İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə7/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   2   3   4   5   6   7   8   9   10   ...   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
14
İxrac potensialını səciyyələndirən məhsullar içərisində elələri də vardır ki, təbii olaraq on-
ların analoqları  əksərən yüngül və yeyinti sənayesi malları, maşın və avadanlıqlar və yüksək
texnoloji istehsal məhsulları milli bazarda məhsul çeşidi və keyfiyyətini artırmaq istehlakçı
tələbini daha dolğun ödəmək məqsədi ilə həm də idxal edilir. 
NƏtİCƏ 
Azərbaycan  Respublikasının  ixrac  potensialının  prioritetləri  adlı  elmi  işdə  aparılan
tədqiqatlar göstərir ki, Azərbaycanın ümumilikdə xarici ticarətinin inkişafına mənfi təsir edən
ilkin amillər sırasında əsasən,  dünya təsərrüfatı ilə iqtisadi əlaqələrinin yüksək olmamasını,
iqtisadi əməkdaşlıq formalarının lazımi səviyyədə diversifikasiya olunmamasını, iqtisadiy -
yatın ümumi strukturunda hasilat sənayesinin xüsusi çəkisinin yüksək olması və aqrar sek-
torun investisiya tələbatının tam ödənilməməsini göstərmək olar.
Ümumilikdə, ölkənin ixrac potensialı ayrı-ayrı istehsal sahələrinin potensialının məcmusu
şəklində  deyil,  onların  əmək  bölgüsünün  dərinləşməsi  və  istahsalın  ixtisaslaşması  ilə
müəyyənləşən üzvü şəklində çıxış edir. onun ölçüsü əhəmiyyətli dərəcədə çoxsaylı amillərlə
(əmək, xammal, material və digər resurslarla) müəyyən edilir. Ümumiyyətlə, ölkəmizdə ixrac
potensialının  stimullaşdırılması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədə mü-
vafiqdir.
- Xarici ticarətlə bağlı olan prioritet sahələrə məqsədyönlü investisiya proqramlarını
işləyib hazırlamaq;
- Lizinqi inkişaf etdirmək;
- İxracın ümumi həcmində hazır məhsulların xüsusi çəkisinin yüksəldilməsi; 
- İxracın dövlət həvəsləndirilməsi sisteminin formalaşdırılması;
- İnhisarlar ilə sənayenin prioritet sahələri arasında qarşılıqlı əlaqələri tənzimləmək;
- Xarici bazarlara yiyələnməkdə milli şirkətlərə təşkilati-texniki yardım göstərmə me -
xanizmini tətbiq etmək və ondan səmərəli istifadə etmək;
- İqtisadi zonaların müxtəlifliyi kimi xüsusi ixrac yönümlü və elmi texniki zonalarının
yaradılması.
Qloballaşma şəraitində aparılan tədqiqatlar göstərir ki, Azərbaycan malları üçün əlverişli
və strateji bazarların seçimi problemin həllində əsas məsələlərdən biri bu sahədə ticarəti
ekspansiyası strategiyasının hazırlanmasıdır. Azərbaycan mallarının ixracı əlverişli xarici
bazarlara Rusiya federasiyası, Gürcüstan, Qazaxıstan, Türkiyə, İran  bazarlarına aid etməyi
məqsədə müvafiq hesab edirik. Aparılan araşdırmalar iki səbəbi izah etməyə imkan verir.
Birincisi, Azərbaycan məhsullarını ixrac etmək üçün yuxarıda qeyd etdiyimiz kimi yaxın
xaricdə bir çox tanış bazar imkanları. Deməli, istehsalçılar və ya ticarətçilər üçün yaxın xa -
ricdəki ənənəvi bazarlarda fəaliyyət göstərmək daha rahat və asan görünə bilər.
İkinci səbəb odur ki, ABŞ və Avropa Birliyi kimi bazarlarda yüksək standartlar tətbiq
edilir, eyni zamanda bu bazarlarda professional marketinq fəaliyyəti aparmaq zəruridir. Lakin
ölkə istehsalçılarının və ya ticarətçilərinin daxili bazarlardakı fəaliyyətinin belə bir tələblərə
uyğunluğu aşağı səviyyədədir. Buna görə də böyük həcmli olmaqla bərabər yüksək səviyyəli


AZƏRBAYCAN UNİVERSİTETİ
15

İPƏK YOLU 

2/2014
rəqabətin  də  olduğu  İEÖ-in  bazarlarında  fəaliyyət  göstərmək,  hazırki  şəraitdə  ölkə  is-
tehsalçıları üçün çətin məsələdir.
Ədəbiyyat:
1. vəliyev D.Ə. Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası. Bakı, Adiloğlu nəşriy -
yatı, 2008 , 428 s.
2. vəliyev D.Ə.Qloballaşma şəraitində Azərbaycanın dünya maliyyə bazarlarına inteq -
rasiyası təmayüllər problemlər perspektivlər. Bakı Azərbaycan universiteti nəşriyyatı  2006,
239 s.
3. Ə.H.Ələkbərov M.Ə.vəliyev s.M.Məmmədov Beynəlxalq iqtisadi münasibətlər. Bakı
Çalışoğlu  2010, 648 s
4. M. Məmmədov Azərbaycanın Beynəlxalq iqtisadi münasibətlərinin bəzi məsələləri.
Bakı 2008,  246 s.
5. Azərbaycan Respublikasının statistik göstəriciləri 2007, 728 s. 2008,774 s. 2010, 840
s. 2011,848 s.
6. Abbasov  Ç. M   Azərbaycanın   dünya  iqtisadiyyatına  inteqrasiya  yolları  Bakı  Elm
2005,  252 s.
7. Əsgərova  T.s. Keçid  iqtisadiyyatı  şəraitində  Azərbaycanın  ixrac  siyasəti  disser-
tasiyası.  ADİu  2007, 170 s.
Abstract
PRIORItIES OF tHE EXPORt POtENtIAL
OF AZERBAIJAN REPUBLIC
Fariz AGAyEv
Ph.D. student of Institute Economics, ANAS
Reviewer: Doctor of economics, prof. Dunyamali valiyev
Keywords:  system of world economy,  global trading system, diversification of exports,
expansion of  trade, export potential
it has been shown in the article that determination of export policy in the conditions of
transitional economy is decisive for formation of national economy, protection against for-
eign influence and provision of economic security. in the conditions of transitional economy
and during the period of liberalization of economic activities of   foreign origin and extension
of economic openness in Azerbaijan, implementation of systematic and optimal policy for
protection and promotion of export is highly important from this point of view.


Резюме
ПРИОРИТЕТы ЭКСПОРТНОГО ПОТЕНцИАЛА
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ
Фариз АГАЕВ
Докторант Института Экономики, НАНА
Отзыв: д.э.н. Дуньямалы Велиев
Ключевые слова: система мировой экономики, глобальной  торговой системе, ди-
версификация экспорта, расширение торговли, экспортный  потенциал
В статье говорится, о том, что в условиях переходной экономики правильная орга-
низация экспортной политики  играет решающую в роль в формировании националь-
ной экономики, в защите  от воздействия внешней конкуренции, а также в обеспечении
экономической безопасности страны. С этой точки зрения, активизация внешнеэко-
номической деятельности Азербайджана и расширение открытости экономики  тре-
бует проведения последовательной и оптимальной политики.

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
16


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə