İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə11/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   7   8   9   10   11   12   13   14   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

35 


halına  gətirmiş,  bununla  da  çar  Rusiyasının  yerində  Sovetlər 

Birliyi  imperiyasını  qurmağı  bacarmışlar.  Bunun  eynisini 

onlardan 

öncə 


farslar 

Hind-Avropa 

nəzəriyyəsinin 

yaradıcılarının yardımı ilə etmişlər. Belə ki, farsların bir neçə 

əsr  milli  dövlətləri  olmamış,  yalnız  İslam  dinini  şiəlik  adı 

altında  farsçılıqla-irançılıqla  eyniləşdirdikdən  sonra  İranı  bir 

fars dövləti etməyi bacarmışlar. Almanların əksəriyyəti isə bir 

əsrdə  həm  millətçiliyin  ən  mürtəce  forması  olan  faşizmi-

hitlerizmi  qəbul  etmiş,  həm  də  çox  keçmədən  ondan  imtina 

etmişlər. 

Çar Rusiyası və Qacarlar dövləti arasında gedən müha-

ribələrdən  və  həmin  müharibələrin  nəticəsi  olaraq  bağlanan 

müqavilələrdən (1813-cü il «Gülüstan», 1828-ci il «Türkmən-

çay») sonra iki yerə: Quzey Azərbaycana və Güney Azərbay-

cana parçalanan Azərbaycan türklərinin həyatında da özlərinin 

müəyyənləşdirdikləri  milli  ideyalar  qədər  (türkçülük,  islam-

çılıq,  müasirləşmək,  milli  azərbaycançılıq),  kənardan  daxil 

olan  qeyri-milli  ideyalar  (farsçılıq-irançılıq,  ruslaşdırma, 

marksizm-leninizm və b.) da mühüm rol oynamışdır. Məsələn, 

1925-ci  ilə  qədər  türk  sülaləsinin  idarə  etdiyi  Qacarlar 

dövlətinin devrilməsində və farsların hakimiyyətə gəlməsində 

ilk  növbədə,  Güney  Azərbaycan  türklərinin  İslam  dini  adı 

altında  onların  şüurlarına  yeridilən  şiəçilik-irançılıq  ideyası 

qarşısında yenilmələri olmuşdur. Təxminən 100 ilə yaxın, özü 

də demək olar ki, birtərəfli şəkildə aparılan ideya savaşından 

farsların qalib çıxmasından sonra  Güney Azərbaycan türkləri 

yenidən  milli  ideyalarını,  xüsusilə  türkçülüyü  dirçəltməkdən 

başqa yol görmürlər. 

Quzey  Azərbaycan  türkləri  isə  çar  Rusiyası  və  Sovet 

Rusiyasının işğalı müddətində ruslaşdırma, rus bolşevizmi və 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

36 



36 

sovetləşdirmə kimi kənar ideyaların təsirinə məruz qalmışlar. 

Quzey 

Azərbaycan 



türklərinin 

Güney 


Azərbaycan 

türklərindən 

fərqli 

olaraq 


kənar 

ideyalara 

dirəniş 

göstərməsində,  bunun  da  nəticəsi  olaraq  türkçülük  və 

müasirlik  anlayışlarını  onlardan  öncə  mənimsəmələrində 

Vətənlərinin  iki  yerə  parçlanmasından  sonra  fərqli 

vəziyyətlərdə, mühitlərdə yaşamaları səbəb olmuşdur.  

Bu  mənada,  çar  Rusiyasında  baş  verən  sosial-siyasi, 

iqtisadi dəyişikliklər və inqilablar fonunda müstəmləkə altında 

olan  bir  çox  millətlər  kimi,  şimali  Azərbaycan  xalqı  da  milli 

azadlıq  hərəkatından  kənarda  qala  bilməzdi.  Şübhəsiz,  digər 

müstəmləkə  millətlər  kimi  Azərbaycan  türklərinin  də  milli 

azadlıq  hərəkatının  əsas  özəyində  milli  ideya  və  yaxud  milli 

ideyalar dayanırdı. Çünki müstəmləkəçilikdən qurtulmaq istə-

yən millət ilk növbədə, milli ideya və yaxud milli ideyalarını 

müəyyənləşdirməli idi.  

Təxminən XIX əsrin ortalarından etibarən Azərbaycan 

türk  mütəfəkkirlərindən  bəziləri  (M.F.Axundzadə  və  b.) 

millətin  xilas  yolunun  İslam  dini  əsasında  axtarılmasının 

əleyhinə  çıxıb  daha  çox  yeniləşmək  adı  altında  Qərb 

mədəniyyətinə 

meyil 


göstərdiyi 

halda, 


digərləri 

(A.A.Bakıxanov,  S.Ə.Şirvani  və  b.)  Qərb  mədəniyyətindəki 

müsbət  meyilləri  inkar  etmədən,  ancaq  Türk-İslam 

mədəniyyətindən  möhkəm  yapışıb  ilkin  İslam  və  Türk  adət-

ənənələrini  dirçəltməklə  cəmiyyətin  problemlərinin  həll 

olunmasına inanırdılar. Bununla da, XX əsrin əvvəllərində bu 

mütəfəkkirlərin  sələfləri  arasında  əsasən  qərbçiliyə-

avropalaşmağa 

(M.A.Şahtaxtlı, 

C.Məmmədquluzadə, 

N.Nərimanov  və  b.)  meyil  edənlərlə  yanaşı,  türkçülüyü  və 

islamçılığı  (Türk-İslam  mədəniyyətini)  önə  çəkənlər  (Ə.Hü-




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

37 


seynzadə, Ə.Ağaoğlu və b.) də vardı. Doğrudur, hər iki xəttin 

tərəfdarları  arasında  da  milliliyə  və  qərbləşməyə  meyillər  ol-

muşdur. Ancaq hər iki tərəf bütövlükdə, digər ideyalara müna-

sibətdə tutduqları ideya xətti çərçivəsindən kənara çıxmırdılar. 

Bu  mənada,  Ə.Hüseynzadənin,  Ə.Ağaoğlunun  türkçülük  və 

islamçılıqla yanaşı, müasirləşməyə, hətta sosial-demokratizmə 

bəzən  müsbət  münasibətləri  başa  düşüləndir.  Eləcə  də, 

C.Məmmədquluzadənin,  N.Nərimanovun  Rus-Avropa-Qərb 

xəttinə  üstünlük  vermələrinə  baxmayaraq  türk  kimliyini  və 

türk dilini daim müdafiə etmələrində də qəribə heç nə yoxdur. 

Ancaq  hər  iki  ideya  xəttinin  tərəfdarları  ümumilikdə  millətin 

bu günün və gələcəyini ya Rus-Avropa-Qərb mədəniyyətində, 

ya da Türk-İslam-Şərq dəyərlərində görmüşlər.  

Deməli,  Azərbaycan  xalqı  iki  yerə  parçalandıqdan 

sonra  Quzey  Azərbaycan  türk  mütəfəkkirlərinin  dünya-

görüşlərində iki xətt hakim olmağa başladı: 

1.  İslam-Türk-Şərq  mədəniyyəti  və  ideologiyası: 

islamlaşmaq («islam millətçiliyi»-«İslam birliyi»), türkləşmək 

(osmanlı türkçülüyü-Turan birliyi), müasirləşmək; milli  azər-

baycançılıq 

2.  Rus-Avropa-Qərb  mədəniyyəti  və  ideologiyası: 

qərbpərəstlik  (Qərb  mədəniyyətinin  üstünlüyü),  avropasayağı 

«mollanəsrəddinçilik»,  milli  bolşevizm-sosializm,  sovet azər-

baycançılığı. 



 

1.2.  İslam-Türk-Şərq  mədəniyyəti  və  ideologiyası: 

islamlaşmaq, türkləşmək, müasirləşmək 

 

XX  əsrin  əvvəllərində  Azərbaycan  milli  məfkurəsinin  



müəyyənləşməsində  əsas  ideyalar  çağdaş  ruhlu  İslamçılıq  və 


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə