İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə7/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   2   3   4   5   6   7   8   9   10   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

23 


dini-fəlsəfi  dünyagörüşmüz  ilə  bağlı  milli  konsepsiya 

formalaşmamış,  üstəlik  bu  müddət  ərzində  bir-birinə  zidd 

mülahizələr daha da artmışdır.  

Qeyd  edək  ki,  çağdaş  ədəbiyyatda  milli  ideologiya 

probleminə onlarla kitablar, yüzlərlə məqalələr həsr olunmuş-

dur.  Azərbaycanda  milli  ideologiya  probleminin  bu  və  ya 

digər  dərəcədə  tədqiqatçıları  sırasında  –  Ramiz  Mehdiyev, 

Əfrand  Daşdəmirov,  Səlahəddin  Xəlilov,  Əlikram  Tağıyev, 

Nizaməddin 

Şəmsizadə,  Əbülhəsən  Abbasov,  Nizami 

Cəfərov, Yadigar Türkel, Sona Vəliyeva, İlham Məmmədzadə 

və başqaları var. Bu tədqiqatçılar milli ideologiya və ya milli 

ideya 

kimi 


təqdim 

olunan 


türkçülük, 

islamçılıq, 

azərbaycançılıq  və  başqa  cərəyanları  araşdıraraq  bəzən  üst-

üstə  düşən,  bəzən  də  fərqli  mülahizələr  irəli  sürmüşlər.  Belə 

ki,  bu  araşdırmaçılardan  bəziləri  azərbaycançılığa  (Ə.Daş-

dəmirov,  R.Mehdiyev,  S.Xəlilov  və  b.)  çox  üstünlük  verdik-

ləri  halda,  digər  qismi  türkçülük  və  azərbaycançılığın 

(Ə.Tağıyev,  N.Şəmsizadə,  Ə.Abbasov,  Y.Türkel  və  b.) 

sinergizmindən çıxış etmişlər. 

Fikrimizcə,  XIX-XX  əsrlərdə  Azərbaycanda  gedən 

ideoloji proseslərdə əsas iki xətt: 1. İslam-Türk-Şərq mədəniy-

yəti və ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, 

milli  azərbaycançılıq;  2.  Rus-Avropa-Qərb  mədəniyyəti  və 

ideologiyası:  qərbpərəstlik,  avropasayağı  «mollanəsrəddin-

çilik»,  milli  bolşevizm-sosializm,  sovet  azərbaycançılığı 

olmuşdur.  Bu  ikili  mübarizə  XXI  əsrin  əvvəllərində  də  öz 

aktuallığını  qoruyub  saxlamaqdadır.  Belə  ki,  bu  iki  xəttdən 

hansının  əsasında  milli  ideyanın  müəyyənləşdirilməsi 

müzakirə  obyektidir.  Bizcə,  Rus-Avropa-Qərb  mədəniyyətin-

dən  tamamilə  imtina  etmədən,  ancaq  milli-mənəvi  dəyərlərin 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

24 



24 

əsasında milli ideyanın vacibliyi qaçılmazdır. Monoqrafiyanın 

ana  mahiyyətini  də  bu  ikili  xətt  arasında  gedən  ideoloji 

mübarizə təşkil edir. 

Qeyd  edək  ki,  milli-mənəvi  dəyərlərə  sahib  çıxılması 

və  yaşadılmasının  vacibliyi  Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyev tərəfindən də dəfələrlə səsləndirilmiş-

dir.  2012-ci  il  mayın  25-də  28  may  –  Respublika  Günü 

münasibətilə çıxış edən İlham Əliyev bəyan etmişdir ki, 1918-

ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi bir 

hadisə olmuşdur. Dövlət başçısına görə, Azərbaycan xalqı və 

dövləti  Azərbaycan  Xalq  Cümhuriyyətinin  qurucularının 

xatirəsinə  böyük  hörmətlə  yanaşır.  Bugünkü    müstəqil 

Azərbaycan  da  Azərbaycan  Xalq  Cümhuriyyətinin  varisidir. 

Prezidentin  fikrincə,  yeni  nəsil  də  həmin  dövrdə  yarananan 

dövlətçilik 

ənənələrinə 

sadiq 


qalmalı, 

milli-mənəvi 

dəyərlərimizi  qorumalıdır:  «Azərbaycan xalqı və Azərbaycan 

islam  dünyasının  ayrılmaz  parçasıdır.  Bu,  bizim  tariximizdir, 

bu  günümüzdür,  ənənəmizdir,  milli  identifkasiyamızdır.  Biz 

milli dəyərlərimizə çox sadiqik və bu dəyərlər bizim üçün hər 

şeydən  üstündür.  Dəfələrlə  demişəm  və  şadam  ki,  gənc  nəsil 

də  milli  ruhda  böyüyür,  milli  ruhda  tərbiyə  alır.  Biz 

Azərbaycan  xalqının  zəngin  milli-mənəvi  dəyərlərini, 

ənənələrini qorumalıyıq, təbliğ etməliyik. Hər bir Azərbaycan 

gənci,  hər  bir  Azərbaycan  uşağı  bu  əhval-ruhiyyədə 

böyüməlidir» [86

a

]. 


Bu mənada, ötən bir əsrdə ikili xəttin ətrafında gedən 

ideoloji  proseslər  bugünkü  Azərbaycan  cəmiyyətinin 

həyatında  nəinki  həlledici  rol  oynamış,  eyni  zamanda  onun 

gələcəyini müəyyənləşdirmək, konkret bir milli konsepsiyaya 

əsaslanması  baxımından  da  çox  önəmlidir.  Ancaq  burada, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

25 


xüsusilə fəlsəfə tarixi baxımından əsas problem odur ki, ötən 

əsrdən  bizə  miras  qalan  ideya  və  ideologiyaları  təsdiq  və  ya 

inkar  edərkən,  digər  müəlliflər  hansı  metodologiyadan  çıxış 

etmişlər və biz, nəyi təklif etmişik. 

Bizcə,  milli  və  bəşəri  dəyərlərin  sintezindən  çıxış 

etməklə  yanaşı,  birincinin  müəyyən  üstünlüyünü  önə 

çəkilməlidir. Zənnimizcə, ötən əsrin əvvəllərində Azərbaycan 

milli 


ideoloqları 

(M.Ə.Rəsulzadə, 

N.Yusifbəyli, 

Ə.Topçubaşov  və  b.)  da  məhz  belə  bir  metoddan  istifadə 

edərək,  milli-demokratik  məfkurəyə  əsaslanan  Azərbaycan 

Cümhuriyyətini  yaradarkən  milli  özünəməxusuluğu  heç  vaxt 

arxa  plana  keçirməmişlər.  Bu  Cümhuriyyətin  milli 

ideologiyası  dövlət  bayrağında  da  öz  əksini  tapdığı  kimi, 

türkçülük-milillilik,  müasirlik-dünyəvilik  və  islamçılıq-dini-

mənəvi dəyərlər təşkil etmişdir. Bu üç ideya Azərbaycan milli 

ideologiyasının  mahiyyətini  təşkil  etmiş,  Azərbaycan  Cüm-

huriyyətinin  yaranması  ilə  yeni  bir  ideya  –  azərbaycançılığı 

doğurmuşdu.  Bununla  da,  Azərbaycan  milli  ideologiyasının 

əsasını  artıq  dörd  ideya  xətti:  türk(çülük),  islam(çılıq), 

çağdaş(lıq) və azərbaycan(çılıq) təşkil edir.  

Şübhəsiz,  türkçülük,  islamçılıq  və  müasirliyə 

əsaslanan  azərbaycançılığın  yaranmasında  M.Ə.Rəsulzadə 

mühüm  rol  oynamışdır.  Çağdaş  Azərbaycan  dövlətçiliyinin 

yaranmasında  və  milli  istiqlal  ideyalarının  yayılmasında 

müstəsna  əməyi  olan  M.Ə.Rəsulzadə  ədəbi-ictimai  fikir 

tariximizə də layiqli töhfələr vermişdir. Bütün bunların dövlət 

səviyyəsində  qeyd  edilməsi  də  göstərir  ki,  Rəsulzadə 

Azərbaycan  tarixinin  və  fəlsəfəsinin  dəyərli  milli 

ideoloqlarından biri olmuşdur.   




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə