməyə çalışılmışdır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

33 


 

Cəmiyyətimizin zehnində Azərbaycan  

istiqlalı fikri yer tutmuş, yerləşmişdir.  

Çünki üçrəngli o məğrur bayraq artıq  

siyasətən hamımızı birləşdirmişdir! 

Məhəmməd Əmin Rəsulzadə 

 

I FƏSİL 

 

XX yüzilliyin əvvəllərində (1900-1920)  

Azərbaycan fəlsəfi fikrində Milli ideya axtarışı 

 

1.1.

 

Milli ideya, onun mahiyyəti və əsas xətləri  

 

Azərbaycan  milli  ideologiyasının  tərkib  hissəsinə  bir 



yox, bir neçə ideya daxildir. Doğrudur, bu ideyalar sıralama-

larına  görə  zaman-zaman  yer  dəyişdirmiş,  hətta  bəzən  milli 

ideyaları qeyri-milli ideyalar belə əvəz etmişdir. Məsələn, Az-

ərbaycan  milli  ideologiyasının  tərkib  hissəsində  dörd  ideya: 

türkçülük, 

islamçılıq, 

müasirləşmək, 

azərbaycançılıq 

arasından  20-ci  əsrin  əvvəllərində  ardıcılıqla  islamçılıq, 

müasirlik, türkçülük öndə olmuşdursa, SSRİ dövründə (1920-

1991)  onları  qeyri-milli  sovet  beynəlmiləlçiliyi  və  «sovet 

azərbaycançılığı»,  müstəqillik  dövründə  (1991-…)  isə  milli 

azərbaycançılıq  əvəz  etmişdir.  Ola  bilsin  ki,  müəyyən 

müddətdən  sonra  yeni  bir  ideya,  məsələn  türkçülük  ideyası 

azərbaycançılığı  üstələyəcəkdir.  Əlbəttə,  bütün  bu  yer 

dəyişmələrin  baş  verməsində  dünyada,  regionda  və 

cəmiyyətin  öz  daxilində  baş  verən  proseslər  mühüm  rol 

oynayır. Yəni heç bir şeyi mütləqləşdirərək demək ki, yox bu 

heç vaxt mümkün ola bilməz, doğru deyildir.  



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

34 



34 

Azərbaycan  milli  ideologiyası  probleminin  mahiyyət-

ini  dərindən  başa  düşmək  üçün,  öncə  milli  ideya  və  milli 

ideologiya  məsələsinə  aydınlıq  gətirməyə  çalışmışıq.  Çünki 

hər  bir  millətin  varlığı  ilk  növbədə,  milli  ideya  və  yaxud  da 

milli ideyalarla bağlıdır. Məhz bir və yaxud bir neçə ideyanın 

sonucu olaraq milli ideologiya yaranır. Ümumiyyətlə, millətin 

həyatında  yalnız  bir  ideyanın  olması  və  onun  əsasında  milli 

ideologiyanın təşəkkül tapması çətindir. Burada ən yaxşı halda 

hansısa milli ideyanın aparıcı rolundan bəhs oluna bilər. Yəni 

istənilən  halda,  milli  ideologiyanın  tərkibinə  bir  neçə  ideya 

daxil olur.  Ancaq burada diqqət yetirləcək əsas məsələ ondan 

ibarətdir  ki,  birincisi,  hər  hansı  millət  üçün  hansı  ideyalar 

önəmlidir.  Yəni  bir  millət  hansı  bir  neçə  ideyanı  milli 

ideologiyanın  tərkib  hisəssinə  qəbul  edir.  İkincisi  isə,  həmin 

ideyalar  arasından  hansı  milli  ideya  aparıcı  mövqeyə  malik 

olur.  

O da istisna deyil ki, zaman-zaman milli ideologiyanın 



tərkibinə  ya  kənardan,  ya  da  cəmiyyətin  öz  daxilindən  yeni 

ideyalar  daxil  olsun.  Çünki  ideologiya  ideya,  yaxud  ideyalar 

haqqında  təlim  olduğuna  görə,  hər  hansı  millət  müəyyən 

zaman kəsiklərində yeni ideya ilə üzbəüz qala bilər. Bu zaman 

yeni ideya və yaxud ideyaların mövcud ideyaların üstündən ya 

bir  dəfəlik  xətt  çəkməklə  (zorakılıqla),  ya  da  müxtəlif 

üsullarla onları kölgədə qoymaqla cəmiyyətin şüurunda özünə 

yer tapması da mümkündür. Bu cür hallar ayrı-ayrı millətlərin 

taleyində dəfələrlə baş vermişdir. Bununla qarşılaşan millətlər 

yeni  ideyalarla  mövcud  ideyalar  arasında  ya  uzlaşdırma 

tapmağa çalışmış, ya yeni ideyanı qəbul etməmiş, ya da onun 

qarşısında  məğlub  duruma  düşmüşlər.  Məsələn,  ruslar  onlara 

kənardan daxil olan marksizmi rus milli ideyasının bir forması 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə