İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə6/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   2   3   4   5   6   7   8   9   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

20 



20 

iclasın  3  saylı  protokolundan  aşağıdakı  “Çıxarış”  təqdim 

olunmuş  və  həmin  “Çıxarış”ın  qərar  hissəsində  yazılmışdır: 

«f.ü.f.d.  Ələkbərov  Faiq  Qəzənfər  oğlunun  «Milli 

ideologiya  probleminə  tarixi-fəlsəfi  baxış»  (II  hissə)  adlı 

monoqrafiyasında bir sıra ziddiyyətli məqamlar olduğuna 

görə  müəllifə  elmi  seminarda  çıxış  etmək  və  iradlara 

aydınlıq gətirmək tövsiyə edilsin». 

Ancaq institutun Elmi Şurasının həmin qərarına əsasən 

müəllifin dəfələrlə İnstitut rəhbərliyinə müraciətlərinə baxma-

yaraq  elmi  seminar  təşkil  edilməmiş,  bunun  əvəzində  ona 

başqa  bir  seminarda  həmin  məsələ  ilə  bağlı  10-15  dəqiqəlik 

çıxış  etmək  məsləhət  görülmüşdür.  Müəllif  bununla 

razılaşmayanda  və  ayrıca  elmi  seminarın  təşkil  edilməsini 

tələb  etdikdə  institutun  direktoru  İlham  Məmmədzadə 

bildirmişdir ki, əslində Elmi Şuranın 3 fevral 2014-cü il tarixli 

iclasında  o,  monoqrafiyanın  institutun xətti  ilə  nəşrinə  “yox” 

demişdir.  Bu  mənada,  mövcud  “Çıxarış”ın  qərarında  qeyd 

olunması  ki,  “monoqrafiyada  bir  sıra  ziddiyyətli  məqamlar 

olduğuna görə müəllifə elmi seminarda çıxış etmək və iradlara 

aydınlıq  gətirmək  tövsiyə  edilsin”,  bunun  Elmi  Şuranın 

kitabın institutun xətti ilə nəşr olunmaması qərarına aidiyyəti 

yoxdur  və  həmin  qərar  dəyişilməyəcəkdir.  Direktor  qeyd 

etmişdir ki, bu baxımdan müəllifə təqdim edilən “Çıxarış” da 

Elmi  Şuranın  qərarı  öz  əksini  doğru  tapmamışdır.  Həmin 

yanlışlıq  yaxın  günlərdə  düzəldiləcək,  yəni  Elmi  Şuranın 

kitabın  institutun  adından  nəşrinə  razı  olmadığı  ilə  bağlı 

müəllifə  yeni  “Çıxarış”  veriləcəkdir.  Doğrudan  da,  bir  neşə 

gün  sonra  müəllifə  yeni  “Çıxarış”  təqdim  olunmuş  və  orada 

yazılmışdır:  “f.ü.f.d.  Ələkbərov  Faiq  Qəzənfər  oğlunun 

«Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış» (II hissə) 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

21 


adlı  monoqrafiyasında  bir  sıra  ziddiyyətli  məqamlar 

olduğuna görə çapa məsləhət görülməsin”. 

Bununla da, Elmi Şura adından İ.Məmmədzadə «Milli 

ideologiya  probleminə  tarixi-fəlsəfi  baxış»  adlı  kitabın  II 

hissəsinin  institutun  xətti  ilə  nəşr  olunmasının  birmənalı 

əleyhinə  olduğunu  ifadə  etmişdir.  Fikrimizcə,  həm  şöbə 

adından A.Hacıyevanın, həm də institutun Elmi Şurasının 

adından  İ.Məmmədzadənin  bu  cür  qərarlar  qəbul 

etməsinə  əsas  səbəb  monoqrafiyanın  türkçülük  ruhunda 

yazılması  olmuşdur.  Bütün  bunlardan  sonra  müəllif  adı 

çəkilən  kitabının  II  hissəsini  İnstitutun  Elmi  Şurasının  qərarı 

olmadan çap etdirmək məcburiyyətində  qalmışdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

22 



22 

 

XXI əsr türk dünyasının əsri olacaqdır! 



Azərbaycan Respublikasının  

Prezidenti İlham Əliyev  

 

ÖN SÖZ 

 

Mövzunun  aktuallığını  nəzərə  alaraq  kitabın  birinci 

hissəsində  nədən  bu  mövzuya  müraciət  edilməsi,  mono-

qrafiyanın  məqsəd  və  məramlarının  nəzərə  çatdırılmasını  xa-

tırlatmaqla  yanaşı,  bu  bölümündə  də  bəzi  məqamlara  toxun-

mağı zəruri hesab etmişik.  

Azərbaycanda  milli  ideologiyanın  yaranması  və 

formalaşması  haqqında  mövcud  ədəbiyyatda  kifayət  qədər 

ziddiyyətli  fikirlər  verilir.  Bu  məsələ  ilə  bağlı  görüşlərin 

nədən ibarət olması, hansı ideyalar və cərəyanlarda öz əksini 

tapması  bir  çox  hallarda  qeyri-müəyyən  olaraq  qalır.  Bunun 

əsas  səbəblərindən  biri,  çağdaş  ədəbiyyatın  xeyli  qismində 

hələ  də,  sovet  ideologiyasının  qalıqlarının  özünü  büruzə 

verməsidir.  Belə  ki,  sovet  ədəbiyyatında  öz  əksini  tapmış 

ideologiya haqqındakı bilgilər, hazırda bir qədər dəyişdirilmiş 

formada  cəmiyyətə  təqdim  olunur.  Şübhəsiz,  bu,  ciddi 

tədqiqat  işlərinin  aparılması  əvəzinə  sovet  ədəbiyyatının 

məzmununun müəyyən qədər dəyişdirilməsindən, milli fəlsəfi 

fikir  tariximizə  obyektiv  qiymət  verilməsi  zamanı  qarşıya 

çıxan əngəllərdən, başqa sözlə, milli məsələlərə hələ də sovet 

dövrünün 

prizmasından 

yanaşılmasından, 

Azərbaycan 

fəlsəfəsi tarixinə münasibətdə vahid baxışın olmamasından və 

bütövlükdə,  milli  ideologiya  sahəsindəki  boşluqlardan  irəli 

gəlir. Buna da səbəb odur ki, müstəqilliyimizi bərpa etsək də, 

ötən  illər  ərzində  nəinki  tariximiz,  ədəbiyyatımız,  dilimiz, 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə