İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə6/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   2   3   4   5   6   7   8   9   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
11

İPƏK YOLU 

2/2014
likasında bazar münasibətlərinə əsaslanana milli iqtisadiyyatın formalaşdırılması məqsədi
ilə həyata keçirilən iqtisadi islahatlarının strateji istiqamətlərindən biri hesab olunur. 
Aparılan məqsədyönlü fəaliyyət nəticəsində, ölkəmizin ümumi iqtisadi inkişafına mühüm
təsir göstərən idxal-ixrac əməliyyatlarının aparılmasına əlverişli şərait yaranmışdır. Ölkədə
yaradılmış iqtisadi sərbəstlik, istehsal münasibətlərində gedən kəmiyyət dəyişilikləri özəl
sektorun tərəqqisi üçün yaradılmış əlverişli mühit nəticəsində, idxal-ixrac əməliyyatlarının
həcmi ilbəil artır. 
Azərbaycanın xarici ticarət dövriyyəsinin coğrafiyası genişdir. Ötən ilin statistik təhlili
göstərir ki, ölkəmiz 2010-cu ildə 130-dən artıq ölkə ilə ticarət sahəsində qarşılıqlı sürətdə
faydalı əməkdaşlıq edərək 28 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları
aparmışdır. Xarici ticarət dövriyyəsinin yarıdan çoxunu (76.4 %) 21.4 milyard ABŞ dollarını
ölkədən ixrac olunmuş mallar və 6.6 milyard ABŞ dollarını isə ölkəyə idxal olunmuş mallar
təşkil etmiş  və bununla da ticarət balansında 14.8 milyard ABŞ dollarlıq müsbət saldo yaran-
mışdır [5. 2011, s. 637-641].
Təhlil göstərir ki, Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında ilk üçlüyü tutan ölkələr
İtaliya, fransa, Rusiyadır. İxracda ilk üçlüyü tutan ölkə İtaliya, fransa və İsrail, idxalda isə
Rusiya,  Türkiyə,  Almaniya  tutur.  İxracda  İtaliyanın  ön  sırada  dayanması  əhəmiyyətli
dərəcədə neft ixracı ilə bağlıdır. son iki-üç ildə neft ixracı reytinqində İtaliya, fransa, İsrail,
ABŞ liderlik edirlər. Ötən il xam neftin 37% - i İtaliyaya,  10% - i fransaya,  9.4% - i İsrailə,
8.8% - i ABŞ –a, 4.3% - i ukraynaya, 4.2% - i  İndoneziyaya, 4.1%-i Xorvatiyaya,  4% –i
Malayziyaya,  2.8%-i  sinqapura  göndərilmişdir.  Ümimilikdə,  isə  2010-cu  ildə    ixrac
əməliyyatlarının  33%  İtaliya, 8.7% fransa, 8.2% İsrail,  7.6% ABŞ, 4.2% ukrayna, 3.7%
Xorvatiya, 3.7% İndoneziya, 3.6% Rusiya, 3.5% Malayziya, 2.4% sinqapur, 21.4 % isə
dünyanın digər ölkələri ilə aparılmışdır (Cədvəl  1)   [5. 2011, s. 643, 689-690].
Cədvəl  1.
2010 – cu ildə Azərbaycan Respublikasının ən əsas ticarət tərəfdaşları
(mln.ABŞ dolları)
Mənbə:  Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi,  2011-ci il.
Xarici ticarət
dövriyyəsi
Payı 
(%-lə)
İxrac
Payı 
(%-lə)
İdxal
Payı 
(%-lə)
İtaliya 7162.4
25.6
İtaliya 7044.1
33
Rusiya 1145.0
17.3
fransa 1992.6
7.1
fransa  1856.5
8.7
Türkiyə 771.4
11.7
Rusiya 1918.5
6.9
İsrail 1744.8
8.2
Almaniya 670.0
9.2
ABŞ 1834.2
6.6
ABŞ  1628.0
7.6
Çin 587.6
8.9
İsrail 1804.2
6.5
ukrayna 888.6
4.2
ukrayna 465.6
7.1
ukrayna 1354.2
4.8
Xorvatiya 787.1
3.7
Britaniya  302.8
4.6
Türkiyə 942.3
3.4
İndoneziya 782.1
3.7
Qazaxıstan 293.5
4.4
Çin 926.5
3.3
Rusiya  773.5
3.6
ABŞ 206.3
3.1
Xorvatiya 789.1
2.8
Malayziya 740.7
3.5
sinqapur 173.9
2.6
İndoneziya 788.5
2.8
sinqapur  510.8
2.4
161.6 
2.4
Cəmi; 27960.8     
100.0
21360.2
100.0
6600.6
100.0



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
12
Məlumatlar göstərir ki, ixracın həcminin artımı həm artım templərini, həm də mütləq
ifadədə idxalın həcminin artımını üstələyir. Bu isə Azərbaycanın tipik enerji daşıyıcıları ixrac
edən ölkəyə çevrilməsi deməkdir. Azərbaycan hələ uzun müddət neft ixracatçısı ölkə olaraq
qalacaqdır. Bunu bir fakt kimi qəbul etməliyik və digər tərəfdən istehsalın yüksək texnoloji
sahələrinin formalaşmasına yönəldilmiş tədbirlərin gücləndirilməsinin zəruriliyini qeyd et-
məliyik.
Qloballaşma şəraitində aparılan tədqiqatlar göstərir ki, Azərbaycan malları üçün əlverişli
və strateji bazarların seçimi probleminin həllində əsas məsələlərdən biri bu sahədə ticarətin
ekspansiyası strategiyasının hazırlanmasıdır. Bununla əlaqədar olaraq bazarın xüsusiyyətləri
o cümlədən alıcıların istehlak xüsusiyyətləri və  coğrafi yaxınlıq inkişaf səviyyəsinin oxşarlığı
və s. bu kimi əlamətləri əsas götürərək Azərbaycan mallarının ixracı üçün əlverişli olan xarici
bazarlara - Rusiya federasiyası, Gürcüstan, Qazaxıstan, Türkiyə və İran bazarlarına aid
edilməsini məqsədəuyğun hesab edirik.
Azərbaycan Avropa Birliyi və ABŞ  kimi yüksək dəyərli böyük həcmli və ənənəvi olmayan
bazarlara çıxış imkanları haqqında isə qeyd etmək olar ki, yaxın müddət ərzində ölkəmizdə
istehsal edilən kənd təsərrüfatı və emal sənayesi məhsullarının geniş miqyasda bu bazarlara
daxil olacağı gözlənilmir. (yalnız bəzi məhsullar, məsələn, təbii şəraitdə yetişdirilən yüksək
keyfiyyətli meyvə şirələri və konservləri istisna olmaqla) [7.s. 82].
Şəkil   2.
Azərbaycanın ixrac potensialının strukturu və əsas mənbələri 
Mənbə; T.S.Əsgərova “Keçid iqtisadiyyatı şəraitində Azərbaycanın ixrac siyasəti” adlı
dissertasiya.  ADİU.  82 s.


AZƏRBAYCAN UNİVERSİTETİ
13

İPƏK YOLU 

2/2014
Azərbaycan  Respublikası xarici iqtisadi əlaqələr sistemində xarici  ticarət  əhəmiyyətli
yerə malikdir və bu ölkənin xarici ticarət potensialının genişliyi  ilə izah olunmaqla, əsasən
mineral məhsullar (neft və neft məhsulları, təbii qaz) müxtəlif  sənaye  malları  (kimya plastik
kütlələr), maşın və  mexanizmlər, az qiymətli  metallar və onlardan hazırlanmış məmulatlar,
hazır yeyinti məhsulları (alkoqollu və alkoqolsuz  içkilər, sirkə,  tütün), heyvan və   bitki
mənşəli piylər və yağlar, balıq məhsulları, gön dəri xammalı, toxuculuq materialları və mə-
mulatları, incəsənət əsərləri, antikvariat və s. məhsullarla ifadə olunur.
Azərbaycan ixrac potensialı  strukturu  yuxarıdakı cədvəldə aydın göstərilmişdir.
Lakin bu  potensialın  prioritetlərinə gəlincə demək olar ki, bir çox sahələri əhatə edir.
Azərbaycan ixrac potensialının prioritetləri aşağıdakı sahələri həyata keçirməklə ixrac siyasə-
tini yaxşılaşdıra bilər [ 6.s. 128-139].
1. Kənd təsərrüfatı məhsulları;
2. Maşınqayırma sənayesi;
3. Kimya və neft kimya sənayesi; 
4. Yüngül sənaye;
5. Emal və yeyinti sənaye.
Bildiyimiz kimi, Azərbaycan bir neçə kənd təsərrüfatı məhsullarını ixrac edir. Lakin bir
çox sahələrdə imkanlar mövcuddur. Bir neçə sahədə də ixracı təşkil etməklə ixrac mövqeyini
yaxşılaşdırmaq olar.
Azərbaycanın ixrac potensialının prioritet sahələrdən biri kimi maşınqayırma sənayesini
göstərmək olar. Azərbaycan güclü maşınqayırma sənayesinə malikdir. Respublikada maşın-
qayırma sənayenin əsas sahələri bunlardır: qazma dəzgahlar, neft sənayesi üçün tələb olunan
bütün avadanlıqlar - nasoslar, qaldırıcı kranlar və s. Göründüyü kimi bu əmtəələrin əksəri
müasir dövrdə beynəlxalq bazarlarda yüksək tələbə malik olan məhsullardır. Lakin müəs-
sisələrimiz həmin əmtəələrə olan daxili tələbi də ödəyə bilmir.
Respublikamızın ixrac prioritetləri sahələrindən biri də kimya və neft kimya sənayesidir.
sənayenin əsas hazır məhsulları - mineral gübrələr, plastik pəncərə və qapılar, sintetik
yuyucu maddələr və s. sahələri inkişaf etdirib daxili tələbi ödəməklə, həm də dünya bazarına
ixrac etmək olar.
Respublikamızın ixrac potensialının prioritet sahələrindən biri də  yüngül sənayedir. Azər-
baycanın yüngül sənaye üzrə malik olduğu üstünlüklər yüksəkdir. Azərbaycanın bu sahə
üzrə əmək resursları, həm boldur, həm nisbətən ixtisaslı, həm də ucuzdur. Ölkəmiz bu sahə
üzrə zəruri olan bütün növ təbii və sintetik xammala tələbatı yerli istehsal hesabına tam
ödəmək imkanına malikdir. Azərbaycan yüngül sənayenin bütün istiqamətlərində xüsusi ilə
aşağıdakı əmtəələrin istehsalı və ixracı üzrə ixtisaslaşa bilər: yun ipək, sintetik, liflərdən
bütün növ toxuculuq,  trikotaj məmulatları, ayaqqabı, palto, çanta və s. 
Respublikamızın ixrac potensiallı sahələrindən biri də emal və yeyinti sənaye sahələridir.
Elmi - texniki tərəqqinin ən son nailiyyətlərindən istifadə etməklə iqtisadiyyatın müxtəlif
sahələrinin emal sənayesinin təşkil etmək olar.Yeyinti sənayesinin də inkişaf etdirilməsi ən
mühüm sahələrdən biri hesab olunur.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə