İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə5/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   2   3   4   5   6   7   8   9   ...   66

standartı müxtəlif sənaye müəssisələri tərəfindən istifadə oluna bilər və yerli tələb və şərtlərə
uyğunlaşa bilər. 2004-cü ildə iso 14001 standartının yeni seriyası yaradılmışdır [7].
Hazırda dünyanın hər yerində Ts EN iso 9001 “keyfiyyət idarəetmə sistemi”, Ts EN
iso 14001 “ekologiya idarəetmə sistemi” və Ts 18001 oHsAs “əməyin mühafizəsi və təh-
lükəsizliyi”  beynəlxalq standartlarının tətbiqinə önəm verilir. Beynəlxalq standartlaşdırma
təşkilatı bu standartların təkminləşdirilməsi yolunda davamlı çalışır. Keçən əsrin sonlarından
başlayaraq bu yolda aparılan əhəmiyyətli fəaliyyət nəticəsində  XXi əsrdə ekloloji menec-
ment özünün yüksək inkişaf mərhələsinə çatmış və dünya üçün təhlükə yaradan ekoloji prob-
lemlərin qarşısı alınmışdır.
Ədəbiyyat:
1. Белов Г.В. Экологический менеджмент предприятия. Учеб. пособие. - М.:  Логос,
2006. - 240 с
2. Н.В.Пахомова ,А.Эндрес, К.Рихтер. Экологический менеджмент . СПб.: Питер, 
2003. – 544с. 
3. Конык О.А. Экологический менеджмент и экологическое аудирование. Учебное
пособие. – Сыктывкар: СЛИ, 2013. – 107с.
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti  Ekoloji siyasət. Bakı – 2008.-40 s
5. Л.В. Купреева, П.С. Серенков Системы экологического менеджмента: разработка,
внедрение и функционирование: Учебное пособие – Мн.: БНТУ, 2004. – 120 с.
6. С.Ю. Дайман, Т.В. Островкова, Е.А. Заика, Т.В. Сокорнова Системы экологиче-
ского менеджмента для практиков . —М.: Изд:во РХТУ им. Д.И. Менделеева, 2004. —
248 с
7. http://edu.dvgups.ru/METDoC/ENf/BGD/EKoL/uMK_Do/LEK/4/iso14001.pdf
Учебное пособие по стандарту iso 14001:2004  с комментариями
Abstract
tHE DEvELOPMENt OF ENvIRONMENtAL MANAGEMENt
Gunel yUSIFOvA
Ph.D. student of Azerbaijan University
Reviewer: Ph.D. of economics vuqar Nazarov
Key words: Environmental policy; Environmental management; Environmental Policy
instruments; environmental management system; iso 14001
The article addresses to one of the global problems - environmental problem and activities
on its solution, difficulties faced since the establishment of the environmental science, gen-
eral issues on preparation of the environmental policy, corporate environmental policy in
our country, standardization in environmental management, the establishment of iso 14001
“environmental management system” standard by international organization for standar -
dization and its application, and development process of environmental management system. 

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
8


Резюме
РАЗВИТИЕ ЭКОЛОГИЧЕСКОГО мЕНЕДЖмЕНТА
Гюнель  ЮСИФОВА
Диссертант Университета “Азербайджан”
Отзыв: к.э.н. Вугар Назаров
Ключевые слова: экологическая политика; экологический менеджмент; инстру-
менты экологической политики;  система экологического менеджмента; iso 14001
В статье показаны проблемы и решения глобальных экологических задач стоящих
перед обществом и нефтяными компаниями, основные моменты при разработке эко-
логической политики компаний, стандартизация и сертификация экологического ме-
неджмента,  роль  экологического  менеджмента  и  его  развитие  в  применении
международного стандарта iso 14001.
AZƏRBAYCAN UNİVERSİTETİ
9

İPƏK YOLU 

2/2014



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
10
AZƏRBAyCAN RESPUBLİKASININ İXRAC 
POtENSİALININ PRİORİtEtLƏRİ
Fariz AĞAyEv
AMEA-nın İqtisadiyyat İnstitutunun doktorantı
Rəyçi: İqtisad üzrə elmlər doktoru Dünyamalı vəliyev
Açar sözlər: dünya  təsərrüfatı sistemi, qlobal ticarət sistemi, ixracın diversifikasiyası,
ticarətin ekspansiyası,  ixrac potensialı 
Giriş. Məqalədə  göstərilir  ki,  keçid  iqtisadiyyatı  şəraitində  ixrac  siyasətinin  düzgün
müəyyən edilməsi milli iqtisadiyyatın formalaşmasında, onun xarici rəqabətin  təsirindən
qorunması və iqtisadi təhlükəsizliyinin təmin olunmasında  həlledici əhəmiyyət kəsb edir.
Bu baxımdan keçid iqtisadiyyatı şəraitində Azərbaycanda xarici iqtisadi fəaliyyətin liberal-
laşdırıldığı və iqtisadiyyatın açıqlığının genişləndirildiyi bir dövrdə ixracın himayə edilməsi
və həvəsləndirilməsi istiqamətində ardıcıl və optimal siyasətin həyata keçirilməsi mühüm
əhəmiyyət kəsb edir.
XX  əsrin sonunda Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra keçid dövrünü
yaşayır və bu keçid dövrünün məzmunu təsərrüfatçılığın inzibati amirlik sistemindən bazar
sisteminə keçməsinə əsaslanan yeni bir iqtisadi sistemin qurulmasıdır. Dövlətin strateji kur-
sunu da məhz bu məzmun milli iqtisadiyyatın bazar prinsipləri əsasında formalaşması is-
tiqamətində aparılan məqsədyönlü addımlar təşkil edir.
Milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulmasının prioritetli istiqamətlərindən
biri respublika iqtisadiyyatının dünya iqtisadi sisteminə sıx inteqrasiyasının təmin edilməsidir.
Çünki bazar iqtisadiyyatının formalaşmasında, dünya təcrübəsinin öyrənilməsi belə bir qə-
naətə gəlməyə imkan verir ki, Azərbaycan Respublikasında kamil milli iqtisadiyyatının for-
malaşması  və  sistemli  şəkildə  inkişafı  daxili  imkanlarla  deyil,  həm  də  xarici  amillərlə
beynəlxalq  iqtisadi  əlaqələrin  formalarından  biri  kimi  qəbul  edilən  beynəlxalq  ticarət
əlaqələrindən istifadə edilməsi ilə müəyyən edilir [1.s-97-109 ].
Dünya təsərrüfatı sisteminin bütövləşdiyi və beynəlxalq iqtisadi  münasibətlərin qlobal-
laşdığı müasir dövrdə milli iqtisadiyyatın formalaşması və inkişafı prosesində qarşıya çıxan
problemlərin uğurlu həlli, əhəmiyyətli dərəcədə inkişafı xarici iqtisadi fəaliyyətin məqbul
vasitələrlə genişləndirilməsi və inkişafı hesabına ölkə iqtisadiyyatı dünya təsərrüfat sisteminə
fəal sürətlə qoşulur. Dövlətlər bir tərəfdən özlərinin müvafiq ehtiyyatları olmadıqları halda
belə cəmiyyətin tələbatını daha dolğun şəkildə ödəmək, iqtisadiyyatın səmərəli strukturunu
formalaşdırmaq, müasir texnika və texnologiya əldə etmək, mütərəqqi təsərrüfatçılıq və
idarəçilik metodlarını mənimsəmək və s. bu kimi mühüm problemləri həll etmək, digər
tərəfdən isə özlərinin beynəlxalq əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq
imkanlarından əldə etmiş olurlar [ 3.s. 15-22 ]. 
Məhz buna görə də xarici iqtisadi fəaliyyətin inkişaf etdirilməsi və bu əsasda iqtisadiyyatın
dünya təsərrüfatı sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunması son dövrlərdə
dövlət müstəqilliyini əldə etmiş postsovet ölkələrində,  o cümlədən Azərbaycan Respub-


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə