İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə4/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   2   3   4   5   6   7   8   9   ...   66

Ekoloji siyasət daxili və xarici tərəflərin anlaması üçün  kifayət qədər aydın olmalı, onun
tətbiq sahəsi asanlıqla müəyyən edilməlidir. Eyni zamanda periodik olaraq təhlil olunmalı,
dəyişilmiş şərtlərin və yeni məlumatların əks olunması məqsədi ilə ekoloji siyasətə yenidən
baxılmalıdır. Buna görə təşkilatın rəhbərliyinin  ən yüksək səviyyəsi, yəni müəssisənin
fəaliyyətinə cavabdeh olan ayrı-ayrı şəxs və ya qruplar tərəfindən ekoloji siyasət işlənib
hazırlanmalı, vaxtlı-vaxtında yenidən baxılmalıdır [3, s, 19].
Ölkəmizin ən aparıcı şirkətlərindən biri olan Azərbaycan Dövlət Neft Şirkəti öz Ekoloji
siyasətinə əsaslanaraq ekoloji problemlərin həlli yönündə çox əhəmiyyətli işlər görür.  
ARDNŞnin Ekoloji siyasəti sənədinin hazırlanmasından ötrü onun fəaliyyət sahələrində
mövcud  olan  ekoloji  problemlər,  ətraf  mühiti  idarəetmə  sistemi  araşdırılmış;  milli  və
beynəlxalq qanunvericilik (Konvensiyalar, Protokollar, sazişlər və rəhbər sənədlər), tən -
zimləyici qaydalar; AYİBin və Dünya Bankının, Ətraf Mühit üzrə Neft sənayesi Nü-
mayəndələrinin  Beynəlxalq  Assosiasiyasının  (iPiECA)  ətraf  mühitin  idarə  olunması
sahəsində siyasətini əks etdirən rəhbər sənədləri və hesabatları; dünyanın iri neft şirkətlərinin
təcrübəsi; milli və regional ekoloji proqramlar, layihələr öyrənilmiş və təhlil edilmişdir. Ətraf
mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində
qanunvericilikdə, Azərbaycan Respublikasıın qoşulduğu Konvensiyalarda, sazişlərdə və
başqa çoxtərəfli müqavilələrdə dəyişikliklər olduqda, yeni milli və regional proqramlarda
ARDNŞnin iştirakı təsdiqləndikdə Ekoloji siyasətdə dəyişikliklər ediləcəkdir [4, səh-7].
ARDNŞnin Ekoloji siyasətinin əsas məqsədi ətraf mühitin qorunması, ekoloji təhlükə-
sizlik və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində onun praktiki fəaliyyətinin ümumi
istiqamətlərini müəyyən etməkdir: 
-     Keçmişdən miras qalmış ekoloji problemlərin mərhələlərlə həlli yollarını müəyyən
etmək və onların nəticələrini aradan qaldırmaq; 
-   Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunmasını əsas fəaliyyətin
bütün istiqamətlərinə yönəltmək; 
-    Ekoloji qaydaların və standartların tətbiqinə nail olmaq; 
-     ARDNŞnin obyektlərində, müştərək müəssisələrdə və çoxtərəfli müqavilələrdə yeni
layihə ləri həyata keçirərkən ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin
olunması məsələlərinin Ekoloji siyasətə, ən yaxşı təcrübəyə əsaslanmasını təmin
etmək; 
-     Əsas strateji vəzifə kimi yüksək ekoloji və sosial nəticələrə gətirən layihələrin dəstək-
lənməsini yerinə yetirmək [4, s,8].
Ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik, yerüstü və yeraltı ehtiyatlardan istifadə
haqqında qanunlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları ilə tənzimlənir.
Qanunların və tənzimləyici qaydaların tətbiqi və icrasına nəzarət dövlət standartlarına,
mərkəzi icra hakimiyyəti orqanlarının (müvafiq nazirliklərin, dövlət komitələrinin, agent-
liklərinin) normativ təlimatlar və metodiki göstərişlərinə əsasən aparılır  [4, s,13].
səriştəli idarəetmə qərarlarının sayəsində düzgün ekoloji siyasətin hazırlanması müəs-
sisənin uğurlu fəaliyyətinin təminatıdır. Hər bir ekosistem mütəşəkkilliyi mühafizə olunması

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
6


üçün idarə olunmalıdır. Ətraf mühitin mühafizəsini, ekosistemlərin ekoloji sabitliyini təmin
edən prinsip və metodların məcmusu, bunların öncədən planlaşdırılması ekoloji menecmentin
əsas vəzifəsidir. Qeyd etmək lazımdır ki, ekoloji menecment müəssisənin idarə edilməsinin
ən əsas tərkib hissəsidir. Müəssisələr tərəfindən planlaşdırılan ekoloji tədbirlər proqramı
təbiətdən istifadə, ətraf mühitin mühafizəsi sahəsində aparılan ekoloji siyasətə müvafiq, eyni
zamanda müəssisənin fəaliyyət sahəsinə, işlərinin həcminə, maliyyə təminatına uyğun  tərtib
edilir. Ekoloji tədbirlər proqramı müəssisələrin fəaliyyət sferasına görə fərqlənir. 
Keçən yüzilliyin 70-ci illərin sonu 80-ci illərin əvvəlləri ətraf mühitin mühafizəsi və
menecmenti sahəsində qanunvericilik və normativ bazanın yaradılmasına vaxt sərf  edilmişdir.
Lakin qəbul edilmiş yeni ekoloji qanunvericilik ətraf mühitə münasibətdə əhəmiyyətli də -
yişikliyə səbəb olmadı. Birləşmiş Millətlər Təşkilatının 1992-ci il iyun ayında Rio de Janeyro
şəhərində ətraf mühitlə bağlı konfrans çağırışı və keçirməsi ətraf mühitin mühafizəsi və
menecmenti sahəsində sualların həlli üçün beynəlxalq əhəmiyyətli dönüş hadisəsi olmuşdur.
Konfransda 178 ölkənin və 30 beynəlxalq təşkilatın təmsilçiləri iştirak etmişdir. Ətraf mühitin
mühafizəsi və menecmenti sahəsi ilə bağlı sualların həlli üçün cəmiyyətdə gözlənilən ekoloji
böhranın dərk edilməsi baş verdi. Ekoloji problemlərin həlli üçün yeni yolların və yanaşmanın
axtarılmasına ehtiyac yarandı. Müasir şəraitdə belə yollardan biri olaraq dünyada ekoloji
menecment qəbul edilir [5, s,5-6].
Tezliklə, 1992-ci ildə Böyük Britaniyada ekoloji idarəetmə sisteminin ilk standartı Bs
7750 (specification for Environmental Management systems) tətbiq olundu və dərhal ardınca
Beynəlxalq standartlaşdırma təşkilatı – iso (international organization for standardization)
ekoloji menecment sahəsi ilə bağlı yeni iso standartı 14000-in hazırlanmasına başladı. Bs
7750 standartının tətbiqi ilə idarəetmədə ekoloji idarəetmə sistemi kimi yeni bir xətt yarandı.
Ekoloji idarəetmə sistemi – təşkilatın idarəetmə siteminin  ayrılmaz tərkib hissəsi olaraq,
fəaliyyətinin planlaşdırılması və onun həyata keçirilməsi zamanı  ətraf mühitin mühafizəsinin
prioritet məsələlərinə uyğun müasir yanaşmadır. Ekoloji idarəetmə sistemi-istehsal və xidmət
təşkilatları, dövlət idarəetmə orqanları, təhsil müəssisələrində tətbiq edilir, prinsipləri ərazi
və regionların idarə edilməsində yayılmışdır. Ekoloji idarəetmə sisteminin təşkilatın uğurunun
formalaşmasında  qatqısı  budur  ki,  biznesin  bütün  istiqamətlərdə  ekoloji  problemlərinin
qarşısını  almaq  və  həll  etmək  üçün  yanaşmanı  sistemləşdirməyə  imkan  verir.  Ekoloji
idarəetmə sisteminin tətbiqi ilə sertifikatlaşdırmanın nailiyyətini eyniləşdirmək olmaz. Ekoloji
idarəetmə sistemi məsrəfləri azaltmağa, təkcə məhsul və xidmətlərin deyil, bütünlüklə müəs-
sisənin  keyifyyətini  yüksəltməyə,  müvafiq  olaraq  ətraf  mühitə,  həyat  tsikli  boyu    insan
sağlamlığına məhsulun mənfi təsirini azaltmağa kömək olur, bununla da müəssisənin  rəqabət
imkanlarını artırır. Ekoloji idarəetmə sistemi müştərilərin artan tələbatı, ictimai gözləntiləri
ödəyə bilən, rəqabət qabiliyyətli, dayanıqlı, məsuliyyətli biznesin formalaşmasının təməlini
qoyur [6, s,13].
1996-cı ildə yaradılan iso 14001 “Ekologiya İdarəetmə sistemi” standartının məqsədi
müəssisələrə ekoloji idarəetmə sisteminin yaradılmasına köməklik etmək və ekoloji idarəetmə
sisteminin effektivliyinin qiymətləndirilməsi üçün vahid meyarla təmin etməkdir. iso 14001
AZƏRBAYCAN UNİVERSİTETİ
7

İPƏK YOLU 

2/2014


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə