İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


Mikroiqtisadiyyat fənni nəyi öyrənir?



Yüklə 50,56 Kb.
səhifə3/21
tarix11.05.2022
ölçüsü50,56 Kb.
#86459
1   2   3   4   5   6   7   8   9   ...   21
1-11

Mikroiqtisadiyyat fənni nəyi öyrənir?

Mikroiqtisadiyyat — insanlar arasında iqtisadi münasibətləri öyrənən və onların təsərrüfat fəaliyyətinin ümumi qanunauyğunluqlarını müəyyən edən iqtisadi nəzəriyyənin tərkib hissəsidir. İqtisadi fəaliyyət öz məzmununa görə, mövcud resurslardan istifadə etməklə tələbatların daha tam ödənilməsinə nail olmaq cəhdi deməkdir. Forma üzrə o,məhdud resursların idarə edilməsindən ibarət olacaq. Belə idarəetmədavranışdır, onun məzmun tərəfi resursların qənaətli tətbiqinə dair qərarlar qəbul edilməsindən ibarətdir. Buna görə resursların rasional istifadəsi nəzəriyyəsi çərçivəsində iqtisadi davranış əsas təhlil obyekti olur.

İqtisadi davranış — qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün məhdud resursların bölgüsü və istifadəsi barəsində qərarların qəbul olunmasının prosesidir.

Mikroiqtisadi təhlil ayrı-ayrı iqtisadi subyektlərin (ev təsərrüfatlarının və firmaların) iqtisadi davranışının göstərilən aspektdə tədqiqatını əhatə edir.

Mikroiqtisadi təhlilin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, mikrosəviyyədə qəbul edilən iqtisadi qərarlar kumulyativ təbiətə malikdir, yəni onlar bütün təsərrüfatsisteminə birgə təsir göstərir. Buna görə mikrosəviyyədə iqtisadi davranışın təhlili iqtisadi nəzəriyyənin ən mühüm tərkib hissəsidir.

İstənilən nəzəriyyənin vəzifəsi real həyatda müşahidə olunan hadisələri izah etməkdən ibarətdir. Mikroiqtisadi təhlilin vəzifəsi iqtisadi davranışın qanunauyğunluqlarını izah etməkdən, yəni iqtisadi agentlər tərəfindən qərarlarqəbul olunmasına (seçim edilməsinə) təsir göstərən amilləri aşkar etməkdən və anlamaqdan ibarətdir. Ayrılıqda götürülmüş hər bir iqtisadi agent bu seçimi resursların istifadəsinin bu və ya digər variantının məqbulluq meyarları və bu haqda şəxsi təsəvvürləri əsasında həyata keçirir. Mikroiqtisadiyyatın vəzifəsi təsərrüfat subyektlərinin iqtisadi davranışını və hərəkətlərinin oxşarlığını müşahidə edərək, onların iqtisadi qərarlar qəbul etməsinin qanunauyğunluqlarını aşkar etməkdən ibarətdir.



  1. Yüklə 50,56 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə