İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə12/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   8   9   10   11   12   13   14   15   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

38 



38 

Türkçülük 

olmuşdur. 

H.Baykaranın 

təbrincə 

desək, 


bütövlükdə  həmin  dövrdə  mübahisələr  «avropalaşmaq,  türk-

ləşmək  və  islamlaşmaq»  ətrafında  getmiş  və  onun  əsasında 

Azərbaycan türklərinin milli azadlıq hərəkatı dayanmışdır [52, 

119].  Bu  xəttin  aparıcı  daşıyıcıları  Əli  bəy  Hüseynzadə, 

Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşı bir tərəfdən 

dini-əxlaqi  keyfiyyətləri,  milli  mənsubiyyəti  sinfi  mübarizə 

adı  altında  inkar  edən  marksist-leninçi  və  qərbpərəst  ifrat 

tərəqqiçilərə,  digər  tərəfdən  isə  hər  cürə  yeniləşmənin  əleyh-

inə  olan  mühafizəkarlara  qarşı  idilər.  Milli  ideoloqlar 

cəmiyyətin həyatında milli, dini-əxlaqi keyfiyyətlərin qorunub 

saxlanılması 

ilə 


yanaşı, 

müsəlman-türk 

cəmiyyətini 

yeniləşməsinin  zəruriliyindən  də  bəhs  edirdilər.  Türkçülüyün 

ideoloqu  Ziya  Gökalp  yazırdı:  «Bu  üç  şəxs  orada  o  zamana 

qədər hakim olan sünnilik və şiəlik anlaşılmazlıqlarını ortadan 

qaldıraraq  türklük  və  islamlıq  fikirləri  ətrafında  bütün 

azərbaycanlıları toplamağa çalışdılar» [88, 29].  

Yeri 

gəlmişkən, 



islamlaşmaq 

və 


türkləşmək 

ideyalarının  tərəfdarları  SSRİ  ədəbiyyatında  milli  burjuaziya 

kimi  qələmə  verilmişdir.  Çağdaş  ədəbiyyatda  isə  milli 

burjuaziyanın 

əvəzinə  daha 

çox 


«milli-demokratik» 

anlayışından  istifadə  olunur.  Ancaq  milli  burjuaziya 

anlayışından fərqli olaraq «milli-demokratik» anlayışı ilə bağlı 

müəyyən bir tərifin, dəqiq təsəvvürün olmamasının nəticəsidir 

ki,  sovet  ədəbiyyatında  Azərbaycanda  «inqilabi-demokratik» 

cərəyanın  tanınmış  nümayəndələri  kimi  təqdim  olunan 

M.F.Axundzadə,  N.Nərimanov,  C.Məmmədquluzadə  və 

başqaları  hazırda  bəzi  ədəbiyyatda    milli-demokratik 

cərəyanın  təmsilçiləri  kimi  qələmə  verilirlər.  Hətta,  qeyd 

olunur  ki,  hazırda  dövlət  müstəqilliyinin  möhkəmləndirilmə-




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

39 


sində, milli ideologiyanın formalaşdırılmasında N.Nərimanov-

un  zəngin  ədəbi,  elmi,  nəzəri-fəlsəfi  irsi  etibarlı  mənbə  kimi 

son dərəcə aktualdır [94, 3]. Bunun əvəzində, SSRİ dövründə 

“pantürkist”  və  “panislamist”  mütəfəkkirlər  kimi  qələmə 

verilib  sosialist  dünyagörüşünə,  fəhlə  sinfinin  inqilabi 

hərəkatına xəyanət etdiklərinə görə tənqid olunan Ağaoğlular, 

Rəsulzadələr,  Topçubaşılar  və  başqaları  [65

a

]  haqqında  hələ 



də, birmənalı olmayan fikirlərə, mülahizələrə rast gəlirik.  

Fikrimizcə,  ciddi  araşdırmalar  aparılmadan,  problemə 

kompleks şəkildə  yanaşılmadan hazırda ayrı-ayrı mütəfəkkir-

lər,  eləcə  də  siyasi-ideoloji  cərəyanlar  haqqında  təsadüfi, 

yersiz mülahizələrin  səsləndirilməsi  doğru deyildir. Xüsusilə, 

bəzi  ədəbiyyatda  həmin  dövrün  bir  çox  aydınlarına 

münasibətdə,  elmi  obyektivlikdən  daha  çox  subyektiv 

yanaşmalara  rast  gəlirik.  Ən  acınacaqlısı  odur  ki,  həmin 

dövrün ziddiyyətlərini aydınlaşdırmaq, bir çox mütəfəkkirlərin 

nədən  təzadlı  mövqelərdən  çıxış  etməsini  aşkara  çıxarmaq, 

mühitin  mürəkkəbliyini  nəzərə  almaq  əvəzinə,  sovet 

ədəbiyyatının  məzmununun  bir  qədər  dəyişilməsi,  yaxud  da 

SSRİ  müəlliflərinin  irəli  sürdüyü  mülahizələrin  doqmatik 

şəkildə  qəbul  edilməsi  halları  ilə  qarşılaşırıq.  Bu  baxımdan 

Milli  Azadlıq  Hərəkatı  uğrunda  mübarizə  aparanların  çar 

Rusiyası  və  SSRİ  ədəbiyyatında  «millətçi»,  «pantürkist», 

«panislamist»  kimi  verilməsi  təəccüblü  olmasa  da,  hazırda, 

ciddi  araşdırmalar  aparılmadan  sovet  dövründə  marksizmin 

qatı  düşmənləri  kimi  qələmə  verilən  həmin  şəxsiyyətlərin, 

əsasən layiq olduqları yüksək mövqelərinin aşağı salınmasına 

cəhd, əvəzində yenidən marksist-leninçi ideoloqların müdafiə 

olunması başa düşülən deyildir. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

40 



40 

Ümumiyyətlə,  hesab  edirik  ki,  SSRİ  dövründə  yeri 

gəldi-gəlmədi  bir  çox  mütəfəkkirlərin  yaradıcılığında  marks-

izmin, ateizmin elementləri «aşkar» edilərək onların bolşevik-

ləşdirilməsi,  ya  da  «inqilabçı-demokrat»  kimi  qələmə 

verilməsi doğru olmadığı kimi, hazırda eyni ənənənin davam 

etdirlərək  səmimi  qəlbdən  marksizm,  yaxud  da  bolşevizmə 

xidmət edənlərin milli məfkurəyə aid edilib  «milli-demokrat» 

adlandırılması da yanlışdır. Sadəcə, qeyd edilə bilər ki, Azər-

baycan milli  ideyası  –  azərbaycançılıq  yaranana qədər, mütə-

fəkkirlərimizdən  bir  qismi  nicat  yolunu  Türk-İslam-Şərq 

mədəniyyətinə  əsaslanan  türkçülük  və  islamçılıqda,  başqa 

qismi  Rus-Avropa-Qərb  mədəniyyətinin  təsiri  altında  ya 

liberal-demokratizmdə,  ya  da  sosial-demokratizmdə  görmüş-

lər. Bütün bunlar ona dəlalət edir ki, millətin varlığı və nicatı 

uğrunda  müxtəlif  ideyalara  üz  tutan,  bəzən  öz  ideoloji 

baxışlarını dəyişərək birindən digərinə keçən Azərbaycan türk 

aydınları  üçün  milli  ideya  xəttini  seçmək,  onun  ətrafında 

birləşmək  heç  də  asan  proses  olmamışdır.  Bu  dövr  o  qədər 

xaotik,  qarışıq  olmuşdur  ki,  bir  çox  aydınlar  uzun  müddət 

islamçılıq,  türkçülük,  müasirlik,  liberalizm,  ittihadçılıq, 

marksizm,  liberal-demokratizm  və  başqa  ideyalar  arasında 

çırpınmış, bir-birinə zidd olan gah bir, gah da digər cərəyana 

üz  tutmuşlar.  Ona  görə  də  ötən  20  il  ərzində  mövcud  olan 

ideyaların saf-çürük edilərək Azərbaycan milli ideologiyasının 

yaranması prosesi heç də asan olmamışdır. 



İslamçılıq,  onun  mahiyyəti  və  əsas  istiqamətləri. 

İslam-Türk-Şərq  mədəniyyətinə  əsaslı  milli  ideyalar  arasında 

ilk olaraq önə çıxan dini birlik - İslam birliyi olmuşdur. Din 

qan-nəsil  (etnos)  birliyinə  əsaslanmasa  da,  ancaq  bir  çox 

millətlərin  varlığında  və  özünü  qorumasında  mühüm  rol 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə