İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə9/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   5   6   7   8   9   10   11   12   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

29 


xidmət  göstərir.  Mən  çox  şadam  ki,  Azərbaycan  tərəfindən 

irəli sürülmüş təşəbbüs də artıq reallaşır. Türk mədəniyyətinə 

dəstək və Türk  İrsinin  Qorunması Fondunun tezliklə  yaradıl-

ması çox önəmli hadisə olacaqdır» [86

c

].   


Hazırda dünyanın bir çox bölgələrində ciddi problem-

lərin  yaşandığı  bir  dövrdə  Türk  dünyasında  sabitlik  və 

inkişafın hökm sürdüyünü bildirən İ.Əliyev qeyd etmişdir ki, 

bu  uğurlar  Türk  dünyasının  bütövlüyünü    daha  da 

gücləndirəcəkdir:  «Bu  gün  dünyanın  müxtəlif  yerlərində,  o 

cümlədən  əfsuslar  olsun  ki,  İslam  dünyasında  proseslər 

müxtəlif 

istiqamətdə 

gedir, 

qarşıdurmalar, 



vətəndaş 

müharibələri,  digər  xoşagəlməz  hallar  baş  verir.  Bizim 

diyarlarımızda, türk diyarında isə sabitlik, inkişaf hökm sürür 

Bu, böyük nailiyyətdir, böyük sərvətdir. Xüsusilə nəzərə alsaq 

ki,  dünyada  hələ  də  maliyyə  və  iqtisadi  böhran  davam  edir, 

bizim  ölkələrimizin  uğurlu  inkişafı,  ölkələrdə  mövcud  olan 

sabitlik  və  tərəqqi  hesab  edirəm  ki,  xalqlarımızın  böyük 

nailiyyətidir,  dövlətlərimizin  böyük  sərvətidir.  Biz  bu  sərvəti 

qorumalıyıq,  birgə səylərlə qorumalıyıq, inkişaf  etdirməliyik. 

XXI əsr türk dünyasının əsri olmalıdır» [86

c

].  


2013-cü ilin noyabrın 13-14-də Türkiyədə səfərdə olan 

dövlət başçısı İlham Əliyev burada bir daha bəyan etmişdir ki, 

70 il ərzində Azərbaycan və Türkiyə xalqları bir-birindən ayrı 

düşsələr də, xalqlarımızın qəlbində olan sevgini o ayrılıq sön-

dürə  bilməmişdir:  «Azərbaycan  dövlət  müstəqilliyinə  qovuş-

duqdan  sonra  dərhal  Türkiyə  ilə  əlaqə  qurdu.  Türkiyə 

müstəqilliyimizi  tanıyan  ilk  ölkə  olmuşdur  və  o  gündən  bu 

günə qədər biz daim Türkiyənin dəstəyini hiss edirik. Bu, bizə 

əlavə güc verir» [86

d

]. İ.Əliyev daha sonra bildirmişdir ki, bu 



münasibətlərin təməlində türklük dayanır: «Qardaşlıq, dostluq 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

30 



30 

əbədidir, əbədi olacaqdır. XXI əsr türk dünyasının əsri olacaq-

dır. Türkiyə və Azərbaycan bu istiqamətdə liderlik rolunu öz 

üzərinə götürüb və əminəm ki, biz birgə səylərlə gələcəkdə də 

böyük uğurlara imza atacağıq» [86

d

].  



Monoqrafiyada  ilk  dəfə  olaraq,  müasirləşmək  ideyası 

da fərqli yöndən şərh edilərək onun milli ideologiyadakı  yeri 

və  rolu  dəyərləndirilmişdir.  Burada  göstərilir  ki,  hələ  ötən 

əsrin  əvvəllərində  islamlaşmaq  və  türkləşməklə  yanaşı, 

liberal-demokratizmin  tərəfdarları  da  (Ə.Topçubaşı  və  b.) 

olmuş  və  onlar  bunun  Azərbaycan  milli  ideyası  ilə  heç  bir 

ziddiyyət təşkil etmədiyini göstərmişlər.  

Bütün  bunların  yekunu  olaraq  monoqrafiyada  ötən 

əsrin  əvvəllərində  mövcud  olan  və  Azərbaycan  milli  ideolo-

giyasının  əsasını  təşkil  edən  islamlaşmaq,  türkləşmək  və 

müasirləşmək ideyalarının günümüzdə nə qədər aktuallıq kəsb 

etməsi  hərtərəfli  şəkildə  tədqiq  edilmişdir.  Bizə  elə  gəlir  ki, 

hazırda  xüsusilə  bu  «üçlük»lə  azərbaycançılıq  və  modern-

ləşmək ideyaları arasında oxşar və fərqli cəhətlər göstərilməli, 

bu  zaman  çağdaş  dövrün  tələbləri  ilə  yanaşı,  milli-mənəvi 

dəyərlər də nəzərə alınmalıdır.  

Azərbaycan Milli  ideologiyası  problemi  ilə bağlı əsas 

məsələ  yalnız  o  deyildir  ki,  ötən  əsrin  əvvəllərində  mövcud 

olan bu «üçlük» indi nə qədər zəruridir, ya da zəruri deyildir. 

Yəni  bəzilərinə  görə  hazırda  «üçlüy»ün  zəruri  olmadığı, 

digərlərinə  görə  aktual  olduğu  qənaətlərinə  gəlinə  bilər. 

Məsələn,  Ə.Daşdəmirov,  R.Mehdiyev  hesab  edir  ki,  bu  gün 

«üçülük» ötən əsrin əvvəllərində olduğu kimi zəruriyyət kəsb 

etmir, bu mənada azərbaycançılıq ideologiyasında «üçlük»dən 

yalnız istifadə oluna bilər. Yəni  yenidən   «üçlüy»ə  qayıtmaq 

və  onu  milli  ideologiya  kimi  qəbul  etmək  doğru  olmazdı.  




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

31 


Çünki  indiki  dövrün  tələbləri,  imkanları  ilə  həmin  dövrün 

şəraiti xeyli dərəcədə fərqlidir.  

Bu  cür  mülahizələrdə  müəyyən  həqiqət  vardır  və  onu 

irəli sürənlərlə əsasən, razılaşmamaq da mümkün deyildir. Sa-

dəcə,  burada  diqqəti  çəkən  azərbaycançılıq  ideyası  baxımın-

dan  «üçlük»dən  necə  və  hansı  formada  istifadə  olunmasıdır. 

Bu baxımdan, bizcə, hazırda bəzi tədqiqatçılar tərəfindən «üç-

lüy»ün,  xüsusilə  türkçülüyün  azərbaycançılıqdan  az  qala 

tamamilə  fərqli  bir  ideya  kimi  irəli  sürülməsi  doğru  deyildir. 

Əksinə,  «üçlük»lə,  daha  çox  da  türkçülüklə  azərbaycançılıq 

arasında  heç  bir  ziddiyyətin  olmaması,  onların  bir-birini 

tamamlaması mülahizəsi önə çəkilməlidir.  

Monoqrafiyada  Azərbaycan  milli  ideologiyasının 

mahiyyətinin aydınlaşdırmaqdan ötrü milli ideologiya anlayışı 

ilə  yanaşı,  milli  ideyanın  da  nədən  ibarət  olması  araşdırıl-

mışdır.  Hər  halda,  hazırkı  ədəbiyyatda  milli  ideya  və  milli 

ideologiya  məsələlərinin  qarışdırılmasına  tez-tez  rast  gəlirik. 

Bunun  da  nəticəsi  olaraq  əksər  hallarda  azərbaycançılıq  həm 

milli  ideya,  həm  də  milli  ideologiya  kimi  təqdim  olunur.  Bu 

baxımdan əvvəlcə bilməliyik  ki,  Azərbaycan milli  ideyası  və 

Azərbaycan milli  ideologiyası  dedikdə, nəyi  nəzərdə tuturuq. 

Bizcə, ideya bir fikri, təsəvvürü, prinsipi özündə əks etdirdiyi 

halda,  ideologiya  bir  neçə  fikri,  təsəvvürü  və  yaxud  prinsipi 

özündə  cəmləşdirən  baxışlar  sistemidir.  İlk  baxışda,  milli 

ideya  nisbətən  məhdud,  milli  ideolgiya  isə  daha  geniş 

anlayışdır. Ancaq bunun özünə münasibətdə də kifayət qədər 

ziddiyyətlər vardır.  

Kitabın  bu  hissəsində  azərbaycançılığın  mahiyyətinə, 

onun yaranması, formalaşması və inkişaf mərhələlərinə fəlsəfə 

tarixi  baxımından  da  toxunulmuşdur.  İlk  dəfə,  «azərbaycan-




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə